Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-364/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(120)-588/2024 nömrəli qərarından üçüncü şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı pasport qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 ünvan 1 ərazi dairəsi, Ləngan kəndi ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 07 mart 2024-cü il tarixli, 2- 1(120)-588/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, X9 ünvan 1 ərazi dairəsi, Ləngan kəndi ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Masallı rayon Polis şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxsin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxsin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmasına maneə təşkil etməməlidir. Qərardan üçüncü şəxs X17 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbinin onunla əsaslandırmışdır ki, ünvan 1 ərazi dairəsi, Ləngan kəndində yerləşən ev iddiaçının mülkiyyətindədir. Üçüncü şəxsin həmin mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. İddiaçı üçüncü şəxsin ona məxsus mənzilin pasport qeydiyyatından çıxarılması ilə əlaqədar Masallı rayon Polis şöbəsinə müraciət etmiş, ona məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan həmin şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X17 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarnın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, sözügedən evdə uzun illər yaşamasına baxmayaraq, birinci instansiya məhkəməsi bu halı nəzərə almadan əsassız qərar qəbul etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxs gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(120)-588/2024 nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ərazi dairəsi, Ləngan kənd ünvanında pasport qeydiyyatdadır. -ünvan 3ti ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 197 nömrəli arayışında bildirilir ki, Həsənov X7 rayonu, Ləngan kəndində qeydiyyatdadır, yaşayır və ailə tərkibi X13, X8, X4, X14, X15 və X3 ibarətdir. -Masallı rayon Polis şöbəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 3-13-9712-********** nömrəli, xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, X1 rayonu Ləngan kəndində yerləşən fərdi yaşayış evinə xx.xx.2019-cu il tarixdə Masallı regional “Asan xidmət” mərkəzi tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin olunmaqla qeydiyyata alınmışdır. -Masallı Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(050)-1438/2023 nömrəli məktubunda göstərilmişdir ki, Masallı Rayon Məhkəməsinin 06 iyul 2023- cü tarixli, 2(050)- 1438/2023 saylı qətnaməsi ilə iddiaçı X9 cavabdehlər X5 və X6 qarşı evə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli, 2(106)-1649/2023 saylı qətnaməsi ilə iddiaçı X9 nümayəndəsi və vəkili X16 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmişdir. -Məhkəmə kollegiyasının sorgusuna cavab olaraq ünvan 3ti ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-66-30/2-109/2024 nömrəli məktubunda bildirilir ki, X2 Xanhüseyn Hacağa oğluna məxsus fərdi yaşayış evinə dair ev təsərrüfatlarının uçotu kitabında qeydiyyatda yoxdur. Qeyd olunan sənədlərə məcmu halında qiymət verərək, məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1 ərazi dairəsi, Ləngan kəndində iddiaçının mülkiyyətində fərdi yaşayış evi qeydə alınmamış, həmçinin üçüncü şəxs iddiaçı ilə onun yaşadığı ev üzrə eyni təsərrüfatda qeydiyyata deyil. Birinci instansiya məhkəməsi işin bu halını araşdırmamış və qiymət verməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi üçüncü şəxsin ünvan 1 ərazi dairəsi, Ləngan kəndində hansı ev, yaxud təsərrüfatda qeydiyyatda olmasını araşdırmadan üçüncü şəxsin ümumiyyətlə həmin kənddən qeydiyyatdan çıxarılmalı olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs iddiaçı ilə onun yaşadığı ev üzrə eyni təsərrüfatda qeydiyyata olmadığından iddiaçının hüquqlarına müdaxilə halı yoxdur və bu əsasla iddia mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkünsüz sayılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(120)-588/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı pasport qeydiyyatdan çıxarılma tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-364/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-364/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver