Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-380/2025 04.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin İnzibati kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(120)-892/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə 04 avqust 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, 1977-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1977-1979-cu illərdə Şamaxı rayonu Poladlı kənd Ə.Qarayev adına sovxozda, xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmət dövrü və əmək kitabçasında qeyd olunan illərdə müxtəlif güzəştli sahələrdə işləmişdir. Hazırki vaxta qədər işləyir. Onun işlədiyi işi, vəzifəsi, peşəsi ona güzəştli şərtlərlə pensiya almaq hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan peşələrə aiddir. Bunlar da təqdim etdiyi arayışlarda öz əksini tapmışdır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. İnzibati orqanın ona ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtiərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında' Qanunun 7-ci maddəsinə əsasən 63 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü ii tarixli 32 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bildirmək istəyir ki, onun əmək kitabçasına əsasən 25 ildən daha çox əmək stajı vardı. Əmək stajı güzəştlidir və əmək kitabçasında öz əksini tapmışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ona ünvanlanan imtina məktubu qanunsuz və əsassızdır. Qeyd etdiyi peşə və ümumi iş stajı imkan verir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. Qeyd olunanlara əsasən hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi, cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2023-cü il tarixli məktubunun qanunsuz hesab edilməsi və əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutmaqla hazırki işə dair münasibət bildirərək hesab edirlər ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Əvvəlcə məhkəmənin nəzərinə çatdırılır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı xx.xx.2023- cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, “Salyan Oil” LTDnin xx.xx.2023-cü il tarixli HR-23-026 nömrəli arayışında xx.xx.2000-ci il tarixdən xx.xx.2015-ci il tarixədək iddiaçının həmin şirkətin nəqliyyat sahəsində sürücümaşinist vəzifəsində işlədiyi qeyd olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsində sürücü-maşinist vəzifəsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi sürücü vəzifəsi sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsində nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir. Sözügedən Qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Belə ki, həmin dəyişikliyə əsasən Qanunun 9.1-ci maddəsində göstərilmişdir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalıdır. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. İddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” AR Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində iddiaçının işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzfə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Belə ki, iddiaçı A.X7 təqdim etdiyi 17 iyun 1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2000-ci il tarixdən xx.xx.2015-ci il tarixədək , “Salyan Oil” LTD-də sürücü-maşinist vəzifəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, iddiaçının işlədiyi “Salyan Oil" LTD-nin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı sahəsinə aid deyil. Qeyd olunanlara əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 6 ay 10 gün (xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək) təşkil edir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmasına baxmayaraq iş stajı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İş üzrə təyin olunmuş şifahi məhkəmə iclasında İddiaçı iştirak etmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-892/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2- 1(106)-354/2024 nömrəli qərarı ilə (hakimlər X1 (məruzəçi), X6 və X4) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-892/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2025-ci il tarixli 2-1(102)-597/2025 saylı qərarı (hakimlər X8 (məruzəçi), X13 və X10 ibarət tərkibdə) ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(106)-354/2024 saylı qərarının ləğv edilməsi, işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 892/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-892/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-892/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997- ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Birinci instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışması Salyan OİL LTD Nəqliyyat sexinin Arayışında qeyd edilmişdir. Həmin arayışda göstərilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə quyuların əsaslı yeraltı təmir sexində qazmaçı köməkçisi, qazmaçı, Nəqliyyat sahəsində qızdırıcı avtomaşının maşinisti vəzifələrində işləmiş və stajı 16 il 11 ay 10 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri-ADPM qızdırıcı avtomaşın maşinisti yəni- Neft laylarına buxar vuran generator qurğusunun maşinisti nəzərdə tutulur (Temperatur 160- 170 dərəcə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10.2.a) bəndinin 2-ci yarımbəndində 5-ci abzasına vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10.2.a) bəndinin 2-ci yarımbəndinin 5-ci abzasında-Neft laylarına buxar vuran generator qurğusunun maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi qeyd olunmuşdur. Belə olduğu halda həm əmək kitabçasına, həm işəgötürən Salyan OİL LTD şirkətinin məhkəməyə təqdim etdiyi arayışlara əsasən, iddiaçının xx.xx.2021-ci il tarixədək güzəştli iş stajının 12 il 6 aydan çox təşkil etdiyini müəyyən edir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2- 1(106)-354/2024 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-892/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2025-ci il tarixli 2-1(102)-597/2025 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(106)-354/2024 saylı qərarının ləğv edilmiş işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, Salyan rayonunun Çadırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1979-cu il tarixli, H3 ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, İT-l ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur. İş materiallarında olan SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci ildə “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin 1 nömrəli NQÇS-nə (neft mədəni) neft və qazçıxarma üzrə 2-ci dərəcəli operator işinə qəbul edilmişdir. xx.xx.1983-cü ildə (əmr № 106/k,xx.xx.1983-cü il) Quyuların Əsaslı və Yeraltı Təmir Sexinə 4-cü dərəcəli yeraltı təmir operatoru peşəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə (əmr № 46/k,xx.xx.1984-cü il) X5 İdarəsinə (TNİ) köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü ildə (əmr № 80/k,xx.xx.1984-cü il) Şirvan TNİ-nin a/k-1 ə QAZ-51 92-50 N-li avtomaşına 3-cü sinif sürücü peşəsinə işə qəbul edilmişdir. xx.xx.1985-ci ildə (əmr №129/k,xx.xx.1985-ci il) a/k2-yə URAL 78-48 №-li avtomaşına 3-cü sinif sürücü keçirilmişdir. xx.xx.1985-ci ildə (əmr № 206/k, xx.xx.1985-ci il) a/k-1-ə QAZ-66 62-13 №-li avtomaşına təhkim olunmuşdur. xx.xx.1988-ci ildə (əmr № 7/k, xx.xx.1988-ci il) a/k-2-yə URAL-375 (nömrəsiz) avtomaşına təhkim olunmuşdur. xx.xx.1989-cu ildə (əmr № 18/p,xx.xx.1989-cu il) 5ci dərəcəli aqreqat maşinisti (AROK4320 05- 47) peşəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə (əmr № 174/k,xx.xx.1989-cu il ) 1 həftəlik sınaq müddəti ilə Ural-4320 69-05 №-li avtobusa 3-cü dərəcəli sürücü peşəsinə keçirilmişdir. xx.xx.1990-cı ildə (əmr № 1/k) 2-ci dərəcəli sürücü peşəsinə keçirilmişdir. Quruda NQÇ İB-nin xx.xx.1995-ci il tarixli, 52 nömrəli əmrinə əsasən X5 idarəsi xx.xx.1995-ci ildən struktur bölmə kimi Traktor Nəqliyyat sexi adı ilə “Şirvanneft” NQÇİnin tabeçiliyinə verilmişdir. xx.xx.1996-cı ildə (əmr № 75/k,xx.xx.1996-cı il) Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad olunmuşdur. Haqq-hesab cədvəllərinə əsasən 1996-cı ilin oktyabr ayından "xxxx" MM-də 2-ci dərəcəli sürücü peşəsində çalışmış, xx.xx.1998-ci ildə (əmr 88 r,xx.xx.1998-ci il) işdən azad olunmuşdur. İş materiallarında olan Salyan OİL LTD şirkətnin xx.xx.2023-cü il tarixli HR-23-026 nömrəli və xx.xx.2023-cü il tarixli, HR-23-127 nömrəli, xx.xx.2023-cü il tarixli HR-23-180 nömrəli arayışlarından görünür ki, İddiaçı həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq olunmuş 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının X bölməsinin İİ yarımbölməsinə əsasən işləmişdir ki, bu da aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü almaq hüququ verir Belə ki, o, xx.xx.1998-xx.xx.1999-cu illərdə “X17 Çıxarma İdarəsinin Quyuların” Əsaslı Yeraltı təmir sexində “Qazmaçı köməkçisi” vəzifəsində, xx.xx.1999xx.xx.1999-cu illər ərzində “X17 Çıxarma İdarəsinin Quyuların” Əsaslı Yeraltı təmir sexində "Qazmaçı” vəzifəsində, xx.xx.1999-xx.xx.2000-ci illər ərzində “X17 Çıxarma İdarəsinin Quyuların” Əsaslı Yeraltı təmir sexində "Qazmaçı” vəzifəsində, xx.xx.2000-xx.xx.2005-ci illər ərzində "xxxx" LTD Şirkətində Nəqliyyat sahəsində “URAL ADPM qızdırıcı avtomaşınının sürücüsü” vəzifəsində və xx.xx.2005-xx.xx.2015-ci illər ərzində "xxxx" LTD Şirkətində Nəqliyyat sahəsində “ADPM qızdırıcı avtomaşınının maşinisti” vəzifəsində işləmişdir. İşçinin Neft, Qaz və Qaz kondensatı hasilatı obyektlərində Salyan neft NQÇS-də QƏYTS-də bilavasitə məşğul qazmaçı köməkçisi,bilavasitə məşğul olan qazmaçı, nəqliyyat sahəsində bilavasitə məşğul olan ADPM qızdırıcı avtomaşının sürücüsü, nəqliyyat sahəsində bilavasitə məşğul olan ADPM qızdırıcı avtomaşınının maşinisti vəzifələrində işləmişdir. Bu da 16 il 1 ay 10 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-94133/20231 nömrəli məktubunda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Salyan Oil” LTD-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli HR-23- 026 nömrəli arayışında xx.xx.2000- xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində həmin şirkətin Nəqliyyat sahəsində sürücü-maşinist vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi sürücü vəzifəsi sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı ’nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-204947/23 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “Salyan Oil” LTD-nin ona dair xx.xx.2023-cü il tarixli HR-23-026 nömrəli arayışında xx.xx.2000-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində həmin şirkətin Nəqliyyat sahəsində işlədiyi sürücü-maşinist vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, onun işlədiyi sürücü vəzifəsi sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən adıçəkilən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Həmçinin adıçəkilən şəxsin ümumi iş stajı (42 il 1 ay 2 gün (xx.xx.2006-cı il tarixinədək 27 il 10 ay 2 gün əmək stajı 1977-ci il tarixində 7 ay, 1978-ci il tarixində 10 ay, 1979-cu il tarixində 10 ay, xx.xx.1979-xx.xx.1981-ci il (hərbi xidmət dövrü), xx.xx.1982- xx.xx.1984-cü il, xx.xx.1984- xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixindən sonra 14 il 3 ay sığorta stajı), güzəştli iş stajı isə 12 il 6 aydan az (4 il 6 ay 13 gün ( xx.xx.1982- xx.xx.1984cü il, xx.xx.1989-xx.xx.1989-cü il, xx.xx.1998- xx.xx.2000- ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, İddiaçı xx.xx.2023-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 57710,19 manat təşkil edir. İş materiallarında olan Salyan OİL LTD şirkətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, HR-23-23-135 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1998 -xx.xx.2000-ci illərdə "X17 Çıxarma İdarəsinin Quyuların" Əsaslı Yeraltı təmir sexində işlədiyi "Qazmaçı köməkçisi" və "Qazmaçı" vəzifələrinin (peşəsinin) xüsusiyyətləri "neft quyularında cari təmir işlərini görməkdən və neft quyularında qaldırıb endirmə əməliyyatlarını icra etməkdən" ibarətdir. İddiaçı xx.xx.1998-xx.xx.2000-ci illərdə işlədiyi "Qazmaçı köməkçisi" və "Qazmaçı" vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağr olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının 10-cu bəndinin 2-ci yarımbəndinə uyğundur. İş materiallarında olan Salyan OİL LTD şirkətinin xx.xx.2018-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də xx.xx.1998 -xx.xx.2000-ci illərdə "X17 Çıxarma İdarəsinin Quyuların" Əsaslı Yeraltı təmir sexində işlədiyi "Qazmaçı köməkçisi" və "Qazmaçı" vəzifəsində, xx.xx.1999-xx.xx.2000-ci illərdə "Qazmaçı köməkçisi" və xx.xx.2010-01.1.0.2015-ci il tarixlərində həmin şirkətin nəqliyyat sahəsində ADPM qızdırıcı avtomaşınında sürücü-maşinist vəzifəsində işləmişdir. Həmin vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağr olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın 10-cu bəndinin 2-ci yarımbəndinə uyğundur və ona güzəştli pensiya almaq hüququ verir. İş materiallarında olan Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Salyan OİL LTD Nəqliyyat sexinin Arayışında qeyd olunur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədəquyuların əsaslı yeraltı təmir sexində qazmaçı köməkçisi, qazmaçı, Nəqliyyat sahəsində qızdırıcı avtomaşında Maşinist vəzifələrində işləmişdir və stajı 16 il 11 ay 10 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri-Neft quyularında cari təmir işlərini görməkdən ibarətdir və.s. Qazmaçı- quyularda qaldırıb, endirmə əməliyyatı aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin 2-ci yarımbəndində vəzifə koduna uyğundur. İş materiallarında olan Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürən Salyan OİL LTD Nəqliyyat sexinin Arayışında qeyd olunur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədəquyuların əsaslı yeraltı təmir sexində qazmaçı köməkçisi, qazmaçı, Nəqliyyat sahəsində qızdırıcı avtomaşının maşinisti vəzifələrində işləmişdir və stajı 16 il 11 ay 10 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri-ADPM qızdırıcı avtomaşın maşinisti yəni- Neft laylarına buxar vuran generator qurğusunun maşinisti nəzərdə tutulur.(Temperatur 160-170 dərəcə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10.2.a) bəndinin 2-ci yarımbəndində 5-ci abzasına vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2025-ci il tarixli 2-1(102)-597/2025 saylı qərarında qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi növbəti məhkəmə baxışında iddiaçının işlədiyi peşələr üzrə güzəştli stajının olub-olmaması ilə bağlı icmal məktubda qeyd edilənlərə uyğun araşdırılma aparılmalı, iddiaçının işlədiyi peşənin Siyahının 10.2-ci bəndində sadalanan hansı peşə ilə üst-üstə düşməsi, eyni funksiya və vəzifələri yerinə yetirməsi müəyyən edilməlidir. İşin apelyasiya baxışı zamanı kollegiya “Salyan Oil” LTD-yə sorğu ünvanlayaraq, İddiaçı xx.xx.2005-ci ildən xx.xx.2015-ci ilə qədər "xxxx" LTD şirkətində işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bölməsinin 1-ci və 2-ci yarım bölməsində sadalanan hansı konkret vəzifəyə uyğun gəlməsi barədə qısa müddətdə arayış verilməsi tələb edilmişdir. “Salyan Oil” LTD tərəfindən daxil olmuş 12 iyun 2025-ci il tarixli, HR-25-42 saylı Arayışdan görünür ki, İddiaçı Salyan oil ltd şirkətində xx.xx.2000- xx.xx.2005 və xx.xx.2005-xx.xx.2015-ci illərdə Nəqliyyat sahəsində URAL ADPM Qızdırıcı avtomaşının sürücüsü və ADPM qızdırıcı avtomaşınının maşinisti vəzifələrində işləmişdir. Arayışda qeyd edilən xx.xx.2000-xx.xx.2005-ci illərdə işlədiyi dövrlər Əmək kitabçasındakı qeydlərə əsasən yazılmışdır. Sürücü vəzifəsi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın bəndlərinə uygun deyildir. Lakin işçinin xx.xx.2005-xx.xx.2015-ci illərdə işlədiyi dövrlər Əmək kitabçasındakı qeydə əsasən yazılmış ADPM qızdırıcı avtomaşının maşinisti vəzifəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 10-cu bölməsinin 2-ci yarım bölməsindəki Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (Buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri) bölməsinə uygundur. Kollegiya qeyd edir ki, birinci instansiya qərarını əsaslandırarkən iddiaçının xx.xx.2000xx.xx.2015-ci illər üzrə "xxxx" LTD Şirkətində əmək fəaliyyətini bütövlükdə güzəştli iş stajı kimi hesab etsə də, nəzərə almamışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək həmin müəssisədə qızdırıcı avtomaşının sürücüsü işləmişdir ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Siyahı”da zərərli iş stajı kimi nəzərdə tutulmamışdır. İddiaçının xx.xx.1982- xx.xx.1984 (2 il 10 gün- siyahının 10.2-ci bəndinin a) yarımbəndinin 15 və 19-cu abzasları), xx.xx.1998-xx.xx.2000 (1il 6 ay 10 gün- siyahının 10.2-ci bəndinin a) yarımbəndinin 1 və 2-ci abzasları) və xx.xx.2005xx.xx.2015 (9 il 9 ay- siyahının 10.2-ci bəndinin a) yarımbəndinin 7-ci abzası)=13 il 3 ay 20 gün müddətdə işlədiyi dövr müvafiq “Siyahı”da zərərli iş kimi nəzərdə tutulmuşdur. Odur ki, güzəştli iş stajının 12 il 6 ay olması iddiaçıya həmin şərtlərə uyğun pensiyanın təyin edilməsi üçün kifayət etdiyindən birinci instansiya məhkəməsinin qeyd olunan qənaəti qərarın ləğvi üçün əsas vermir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan qənaəti ilə razılaşmasa da qeyd edir ki, iddiaçının xx.xx.1982-xx.xx.1984-cü (2 il 10 gün- siyahının 10.2-ci bəndinin a) yarımbəndinin 15 və 19-cu abzasları), xx.xx.1998-xx.xx.2000-ci (1il 6 ay 10 günsiyahının 10.2-ci bəndinin a) yarımbəndinin 1 və 2-ci abzasları) və xx.xx.2005- xx.xx.2015-ci (9 il 9 ay- siyahının 10.2-ci bəndinin a) yarımbəndinin 7-ci abzası)=13 il 3 ay 20 gün müddətdə işlədiyi dövr müvafiq “Siyahı”da zərərli iş kimi nəzərdə tutulmuşdur. Odur ki, güzəştli iş stajının 12 il 6 ay olması iddiaçıya həmin şərtlərə uyğun pensiyanın təyin edilməsi üçün kifayət etdiyindən birinci instansiya məhkəməsinin qeyd olunan qənaəti qərarın ləğvi üçün əsas vermir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(120)-892/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-380/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-380/2025
04.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver