Məhkəmə qərarları › İş №2-1(106)-378/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-378/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-378/2025 13.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ XN (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-N(N20)-973/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia irəli qaldırararq «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N953-cü ildə Beyləqan rayonunun Eyvazalılar kəndində kolxozçu ailəsində anadan olmuşdur. N972-N974-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra X6 daxil olmuşdur. Uzun müddət müəllim kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Erməni işğalçılarının Dağlıq Qarabağ ərazisini işğal etdiyi və ölkəyə qarşı müharibə apardığı vaxtda o Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Azərbaycan Rüspublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. N saylı hərbi hissə komandirinin N9 avqust N993-cü il tarixli 202 saylı əmri ilə İİİ bölük komandiri vəzifəsi həvalə edilərək hissənin bütün təminat növləri ilə təmin edilməklə, şəxsi heyətin siyahısına daxil edilmiş və N3 noyabr N993-cü il tarixli 283 saylı əmrlə Xocavənd rayonu döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirdiyinə görə 3 (üç) qat pul təminatı ilə təmin olunmuşdur. Lakin həmin hərbi hissənin ləğv olunmasından sonra onun N saylı hərbi hissədə xidmətini davam etdirməyinə baxmayaraq, həmin hərbi hissədən tərxis olunması barədə məlumatın olmamasına görə o, veteran statusu ala bilmir. Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N may N994-cü il tarixli 407 nömrəli əmri ilə o, İİ taborun şəxsi heyyəti siyahısına bütün təminat növlərinə salınaraq əsgəri vəzifənin icrasına başlamışdır. Müdafiə Nazirinin 29 iyun N995-ci il tarixli N69 saylı əmrinə əsasən Silahlı Qüvvələr sıralarından tərxis olunaraq N saylı hərbi hissə komandirininn N iyul N995-ci il tarixli 82N saylı əmrilə qeydiyyata düşmək üçün Beyləqan rayon hərbi komissarlığına göndərilmişdir. (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin NN yanvar 20N6-cı il tarixli N45 saylı arayışı əlavə olunur). Lakin onun döyüşlərdə iştirak etməyi hərbi biletində qeyd olunmadığı üçün o “müharibə veteranı” statusu ala bilmir. Bildirir ki, NN noyabr N993-cü ildən N may N994-cü il tarixinədək olan hərbi xidməti barədə məlumat yoxdur. Belə ki, həmin məlumatların olmaması ilə bağlı onun heç bir məsuliyyəti yoxdur. Çünki həmin məlumatların hər hansı formada sənədləşdirilməsi onun səlahiyyətində olmayıb və onun həmin dövrlər üzrə xidmətdə olmağını təsdiqləyəcək sənədləri hazırlamaqda onun səlahiyyəti olmayıb. Həmin dövrdə o, xidmətdə olmuş, o dövrdə onun xidmətdən yayınmağı barədə heç bir məlumat yoxdur. Bu barədə Füzuli Hərbi prokurorluğunun məktubu da ərizəyə əlavə olunur. Ona görə də hesab edir ki, onun döyüşlərdə iştirak etmə faktı məhkəmə qaydasında müəyyən olunmalı, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi Müdafiə Nazirliyinin üzərinə öhdəlik kimi qoyulmalıdır. Onun döyüşlərdə iştirak etməyini XN0 və X7, X5 təsdiq edə bilərlər. Buna görə də ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasa gəldikdə qeyd etmək zəruridir ki, Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N- dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar ezam olunması və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılması nəzərdə tutulur. Ezam olunma dedikdə hərbi qullquçunun hərbi hissə komandirinin əmri ilə digər hərbi hissə və ya orqana müəyyən müddətə göndərilməsi nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N (702) nömrəli hərbi hissə komandirinin xx.xx.N993- cü il tarixli 202 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 283 nömrəli əmrində İddiaçı Xocavənd döyüş əməliyyatları zonasında döyüş tapşırığını yerinə yetirməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin dekabr N993-cü il, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Beyləqan RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 407 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilə kimi olan hərbi xidməti barədə məlumat olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N993-cü ildən xx.xx.N994- cü ilə kimi olan hərbi xidməti barədə məlumatlar aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeyd hissəsinin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7). Azərbaycan Respublikası İPMnin N.2-ci maddəsindən və MPM-nin 8N-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İPM-in N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərlə əlaqədar iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-N(N20)-973/2025 saylı qərarı (hakim P.Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2- N(N20)-973/2025 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) xx.xx.2025-ci il tarixli 2-N(N20)-973/2025 nömrəli qərarı ilə İddiaçı “Müharibə Veteranı” statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan qərar cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Mübahisənin mahiyyəti iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur. Cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N (702) nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 202 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 283 nömrəli əmrində İddiaçı Xocavənd döyüş əməliyyatları zonasında döyüş tapşırığını yerinə yetirməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin dekabr N993-cü il, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Beyləqan RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 407 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilə kimi olan hərbi xidməti barədə məlumat olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilə kimi olan hərbi xidməti barədə məlumatlar aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Fərmandan da görünür ki, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994- cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N2.N-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən: maddə N4.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; maddə N06.N işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; maddə 2N7.N maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; maddə 2N7.2 qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; maddə 2N7.3 qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; maddə 2N7.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; maddə 385.N.N maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; maddə 385.N.2 məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; maddə 386 maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının N2 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 27 dekabr 2007-ci il tarixli qərarında göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N və 85-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357, 385- 387-ci maddələrini rəhbər tutaraq məhkəmədən apellyasiya şikayətini təmin edərək Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-N(N20)-973/2025 nömrəli qərarının tam ləğv edilməsini xahiş edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N6.N-ci maddəsinə əsasən, bu Məcəllənin N6.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onların heç biri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə: N. Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə N0.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə NN.N. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar Maddə N9. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 89.N. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 90.N. İnzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə N2.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.N) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçının tələbi “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi, döyüş əməliyyatlarında iştirakı zamanı N, daha sonra N saylı hərbi hissənin tərkibində olduğu öz təsdiqini tapır. Həmçinin barəsində hərbi hissəni özbaşına tərketmə, digər təqsirləndirici material və ya cinayət işi aşkar edilməmişdir. Belə olan halda, məhkəmə cavabdehin imtinasının qanunazidd və iddiaçının hüquqlarının pozulması halı kimi qəbul edir. Həmçinin məhkəmə vurğulayır ki, arxivdə hərbi hissənin sənədlərin saxlanılmaması iddiaçının təqsiri nəticəsində yaranan bir hal deyildir və onun ziyanına təfsir oluna bilməz. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüşdüyündən, döyüş zamanı onun döyüşən hərbi hissənin tərkibində olduğu müəyyən edildiyindən, eyni zamanda qanuni əsaslarla hərbi hissədən tərxis olunduğundan (hərbi biletində müvafiq qeydiyyat aparılmışdır və müvafiq əmrlər vardır) о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qeyd olunan funksiyaları hərbi qulluqçulara münasibətdə hal-hazırda Müdafiə Nazirliyi həyata keçirdiyi üçün, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Müdafiə Nazirliyi Mərkəzi arxivinin xx.xx.20N6-cı il tarixli, 9/2-N45 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, çavuş XN3 N №-li hərbi hissə komandirinin N9 avqust N993-ci il tarixli 202 №-li əmrilə (əsas: § N, səh.-44. Əmrdə adı İsim yazılmışdır) İİİ bölük komandiri vəzifəsi həvalə edilərək hissənin bütün təminat növləri ilə təmin edilməklə şəxsi heyətin siyahısına daxil edilmiş və N3 noyabr N993-cü il tarixli N №-li əmrilə (əsas: § 2, səh.-22, sıra-74 Əmrdə adı İsim yazılmışdır) Xocavənd rayon döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirdiyindən üç (3) qat pul təminatı ilə təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin N4 noyabr N993-cü il tarixədək olan əmrlərində İddiaçı hərbi hissədən xaric olması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin N may N994-ci il tarixli 407 №-li əmrilə (əsas: § 3, səh.-N8, sıra-N6) N953-cü il təvəllüdlü, Beyləqan RHK-ğı tərəfindən çağırılmış, çavuş İddiaçı İİ taburun şəxsi heyətinin siyahısına, bütün təminat növlərinə salınaraq əsgəri vəzifəsinin icrasına başlamış və Azərbaycan Respublikası Müdafiə Nazrinin 29 iyun N995-ci il tarixli N69 №-li əmrinə əsasən 5-ci MATun əsgəri, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri Sıralarından tərxis olunduğu üçün komandirin N iyul N995-ci il tarixli 82N №-li əmrilə (əsas: § N, səh -6, sıra- N4. Əmrdə adı İsim yazılmışdır) qeydiyyata düşmək üçün Beyləqan rayon hərbi komissarlığına göndərilmişdir. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı ünvanına N3 iyul 20N5-ci il tarixli 9/2-4557 №-li və 27 oktyabr 20N5-ci il tarixli 9/2- 7520 №-li məktublarla ətraflı cavab göndərilmişdir. İşdə olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N6-cı il tarixli N7/9N4 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və cinayət işi qeydə alınmamışdır. İşdə olan xx.xx.N994-cü il tarixli Təşəkkürnamədən müəyyən edilir ki, İddiaçı vətən torpağının azadlığı uğrunda döyüşlərdə iştirak etdiyinə görə N nömrəli hərbi hissənin şəxsi heyəti adından təşəkkür edilmişdir. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən N nömrəli hərbi hissədə qulluq edib. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N953-cü il təvəllüdlü İddiaçı hərbi xidmət müddəti barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən ünvanına göndərilmiş xx.xx.20N6-cı il tarixli 9/2-N45 saylı Arxiv Arayışında- N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 202 nömrəli əmrilə (əsas: & N, səh.-44. Əmrdə adı İsim yazılmışdır) lİl bölük komandiri vəzifəsi həvalə edilərək hissənin bütün təminat növlərilə təmin edilməklə şəxsi heyətin siyahısına daxil edilmiş və N3 noyabr N993-cü il tarixli 283 nömrəli əmrilə Xocavənd rayon döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirdiyindən 3 (üç) qat pul təminatı ilə təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N4 noyabr N993-cü il tarixədək olan əmrlərində İddiaçı hərbi hissədən xaric olması barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin N may N994-cü ii tarixli 407 nömrəli əmrilə N953-cü il təvəllüdlü, Beyləqan RHK-ğı tərəfindən çağırılmış, çavuş İddiaçı İİ taburun şəxsi heyətinin siyahısına, bütün təminat növlərinə salınaraq əsgəri vəzifəsinin icrasına başlamış və Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 iyun N995-ci il tarixli N69 nömrəli əmrinə əsasən 5-ci MAT-un əsgəri, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunduğu üçün komandirin N iyul N995-ci il tarixli 82N nömrəli əmrilə qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir. xx.xx.N953-cü il təvəllüdlü İddiaçı adına yazılmış H3 № ******* saylı Hərbi biletində N nömrəli hərbi hissədən xx.xx.N995-ci il tarixdə (əmr 82N) tərxis edilməsi yazılmış, lakin imza edilməmiş, möhürlə təsdiq edilməmiş, barəsində təqsirləndirici material və cinayət işi olub-olmaması, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, döyüş əməliyyatlarında iştirak etməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi, habelə xidmət dövrü yaralanması və digər məlumatlar aşkar edilmədi. Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N6-cı il tarixli N7/9N4 nömrəli məktubunda İddiaçı Kamai oğlu barəsində “Füzuli Hərbi Prokurorluğunda təqssrləndirici material və cinayət işi qeydə alınmamışdır” yazılmışdır. İşdə olan İddiaçı məxsus H3 seriyalı № ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.N972-ci il tarixdən xx.xx.N974-cü il tarixədək Sovet ordusu siralarında hərbi xidmətdə olmuş, xx.xx.N995-ci il tarixdə tərxis olunmuşdur. İşdə olan Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, N434 nömrəli məktubunda qeyd edilmişdir ki, N(702) №-li hərbi hissə komandirinin xx.xx.N993cü il tarixli 202 №-li əmrilə (əsas: §-N, səh-44, əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) çavuş İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək 3-cü bölüyün bölük komandiri vəzifəsinə təyin edilmişdir. N(702) №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrində (əsas: §-2, səh-22, sıra-74, əmrdə atasının adı, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) İddiaçı Xocavənd döyüş əməliyyatları zonasında döyüş tapşırığını yerinə yetirərək üç qat əmək haqqı alması barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin dekabr N993-cü il, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin dekabr N993 - may N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Beyləqan RHK-dan çağırılmış, N953-cü il təvəllüdlü, çavuş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli 407 №-li əmrilə (əsas: §-3, səh-N8, sıra-6, əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) xx.xx.N994-cü il tarixdən hərbi hissənin 2-ci taborunun şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ müavinatlarla təmin olunmuş və əsgəri vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 466 №-li əmrilə (əsas: §-7, səh-43, sıra-2, əmrdə hərbi rütbəs“çavuş” yazılmışdır) 2-ci taborun hərbi qulluqçusu, çavuş İddiaçı müddətdən artıq hərbi xidmətdə sayılmaqla sanitar təlimatçı vəzifəsinin icrasına davam etmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 545 №-li əmrilə (əsas; səh 28, § 2, sıra N7, əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 3-cü il dönümü münasibəti ilə, 2-ci MAT-ın hərbi qulluqçusu, çavuş İddiaçı pul mükafatı verilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 627 №-li əmrilə (əsas: §-N4, səh-N3, sıra-5) “Yeni il” münasibəti ilə nümunəvi xidmətinə görə, 2-ci taburun hərbi qulluqçusu, çavuş İddiaçı “Təşəkkümamə” ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N995-ci il tarixli N69 №-li əmrinə əsasən, N953-cü il təvəllüdlü, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 82N №-li əmrilə (əsas: §-N, səh- 6, sıra-N4) qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 407 nömrəli əmrində qeyd edilmişdir ki, Serjant (Leytenant) İddiaçı İİİ bölüyün, bölük komandiri vəzifəsi həvalə edilsin, hissənin bütün təminat növlərilə təmin edilsin, şəxsi heyət siyahısına daxil edilməklə, əmək haqqı ştat cədvəlinə uyğun məbləğdə müəyyənləşdirilsin. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 466 nömrəli əmrində qeyd edilmişdir ki, N №-li hərbi hissənin ayrı-ayrı bölük və divizionlarında xidmət edən aşağıda adları göstərilən əsgərlər müddətdən artıq hərbi xidmətdə sayılmaqla ayrıayrı vəzifələrə təyin edilsinlər və xidməti vəzifələrinin icrasını davam etdirsinlər. 2.çav. İddiaçı- sanitar təlimatçısı 2-tab. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 545 nömrəli əmrində qeyd edilmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranması ilə əlaqədar 3-cü il dönümü münasibətilə N №-li hərbi hissədə xidmət edən aşağıda adları göstərilən çavuş və əsgərlər 5 (beş) min manat məbləğində pul mükafatı ilə təltif edilsinlər. N7. çav. İddiaçı Kamaİ-2 tab. (hərbi vəzifəsi qeyd olunmamışdır) İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 627 nömrəli əmrində qeyd edilmişdir ki, N №-li hərbi hissənin aşağıda adları göstərilən əsgər və zabitləri Yeni il münasibəti ilə nümunəvi xidmətlərinə görə təltif edilsinlər. İ.Təşəkkürnamə ilə: 2-ci tabur üzrə. 5.çav. İddiaçı oğ (hərbi vəzifəsi qeyd olunmamışdır). İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 202 nömrəli əmrində qeyd edilmişdir ki, Serjant (Leytenant) İddiaçı İİİ bölüyün, bölük komandiri vəzifəsi həvalə edilsin, hissənin bütün təminat növlərilə təmin edilsin, şəxsi heyət siyahısına daxil edilməklə, əmək haqqı ştat cədvəlinə uyğun məbləğdə müəyyənləşdirilsin. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli, 82N nömrəli əmrində qeyd edilmişdir ki, N №-li hərbi hissənin ayrı-ayrı tabur və bölüklərində xidmət edən aşağıda adları göstərilən hərbi qulluqçular Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N69 №-li 29.06.95-ci il tarixli əmrinə əsasən (əmrin tarixi 29.06.95-ci il, nömrəsi N69 yazılmışdır) Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunsunlar və qeydiyyat üçün müvafiq hərbi komissarlıqlara göndərilsinlər. N4.çavuş İddiaçı-N953 Beyləqan 5 MAT (hərbi vəzifəsi qeyd olunmamışdır). İşdə olan Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2298 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində N (702) №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 202 №-li, xx.xx.N993-cü il tarixli N №-li və N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 407 №-li, xx.xx.N994-cü il tarixli 466 №-li, xx.xx.N994-cü il tarixli 545 №-li, xx.xx.N994-cü il tarixli 627 №-li, xx.xx.N995-ci il tarixli 82N №-li əmrlərindən Arxiv Çıxarışları və Müdafiə nazirinin xx.xx.N995-ci il tarixli N69a №-li əmrinin təsdiqedilmiş kserosurəti ünvanınıza göndərilir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin dekabr N993-cü il, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin dekabr N993, yanvar-may N994cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil ölməmişdir. İşdə olan Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı sənədlərinə komissiyanın xx.xx.2024-cü il tarixli iclasında baxılmış, döyüş əməliyyatlarının aparıldığı dövrdə N (702) nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən hərbi xidmətə başlamış, lakin həmin dövrdə barəsində sonuncu dəfə xx.xx.N993-cü il tarixdə xidmətdə olması barədə məlumatlar qeyd edilmişdir. Arxiv sənədlərində N nömrəli hərbi hissə komandirinin dekabr N993-cü il, vanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında vətəndaş İddiaçı barəsində məlumatın aşkar olunmaması və atəşkəs elan olunduqdan yəni xx.xx.N994-cü il tarixdən sonrakı müddətdə Beyləqan RHK-dan çağırılmaqla N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 407 nömrəli əmrilə bu tarixdən şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla təmin olunmuş və əsgəri vəzifəsinin icrasına baxşlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə əsasən vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Beləliklə də məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı XN3 N №-li hərbi hissə komandirinin N9 avqust N993-ci il tarixli 202 №-li əmrilə İİİ bölük komandiri vəzifəsi həvalə edilərək hissənin bütün təminat növləri ilə təmin edilməklə şəxsi heyətin siyahısına daxil edilmiş, xidmətini həmin hərbi hissədə, daha sonra N nömrəli hərbi hissədə davam etdirmiş, xidmət müddətində Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Xocavənd rayon döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirdiyinə görə N №-li hərbi hissə komandirinin N3 noyabr N993-cü il tarixli N №-li əmrilə Xocavənd rayon döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirdiyindən üç (3) qat pul təminatı ilə təmin olunmuş və Azərbaycan Respublikası Müdafiə Nazrinin 29 iyun N995-ci il tarixli N69 №-li əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri Sıralarından tərxis olunduğu üçün N nömrəli hərbi hissənin komandirin N iyul N995-ci il tarixli 82N №-li əmrilə qeydiyyata düşmək üçün Beyləqan rayon hərbi komissarlığına göndərilmişdir. İddiaçı N9 avqust N993-ci il tarixindən N iyul N995-ci il tarixinə kimi Azərbaycan ordusundan xidmət etdiyindən və qanuni əsaslarla xidmətdən tərxis olunduğundan və xidmət müddətində Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Xocavənd rayon döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirdiyinə görə ona müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən ötrü cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətindən imtina etmişdir. Həmçinin müəyyən edilmişdir ki, N №-li hərbi hissədə xidmət edən İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 545 nömrəli əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin yaranması ilə əlaqədar 3-cü il dönümü münasibətilə 5 (beş) min manat məbləğində pul mükafatı ilə, xx.xx.N994-cü il tarixli, 627 nömrəli əmri ilə Yeni il münasibəti ilə nümunəvi xidmətlərinə görə təltif edilmişdir. Lakin cavabdeh inzibati orqan yuxarıda qeyd edilən işin faktiki hallarını nəzərə almadan, imtina və etiraz ərizələrində xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilə kimi olan hərbi xidməti barədə məlumat olmadığı və həmin dövrlərlə bağlı nizamni hissə üzrə əmrlərin Mərkəzi Arxivə daxil olmadığını əsas gətirərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd edilən hüquq normalarından göründüyü kimi, N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı N9 avqust N993-ci il tarixindən N iyul N995-ci il tarixinə kimi Azərbaycan ordusundan xidmət etdiyindən və qanuni əsaslarla xidmətdən tərxis olunduğundan və xidmət müddətində Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Xocavənd rayon döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirdiyindən о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qeyd olunan funksiyaları hərbi qulluqçulara münasibətdə hal-hazırda Müdafiə Nazirliyi həyata keçirdiyi üçün, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə kollegiyası cavabdehin imtina və etiraz ərizələrində qeyd edilən “xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilə kimi olan hərbi xidməti barədə məlumat olmaması və həmin dövrlərlə bağlı nizami hissə üzrə əmrlərin Mərkəzi Arxivə daxil olmamasına görə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunması ilə bağlı dəlillərinə münasibətdə onu qeyd edir ki, həmin dövrlərlə bağlı əmrlərin Mərkəzi Arxivə daxil olmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Arxivdə hərbi hissənin sənədlərin saxlanılmaması iddiaçının təqsiri nəticəsində yaranan bir hal deyildir və onun ziyanına təfsir oluna bilməz. Nəzərə alınmalıdır ki, hərbi xidmət keçmə dedikdə şəxsin (hazırki halda iddiaçının) hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı N9 avqust N993-ci il tarixindən müvafiq əmrlə hərbi hissəyə daxil olmuş N iyul N995-ci il tarixinə kimi Azərbaycan ordusundan xidmət etmiş və qanuni əsaslarla xidmətdən tərxis olunmuşdur. Xidmət müddətində Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və hərbi hissəsini özbaşına tərk etməsi və ya fərariliyə görə barəsində cinayət təqibi aparılması müəyyən edilməmişdir. Bundan başqa, iddiaçının iddia ərizəsinin məzmunundan, iddia ərizəsinə əlavə etdiyi izahat və vəsiqələrdən, o cümlədən hərbi biletin surətlərindən görünür ki, onunla eyni vaxtda xidmət edən X8 və X4, X3 inzibati orqan tərəfindən “müharibə veteranı” adı verilmişdir. Məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N2.2-ci maddəsinə əsaslanaraq qeyd edir ki, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Belə olan halda yəni, iddiaçı ilə eyni dövrdə eyni ərazidə xidmət etmiş şəxslərə müharibə veteranı adı verildiyi halıda hazırki iş üzrə İddiaçı “müharibə veteranı” adının verilməməsi bərabərlik prinsipinin pozulmasına gətirib çıxarır. Beləliklə də işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-N(N20)-973/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-N(N20)-973/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən N (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ N025, Bakı şəhəri,Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar