Məhkəmə qərarları › İş №2-1(106)-361/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-361/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-361/2025 24.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Hüseynli Bülbüll Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1304/2025 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən, 52 yaşdan Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki 36 ay üçün yaranmış pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 12 fevral 2025-ci il tarixli, 2- 1(120)-1304/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı işlədiyi peşə ilə bağlı məhkəməyə təqdim edilən güzəştli arayışlara, sübutlardan və digər materiallara əsasən müəssisə tərəfindən qeyd edilən dövrlərin güzəştli iş kimi qəbul olunduğu qeyd edilir. Arayışlarda həmçinin işlədiyi müddət ərzində zərərli işə görə 8% miqdarında əlavə əməkhaqqı ödənildiyi, ƏM-nin 115-ci maddəsinin tələbinə uyğun olaraq əmək məzuniyyətinin üzərinə 6 təqvim günü müddətində əlavə məzuniyyət verildiyi və həmçinin tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri (respirator, xüsusi eynək və əlcək) ilə təmin edildiyi və zərərli işə görə süd və ona bərabər tutulan məhsullar verildiyi də qeyd edilmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (20 il ümumi, o cümlədən 10 il güzəştli iş stajını) topladığından o, 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlıdır. Həmçinin iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2020-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Qərardan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 dekabr 1985-ci ildə X4 X9 plastik kütlə məmulatların təmizləyicisi vəzifəsinə işə qəbul olunmuş, 21 dekabr 1994-cü il tarixində həmin sexdə presləyicİ vəzifəsinə keçirilmiş, 01 aprel 1998-ci il tarixdə ştamplayıcı vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə əmək fəaliyyətini davam etdirir. Əmək fəaliyyəti dövründə 52 yaşının tamam olduğu 16 yanvar 2018-ci il tarixinə qədər 32 ildən çox ümumi, 23 ildən çox güzəştli iş stajı toplamış 52 yaşımın tamam olduğu 16 yanvar 2018-ci il tarixinə kimi 20 ildən çox ümumi, 10 ildən çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün yaranmış pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdehə rəsmi müraciət etmiş, lakin cavabdeh xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, ştamplayıcı vəzifəsində işlədiyi sahə və vəzifənin güzəştli şərtlə pensiya hüququ verən iş olması barədə arayışda məlumat göstərilməyib. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, İddiaçı 1 yanvar 2006cı il tarixədək ümumi iş stajı 20 ildən az (17 il 7 ay 12 gün (xx.xx.1985-xx.xx.1999-cu il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda "xxxx" MMC-nin 8 yanvar 2024-cü il tarixli 100/02-08 nömrəli arayışda qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq göndərilmiş adıçəkilən müəssisənin 8 yanvar 2024-cü il tarixli 100/02-110 nömrəli arayışında xx.xx.1985-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə təmizləyici, xx.xx.1998-ci il tarixdən bugünədək isə 3 saylı patronların yığma sexində ştamplayıcı vəzifələrində işlədiyi qeyd olunub. İddiaçının işlədiyi təmizləyici vəzifəsi sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində nəzərdə tutulmamışdır. Həmçinin, sözügedən arayışda ştamplayıcı vəzifəsində işlədiyi sahə və vəzifənin güzəştli şərtlə əmək pensiyası hüququ verən iş olması və yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə aid olması barədə məlumat göstərilməyib. Göstərilən səbəblərdən də, İddiaçı güzəştli iş stajı 10 ildən az (3 il 3 ay 10 gün (xx.xx.1994xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil edir. Bundan başqa, Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçının 55 yaşının tamamlandığı xx.xx.2021-ci il tarixə münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23986,84 manat təşkil edirdi. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1985-ci il tarixdə X4 X9 plastik kütlə məmulatların təmizləyicisi vəzifəsinə işə qəbul olunmuş, 21 dekabr 1994-cü il tarixində həmin sexdə presləyicİ vəzifəsinə keçirilmiş, 01 aprel 1998-ci il tarixində ştamplayıcı vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə əmək fəaliyyətini davam etdirir. -Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 100/02-08 nömrəli arayışında bildirilir ki, İddiaçı həqiqətən Əli Bayramlı “Cihazlar” zavodunda (hal hazırda Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) xx.xx.1985-xx.xx.1994-cü illərdə (əmr № 392) X9 plastik məmulatların təmizləyicisi peşəsində, xx.xx.1994-xx.xx.1998-ci il (əmr № 296) plastik kütlə məmulatların presləyicisi peşəsində, xx.xx.1998-ci il (əmr № 20) tarixdən bugünədək 3 saylı patronların yığma sexində 4-cü dərəcəli ştamplayıcı peşəsində işləyir. İddiaçı Niyatalı qızının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək staji 37 il 02 aydır və onun da tələb olunan 12 il 03 ay güzəştli şərtlərlə pensiya hüququ verən stajdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35. Ümumi peşələr bölməsinə əsasən formalaşır. Bu yarımbölmədə qeyd edildiyi kimi işçi tam iş günü ərzində metal hissələrinin və plastik məmulatlarının təmizlənməsi ilə məşqul olan təmizləyicilər (ftoroplast, fenoplast və plastik məmulatları), isti vəziyyətdə hidravlik preslərdə preslənmə ilə məşğul olan plastik məmulatların presləyiciləri fəhlə sinifinə aiddir. Bu da öz növbəsində mövcud qanunvericilimin tələblərinə əsasən İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi istiqamətində hüquqi müstəvidə zəmin yaradır. İddiaçı Niyatalı qızının 21 dekabr 1994-01 aprel 1998-ci ildə işiədiyi X9 prəsləyici peşəsinin əmək vəzifələri və peşə xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinir 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35. Umumi peşələr bölməsində qeyd edilmiş plastik kütlədən məmulatların presləviciləri peşəsinin əmək vəzifələri və peşə xüsusiyyətləri ilə, 01 aprel 1998-ci il hal-hazıra kimi çalışdığı bütün peşələrin əmək vəzifələri və peşə xüsusiyyətləri çalışdığı müəssisənin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna aid olması ilə yanaşı, döyüş sursatları və partlayıcı tərkibli digər məmulatların istehsalında məşğul olduğu qeyd edilən Siyahının 9. Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsində peşə adından asılı olmayaraq bütün fəhlələrin güzəştli pensiya hüququ olması səbəblə həmin vəzifələrdə topladığı staj şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İşçi əmək fəaliyyətini partlayış təhlükəli obyektdə yerinə yetirir. İddiaçı Niyatalı qızının qeyd edilən vəzifələrdə güzəştli pensiya hüququ verən iş stajı 28 il 11 ay 10 gün təşkil edir. İşçi İddiaçı Niyatalı qızına işlədiyi müddət ərzində zərərli işə görə 8% miqdarında əlavə əməkhaqqı ödənilmiş, ƏM-nin 115-ci maddəsinin tələbinə uyğun olaraq əmək məzuniyyətinin üzərinə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilmiş və həmçinin tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri (respirator, xüsusi eynək və əlcək) ilə təmin edilmişdir. Bunlarla yanaşı zərərli işə görə süd və ona bərabər tutulan məhsullar verilmişdir. -“Azərsilah” X8” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X7 Məhdud Məsuliyyətli Cəmiyyəti “Telemexanika” zavodunun xx.xx.2024-cü il tarixli, 100/02-412 nömrəli məktubunda da yuxarıda qeyd edilmiş məzmunda məlumat verilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, “Azərsilah” X8” QSC "xxxx" X7 Məhdud Məsuliyyətli Cəmiyyəti “Telemexanika” "xxxx" X1 İdarəetmə şöbəsinin 3 iyul 2025ci il tarixli, 1/3/05/173 saylı məktubunda bildirilir ki, 3 saylı sexinin 4-cü dərəcəli ştamplayıcısı İddiaçı Niyatalı qızı xx.xx.1985-xx.xx.1994-cü illərdə (əmr №392) X9 plastik məmulatların təmizləyicisi peşəsində, xx.xx.1994-xx.xx.1998-ci illərdə (əmr № 296) həmin sexdə plastik kütlə məmulatlarının presləyicisi peşəsində, xx.xx.1998-ci il (əmr №20) tarixindən bu günədək 3 saylı (xüsusi təyinatlı məmulatların emalı və yığımı) sexində ştamplayıcı peşəsində çalışır. İddiaçı Niyatalı qızının xx.xx.1985-ci il tarixindən xx.xx.1998ci il tarixinədək çalışdığı X9 plastik məmulatlarının (ftoroplast, fenoplast, poliamid və polistirol) təmizlənməsi ilə məşğul olan təmizləyicilər və isti vəziyyətdə hidravlik preslərdə presləmə ilə məşğul olan presləyicilərin peşə xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşərlərin, vəzifələrin və göstəricilərin siyahısının 35. ümumi peşələr bölməsinə əsasən formalaşır. İddiaçı Niyatalı qızının müəssisədə əmək stajı hal-hazıradək (xx.xx.1985-xx.xx.2025) 39 il 6 aydır, onunda tələb olunan 12 il 3 ay 14 gün güzəştli şərtlə pensiya hüququ verən stajdır. İddiaçı xx.xx.1998-ci il tarixindən bu günədək 3 saylı sexdə xüsusi təyinatlı məmulatların emalı və yığımı sexində ştamplayıcı peşəsində çalışmasına baxmayaraq ştamplayıcı peşəsi xüsusiyyətlərinə görə güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ vermir. Odur ki, X2 güzəştli şərtlərlə əmək pensiyası hüquqi verən müəssisədə çalışdığı presləyici peşəsi 12 il 3 y 14 gün müddəti şamil edilir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı azı 20 il sığorta stajına malik olmalı və bu müddətin azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinin 48-ci yarımbəndində “plastik kütlədən məmulatların presləyicilər”in güzəştli pensiya almaq hüququ nəzərdə tutulmuşdur. Həmin Siyahının 9.2-ci (Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı) bəndinin 2-ci yarımbəndində “tam iş günü ərzində yeni partlayıcı maddələrin işlədilməsi zamanı təmirdə və texnoloji prosesdə, həmçinin hər növ partlayıcı maddələrin istehsalında məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr”in güzəştli pensiya almaq hüququ nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının xx.xx.1985-xx.xx.1994-cü illərdə X9 plastik məmulatların təmizləyicisi peşəsində, həmçinin xx.xx.1994-xx.xx.1998-ci illərdə həmin sexdə plastik kütlə məmulatlarının presləyicisi peşəsində işlədiyi dövrlər (cəmi 12 il 3 y 14 gün) güzəştli iş stajı hesab edilir ki, bu da ona müvafiq pensiya təyinatı üçün kifayət edir. Cavabdehin dəlillərindən biri də iddiaçının 2006-cı ilədək 20 il sığorta stajının olmaması ilə bağlıdır və bunu işəgötürən tərəfindən təqdim edilmiş “şəxsi vərəqə”də olan qeydlərlə əsaslandırır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1985-ci il tarixdə 392 saylı əmrlə X9 plastik məmulatların təmizləyicisi peşəsinə qəbul edildiyi, xx.xx.1994-cü il tarixdə 296 saylı əmrlə həmin sexdə presləyicisi işinə keçirilməsi, xx.xx.1998-ci il tarixdə 20 saylı əmrlə ştamplayıcı peşəsinə keçirilməsi barədə qeydlər var və həmin qeydlər şübhə doğurmur. İşəgötürən tərəfindən təqdim edilmiş iddiaçıya aid şəxsi vərəqədən görünür ki, həmin sənəddə yalnız iddiaçının işə qəbulu, vəzifəsinin dəyişdirilməsi və bunula bağlı əmrlərin nömrələri, həmçinin məzuniyyət hüququndan istifadə etməsi ilə bağlı tarixlər qeyd edilmişdir ki, bu səbədən həmin sənədə əsasən şəxsin ümumi iş stajının hesablanması və gəlinən nəticə mötəbər və əsaslı sayıla bilməz. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1304/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar