Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-369/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(120)-55/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Astara rayon Pensər Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı qeyri qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Astara rayon Pensər Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2ində yerləşən Astara rayon Aqrar islahat Komissiyasının qərarına əsasən, 1994-cü ildə tikilmiş 192 kv.m qeyri qeyri-yaşayış (aptek) binasının üzərində Astara rayon Pensər bələdiyyəsinin mülkiyyət hüquqlarının qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadları ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X6 Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 03 fevral 2025-ci il tarixli, 2- 1(120)-55/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Astara rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2000-ci il tarixli, 23 saylı protokolu, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 26 saylı protokolu qərarına əsasən, ünvan 2ində 0.0221 ha torpaq sahəsində yerləşən 1994-cü il tarixdə tikilmiş 192 kv.m aptekə (qeyriyaşayış binası) Astara rayon Pensər Bələdiyyəsinin mülkiyyət hüququnun (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyərinin Astara rayon Pensər Bələdiyyəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyi üzrə “Talış” X15 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla Astara rayon Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmış 192 kv.m ölçüdən (faktiki vəziyyətdə 204 kv.m) ibarət yeni aptek binasının və yerləşdiyi torpaq sahəsinin faktiki koordinatlarının Pensər çayının sahil beton bəndindən 25m-30m məsafədə yerləşməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə sözügedən binanın yerləşdiyi 0,0221 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla Astara rayonu Pensər bələdiyyəsinin icarəsinə verilmişdir. Sözügedən daşınmaz əmlak obyektinin magistral avtomobil yolunun, su kanalının, qaz xəttinin, yeksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi müşahidə edilməmişdir. Yəni aptek binasının və yerləşdiyi torpaq sahəsinin faktiki koordinatlarının Pensər çayının sahil beton bəndindən 25-30 m məsafədə yerləşməsi müəyyən edilsə də, 30 ildən artıq müddətdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının sahibliyinə və istifadəsində olmuşdur, “Talış" X15 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışa əsasən, islahatın başa çatması ilə əlaqədar olaraq həmin əmlakın bələdiyyəyə verilməsi üçün komissiya təşkil edib, təhvil-təslimi həyata keçirilmişdir. Həmin vaxtdan hal-hazıradək Pensər Bələdiyyəsinin sahibliyi və istifadəsindədir. Məhkəmə bununla bağlı bildirir ki, bu günə kimi hər hansı təbii fəlakət və ya forsmajor hadisə baş verməmiş və aptekə və onun ətrafına hər hansı ziyan dəyməmişdir, çayın (suyun) mühafizə zolağına müdaxilə, pozuntu, ziyan dəyməmişdir. Qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən qeyri-yaşayış sahəsinin (aptekin) çayın 36 metrlik mühafizə zolağında yerləşməsi, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə yaratmır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə əsassızdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Astara XDS İcrayyə Komitəsinin 26 sentyabr 1986-cı il tarixli qərarı ilə 1987-ci ilin planına müvafiq olaraq rayonun “Sovet Azərbaycam” sovxozunda 5 işçi yeri olan aptek binasının tikintisi məqsədi ilə həmin sovxozun indiki Pensər bələdiyyəsinin ərazisində 0,06 ha torpaq sahəsi ayrılmışdır. 1994cü ildə bu sahədə ümumi sahəsi 192 kv.m. olan yeni aptek binası inşa edilmişdir. "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli Fərmanının icra edilməsi məqsədi ilə “Talış” X15 Komissiyasının xx.xx.2000-ci il tarixli qərarı ilə ünvan 2i ərazisində yerləşən, 1994-cü ildə tikilmiş yeni aptek binasının Astara rayon Pensər Bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmışdır. Bu bina və digər əmlaklar “Talış" X15 Komissiyasının, həmçinin Astara rayon Pensər Bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2000-ci il tarixli aktla təhvil verilmişdir. Astara rayon Pensər Bələdiyyəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1247 saylı hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən ünvan 2i ünvandakı qeyri-yaşayış binasının yerləşdiyi 220 kv.m. torpaq sahəsi 2 il müddətinə Pensər Bələdiyyəsinə icarəyə verilmişdir. Həmin binanın üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin idarə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 2i ərazisində yerləşən, Astara rayon “Talış” X13 Komissiyasının 22 yanvar 2000-ci il tarixli 01 saylı iclas protokolundan çıxarış və Astar rayonu “XDS” İcrayə Komitəsinin 26 sentyabr 1986-cı il rarixli 13 saylı iclas protokolundan çıxarış əsasında Aptek tikintisi üçün 0.06 ha torpaq sahəsinin ayrılmasına dair yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, həmin 0.06 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair Ərazi idarəsinə təqdim etdiyi sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, sözü gedən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair Ərazi İdarəsinə təqdim etdiyi sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həmin qeyri-yaşayış binası Pensər çayı ilə həmsərhəd olmaqla, çayın 36 metrlik mühafizə zolağında yerləşir. Bu baxımdan “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 nömrəli Qərarına əsasən, Çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə uzunluğu 10 km-dən 50 km-dək olduqda, 100 metrdən az olmamaq şərti ilə qəbul edilir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində imtina aktının dəlilləri təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində mövcud olmayan AİKnın qərarına istinad etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdeh nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Astara rayonu “XDS” İcrayə Komitəsinin 26 sentyabr 1986-cı il rarixli 176 saylı qərarından görünür ki, “Sovet Azərbaycanı” sovxozunda aptek tikintisi üçün 0.06 ha dəmyə örüş torpaq sahəsinin ayrılması qərara alınmışdır. -Astara rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2000-ci il tarixli, 23 saylı protokolundan görünür ki, Rayon İcra Hakimiyyəti aqrar məsələlər şöbəsinin müdiri, rayon aqrar islahat komissiyasının sədr müavini F.Axundova, şöbənin iqtisadçısı M.Bayramova tapşırılsın ki, əmlakın özəlləşdirilməsinin əsasən başa çatdırmış X15 komissiyalarında kreditor borclar üçün ayrılmış əmlakın (bina, qurğuların) həmçinin əmlak payına bölünmüş lakin payçılara verilməsi təmin edilməmiş əmlakın müvəqqəti olaraq həmin ərazilərdə fəaliyyət göstərən bələdiyyələrə təhvil verilməklə X15 komissiyalarının fəaliyyətlərinə qanuna müvafiq qaydada xitam verilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. -Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 26 saylı qərarından görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2000-ci il tarixli, 23 saylı protokolu qərarına müvafiq olaraq rayonun 24 X15 komissiyaları üzrə aqrar islahatlarının başa çatdırılması nəzərə alınması, rayonda fəaliyyətinə xitam verilmiş 24 X15 komissiyalarının balans icmalını tərtib edib müvafiq qaydada Respublika Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməsi, fəaliyyətinə xitam verilmiş 24 YAİK-nin balans icmalları hesabatları əsasında kreditor borca saxlanılmış və qismən əmlak payçılarına verilməmiş əmlakın müvafiq qaydada X15 komissiyalarının fəaliyyət göstərdikləri ərazilərdəki bələdiyyə idarələrinə təhvil verilməsi və həmin bələdiyyələr tərəfindən əmlakın təyinatına müvafiq verilməsinin təmin edilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. -“Talış" X15 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışdan görünür ki, bələdiyyə mülkiyyətinə veriləcək siyahı təsdiq edilmiş, siyahı əlavə olunmuşdur. “Talış" X15 Komissiyasına tapşırılmışdır ki, islahatın başa çatması ilə əlaqədar olaraq həmin əmlakın tez bir zamanda bələdiyyəyə verilməsi üçün komissiya təşkil edib, təhvil-təslimi həyata keçirilmiş, qərara bir səslə (lehinə 11 səs, əleyhinə yox səsverməklə) qəbul edilmişdir. Siyahının 14-cü sırası: Yeni aptek binası- tikildiyi il 1994-cü il, 12x16=192 kv.m. -“Talış" X15 Komissiyasının və Astara rayonu Pensər bələdiyyəsinin üzvləri tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli aktdan görünür ki, “Talış" X15 Komissiyasının balansında olan tikili binalar, qurğular, inventarlar Pensər bələdiyyəsinin hesabına keçirilmişdir. Siyahıya alınmış əmlaklar arsında 14-cü sırada yeni aptek qeydə alınmışdır. -Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə olan xx.xx.2022-ci il tarixli, 1247 nömrəli müqavilənin surətindən göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ünvan 3i ünvanındakı qeyri-yaşayış binasının yerləşəndiyi 220.0 kv.m torpaq sahəsini illik 87.96 manata: aylıq 7.33 manat icarə haqqı olmaqla xx.xx.2024-cü il tarixədək Astara rayonunun Pensər Bələdiyyəsinə icarəyə vermişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********96 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2i ərazisində yerləşən 0.0221 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixədək Astara rayonunun Pensər Bələdiyyəsinə icarəyə vermişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********96 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2i ərazisində yerləşən 0.0221 ha torpaq sahəsi xx.xx.2026-cı il tarixədək Astara rayonunun Pensər Bələdiyyəsinə icarəyə vermişdir. -Astara rayonunun Pensər Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 056 nömrəli arayışında göstərilmişdir ki, Astara rayonu Pensər kəndində yerləşən 204 kv.m qeyriyaşayış (Aptek) binasının yaxınlığında çayın mühafisəsində yerləşən çıxarışları olan X2 reyestr nömrəsi **********86-06301.300 kv.m, X8 200 kv.m, X9 reyestr nömrəsi **********37-06301. 32 kv.m, X5 reyestr nömrəsi **********40-06301. 60 kv.m, X3 400 kv.m və həmin sözü gedən ərazidə digərlərinə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/601 nömrəli ekspert rəyində göstərilmişdir: -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3654/2023 №-li mütəxəssis rəyinə əsasən, “Talış” X15 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla Astara rayonunun Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmış 192 kv.m ölçüdən ibarət yeni aptek binasının və yerləşdiyi torpaq sahəsinin konkret yerini göstərən sxemi (sərhəd, yerləşmə, həndəsi ölçüləri və.s. əks olunan) inzibati iş materiallarına əlavə olunmadığından və ya mövcud olmadığından həmin aptek binasının və yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Faktiki vəziyyətdə sözügedən daşınmaz əmlak obyektinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. -“Talış” X15 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla Astara rayonunun Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmış 192 kv.m ölçüdən (faktiki vəziyyətdə 204 kv.m) ibarət yeni aptek binasının və yerləşdiyi torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən hüquqi statusunun-dövlət mülkiyyətində, kateqoriyasının-yaşayış məntəqələrinin torpaqları, uqodiyasının-tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. -“Talış” X15 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla Astara rayonunun Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmış 192 kv.m kv.m ölçüdən (faktiki vəziyyətdə 204 kv.m) ibarət yeni aptek binasının və yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. -“Talış” X15 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla Astara rayonunun Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmış 192 kv.m ölçüdən (faktiki vəziyyətdə 204 kv.m) ibarət yeni aptek binasının və yerləşdiyi torpaq sahəsi kimi iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. -Talış” X15 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla Astara rayon Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmış 192 kv.m ölçüdən (faktiki vəziyyətdə 204 kv.m) ibarət yeni aptek binasının və yerləşdiyi torpaq sahəsinin faktiki koordinatlarının Pensər çayının sahil beton bəndindən 25-30 m məsafədə yerləşməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış ilə sözügedən binanın yerləşdiyi 0,0221 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla Astara rayonu Pensər bələdiyyəsinin icarəsinə verilmişdir. Sözügedən daşınmaz əmlak obyektinin magistral avtomobil yolunun, su kanalının, qaz xəttinin, yeksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi müşahidə edilməmişdir. -Pensər bələdiyyəsinə məxsus qeyri-yaşayış (aptek) binasının istifadəsindəki dövlət mülkiyyətinə aid torpaq sahəsinin faktiki vəziyyətə uyğun baş planında qeyd olunanlara əsasən, ərazinin ümumi torpaq sahəsinin 220,0 kv.m olmaqla üzərində tikintialtı sahəsi 204 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binası mövcud olması müəyyən edilmişdir. Sadalanan sübutlardan göründüyü kimi islahat zamanı Aqrar İslahat Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı qərarı əsasında bələdiyyə mülkiyyətinə veriləcək siyahı təsdiq edilmiş, 12x16=192 kv.m. aptek binasının Astara rayon Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmışdır. 18 fevral 1995-ci il tarixdə qəbul edilmiş “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: -4-cü maddəsinə əsasən Dövlət mülkiyyətində, bir qayda olaraq, elmi tədqiqat və tədris müəssisələri, onların təcrübə bazaları; baytarlıq və bitki mühafizəsi obyektləri cins toxumçuluq və damazlıq təsərrüfatları, balıqartırma müəssisələri; təbiəti mühafizə obyektləri, qoruqları mühüm heyvandarlıq və quşçuluq kompleksləri, emal müəssisələri, meliorasiya və su təsərrüfatı obyektləri, kənd təsərrüfatı maşınları istehsalı və təmiri müəssisələri, maşın-sınaq stansiyaları və dövlət əhəmiyyətli digər obyektlər saxlanılır. Aqrar bölmənin dövlət mülkiyyətində olan yerli əhəmiyyətli obyektləri bələdiyyə mülkiyyətinə verilə bilər. Bələdiyyə mülkiyyətinə mülkiyyətçilərin qərarı ilə digər əmlak da verilə bilər. -8.-ci maddəsinə əsasən sosial infrastrukturda mülkiyyət məsələləri əmlak payı almaq hüququ olan şəxslərin qərarı ilə həll edilir. həmin obyektlərin əsas təyinatının dəyişdirilməsinə yol verilmir. Bu zaman: səhiyyə, bədən tərbiyəsi və idman obyektləri, uşaq bağçaları və körpələr evi, ümumtəhsil məktəbləri və digər obyektlər birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətdə qalır və ya bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydaları ilə çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul edilmişdir: uzunluğu 10 km-dək olduqda—50 m; uzunluğu 10 km-dən 50 km-dək olduqda—100 m; uzunluğu 50 km-dən 100 km-dək olduqda—200 m; uzunluğu 100 km-dən 200 km-dək olduqda—300 m; uzunluğu 200 km-dən 500 km-dək olduqda—400 m; uzunluğu 500 km-dən artıq olduqda—500 m. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Aqrar islahatın əsasları haqqında” Qanun 18 fevral 1995-ci il tarixdə qəbul edilmiş, dövlət qeydiyyatına alınması tələb olunan əmlak Aqrar İslahat Komissiyasının 22 yanvar 2000-ci il tarixli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş, “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydaları isə 24 mart 2000-ci il tarixdə təsdiq edilmişdir. Bu minvalla kollegiya ilk növbədə qeyd edir ki, sözügedən əmlak iddiaçının mülkiyyətinə verilərkən hələ çayların və digər su hövzələrinin mühafizə zonaları müəyyən edilməmişdir. Digər tərəfdən isə həmin əmlak 22 yanvar 2000-ci il tarixdə səlahiyyətli qurumun qərarı ilə artıq iddiaçının mülkiyyətinə verilmişdir və hazırda iddiaçı sadəcə həmin hüququn dövlət qeydiyyatına alınmasını tələb edir ki, bu halda həmin əmlakın hansısa resursların mühafizə zonasında yerləşməsi ilə bağlı məsələ cavabdehin məsuliyyət sferasına daxil deyil. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində mülkiyyət hüququnun qeydə alınması tələb olunan qeyriyaşayış binasının iddiaçının mülkiyyətinə verilməsi barədə ilkin hüquqmüəyyənedici sənəd kimi Astara rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2000-ci il tarixli, 23 saylı protokolu və Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 26 saylı protokol qərarı göstərilsə də, işdən görünür ki, həmin qərarla ümumi məsələlər həll edilmiş, sözügedən əmlak iddiaçıya Aqrar İslahat Komissiyasının 22 yanvar 2000-ci il tarixli qərarı əsasında verilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(120)-55/2025 nömrəli qərarı iddianın təmin edilməsi hissəsində dəyişdirilsin. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 2000-ci il tarixli qərarı əsasında Pensər Bələdiyyəsinin mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 192 kv.m aptekə (qeyri-yaşayış binası) dair həmin bələdiyyənin mülkiyyət hüququnun (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-369/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-369/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver