Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-365/2025 10.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2-1(120)-1508/2025 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı torpaq sahəsinin koordinatlarının silinməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Emil” firmasına məxsus olmuş (hazırda X1 mülkiyyətində olan) torpaq sahəsinin koordinatlarının İddiaçı MMC-yə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi səbəbilə “Emil” firmasına məxsus olmuş (hazırda X1 mülkiyyətində olan) torpaq sahəsinin koordinatlarının İddiaçı MMCyə məxsus torpaq sahəsinin koordinatları üzərindən silinməsinə dair öhdəliyinin cavabdehə həvalə olunması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədə İddiaçı MMC-nin iddia tələbi üzrə icraata xitam verilməsi xahiş edilmiş, ərizə onunla əsaslandırılmışdır ki, **********41-12301 reyestr nömrəli çıxarışla İddiaçı MMC-nin icarəsində olan 4,24 ha torpaq sahəsinin daxilində yerləşən **********11 reyestr nömrəli çıxarışla “Emil” firmasının xüsusi mülkiyyətində olan 2,74 ha torpaq sahəsinin koordinatları elektron bazadan silinmişdir. Hal-hazırda İddiaçı MMC-nin icarəsində olan 4,24 ha torpaq sahəsinin sərhədləri daxilində hər hansı üst-üstə düşmə halları mövcud deyil. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsinin iclasında ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 27 fevral 2025-ci il tarixli, 2-1(120)- 1508/2025 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Qərardaddan üçüncü şəxs X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində şikayət olunan qərardadın həmin şəxsin hüquq və maraqlarına toxunması halları və əsasları şərh edilməmişdir. Prosessual məsələlər: İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. -81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. -87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. -87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. -90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların məcmusunun təhlili onu göstərir ki, icraatın bütün iştirakçıları kimi üçüncü şəxsə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün qəbul edilmiş məhkəmə qərarı ilə onun tələblərinin təmin olunmaması və yaxud hüquq və maraqlarına toxunması halı baş verməlidir. Hazırkı mübahisə üzrə birinci instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə üçüncü şəxsin ziyanına şərh oluna bilməz. Odur ki, üçüncü şəxsin birinci instansiyası məhkəməsinin hazırkı qərardadından apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-ci maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X3 tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-365/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-365/2025
10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver