Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-369/2024 09.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, üçüncü şəxs X19 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(120)-97/2024 nömrəli qərarından üçüncü şəxslər X9 və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı torpaq sahəsinin koordinat göstəricilərinin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli 011 saylı qərarı əsasında X3 və ailə üzvlərinin adına tərtib olunmuş xüsusi mülkiyyət hüququnu təsdiq edən **********72 reyestr və ********** qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 112 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0,98 ha torpaq sahəsinın koordinat göstəricilərinin Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli 011 saylı qərarı əsasında İddiaçı2 və X4 adına tərtib olunmuş Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 301 nömrə ilə qeydiyyata alınmış JN-0301 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə üst-üstə düşən hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə X9, X14, X22, X10, X23, X28 və X24 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 04 mart 2024-cü il tarixli, 2-1(120)- 97/2024 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarı əsasında X3, X6, X11, X5, X15, X19 və X16 adına tərtib olunmuş xüsusi mülkiyyət hüququnu təsdiq edən, **********72 reyestr və ********** qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 112 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0,98 ha torpaq sahəsinın koordinat göstəricilərinin Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarı əsasında İddiaçı2 və X4 adına tərtib olunmuş, Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 301 nömrə ilə qeydiyyata alınmış JN-0301 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə üst-üstə düşən 0,23 ha torpaq sahəsinin koordinat göstəriciləri hissəsində ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxslərin ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin 0,23 ha hissəsi üzrə koordinat göstəriciləri iddiaçıların ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin “Torpaların elektron kadastr uçotu informasiya sistemi”ndəki koordinat göstəricilərinin üzərinə vurulmuşdur. Təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli 011 saylı qərarı əsasında Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 301 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı və xüsusi mülkiyyət hüququ **********00 reyestr və ********** qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 153 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0,32 ha sahəsinin 0,23 ha hissəsi üzərində iddiaçıların sahiblik, istifadə və sərəncam vermək hüquqları həm cavabdeh inzibati orqan, həm də üçüncü şəxslər tərəfindən pozulmuşdur. Qərardan üçüncü şəxslər tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə onların adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-0301, Kod 80515018 saylı Dövlət Aktında olan cizgidə göstərilən sərhəd daxilində 0,32 ha torpaq sahəsi verilməklə qeydiyyata alınmışdır. Sonradan 2002-2006-cı illərdə Masallı rayonu üzrə yenidən islahat aparılmaqla yerquruluşu xəritəçəkmə işləri görülmüş, o cümlədən Masallı rayonu Mahmudavar kəndində də 2002-2006-cı ildə islahat aparılmaqla, yenidən ölçü işləri görülmüş və nəticədə yerquruluşu xəritəsi hazırlanmışdır. Görülən işlər nəticəsində torpaq sahəsi DT və XK-nin Masallı rayon şöbəsində 301 nömrə ilə qeydiyyata alınmış və xx.xx.2006-cı il tarixində təsdiq edilmişdir. Sahə həçmin vaxtdan onların sahibliklərində, istifadələrində və sərəncamlarında olmuşdur. Masallı rayonu Mahmudavar kənd yaşayış məntəqəsinin şərq tərəfində yerləşən həmkəndliləri mərhum X1 adına olan torpağa mülkiyyət hüququna dair JN-0300 saylı dövlət aktında qeyd olunan 0,57 ha pay torpaq sahəsi iddiaçı X2 adına olan torpağa mülkiyyət hüququna dair JN-0301 nömrəli dövlət aktında qeyd olunan 0,32 ha pay torpaq sahəsinin qərb tərəfində yerləşir. Torpağa mülkiyyət hüququna dair JN-0300 saylı, JN-0301 saylı, JN-0302 saylı Dövlət Aktlarına əsasən qeydiyyata alınmış pay torpaq sahələri bir-biri ilə qonşuluqda yerləşdiyindən 1997-ci ildən etibarən hər birilərinin istehsal təyinatlı pay torpaq sahələri ayrı-ayrılıqda olmaqla faktiki istifadələrində olmuşdur. JN- 0301, kod 80515018 saylı Dövlət Aktı əsasında qeydiyyatdan keçmiş 0,32 ha pay torpaq sahəsini iddiaçıların əlindən zorla almaq məqsədi ilə üçüncü şəxs X14 və qeyriləri oktyabr 2018-ci il tarixindən müxtəlif yollarla maneələr yaratmaqla onlara məxsus olan pay torpaq sahəsini zəbt edəndən sonra üçüncü şəxs X6 adına olan torpağa mülkiyyət hüququna dair JN- 0302, Kod 80515018 saylı dövlət aktı ilə qeydiyyata alınmış 0,98 ha pay torpaq sahəsinin yerləşmə yerinə deyil, onların adına olan torpağa mülkiyyət hüququna dair JN-0301, Kod 80515018 saylı dövlət aktı ilə qeydiyyata alınmış 0,32 ha pay torpaq sahəsinin yerləşmə yerinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən X3 adına xx.xx.2018-ci il tarixli, **********72 reyestr nömrəli çıxarış, həmin çıxarışa dair saxta koordinat göstəriciləri onlara məlum olmayan şəraitdə qanunauyğun olmayan şəkildə əldə etmişlər. Cavabdehin imtina aktı və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, torpaq sahəsinin koordinat göstəricilərinin ləğv edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricindədir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri ümumən ondan ibarətdir ki, iş üzrə verilmiş ekspert rəyi qərəzlidir, torpaq sahələrinin real yerləşmə vəziyyətinə əsaslanmamışdır, həmçinin iddiaçıların niyyətinin onlara məxsus torpaq sahəsini qanunsuz olaraq ələ keçirmək olmasına baxmayaraq, birinci instansiya məhkəməsi lazımi qaydada araşdırma aparmamışdır. Prosessual məsələlər Üçüncü şəxs X28 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasını xahiş etdi. İddiaçılara, cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iştirak etməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -JN-0301 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından və xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarı əsasında İddiaçı2 və X4 birgə mülkiyyətinə 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə onların xüsusi mülkiyyət hüququ **********00 reyestr və ********** qeydiyyat nömrələri ilə qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir. -JN-0302 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından və xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarı əsasında X9, X14, X22, X10, X23, X28 və X16 birgə mülkiyyətinə 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə onların xüsusi mülkiyyət hüququ **********72 reyestr və ********** qeydiyyat nömrələri ilə qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6330 nömrəli ekspert rəyində bildirilir: -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4872/2023 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi ilə JN-0301 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin, JN-0302 saylı, Kod ********* olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X6, X7, X11, X5, X15, X19 və X16 ümumi birgə mülkiyyətində olan 0,99 ha torpaq sahəsinin, xx.xx.2021-ci il tarixdə verilmiş ********** (**********00 reyestr nömrəli) qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin və xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* (**********72 reyestr nömrəli) nömrəli çıxarışa əsasən X3, X6, X11, X5, X15, X19 və X16 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin naturada, sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. Sözügedən torpaq sahələrinin yerləşmə vəziyyəti və koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. -Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-0301 saylı, Kod 80515018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə JN-0302 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X6, X7, X11, X5, X12, X19 və X16 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin koordinat göstəricilərinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** (**********00) qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı2 və X4 ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* (**********72 reyestr nömrəli) nömrəli çıxarışa əsasən X3, X6, X11, X5, X15, X19 və X16 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin koordinat göstəricilərinin üst-üstə düşmədiyi mmüəyyən edilmişdir. -JN-0301 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin Torpaların elektron kadastr uçotu informasiya sistemindəki koordinat göstəriciləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* (**********72 reyestr nömrəli) nömrəli çıxarışa əsasən X3, X6, X11, X5, X15, X19 və X16 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin koordinat göstəricilərinin 0,23 ha hissəsinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. -JN-0301 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinat göstəriciləri ilə İddiaçı2 və İddiaçı1 adına olan xx.xx.2021-ci il tarixdə nömrə ilə qeydiyyata alınmış çıxarışa dair xx.xx.2021-ci il tarixli, AA № 617826 (**********00 reyestr nömrəli) saylı plan və ölçü sənədinin koordinat göstəricilərinin (ilkin sənədin koordinat göstəriciləri ilə, sonuncu sənədin koordinat göstəriciləri) bir-biri ilə uyğun olmadığı müəyyən edilmişdir. -JN-0302 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X6, X7, X11, X5, X15, X19 və X16 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinat göstəriciləri ilə, X8m, X6, X11, X5, X15, X19 və X13 adına olan xx.xx.2018-ci il tarixdə seriya RX ******* nömrə ilə qeydiyyata alınmış çıxarışa dair xx.xx.2018-ci il tarixli, AA № 275334 saylı plan və ölçü sənədinin koordinat göstəricilərinin (ilkin sənədin koordinat göstəriciləri ilə, sonuncu sənədin koordinat göstəriciləri) bir-biri ilə uyğun olmadığı müəyyən edilmişdir. -JN-0301 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinat göstəriciləri ilə, İddiaçı2 və İddiaçı1 adına olan xx.xx.2021-ci il tarixdə ********** (**********00 reyestr nömrəli) nömrə ilə qeydiyyata alınmış çıxarışa dair xx.xx.2021-ci il tarixli, AA № 617826 saylı torpaq sahəsinin planı və ölçüsünün koordinat göstəricilərinə əsasən 0,32 ha pay torpaq sahəsinin yerləşmə yerinin 0,06 ha hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında həmin torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları göstərilmişdir. -JN-0302 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən X6, X7, X11, X5, X15, X19 və X16 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinat göstəriciləri ilə, X3, X6, X11, X5, X15, X19 və X16 adına olan xx.xx.2018-ci il tarixdə seriya RX ******* (**********72 reyestr nömrəli) nömrə ilə qeydiyyata alınmış çıxarışa dair xx.xx.2018-ci il tarixli, AA № 275334 saylı torpaq sahəsinin planı və ölçüsünün koordinat göstəricilərinə əsasən 0,98 ha pay torpaq sahəsinin yerləşmə yerinin 0,59 ha hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında həmin torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları göstərilmişdir. Göründüyü kimi, iddiaçıların və üçüncü şəxslərin adlarına verilmiş Dövlət Aktları əsasında çıxarış verilərkən hər iki çıxarış üzrə torpaq sahələrinin koordinatları ilkin sənəd olan Dövlət Aktlarında göstərilən koordinatlara uyğun işlənməmiş, nəticədə iddiaçıların mülkiyyətində olan 0.32 ha torpaq sahəsinin yalnız 0.06 ha hissəsi üzrə koordinatlar ilkin sənədə uyğun işlənmiş, həmçinin üçüncü şəxslərə verilmiş çıxarış üzrə koordinatlar ilkin sənədə uyğun işlənməməklə 0.23 ha hissədə iddiaçıların torpaq sahəsinin( Dövlət Aktı ilə müəyyən edilmiş) üzərinə işlənmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən əsaslı hesab etmiş və 0.32 ha torpaq sahəsinin yalnız üst-üstə düşən 0.23 ha hissəsinə münasibətdə koordinat göstəricilərinin ləğv edilməsi qənaətinə gəlmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.9-cu maddəsinə əsasən mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin: -1.2-ci bəndinə əsasən mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. -2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır (2.2-ci bənd). Hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıbsatıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır (2.3.4-cü bənd). Torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır (2.3.5-ci bənd). Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxslər X9, X14, X22, X10, X23, X28 və X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(120)-97/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-369/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-369/2024
09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver