Məhkəmə qərarları › İş №2-1(106)-366/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-366/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-366/2025 10.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(120)-922/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xüsusi rütbəli şəxs kimi əmək pensiyasının təyin edilməsi və əvvəlki dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmət dövrü, xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək dövlət notariat kontorunda kargüzar işlədiyi dövr və xx.xx.2001-ci il tarixdən xx.xx.2024-cü ilədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq keçdiyi dövr nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi əmək pensiyasının təyin edilməsi və əvvəlki dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (Ş.Musayev) 30 yanvar 2025-ci il tarixli, 2-1(120)- 922/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.8-ci maddəsində ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malik olduqları, həmin Qanunun 23.10-cu maddəsində isə ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirildiyi təsbit olunmuşdur. İddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixə kimi Cəlilabad rayonu 1 saylı dövlət notariat kontorunda (hazırkı ofisində) kargüzar vəzifəsi dövlət qulluğunun inzibati vəzifəsi deyil yardımçı vəzifəsinə uyğun olmuş, iddiaçının ədliyyə işçisi kimi yaşa görə əmək pensiyası təyin olunması üçün ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 35 ildən az iş stajı olduğu üçün xüsusi rütbəli şəxs kimi əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı deyildir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda 60 yaşı var, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək və xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək Cəlilabad rayonu Lenin adına üzümçülük sovxozunda fəhlə işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Bakı Maliyyə Kredit Texnikomunda əyani təhsil almış, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuş (2 il 22 gün), xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Cəlilabad rayon Tara Bazasında hüquq məsləhətçisi vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Cəlilabad rayon dövlət notariat kontorunda kargüzar vəzifəsində (15 il 1 ay14 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları qrupunun məhkəmə nəzarətçisi vəzifəsində (5 il 4 ay17 gün), xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Cəlilabad rayon məhkəmə icraçıları bölməsinin böyük məhkəmə nəzarətçisi vəzifəsində (2 ay24 gün), xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Cəlilabad rayon məhkəmə icraçıları bölməsinin rəisi vəzifəsində (1 il 2 ay16 gün), xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Cəlilabad rayon məhkəmə icraçıları bölməsinin rəisi vəzifəsində (7 il 4 ay8 gün), xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Cəlilabad rayon İcra şöbəsinin rəisi vəzifəsində (3 il 8 ay16 gün), xx.xx.2019-cu il tarixdən hazırki tarixədək Masallı rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsində işləyir. (pensiya təyin edilməsindən imtina tarixi xx.xx.2024-cü ilədək 4 il 3 ay 15 gün). Beləliklə, dövlət qulluğunun xüsusi növündə olan qulluq stajı 41 il 2 ay 12 gün təşkil edir:- 2 il 22 gün (hərbi xidmət) + 15 il 1 ay 14 gün (dövlət kontorunda kargüzar) + 5 il 4 ay 17 gün (məhkəmə nəzarətçisi) + 2 ay 24 gün (böyük məhkəmə nəzarətçisi) + 1 il 2 ay 16 gün (bölmə rəisi) + 7 il 4 ay 8 gün (bölmə rəisi) + 3 il 8 ay 16 gün (icra şöbəsinin rəisi) + 4 il 3 ay 15 gün (icra və probasiya şöbəsinin rəisi). Buna baxmayaraq, cavabdeh tərəfindən ona xüsusi rütbəli şəxs kimi əmək pensiyasının təyin olunmasından əsassız olaraq imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununnun 9.7-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajı 35 ildən az olması səbəbindən əmək pensiyasının təyin edilməsinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət qulluğu haqqında" Qanuna əlavə edilmiş 22.7- 2-ci maddəsinə uyğun olaraq qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Sözügedən qaydaların və şərtlərin hazırlanması Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bu səbəbdən də iddiaçının ərizəsində qeyd etdiyi dövlət qulluğunda işlədiyi dövrü ədliyyə orqanlarında qulluq stajının hesablanması zamanı nəzərə alınaraq ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyası təyin edilməsi məsələsinə sözügedən qaydalar və şərtlər müəyyən edildikdən sonra inzibati orqan tərəfindən baxıla bilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən prokurorluqda, xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 22.7-2-ci maddəsinə görə qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.8-ci maddəsinə əsasən yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. “Dövlət qulluğu haqqında" Qanunun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) 2.3-cü maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür; həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Qanunun 23.1-ci maddəsində də dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirildiyi təsbit edilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilməsi üçün şəxsin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir. İddia olunan məzmunda tələb “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq o halda təmin oluna bilərdi ki, şəxs ədliyyə orqanında qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə tam və hərtərəfli araşdırma aparmadan baxmış, təqdim edilmiş ziddiyətli sübutlar əsasında qərar qəbul etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək və xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək Cəlilabad rayonu Lenin adına üzümçülük sovxozunda fəhlə işləməsi, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Cəlilabad rayon Tara Bazasında hüquq məsləhətçisi vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Cəlilabad rayon dövlət notariat kontorunda kargüzar vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları qrupunun məhkəmə nəzarətçisi vəzifəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Cəlilabad rayon məhkəmə icraçıları bölməsinin böyük məhkəmə nəzarətçisi vəzifəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Cəlilabad rayon məhkəmə icraçıları bölməsinin rəisi vəzifəsində, xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Cəlilabad rayon məhkəmə icraçıları bölməsinin rəisi vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2019cu il tarixədək Cəlilabad rayon İcra şöbəsinin rəisi vəzifəsində işləməsi, xx.xx.2019-cu il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsinə təyin edilməsi barədə qeydlər aparılmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-3/2- 17524/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixə kimi Cəlilabad rayonu 1 saylı dövlət notariat kontorunda (hazırkı ofisində) kargüzar vəzifəsində işləyib. Respublikanın dövlət notariat ofislərində kargüzar vəzifəsi “Dövlət qulluğu haqqında” Qanunun 10.6-cı maddəsinə əsasən dövlət qulluğunun yardımçı vəzifəsi sayılır və xüsusi rütbə nəzərdə tutulan vəzifə hesab olunmur. -Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9-3/2- 2847/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1986-1991-ci illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Cəlilabad rayon dövlət notariat kontorunda iş müddətilə bağlı bildiririk ki, Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR Ədliyyə Nazirliyinin təşkilati strukturun yenidən qurulması haqqında” 1988-ci il 30 dekabr tarixli 473 nömrəli Qərarına 1 nömrəli əlavəyə əsasən Azərbaycan SSR Ədliyyə Nazirliyinin mərkəzi aparatının strukturu, 2 nömrəli əlavəyə əsasən Nazirliyin tabeliyində olan qurumlar və təşkilatların siyahısı təsdiq edilmişdir. Notariat kontorları Nazirliyin mərkəzi aparatının strukturunda deyil, tabeliyində olan qurumların və təşkilatların siyahısında nəzərdə tutulmuşdur. Yuxarıda adıçəkilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmışdır. Həmin bənddə Azərbaycan SSR nazirliklərin tabeliyində fəaliyyət göstərmiş qurum və təşkilatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1986-1991-ci illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Cəlilabad rayon dövlət notariat kontorunda iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 1991-2001-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəlilabad rayon dövlət notariat kontorunda kargüzar vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda adıçəkilən Siyahının 2.12-ci bəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmışdır. Sözügedən Siyahının 3-cü bəndinə əsasən 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və ya İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələri həmin Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğundur. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 1.10-cu bəndində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər) vəzifələri dövlət orqanlarında yardımçı vəzifələr kimi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən 1991-2001-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəlilabad rayon dövlət notariat kontorunda kargüzar vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesabalanarkən nəzərə alınır. Əlavə olaraq bildiririk ki, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1 -ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasfmn 7-1 -ci hissəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 3.1.2-ci yarımbəndinə əsasən dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən nəzərə alınır. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun: -23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -23.8-ci maddəsinə əsasən yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. -23.10-cu maddəsinə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında" Qanunun 9.7, 9.7.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsi üçün şəxsin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmışdır. Həmin bənddə Azərbaycan SSR nazirliklərin tabeliyində fəaliyyət göstərmiş qurum və təşkilatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən prokurorluqda, xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. -22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. -22.7-2-ci maddəsinə görə qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 1.10-cu bəndində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər) vəzifələri dövlət orqanlarında yardımçı vəzifələr kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 3.1.2-ci yarımbəndinə əsasən dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). Göründüyü kimi, iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək dövlət notariat kontorunda kargüzar işlədiyi dövrün xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq dövrü kimi nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi əmək pensiyasının təyin edilməsini tələb etsə də, mövcud qanunvericilik normaları bunu istisna edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısına əsasən 1986-1991-ci illərdə Ədliyyə Nazirliyinin Cəlilabad rayon dövlət notariat kontorunda iş müddəti ümumiyyətlə dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmamışdır. 1991-2001-ci illərə münasibətdə isə sözügedən siyahıya əsasən həmin dövr dövlət qulluğunda qulluq stajı hesabalanarkən nəzərə alınmalı olsa da, iddiaçının iddia etdiyi kimi məhz xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq dövrü kimi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(120)-922/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar