Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-38/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılmaması) Hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı “İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin Qaragüvəndikli kənd sakinləri X1 Qaragüvəndikli bələdiyyəsinə məxsus torpaq sahəsindən örüş məqsədilə 70 ha, X4 isə 10 ha torpaq sahəsinin uzun müddətə icarəyə verilməsi üçün onlarla müqavilə bağlanması barədə 19 aprel 2002-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(120)-924/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı 09 sentyabr 2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin 19 aprel 2002-ci il tarixli, 05 saylı iclas qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bələdiyyənin ehtiyat fonduna aid cəmi 80 ha örüş torpaq sahəsi bələdiyyənin 19 aprel 2002-ci il tarixli, 04 saylı qərarı ilə X1 və X4 qanunda göstərilmiş müddətdən artıq icarəyə ayrılmış, bələdiyyə ilə sakinlər arasında icarə müqavilələri imzalanmışdır. Həmin bələdiyyə qərarının ləğv edilməsi barədə İddiaçı tərəfindən Qaragüvəndikli bələdiyyəsinə 25 may 2022-ci il tarixli, Ə-173 saylı təklif məktubu göndərilmiş, lakin təklif məktubu bələdiyyənin 07 sentyabr 2022-ci il tarixli iclasında (08 saylı) müzakirə olunaraq tələb təmin edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2-1(120)-924/2023 saylı qərardadı ilə iddiaçı Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı “İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin 19 aprel 2002-ci il tarixli, 05 saylı iclas qərarının etibarsız hesab edilməsi barədə” iddia tələbi üzrə X2 və X6 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(120)-924/2023 saylı qərardadı ilə (hakim Amilya Hüseynova) iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı “İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin Qaragüvəndikli kənd sakinləri X1 Qaragüvəndikli bələdiyyəsinə məxsus torpaq sahəsindən örüş məqsədilə 70 ha, X4 isə 10 ha torpaq sahəsinin uzun müddətə icarəyə verilməsi üçün onlarla müqavilə bağlanması barədə 19 aprel 2002-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair” iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(120)- 924/2023 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin mümkün hesab edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(120)-924/2023 saylı qərardadı mövcud qanunvericiliklə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edilməsinin səbəbi odur ki, bələdiyyənin ehtiyat fonduna aid 80 ha örüş torpaq sahəsi bələdiyyənin 19 aprel 2002-ci il tarixli, 04 saylı qərarı ilə X1 və X4 qanunda göstərilmiş müddətdən artıq icarəyə ayrılmış, bələdiyyə ilə sakinlər arasında icarə müqavilələri imzalanmışdır. Həmin bələdiyyə qərarının ləğv edilməsi barədə İddiaçı tərəfindən Qaragüvəndikli bələdiyyəsinə 25 may 2022-ci il tarixli, Ə-173 saylı təklif məktubu göndərilmiş, lakin təklif məktubu bələdiyyənin 07 sentyabr 2022-ci il tarixli iclasında (08 saylı protokol) müzakirə olunaraq tələb təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-279/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM-in) 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İPM-in 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə 03 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X2 teleqramla məhkəməyə müraciət edərək, Astarada yol qəzasında uşaqlarının həyatını itirməsi ilə əlaqədar 03 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası işə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(120)-924/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İşdəki İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin 19 aprel 2002-ci il tarixli, 4 saylı qərarından görünür ki, Qaragüvəndikli kənd sakinləri X1 Qaragüvəndikli bələdiyyəsinə məxsus torpaq sahəsindən örüş məqsədilə 70 ha, X4 isə 10 ha torpaq sahəsinin uzun müddətə icarəyə verilməsi üçün onlarla müqavilə bağlanması, Qaragüvəndikli kənd sakinləri X1 ayrılmış 70 ha, Əzizov Rövşən oğluna ayrılmış 10 ha torpaq sahəsinə torpaqdan istifadə hüququna dair şəhadətnamə hazırlanmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilməsi qərara alınmışdır. İşdəki iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə ünvanlamış olduğu 25 may 2022-ci il tarixli məktubundan görünür ki, İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə təklif olunmuşdur ki, 70 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 20 may 2002-ci il tarixli, 5 saylı icarə müqaviləsinə xitam verilsin və həmin müqavilə əsasında hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi üçün aidiyyəti orqanlara müraciət olunsun, o cümlədən torpaq sahəsi bələdiyyənin sahibliyinə qaytarılsın; qəbul edilmiş qərarın surəti 5 iş günündən gec olmayaraq İddiaçınə təqdim edilsin. İşdəki İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin 07 sentyabr 2022-ci il tarixli, 08 saylı iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı 25 may 2022-ci il tarixli, Ə-173 saylı təklif məktubu təmin edilməmiş və bələdiyyənin 19 aprel 2002-ci il tarixli, 04 saylı qərarı qüvvədə saxlanılmış, bu qərarın icrasına nəzarət Qaragüvəndikli bələdiyyəsinin sədri Əlamdar Hüseynova həvalə edilmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı iddia ərizəsinin “xahiş edirəm” hissəsində Cavabdeh 19 aprel 2002-ci il tarixli, 05 saylı iclas qərarının ləğv edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsinə əlavə olunmuş Cavabdeh qərarlarından və işdə olan iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə ünvanladığı 25 may 2022-ci il tarixli məktubundan, eləcə də, iddia ərizəsinin dəlillərindən İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin 19 aprel 2002-ci il tarixli, 04 saylı iclas qərarının mübahisələndirildiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu zaman məhkəmə kollegiyası həm də onu qeyd edir ki, məhkəmənin iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmaması İPM-in 52-ci maddəsindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırda da müəyyən edildiyi kimi, iddiaçı iddia ərizəsində mübahisələndirmək istədiyi qərarın nömrəsini “05” olaraq göstərmiş olsa da, həm iddia ərizəsinin dəlillərindən, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərdən onun əslində “04” saylı qərarı mübahisələndirdiyi aydın olur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçınə hüquqi yardım edilmiş, iddiaçı ona yardım edilməsinə baxmayaraq hazırkı iş üzrə iddia tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində isə qeyd edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia tələbindən aydın göründüyü kimi, İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin 19 aprel 2002-ci il tarixli, 04 saylı iclas qərarını mübahisələndirir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddianı mümkünsüz sayarkən 2 hala istinad etmişdir: 1) mübahisələndirmə haqqında iddianın verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi; 2) iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni tərəflər arasında eyni olan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olması, əvvəllər mövcud olan əsasların aradan qalxmaması, yeni əsasların yaranmaması. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Nəzərə alınmalıdır ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. İddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Belə ki, İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Lakin iddiaçı birinci instansiya məhkəməsi tərəfindən ona hüquqi yardım olunmasına baxmayaraq, mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Hazırkı işin hallarından müəyyən olunur ki, İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 04 saylı iclas qərarını mübahisələndirmək məqsədilə iddia ərizəsini 09 sentyabr 2022-ci il tarixində poçt orqanına təhvil vermiş, bununla da qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. İşdə surəti olan Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2-1(120)- 976/2020 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı “İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin 19 aprel 2002-ci il tarixli, 04 saylı iclas qərarının ləğv olunması və onun əsasında tərtib edilmiş 17 may 2004-cü il tarixli 5 nömrəli, 16 dekabr 2004-cü il tarixli və 15 may 2006-cı il tarixli 07 nömrəli icarə müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası mümkün sayılmamışdır. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2-1(106)-64/2021 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2-1(120)-976/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. X7 Məhkəməsinin 06 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2-1(120)-976/2020 saylı qərardadı 31 may 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Beləliklə, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı “İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin 19 aprel 2002-ci il tarixli, 04 saylı iclasının qərarının ləğv olunması və onun əsasında tərtib edilmiş xx.xx.2004-cü il tarixli 5 nömrəli, xx.xx.2004-cü il tarixli və xx.xx.2006-cı il tarixli 07 nömrəli icarə müqavilələrinin etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2020ci il tarixli, 2-1(120)-976/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamış, qərardadda qeyd edilmişdir ki, iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı hazırkı tələbə dair iddia ərizəsi ilə məhkəməyə 04 may 2020-ci il tarixində, yəni mübahisələndirdiyi inzibati aktın (xx.xx.2002-ci il tarixli 04 saylı qərarın) qəbulundan 17 ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Qərardad 31 may 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçı isə hazırda da eyni tərəfə qarşı eyni tələblə iddia qaldırmışdır. Lakin iddiaçı hazırda yenidən eyni tələblə məhkəməyə müraciət etmiş olsa da, inzibati aktın vaxtında mübahisələndirildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində məhkəmə mübahisəsi olmuş, həmin məhkəmə icraatı çərçivəsində Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2-1(120)-976/2020 saylı qərardadı qəbul edilmiş, həmin qərardadla iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyi müəyyən edilmiş, buna görə də onun iddiası mümkün sayılmamış və həmin qərardad 31 may 2021-ci ildə qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası həm də onu qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhifənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həm də iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni tərəflər arasında eyni olan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, əvvəlki mövcud olan əsaslar aradan qalxmadığından, yeni əsaslar yaranmadığından iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur. İPM-in 87.5-ci maddəsinə əsasən, şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. İPM-in 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. İPM-in 90.1-ci maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı hazırkı iddiasını mümkün saymamaqda haqlı olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(120)-924/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-38/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-38/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver