Məhkəmə qərarları › İş №2-1(106)-37/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-37/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-37/2024 04.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(120)-1145/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 28 mart 2023-cü il tarixli, 2- 1(120)-1145/2023 nömrəli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1996-cı il tarixdə Saatlı rayonunun 01 saylı Çadır şəhərciyində anadan olmuşdur. xx.xx.2013-cü il tarixdən etibarən Füzuli rayonunun Qərbənd kəndində məcburi köçkün kimi qeydiyyata alınmışdır. O, ərizə ilə Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 01/5487 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların” 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. X5 xx.xx.2005-ci ildən Füzuli rayonuna qeydiyyata düşdüyündən, məcburi köçkün olmadığı üçün ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının atasının məcburi köçkün statusu olmamışdır. O, işğal dövründən əvvəl Bakı şəhərində qeydiyyatda olmuş və yalnız xx.xx.2005-ci il tarixdə Füzuli rayonu, Zərgar kəndinə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, o, xx.xx.1996-cı il tarixdə Saatlı rayonunun 1 saylı çadır şəhərciyində anadan olmuş, Füzuli rayonunun Qərbənd kəndində məcburi köçkün kimi qeydiyyata alınmışdır. X3 xx.xx.1973cü il tarixdə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olsa da, uşaq ikən ailəsi ilə birlikdə Füzuli rayonunun Qərbənd kəndinə köçmüş və orada yaşamış, həmçinin Füzuli rayonunun Qərbənd kəndindən məcburi köçkün kimi qeydiyyata alınmışdır. X5 xx.xx.1968ci il tarixdə Füzuli rayonunun Zərgar kəndində doğulmuş, xx.xx.1993-cü il tarixədək həmin kənddə yaşamış, sonra məcburi köçkün olmuş, Füzuli rayonunun Zərgar kəndində məcburi köçkün kimi qeydiyyata alınmış, hazırda Füzuli rayonunun Beşinci Zobucuq qəsəbəsində yaşayır. Onun atasının və anasının aralarında olan nikah pozulmuşdur. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan 25 iyul 2005-ci il tarixli, AZ-ǀ 022224 nömrəli X16 Şəhadətnamənin surətindən görünür ki, 25 iyul 2005-ci il tarixdə X11 ilə X9 arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan seriya AA № 369842 nömrəli vəsiqənin surətindən görünür ki, X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Bakı şəhər Binəqədi rayon sektoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 018- 10872-1222 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü X11 xx.xx.2005-ci il tarixdən Füzulu rayonu, Zərgar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Vətəndaş M.Quliyevin şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilənədək ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. İşdə olan Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/1186 nömrəli məktubda qeyd edilmişdir ki, Füzuli rayon Zərgar kənd sakini X11 23 avqust 1993cü il tarixədək Füzulu rayonunun Zərgar kəndində yaşamış və məcburi köçkün olmuşdur. Hazırda məcburi köçkün kimi rayonun Beşinci Zobucuq qəsəbəsində məskunlaşıb yaşayır və vahid aylıq müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 01/6198 nömrəli məktubda qeyd edilmişdir ki, Maarif Quliyevin işğal dövründən əvvəl Füzuli rayonunda daimi pasport və ya hərbi qeydiyyatda olduğunu təsdiq edən müvafiq sənəd təqdim edilmədiyindən sizə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkanı xaricindədir. İşdə olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Dövlətyarlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-43-27/2-38/23 nömrəli arayışda qeyd edilmişdir ki, Füzuli rayon Qərbənd kənd sakini X12 həqiqətən məcburi köçkündür və hər ay 60 (altmış) manat vahid aylıq müavinət alır. İşdə olan Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış 13 noyabr 2023-cü il tarixli, 5-43/2-2669/2023 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı (AA 4113296) Saatlı rayonu, 1 saylı çadır şəhərciyində anadan olmuşdur və Füzuli rayonu, Qərbənd kəndində daimi pasport qeydiyyatındadır. Məcburi köçkün kimi 1997-ci ildən bu günədək vahid aylıq müavinət alır. Hal-hazırda Bakı şəhəri, Nəsmi rayonu, 1-ci mikrorayon, Asif Məhərrəmov küçəsi, ev 37, mənzil 36-da anası ilə birgə kirayədə yaşayır. İddiaçı anası xx.xx.1973-cü il təvəllüdlü X2 rayonu, Qərbənd kəndində doğulmuş, həmin kənddə pasport qeydiyyatındadır və məcburi köçkün kimi 1993-cü ildən hal-hazırkı tarixədək vahid aylıq müavinət alır. İddiaçı atası xx.xx.1968-ci il təvəllüdlü X4 rayonu Zərgər kəndində doğulmuş, həmin kənddə pasport qeydiyyatdadır və hazırda məcburi köçkün kimi Füzuli rayonu, Beşinci Zobucuq qəsəbəsi, ev 245-də yaşayır. Maarif Quliyev məcburi köçkün kimi 1993-cü ildən hal-hazırkı tarixədək vahid aylıq müavinət alır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon bölməsi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 15/BB-25-04 nömrəli məktubda qeyd edilmişdir ki, Füzuli rayonundan məcburi köçkün X12 və X1 rayonu, Dərnəgül yaşayış massivi, 1 saylı ETKnın stadion sahəsində məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. X8 məcburi köçkün kimi müvəqqəti qeydiyyatı Binəqədi rayonunda yoxdur. İşdə olan Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 15/2-4767/24 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdən hazıradək, xx.xx.1973-cü il təvəllüdlü X9 xx.xx.1993-cü il tarixdən hazıradək Füzuli rayonu, Qərbənd kəndində, xx.xx.1968-ci il təvəllüdlü X11 isə xx.xx.2005-ci il tarixdən hazıradək Füzuli rayonu, Dövlətyarlı Ə/D, Zərgər kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli, 1 nömrəli qərarının 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçının hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə Füzuli rayonudur və iddiaçı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır. Yəni bu hissədə tərəflər arasında mübahisə yoxdur. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının atasının məcburi köçkün statusu olmamış, o, işğal dövründən əvvəl Bakı şəhərində qeydiyyatda olmuş və yalnız xx.xx.2005-ci il tarixdə Füzuli rayonu, Zərgar kəndinə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X11 xx.xx.2005-ci il tarixdən Füzuli rayonu, Zərgar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır, lakin onun şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilənədək ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Lakin Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, Füzuli rayon Zərgar kənd sakini X11 23 avqust 1993-cü il tarixədək Füzuli rayonunun Zərgar kəndində yaşamış, məcburi köçkün olmuş və məcburi köçkün kimi 1993-cü ildən hal-hazırkı tarixədək vahid aylıq müavinəti alır. Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş məlumatlardan həmçinin görünür ki, İddiaçı Saatlı rayonu, 1 saylı çadır şəhərciyində anadan olmuş, Füzuli rayonu, Qərbənd kəndində daimi pasport qeydiyyatındadır, məcburi köçkün kimi 1997-ci ildən bu günədək vahid aylıq müavinəti alır. Göründüyü kimi iddiaçının atası məcburi köçkündür. Onun məcburi köçkün statusunun olmaması, onun işğal dövründən əvvəl xx.xx.2005-ci il tarixinədək Bakı şəhərində qeydiyyatda olması barədə cavabdeh inzibati orqan hər hansı mötəbər sübut təqdim edə bilmir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(120)-1145/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar