Məhkəmə qərarları › İş №2-1(106)-370/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-370/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-370/2024 14.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlu, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2-1(120)-2283/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 11 mart 2024-cü il tarixli, 2-1(120)- 2283/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından iddia əsaslı deyil. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N2-ci il tarixdə Biləsuvar rayon Hərbi komissarlığı tərəfindən səfərbərliklə Milli Ordu sıralarına çağırılmışdır. Xidmətə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə başlamışdır. Xidməti dövründə öncə Füzuli rayonunda erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak etmiş, sonra Cəbrayıl rayonunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bu faktlar hərbi biletinin 7-ci səhifəsində 18-ci qrafada qeyd edilməklə hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Xidmətini tam başa vuraraq xx.xx.N2-ci il tarixdə ehtiyata tərxis olunmuşdur. Müharibə veteranı adı və muvafiq vəsiqənin verilməsi üçün cavabdehə tələb olunan sənədləri təqdim etmişdir. Onunla bir hərbi hissədə xidmət etmiş və onunla eyni vaxtlarda döyüş əməliyyatlarına cəlb olunmuş əsgər yoldaşları veteran adı almışdır. Arxiv arayışında ərizəsi ilə tərxis olunmağı qeyd olunduğu üçün Müdafiə Nazirliyinin veteran komissiyası bəhanə gətirərək veteran adının verilməsinə mane olur. Dəqiq araşdırma aparmadan qərar qəbul etməklə onların müraciətə mövqeləri qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh iddiaya qarşı yazılı etirazında göstərmişdir ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin rəisinin xx.xx.2022-ci il tarixli 4/2-3189 nömrəli arxiv arayışından qörünür ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr N2-ci il 60 nömrəli əmrində Biləsuvar RHK-dan səfərbər olunmuş İddiaçı raportuna əsasən hərbi hissənin üzvlüyündən azad edilməsi barədə məlumat askar olunmuşdur. İnzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı hərbi hissənin üzvlüyündən azad edilməyi qanuni əsaslarla ehtiyata buraxılma sayılmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə istinad edərək, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2283/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və idddianın mümkün sayılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin maddənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surəti iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2023-cü il tarixli, 413-11156 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır, döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 60 nömrəli əmri ilə Biləsuvar rayon Hərbi Komissarlığından Səfərbər olduğu raporta əsasən hərbi hissənin üzvlüyündən azad edilməyi qanuni əsaslarla ehtiyata buraxılma sayılmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-3189 nömrəli arxiv arayışında bildirilir ki, N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli, 27 №-li əmrində Biləsuvar RHK-dan səfərbər edilmiş İddiaçı hərbi hissəyə daxil edilməsi və bütün növ təminat sıyahılarına qoyulması barədə məlumat vardır (əsas: § 2, səh.13, sıra 31, əmrdə adı və atasının adı tam yazılmamışdır). Əmrə əlavə olunmuş N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli, 26 №-li əmrindən çıxarışa əsasən, İddiaçı xx.xx.N2-ci ildən sayılmaqla şəxsı heyətə üzv qəbul edilmişdir (əsas: sıra 31). N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli, 60 №-li əmrində Biləsuvar RHK-dan səfərbər olunmuş M Q.Şirəliyevin raportuna əsasən hərbi hissənin üzvülüyündən azad edilməsi barədə məlumat vardır (əsas: § 7, səh. 37, sıra 31, əmrdə adı və atasının adı tam yazılmamışdır). -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 54 nömrəli arxiv arayışında bildirilir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 27 №-li əmrində (əsas: §-2, səh-13, sıra-31, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) Biləsuvar RHK-ğı tərəfindən çağırılmış çağırışçı İddiaçı hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilməsi və bütün təchizat növləri ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 60 №-li əmrində (əsas: § 4.7, səh-37, sıra-31, əmrdə adı və atasının adı tam yazılmamışdır) Biləsuvar RHK-dan səfərbər olunmuş, çağırışçı İddiaçı raportuna əsasən, hərbi hissənin şəxsi heyət üzvülüyündən azad edilməsi barədə məlumat vardır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-12/2-53/2024 nömrəli arayışında bildirilir ki, Biləsuvar rayonu, Yuxarı Ağalı kənd sakini, istefada olan əsgər 1965-ci il təvəllüdlü İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-ci il tarixə kimi Sovet Ordusu Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.N2-ci il tarixdə səfərbərliyə cəlb edilmiş və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə göndərilmişdir. Bildirir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, xx.xx.N2-ci il tarixdən xx.xx.N2ci il tarixədək N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməsi, hərbi xidmətdən tərxis olması, hərbi xidmət zamanı yaralanması, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnitsiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə uçot kartasında heç bir məlumat yoxdur. -Biləsuvar rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 69/2-1786/2024 nömrəli məktubundan görünür ki, Biləsuvar rayonu Yuxarı Ağalı kənd sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı barədə hazırda Biləsuvar rayon Polis Şöbəsində təqsirləndirici material yoxdur və onun məhkumluğu barədə məlumat aşkar olunmadı. İddiaçıya məxsus HЗ № ******* nömrəli hərbi biletdə onun erməni təcavüzkarlarına qarşı N nömrəli hərbi hissədə döyüşdüyü qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı 1988-ci il fevralın 1-dən N1-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğəcə və sonu müəyyən edilmişdir: başlanğəc-hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son-hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaəqdar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılması ilə şərtləndirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün hüquqi əsasların müəyyən edilməməsini nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsini rəhbər tutaraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2-1(120)-2283/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar