Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-368/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(120)-831/2025 nömrəli qərarından cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 1998- 2019-cu illərdə elektrik qaynaqçısı kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə işlədiyi müddətin iş stajı kimi nəzərə alınıb hüququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 30 yanvar 2025-ci il tarixli, 2- 1(120)-831/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, , iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2023-cü il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməmiş və işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı İ.X3 təqdim etdiyi 02 iyul 1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1980-cı ildə 10 nömrəli NBHİN zavoduna Armatur sexinə ikinci dərəcəli fəhlə qəbul edilmiş xx.xx.1981-ci il tarixdə öz xahişi ilə işdən azad edilməsi, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək “STSVS” PMK-14 trestinə 5-ci dərəcəli qaynaqçı vəzifəsində işləməsi, xx.xx.1987-ci il tarixdə MPSM Bəhrəmtəpə qrav. Karyerinə 3 saylı sahəyə 4-cü dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmsi və xx.xx.1988-ci il tarixdə 2 nömrəli sahəyə dördüncü dərəcəli elektrik qaynaqçısı işinə keçirilməsi xx.xx.1990-cı il tarixdə beşinci dərəcə verilmsi, xx.xx.1997-ci il tarixdə öz xahişi ilə işdən azad olunmsı, "xxxx" ASC-də xx.xx.1998-ci ildən xx.xx.2011-ci ilədək elektrik qaynaqçısı xx.xx.2016-ci ildən xx.xx.2017ci ilədək elektrik qaynaqçısı, xx.xx.2019-cu ildən xx.xx.2019-cı ilədək elektrik qaynaqçısı işləmsi və “X6" ASC-də xx.xx.2019-cu il tarixdən fəhlə vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədəkelektrik qaynaqçısı vəzifəsində işlədiyinin qeyd edildiyini, lakin iddiaçının işlədiyi fəaliyyət sahəsi qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələrinə aid olmadığını qeyd etmişdir. "xxxx" ASC-nin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən "Bəhrəmtəpə-Çınqır ASC-də xx.xx.1998-ci il tarixdən (Əmr № 28; xx.xx.1998-ci il) xx.xx.2011-ci il tarixədək (Əmr № 4; xx.xx.2011) elektrik qaynaqçısı, xx.xx.2016-cı il tarixdən (Əmr № 07; xx.xx.2016-cı il) xx.xx.2017-ci il tarixədək (Əmr N° 03; xx.xx.2017-ci il) elektrik qaynaqçısı, xx.xx.2019-cu il tarixdən (Əmr № 09; xx.xx.2019-cu il) xx.xx.2019-cu il tarixədək (Əmr № 25; xx.xx.2019-cu il) elektrik qaynaqçısı işləmişdir. İşlədiyi vəzifə üzrə əmək stajı 14 il, 6 ay, 12 gün təşkil edir. A.A Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Siyahı"nın 10.2-ci yarımbölməsində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə (qaldırıcının maşinisti və sementləyici aqreqatın motorçusu) əmək stajı 14 il 6 ay 12 gundür. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, həm əmək kitabçasına, həm işəgötürən "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi arayışlara əsasən, iddiaçının xx.xx.2023-cü il tarixədək güzəşli iş stajının 12 il 6 aydan çox təşkil etdiyini müəyyən edir. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1980-xx.xx.1981-ci illərdə, xx.xx.1983-xx.xx.1987-ci illərdə 14 nömrəli SMD-də, xx.xx.1987-xx.xx.1997-ci illərdə Bəhrəmtəpə qum-çınqıl karxanasında işləməklə, "xxxx" ASC-də xx.xx.1998-ci ildən xx.xx.2011-ci ilədək elektrik qaynaqçısı, xx.xx.2016-ci ildən xx.xx.2017-ci ilədək elektrik qaynaqçısı, xx.xx.2019-cu ildən xx.xx.2019-cı ilədək elektrik qaynaqçısı, “X6" ASC-də 4 il 7 ay 16 gün elektrik qaynaqçısı, "xxxx" MMC-də xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək 303 gün elektrik qaynaqçısı işləməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı 19 ildən artıq müddət təşkil edir. Bu fakt əmək kitabçası ilə və iş yerlərinin arayışları ilə təsdiq olunur. 40 ilədək əmək stajının yarısı ağır şəraitli peşə olmuşdur. Onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. O, güzəştli şərtlərlə əmək pensiyas təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavab olaraq bildirilmişdir ki, “xx.xx.2011-xx.xx.2016-cı ilərdə elektrik qaynaqçısı işlədiyi sahə güzəştli iş stajına aid deyil, güzəştli iş stajı az təşkil etdiyinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı mümkün hesab edilmir, bundan əlavə, xx.xx.1987-xx.xx.1997-ci illər arasındakı dövrə aid qeydlər həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiq edildiyindən iş stajı kimi nəzərə alınmır.” Həmin illər nəzərə alınmasa belə, onun ümumi iş stajı 25 ildən, güzəşti şərtlərlə əmək pensiyası hüququ verən 12 il 6 aydan çoxdur. Cavabdehin həmin hərəkətini düzgün hesab etmir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nın dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər yarımbölməsində (1.1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndi (1.1.2) nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 8 aprel 1982-ci il tarixli MT-İ № ******* nömrəli əmək kitabçasında və “X6” ASC-nin ona dair arayışında xx.xx.2011-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi sahə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan dağ-mədən işləri sahəsinə aid deyil. Göstərilən səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 5 ay 15 gün (xx.xx.1998-xx.xx.2009-cu il, 01,04.2009-xx.xx.2009-cu il, xx.xx.2018xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirilir ki, İddiaçı təqdim etdiyi 8 aprel 1982-ci il tarixli MT-İ № ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrdəki qeydlər həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiq edilib. Bu səbəbdən də xx.xx.1987-xx.xx.1997-ci il tarixləri arasındakı dövrü onun iş stajına daxil etmək mümkün olmamışdır. İddiaçı ümumi iş stajı 25 il 9 av 20 gün (xx.xx.2006-cı il tarixinədək 15 il 7 ay 20 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1983-cü il (hərbi xidmət), xx.xx.1983- xx.xx.1987-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 il 2 ay) təşkil edir. Həmçinin İddiaçı 01,12.2023-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 20069,58 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1963cü il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus əmək kitabçasının və onun notarial qaydada təsdiq və tərcümə olunmuş surətində onun aşağıda qeyd olunan müəssisələrdə işləməsi öz əksini tapır:xx.xx.1980-cı ildə 10 nömrəli NBHİN zavoduna Armatur sexinə ikinci dərəcəli fəhlə qəbul edilmiş xx.xx.1981-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet ordusunda xidmət etmiş; xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək “STSVS” PMK-14 trestinə 5-ci dərəcəli qaynaqçı vəzifəsində işləmiş; xx.xx.1987-ci il tarixdə MPSM Bəhrəmtəpə qrav. Karyerinə 3 saylı sahəyə 4-cü dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə 2 nömrəli sahəyə dördüncü dərəcəli elektrik qaynaqçısı işinə keçirilmiş, xx.xx.1990-cı il tarixdə beşinci dərəcə verilmiş, xx.xx.1997-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuş; "xxxx" ASC-də xx.xx.1998-ci ildən xx.xx.2011-ci ilədək elektrik qaynaqçısı, 2011-2016-cı illərdə “X6” ASCdə qaynaqşı-fəhlə və elektrik qaynaqçısı, "xxxx" ASC-də xx.xx.2016-ci ildən xx.xx.2017-ci ilədək elektrik qaynaqçısı, xx.xx.2019-cu ildən xx.xx.2019-cı ilədək elektrik qaynaqçısı işləmiş; “X6" ASC-də xx.xx.2019-cu il tarixdən fəhlə vəzifəsinə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədəkelektrik qaynaqçısı vəzifəsində işləmiş; xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan SSR İmişli rayon 123 nömrəli orta Texniki Peşə məktəbində təhsil almışdır. -“X6” ASC-nin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışda qeyd edilmişdir ki, İddiaçı 4 il 7 ay 16 gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş əmək stajı vardır. -"xxxx" ASC-nin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən "xxxx" ASC-də xx.xx.1998-ci il tarixdən (Əmr № 28; xx.xx.1998-ci il) xx.xx.2011-ci il tarixədək (Əmr № 4; xx.xx.2011) elektrik qaynaqçısı, xx.xx.2016-cı il tarixdən (Əmr № 07; xx.xx.2016-cı il) xx.xx.2017-ci il tarixədək (Əmr № 03; xx.xx.2017-ci il) elektrik qaynaqçısı, xx.xx.2019-cu il tarixdən (Əmr № 09; xx.xx.2019-cu il) xx.xx.2019-cu il tarixədək (Əmr № 25; xx.xx.2019-cu il) elektrik qaynaqçısı işləmişdir. İşlədiyi vəzifə üzrə əmək stajı 14 il, 6 ay, 12 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısının 35-ci bəndinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları yarımbəndinə uyğundur. -"xxxx" ASC-nin məhkəməyə ünvanladığı şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən "Bəhrəmtəpə-Çınqır ASC-də xx.xx.1998-ci il tarixdən (Əmr № 28; xx.xx.1998-ci il) xx.xx.2011-ci il tarixədək (Əmr № 4; xx.xx.2011) elektrik qaynaqçısı, xx.xx.2016-cı il tarixdən (Əmr № 07; xx.xx.2016-cı il) xx.xx.2017-ci il tarixədək (Əmr N° 03; xx.xx.2017-ci il) elektrik qaynaqçısı, xx.xx.2019-cu il tarixdən (Əmr № 09; xx.xx.2019-cu il) xx.xx.2019-cu il tarixədək (Əmr № 25; xx.xx.2019cu il) elektrik qaynaqçısı işləmişdir. İşlədiyi vəzifə üzrə əmək stajı 14 il, 6 ay, 12 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısının 35-ei bəndinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları yarımbəndinə uyğundur. -"xxxx" MMC-nin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışda qeyd edilmişdir ki, İddiaçı 303 gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş əmək stajı vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının 2011-2016-cı illərdə “X6” ASC-də qaynaqşı-fəhlə və elektrik qaynaqçısı işlədiyi peşələrin güzəştli hesab edilməsi ilə bağlı sahə uyğunluğunu mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin peşə istehsalat sahəsi baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nın dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər yarımbölməsində (1.1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndi (1.1.2) nəzərdə tutulmuşdur. Həmçinin qeyd edilir ki, həmin dövr nəzərə alınmasa belə, iddiaçının işlədiyi digər peşə və sahələr nəzərə alındıqda güzəştli pensiya hüququ yaranır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıya məxsus əmək kitabçasının 6- 7-ci səhifələrdəki qeydlərin həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiq edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan hallar iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərin mötəbər olmadığını güman etmək üçün kifayət etmir. Belə ki, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xx.xx.1991-ci il tarixli Qərarına əsasən 1992-ci il tarixdən latın qrafikasına keçilmiş, möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının latın qrafikasına dəyişdirilməsinə başlanılmışdır. Göründüyü kimi latın qrafikasına keçid 1992-ci ildən başlanılmışdır. Odur ki, iddiaçının xx.xx.1987-ildə işə qəbul və xx.xx.1997-ci il tarixdə işdən azad edilməsi barədə qeydlərin latın qrafikalı möhürlə təsdiq edilməsi həmin sənədin mötəbərliyini şübhə altına almağa əsas vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(120)-831/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-368/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-368/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver