Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-373/2024 14.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlu, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(120)-1844/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş 529 saylı doğum akt qeydinə cinsiyyətinin müvafiq əməliyyatla dəyişməsi səbəbilə soyadının Məmmədova, adının Məryəm, ata adının Vladimir olmaqla, cinsiyyətinin qadın olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tаriхli, 2-1(120)-1844/2024 nömrəli qərardadı ilə “cinsiyyətinin müvafiq əməliyyatla dəyişməsi səbəbindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.1983-cü il tarixli, 529 saylı doğum haqqında akt qeydində cinsiyyətinin qadın olaraq qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə iddianın dəyişdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 14 mart 2024-cü il tarixli, 2- 1(120)-1844/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanuna zidd deyil, çünki, cinsiyyətin dəyişdirilməsi ilə bağlı qanunvericiliyin (Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların) nəzərdə tutduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Qərardan İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1983-cü il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Cavabdeh tərəfindən AZ-t 232675 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən doğumu xx.xx.1983-cü ildə, 529 saylı qeydə alınmışdır. 13 may 2023-cü il tarixdə Tailand Respublikasında əməliyyat etdirərək cinsini kişidən qadına dəyişdirmişdir. Xəstəxana tərəfindən ona verilmiş olan xx.xx.2023-cü il tarixli buraxılış vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdə uğurli cinsiyyət dəyişmə əməliyyatı icra olunmuş və nəticədə cinsiyyəti dəyişmişdir. Buna əsasən doğum akt qeydinin cinsiyyətinin dəyişməsi səbəbilə düzəliş edilməsi zərurəti vardır. Buna əsasən tərəfindən Cavabdehnə müraciət etmiş, lakin imtina edilmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əsaslandığı Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 52 nömrəli qərarından da göründüyü kimi cinsiyyətin dəyişməsi ilə əlqədar doğum akt qeydində düzəliş mümkündür. Eyni qanuna əsasən cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi də hazırkı halda mövcuddur. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surəti iş materiallarına əlavə edilmiş: -xx.xx.1983-cü il tarixli, 529 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, ata qrafasında X2 adı, ana qrafasında X1 adı qeyd olunmuşdur. -xx.xx.2023-cü il tarixli, AZ-T № 232675 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, ata qrafasında X2 adı, ana qrafasında X1 adı qeyd olunmuşdur. -xx.xx.2023-cü il tarixli buraxılış vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərcüməsindən görünür ki, İddiaçı cinsini kişidən qadına dəyişdirmək üçün cərrahiyyə ehtiyaçları ilə müraciət etmiş, xx.xx.2023-cü ildə X5 texnikasından istifadə etməklə uğurlu cinsiyyət dəyişmə əməliyyatı icra olunmuşdur. -Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-1532/2023 nömrəli imtina məktubundan görünür ki, xx.xx.1983-cü il tarixli, 529 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarında aşağıdakılar qeyd edilmişdir:
1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; -nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; -atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; -atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; -vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; -övladlığa götürmə ləğv edildikdə; -atalığın müəyyən edilməsi ləğv olunduqda; -vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; -cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. Qeyd edilən normaların tələblərindən göründüyü kimi şəxsin cinsiyyət dəyişməsindən sonra bu barədə doğum haqqında akt qeydində dəyişiklik edilməsi barədə tələbinin müsbət həlli onun əvvəlcə ad və soyadını dəyişdirməsi ilə şərtləndirilir. Hazırkı halda isə işin hallarından görünür ki, İddiaçı adı, soyadını dəyişdirməmiş, birbaşa doğum haqqında akt qeydində adının Məryəm, soyadının Məmmədova və ata adının Vladimir qızı və cinsiyyətinin isə qadın olaraq düzəliş edilməsini xahiş etmişdir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(120)-1844/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.