Məhkəmə qərarları › İş №2-1(106)-368/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-368/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-368/2023 28.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdəh Azərbaycan Rəspublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Rəspublikası Cavabdeh cəlb ədilməklə) “mənzil təminatı ilə bağlı qəydiyyata alınması öhdəliyinin cavabdəhin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(120)-1640/2023 saylı qərarından cavabdəh Azərbaycan Rəspublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apəllyasiya şikayətinə Şirvan Apəllyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul ətdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mənzillə təmin edilməsi ilə bağlı adının müvafiq siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət ədərək, onun mənzil təminatı ilə bağlı qeydiyyata alınmağına dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Biləsuvar rayonu olduğunu, Biləsuvar rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yərləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək 23 sentyabr 2022-ci il tarixli, 2-1(112)-11421/2022 nömrəli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsini qərara almışdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Rəspublikası Cavabdeh Azərbaycan Rəspublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsini və Azərbaycan Respublikası Cavabdeh hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1640/2023 saylı qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Rəspublikası Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş və Azərbaycan Respublikası Cavabdeh hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir (adi cəlbetmə). İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Səfərbərlik Xidmətinin çağırışı ilə həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1998-xx.xx.2000-ci il dövrlərində Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra xx.xx.2000-xx.xx.2020-ci il dövrlərində Müdafiə Nazirliyinin tərkibində qüsursuz olaraq 19il 10 ay 01 gün xidmət etmişdir. Hərbi xidmət dövründə “20 il qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilmişdir. Bundan başqa digər təltifləri də olmuşdur. O,mənzil təminatının yaxşılaşdırılması məqsədilə mənzil qeydiyyatına alınması üçün Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli, 4262 saylı cavab məktubu ilə onu mənzil təminatı ilə bağlı qeydiyyata almaqdan imtina edilmişdir. Müdaifə Nazirliyinin Mənzil İstismar İdarəsinin imtinası əsassızdır. Beləki, o, müddətli həqiqi hərbi xidmətlə birlikdə 20 ildən yuxarı xidmət etmişdir. Həmin idarədə ona şifahi olaraq bildirdilər ki, “Sən müddətli həqiqi hərbi xidməti Sərhəd Qoşunlarında keçmisən və X4 nazirliyinə tabe olmadığı üçün sənin orada xidmətini ümumi xidmətə daxil edə bilmərik”. İddiaçı hesab edir ki, bu düzgün yanaşma deyildir. Belə ki, harada xidmət keçməyi o, müəyyən etməmişdir. Müddətli həqiqi hərbi xidmətə onu Səfərbərlik üzrə Dövlət Xidməti göndərmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmış ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Rəspublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xıdmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti həsabına mənzillə təmin edilməsini tələb edir. Azərbaycan RəspublikasıSilahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, fərmana əsasən, üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: 1. Hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli; 2. Hərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməli; 3. Göstərdiyi xidmətqüsursuz olmalıdır. İddiaçının göstərilən üç şərtlərdən ikisi, müvafiq siyahıya daxil edilməsi üçün yetərli olsa da, ən əsası “20 (iyirmi) təqvim ili yoxdur.” Şəxsi Həyət Baş İdarəsi Kadrlar İdarəsinin məlumatına əsasən İddiaçı AzərbaycanRespublikası Silahlı Qüvvələrində cəmi (xx.xx.2000-xx.xx.2020) 19 il 10 ay 01 gün xidmət edib. Beləliklə, iddiaçının 20 il və daha çox qüsursuz xidmət etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 28 noyabr 2011-ci il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Rəspublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanı, Fərmanın Adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi Fərmanın məqsədinin məhz Azərbaycan Ordusunda xidmət etmiş hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir. Azərbaycan Ordusu və Azərbaycan Respublikasının Silahlı Qüvvələri anlayışları arasında fərqləndirmə aparılmışdır ki, Azərbaycan Ordusu dedikdə Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Rəspublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə başa düşülür. İddiaçı isə qeyd olunan xarakterli silahlı birləşmələrdə 20 təqvim ilindən az xidmət etmişdir. İddiaçının xidmətdə olan xidmət dövrünün Azərbaycan Ordusunda xidmət dövrünə daxil edilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də hazırki iş üzrə iddiaçının 20 təqvim ili və daha çox Azərbaycan Ordusunda xidmət etməsi də mövcüd olmamışdır. Beləliklə, işin şərh edilən hallarını nəzərə alaraq Müdafıə Nazirliyi həsab edir ki, Azərbaycan RespublikasıPrezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən, İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranmadığından, iddiaçının iddia tələbi əsassız olduğundan məhkəmə iddia ərizəsini rədd etməlidir. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, Azərbaycan Ordusunda 20 (iyirmi) ildən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Mənzillə təmin olunması üçün ehtiyatda olan hərbi qullluqcu qeydiyyatda olduğu rayon icra hakimiyyəti və ya ərazi üzrə yerli bələdiyyə orqanına müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunur. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 13 iyun 2023-cü il tarixli, 2-1(120)- 1640/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2-1(120)-1640/2023 sayli qərarı ilə İddiaçı oglunun dövlət tərəfindən mənzillə təmin edilməli hərbi qulluqçularin müvafiq siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasinin Müdafiə Nazirliyinin üzərinə qoyulmusdur. Müdafiə Nazirliyi iş materiallarını araşdıraraq hesab edir ki, Şivan İnzibati Məhkəməsinin 13 iyun 2023-cü tarixli 2-1(120) -1640/2023 sayli qərarı əsassiz oldugundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə "Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli, 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasi Silahli Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmis hərbi qulluqçularin dövlət vəsaiti hesabina mənzillə təmin edilməsi nəzərdə tutulmusdur. Həmin Fərmanda dəyisilik edilmasi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci - tarixli Fərman, Fərmanin Adında və 1-ci hissədə "Azərbaycan Respublikası Silahli Qüvvələrinin" sözləri "Azərbaycan Ordusunun" sözləri ilə əvəz edilmisdir. Göründüyü kimi Fərmanin məqsədinin məhz Azərbaycan Ordusunda xidmət etmis hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir. Azərbaycan Ordusu və Azərbaycan Respublikasının Silahli Qüvvələri anlayışlari arasında fərqləndirmə aparılmişdır ki, Azərbaycan Ordusu dedikdə, Silahli Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasina qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazliğının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqani tərəfindən təşkil edilən silahli birləşmə başa düşülür. Məhkəmə qərarının təsviri hissəsində qeyd edilir ki, iddiaçının hərbi biletinin surətindən görünür ki, 06 aprel 1998-ci il taridə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 09 fevral 2000-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Quvvələrindən ehtiyata buraxılmış və xidməti 1 il 10 ay 3 gün təşkil etmişdir. Cavabdeh İddiaçı oglunun 06 aprel 1998-ci il tarixdən 09 fevral 2020-ci il keçməsi barədə məlumat vermişdir. İddiaçının 09 fevral 2000-ci il tarixədək Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçməsi Sərhəd Qoşunlarinda xidmət dövrünə daxil edilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də hazirki iş üzrə iddiaçinin 20 təqvim ili və daha çox Azərbaycan Ordusunda xidmət etməsi də mövcüdolmamışdır. İddiaçı isə qeyd olunan xarakterli silahlı birləşmədə 20 təqvim ilindən az xidmət etmişdir. Müdafiə Nazirliyi Şirvan İnzibati Məhkəməsinin hüquqi mövqeyi ilə razilaşmayaraq hesab edir ki, qərar maddi hüquq normalarinin düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydinlaşdırılmadiğından və məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarina uyğun gəlmədiyindən qərar ləgv edilməli, yəni qərar qəbul edilməli, iddiaçinin iddia tələbləri rədd olunmalıdır. Məhkəmə iş materiallarina əlavə edilmis arayışlara və məhkəmə iclasında tədbiq edilmiş sübutlara əsaslanaraq düzgün nəticəyə gəlməmişdir. Bələ olan halda hesab edirik ki, iddiaçinin təqdim etdiyi sənədlər əsasında ona dövlət tərəfindan mənzillə təmin edilməli hərbi qulluqçularin müvafiq siyahisina daxil edila bilməz. Lakin, Şivan İnzibati Məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallari aydinlaşdırmadan iddiaçının iddia ərizəsini təmin edərək maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə səhv nəticəyə gəlməklə İnzibati-Prosessual Məcəllənin tələblərini pozmuşdur. X5 Məhkəməsi tərəfindən qəbul edilmiş qərar Azərbaycan Respublikasi Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanının tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edan faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda göstərilənləri nəzərə alıb iddiaçi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsinə dair iddia ərizəsini rədd edəsiniz. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Rəspublikasının İnzibati Prosəssual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin fikrini dinləyərək məhkəmə iclasının davam etdirilməsini mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 24-cü maddəsinin 2-ci hissəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Konstitusiyanın 26-cı maddəsinə əsasən: İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı: 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli Fərmanı: 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarı:

1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: -Zabit heyətinə daxili işlər , gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. -Əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir.

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: -Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.

«İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

"Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunun: 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul ədir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, işin faktiki hallarına görə İddiaçı hazırki iddianı qaldırmaqda hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün adının siyahıya daxil edilməsi olmuşdur. Məhz bu əsasla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırki iddia tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, İddiaçı hərbi xidmət dövründə xx.xx.2019-cu ildə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunmasına, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 21 il 8 ay 4 gün qüsursuz hərbi xidmət keçməsinə görə yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, iddiaçının adının dövlət tərəfindən mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan AO ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə anadan olmuş İddiaçı xx.xx.1998-ci il tarixdə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış (tərxis edilmiş) və Biləsuvar rayon Hərbi Komissarlığına göndərilmişdir. Hərbi xidmət müddəti 1 il 10 ay 3 gün təşkil etmişdir. Həmçinin, qeyd olunan AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Müdafiə Nazirliyinin tərkibində hərbi xidmətə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və 164-cü maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmət müddəti 19 il 10 ay 1 gün təşkil etmişdir. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0157T nömrəli, xx.xx.2019-cu il tarixli əmrinə əsasən “Qüsursuz Xidmətə Görə” 1-ci dərəcəli medalı ilə təltif edilmişdir. İş materiallarında olan İddiaçı adına tərtib edilmiş AO ******* nömrəli hərbi biletdə əks olunmuş məlumatlardan görünür ki, o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 21 il 8 ay 4 gün qüsursuz hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-xx-xx-5962/23 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, xx.xx.2013-cü il tarixdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, xx.xx.2013-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2018)” yubiley medalı və xx.xx.2019-cu il tarixdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunmuş və İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixə qədər Dövlət Sərhəd Xidmətində keçdiyi xidmət onun “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunması zamanı nəzərə alınmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı Səfərbərlik Xidmətinin çağırışı ilə həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1998-xx.xx.2020-ci il dövründə 1 il 10 ay 3 gün Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə və xx.xx.2000-xx.xx.2020-ci il dövrlərində Müdafiə Nazirliyinin tərkibində qüsursuz olaraq 19il 10 ay 01 gün olmaqla ümumilikdə 20 ildən çox xidmət etmişdir. Hərbi xidmət dövründə “20 il qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilmişdir. Bundan başqa digər təltifləri də olmuşdur. Mənzil təminatının yaxşılaşdırılması məqsədilə iddiaçı Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandımışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə "Azərbaycan Rəspublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına, Azərbaycan Rəspublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə dəyişiklik olmuş və Fərmanın adında və 1-ci hissədə "Azərbaycan Rəspublikası Silahlı Qüvvələrinin" sözləri "Azərbaycan Ordusunun" sözləri ilə əvəz edilmisdir. Göründüyü kimi bu Fərmanın dairəsi Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara deyil, məhz Azərbaycan Ordusunda xidmət etmis hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-xx-xx-5962/23 nömrəli məktubundan müəyyən edilmişdir, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixə qədər Dövlət Sərhəd Xidmətində keçdiyi xidmət onun “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunması zamanı nəzərə alınmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh hazırki əsasla iddiaçının ilkin müraciətinin təmin edilməsində imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasi Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanı 15 noyabr 2021-ci il tarixində qüvvəyə mindiyi üçün 2020-ci il tarixinə (Fərmana edilmiş dəyişikliyə) kimi 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi İddiaçı mənzillə təmin edilməsi ilə bağlı adının müvafiq siyahıya daxil edilməsi hüququ mövcud olmuşdur. Belə ki, hüquq normasının zamana görə qüvvəsi məsələsi geniş təcrübi (praktiki) əhəmiyyətə malikdir. Onun düzgün həllindən çox zaman konkret münasibətlərə hansı – yeni və ya əvvəllər qüvvədə olmuş qanunun tətbiq edilməsi, onun müddəalarının necə həyata keçirilməsi asılı olur. Azərbaycanın hüquq sistemində hüquq normasının geriyə qüvvəsinin əsas şərtləri Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində öz əksini tapmışdır. Həmin normaya əsasən, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Konstitusiyanın qeyd edilən normasından göründüyü kimi normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Yəni normativ hüquqi akt yalnız gələcək zamana təsir edə bilər. Başqa sözlə yeni normativ hüquqi akt qüvvəyə mindiyi andan yalnız onun dərcindən sonra baş vermiş faktları və hadisələri əhatə edir. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsinin vacib şərtlərindən biri retrospektivliyin Qanun səviyyəsində tanınmasıdır. Hüquq normasının retrospektivliyinin Qanun əsasında göstərilməsi təyinat baxımından onun məqsədli olmasını ifadə edir və hüquqi müəyyənlik baxımından nəticələrini görmək imkanını yaradır. Hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması isə hüquqi müəyyənlik prinsipinin bir komponentidir. Bununla belə, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Belə ki, Konstitusiyanın 109-cu maddəsinin və 149-cu maddəsinin İ hissəsinin müddəaları hər hansı normativ hüquqi aktın geriyə qüvvəsinin şamil edilməsinin qanunverici tərəfindən həyata keçirilməsini mümkün edir. Konstitusiyanın 109-cu maddəsinin 26-cı bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid edilmişdir. Konstitusiya Məhkəməsi Plenumu 28 yanvar 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna edilmir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: -fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; -hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Azərbaycan Respublikasi Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanı 2021-ci il, 15 noyabr tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçuların sosial müdafiəsi hüququna haqsız müdaxilə edilməsinə gətirib çıxarar. Çünki 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçuların (o cümlədən Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi qulluqçuların) mənzillə təmin edilməsi ilə bağlı adının müvafiq siyahıya daxil edilməsi ilə bağlı hüquqları olmuşdur. Hansı ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi dəyərləndirməsinə görə yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran və hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən hallarda normativ hüquqi aktların qüvvəsinin geriyə qüvvəsi vardır. Azərbaycan Respublikasi Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanı 15 noyabr 2021-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçuların sosial müdafiəsi hüququna nisbətdə Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Başqa sözlə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021ci il tarixli Fərmanı şəxslərin (hazırki halda iddiaçının) “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kim qəbul olunmadığından həmin dəyişiklikdən əvvəl yaranmış münasibətlərə tətbiq edilə bilməz. Bundan başqa məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasi Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına edilmiş dəyişiklik (Fərmanın adında və 1-ci hissədə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin" sözləri "Azərbaycan Ordusunun" sözləri ilə əvəz edilməsi) normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməsi baxımından konstitusion prinsiplə yanaşı “qazanılmış hüquq” konsepsiyası baxımından da təhlil edilməlidir. Bu prinsipin mənasına görə qəbul edilmiş yeni qaydalar əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni, norma qüvvəyə mindikdən sonra yaranmış münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasi Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına edilmiş dəyişiklik (Fərmanın adında və 1-ci hissədə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin" sözləri "Azərbaycan Ordusunun" sözləri ilə əvəz edilməsi) “qazanılmış hüquq” konsepsiyası baxımından əksinə fiziki şəxsin vəziyyətini ağırlaşdırır. Eyni zamanda, iddiaçının bu hüququnun məhdudlaşdırılması onun konstitusion mənzil hüququnun da məhdudlaşdırılması anlamına gəlməyə əsas verir ki, bu da iddiaçının hüquqi vəziyyətini ağırlaşdırılması deməkdir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Ordusunda 20 ildən az xidməti olduğunu əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsinə baxmayaraq, özü xx.xx.2019-cu il tarixində iddiaçının 20 il qüsursuz xidmət illərinin olduğunu nəzərə alıb, onu 1-ci dərəcəli medal ilə təltif etmişdir. Belə ki, İddiaçı xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, xx.xx.2013-cü il tarixdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, xx.xx.2013-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2018)” yubiley medalı və xx.xx.2019-cu il tarixdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunmuş və onun xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixə qədər Dövlət Sərhəd Xidmətində keçdiyi xidmət “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunması zamanı nəzərə alınmışdır. Məhkəmə kollegiyası cavabdehin imtinasında qeyd olunan dəlilləri iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək və hazırki mübahisəli münasibətləri tənzimləyən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlmişdir ki, cavabdehin imtinasında qeyd olunan dəlillər əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmana əsasən ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət problemlərinin həll edilməsi məqsədilə hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin fərmanda şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi üçün iki əsas: 1. Şəxsin Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 il və daha artıq xidmət etməsi; 2. Həmin xidmət illərinin qüsursuz olması tələb olunur. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə görə “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. İddiaçı hərbi xidmət dövründə “20 il qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilməsinə baxmayaraq cavabdeh inzibati orqan iddiaçının Azərbaycan Ordusunda 20 ildən az xidməti olduğunu əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Halbuki, yuxarıda qeyd edilən hüquq normalarından hərbi qulluqçunun 1-ci dərəcəli medalı ilə təltif edilməsi onun hərbi xidmət dövründə “20 il qüsursuz xidmət etməsi ilə şərtləndirilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının xidmətdən xaric olunduğu xx.xx.2020-ci il tarixədək 20 ildən artıq qüsursuz xidməti olmuş və bu hal İddiaçı Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən mənzillə təmin olunması ilə bağlı adının müvafiq siyahıya daxil edilməsi tələbini irəli sürməyə əsas verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. İddiaçının adının mənzillə təmin edilməli olan hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, yalnız formal mülahizələrə əsaslanmış, heç bir hüquqi əsası yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Rəspublikası İnzibati Prosəssual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kolləgiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(120)-1640/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

X8(imza

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar