Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-371/2023 04.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, hakimlər Həsənov Müşfiq Kamil oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlu, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi cəlb edilməklə) “N994-cü ilin may ayının N0-da Ağdam rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğlu X4 ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi barədə təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin NN aprel 2023-cü il tarixli, 2-N(N20)-N0N8/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, N994-cü ilin may ayının N0-da Ağdam rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğlu X4 ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi barədə təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X9 N saylı hərbi hissənin əsgəri kimi birinci Qarabağ müharibəsində iştirak edərək böyük şücayət göstərmişdir. Hətta döyüşlərin birində öz həyatını təhlükə qarşısında qoyaraq təkbaşına 5 yaralı əsgər yoldaşını döyüş mövqeyindən çıxarmışdır. Oğlu N994-cü ilin may ayının N0-da Ağdam rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin Biləsuvar rayon Hərbi Komissarı tərəfindən təsdiq edilmiş, N7N2/N nömrəli, xx.xx.N997-ci il tarixli məktubdan məlum olur ki, döyüş zamanı həlak olmuş N saylı hərbi hissənin sıravi əsgəri X6 ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi üçün hərbi hissə komandirinin təqdimatı xx.xx.N997-ci il tarixdə Müdafiə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin Biləsuvar rayon Hərbi Komissarı tərəfindən təsdiq edilmiş, 399N/2 nömrəli, xx.xx.N997-ci il tarixli məktubdan məlum olur ki, döyüş zamanı həlak olmuş N saylı hərbi hissədə xidmət etmiş xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş sıravi əsgəri X4 təltif olunması üçün sənədləri 04 iyun N997-ci il tarixdə Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə göndərilmişdir. Lakin təltif olunmadan sənədlər geri qaytarılmışdır. Oğlu müvafiq qaydada təltif olunmadığından mərhum həyat yoldaşı XN0 Azərbaycan Respublikasının Prezidentinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından daxil olmuş N4/P-967 nömrəli, xx.xx.N997-ci il tarixli məktubdan məlum olur ki, ərizəyə baxılması üçün Müdafiə Nazirliyinə göndərilmişdir. Hazırkı vaxta qədər bu barədə onlara heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin Biləsuvar rayon Hərbi Komissarı tərəfindən təsdiq edilmiş, 668/N nömrəli, 27.02.98-ci il tarixli məktubdan məlum olur ki, döyüşlərdə qəhrəmancasına həlak olmuş, XN təkrarən təltif olunması üçün NN fevral N998-ci il tarixdə 05N saylı hərbi hissəyə (yuxarı instansiyaya) göndərilmişdir. Həyat yoldaşı 2005-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra Müdafiə Nazirliyinə şəhid oğlunun təltif edilməsi ilə əlaqədar müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci tarixli, 4/2-N5N8 nömrəli məktubundan isə məlum olur ki, guya X9 barəsində hər hansı bir təqdimat Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Oğlunun təltif edilməməsi ilə bağlı Azərbaycan Vətən Müharibəsi X3 Biləsuvar rayon şöbəsinə müraciət etmişdir. Həmin təşkilat tərəfindən Prezident Adminstrasiyasına müraciət olunmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, l/HOL-736N nömrəli məktubu həmin təşkilata daxil olmuşdur. Həmin məktubdan isə məlum olur ki, guya Müdafiə Nazirliyinin Kadrlar İdarəsində və Mərkəzi arxivində aparılan uçot sənədlərində şəhid X4 təltif olunması ilə əlaqədar hər hansı bir sənəd aşkar olunmamışdır. Hesab edir ki, Müdafiə Nazirliyinin əməkdaşları qəsdən şəhid oğlunun Dövlət təltifləri ilə təltif olunmasının qarşısını almaq üçün belə cavablar verirlər. Bu hal da qanunun tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən məhkəmədən N994-cü ilin may ayının N0-da Ağdam rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğlu X4 ölmündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi barədə təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin NN aprel 2022-ci il tarixli, 2-N(N20)-N0N8/2023 saylı qərarı ilə (Şahəli Musayev) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “N994-cü ilin may ayının N0-da Ağdam rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğlu X4 ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi barədə təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin NN aprel 2022-ci il tarixli, 2-N(N20)-N0N8/2023 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini belə əsaslandırmış ki, məhkəmə onun tərəfindən məhkəməyə şahid qismində dindirilməsi üçün göstərilmiş şahidlərin məhkəməyə gətirilməsini təmin etməmiş, vəsatətin rədd olunub-olunmaması ilə bağlı isə heç bir məlumat verməmişdir. Qanuniliyi mübahisələndirilən qərardan isə məlum olur ki, təqdim edilən sübutlar ümumiyyətlə araşdırılmamışdır. Ancaq cavabdeh tərəfin təqdim etdiyi sübutlara istinadən yekun qərarı qəbul edilmişdir. Məhkəmə qərarında hansı əsaslara görə təqdim edilən sübutlara qiymət verməməsini göstərməmiş, həmin sübutlarla qarşı tərəfin təqdim etdiyi sübutları qarşılıqlı şəkildə araşdırmadan əsassız qərar qəbul etmişdir. Məhkəmə üzərinə düşən vəzifələri yerinə yetirməmiş, iddiaçının təqdim etdiyi sübutlarla qarşı tərəfin təqdim etdiyi sübutları qarşılıqlı şəkildə şifahi məhkəmə icraatında araşdırmamışdır. Bu səbəbdən də iddiaçı məhkəmə tərəfindən sübutların araşdırılmasında iştirak etmək hüququndan məhrum olmuşdur. Dəfələrlə iddiaçı hakimə Müdafiə Nazirliyi tərəfindən göndərilən sənədlərlə tanış olmaq istədiyini bildirsə də, hakim həmin sənədlərlə tanış etməmişdir. Hətta məhkəmə iclasında hakim həmin sənədləri elan etməmişdir. Beləliklə, yenə də hakim tərəfindən qanunla qorunan hüquqları pozulmuşdur. Məhkəmə mübahisə ilə bağlı işin faktiki hallarını və hüquqi tərəflərini cavabdeh tərəf iştirak etmədiyindən iddiaçı tərəflə müzakirə etməmiş və iddia tərəfinin bu barədə fikrini dinləməmişdir. Hətta yekun məhkəmə qərarını iddia tərəfinə elan etməmişdir. Poçt vasitəsi ilə məhkəmə qərarını aldıqdan sonra iddianın təmin edilmədiyi barədə məlumatlı olmuşdurlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N7 may 2004-cü il tarixli, 223 nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilməsi qaydaları haqqında” Təlimat təsdiq olunmuşdur. Yəni şəhid oğlunun təltif edilməsi üçün birinci və ikinci təqdimatın verilməsindən 7 il, üçüncü təqdimatın verilməsindən 8 il sonra qeyd edilmiş Təlimat təsdiq edilmişdir. Məhkəmə tərəfindən iddianın təmin edilməməsi ilə əlaqədar həmin Təlimata Müdafiə Nazirliyi və məhkəmə tərəfindən istinad edilməsi yol verilən hal hesab edilməməlidir. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının N49cu maddəsinin Vll hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd edilmiş Təlimatın qəbul edilməsi iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından onun geriyə qüvvəsi şamil olunmamalıdır. Məhkəmə həmin Təlimata istinad etməklə yenidən qanunu pozmaqla iddiaçının hüquqlarını qəsdən məhdudlaşdırmışdır. İddiaçı apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin NN aprel 2022-ci il tarixli, 2-N(N20)-N0N8/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: 04 sentyabr 2023-cü il tarixdə keçirilmiş mümkünlük iclasında iddiaçının nümayəndəsi X7 verilmiş suallara cavab verərək bildirmişdir ki, İddiaçı 0N iyun 2023-cü il tarixdə poçt işçisindən məhkəmə qərarını almış və poçt xəbərnaməsini imzalamış, apellyasiya şikayəti isə 26 iyul 2023-cü il tarixdə vəkil tərəfindən hazırlanaraq məhkəməyə göndərilmişdir. c) Məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar: İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-N0N8/2023 saylı, NN aprel 2023-cü il tarixli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin NN aprel 2023-cü il tarixli, 2-N(N20)-N0N8/2023 saylı qərarı İddiaçı göndərilmişdir. (iş vərəqi 59). İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Şirvan İnzibati Məhkəməsinin NN aprel 2023-cü il tarixli, 2-N(N20)-N0N8/2023 saylı qərarı İddiaçı tərəfindən imza edilməklə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir (iş vərəqi 6N). İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş apellyasiya şikayətinə əlavə olunmuş zərfin “poçt göndərişlərinin izlənməsi haqqında məlumat”ından görünür ki, həmin şikayət xx.xx.2023-cü il tarixdə poçta təqdim olunmuş, xx.xx.2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə çatdırılmış, 3-9/N-7-3483-N/23 nömrə ilə 04 avqust 2023-cü il tarixdə qeydiyyata alınmış (tərtib olunmuş) və Şirvan Apellyasiya Məhkəməsinin 3-9/N-Ə- 3483-N/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli məktubu ilə Şirvan İnzibati Məhkəməsinə aidiyyəti üzrə göndərilmişdir. (iş vərəqi 62-70) ç) Apellyasiya şikayətinin mümkünlüyünə dair məhkəmənin mövqeyi, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi: Məhkəmə kollegiyası iş materiallarını, iddiaçınının nümayəndəsi X2 verdiyi izahatı araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apelyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Yuxarıda qeyd edilən iş materialları ilə müəyyən olunur ki, Şirvan İnzibati Məhkəməsinin NN aprel 2023-cü il tarixli, 2-N(N20)-N0N8/2023 saylı qərarı həmin məhkəmənin 2-N(N20)-N0N8/2023 saylı, NN aprel 2023-cü il tarixli məktubu ilə İddiaçı göndərilmiş və həmin qərar cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilərək qəbul edilmişdir. İddiaçı tərəfindən həmin qərardan xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş və həmin şikayət 03 avqust 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, 04 avqust 2023-cü il tarixdə aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə həmin məhkəmənin dəftərxanasında qeydiyyata alınmışdır. Yəni, iş materialları ilə müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti həmin qərarın rəsmi qaydada alındığı gündən 55 gün sonra məhkəməyə daxil olmuşdur. Başqa sözlə, verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən (30 gündən) 25 gün keçdikdən sonra verilmişdir. Bununla da, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N.N. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə N.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə N3. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.N. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.N-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.N. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.N. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən N5 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə N30.N. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə N35.N. Bu Məcəllənin N35.6-cı və N35.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin N34-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə N35.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə N35.5. bu Məcəllənin N35.2-ci, N35.3-cü, N35.6-cı və N35.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyasının mövqeyinə görə təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət bildirmək imkanı yaradılır. Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin hesablanmasına xidmət edir. Tərəflərə aid olan müddətləri isə qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Əlbəttə ki, proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı müxtəlif ola bilər. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 20.3-cü və 22.N-ci maddələrinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.N-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir və müddətin axımı təqdim edilmə anından başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin N35.N-ci maddəsinə əsasən bu Məcəllənin N35.6-cı və N35.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin N34-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin N35.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin N35.5-ci maddəsinə əsasən bu Məcəllənin N35.2-ci, N35.3-cü, N35.6-cı və N35.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, məhkəmənin yekun aktının iddiaçı tərəfindən 0N iyun 2023-cü ildə poçt vasitəsilə əldə edildiyindən (təqdim edildiyindən) və iddiaçı tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti 26 iyul 2023-cü il tarixdə poçt vasitəsilə göndərildiyindən, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün 30 günlük prosessual müddəti ötürmüşdür. Hətta nəzərə almaq lazımdır ki, şikayət Şirvan İnzibati Məhkəməsi əvəzinə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir və müddət şikayətin məhkəməyə göndərildiyi xx.xx.2023-cü il tarixindən deyil, həmin şikayətin tərtib edildiyi xx.xx.2023-cü il tarixindən götürülsə belə, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin (30 günün) ötürüldüyü müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi yazılı qaydada iddiaçıya hüquqi yardım məktubu ünvanlayaraq apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsini təklif etmişdir. Lakin iddiaçı tərəfindən (məhkəmə iclasına kimi) apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X8rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il N7 oktyabr tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş və hüquqi yardım olunmasına baxmayaraq iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin NN aprel 2023-cü il tarixli, 2-N(N20)-N0N8/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən N0 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-371/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-371/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver