Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-381/2025 18.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2-1(120)-1491/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0003 №-li qərarının ləğv olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizim funksiyalarının 35-60 faiz aralığında pozulmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 03 mart 2025-ci il tarixli, 2-1(120)- 1491/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2024-cü il tarixli, M00194909VXE nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları F07- Baş Beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beyin xəstəliyi, zədələnməsi və disf.Baş betinin xəstəliyi, zədələnməsi və disf. Beyinin xəstəliyi, zədələnməsi və disfunksiyası nəticəsində şəxsiyyət və davranış pozuntuları; F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ mübaribəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, kəskin ifadə olunmuş uzun müddətli depressiv epizod, intihar cəhdləri, koqnitiv funksiyalrın enməsi ilə ifadə olunur. Qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd eilən 7.6-cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. 2-ci Qarabağ döyüşlərində yaxından iştirak etmiş və 2-ci Qarabağ müharibəsi zamanı qapalı kəllə-beyin travması almışdır. Diaqnozunda şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, kəskin ifadə olunmuş uzunmüddətli depressiv epizod, özünü kəsmələrlə F 07.0 dioqnozu qoyulmuşdur. Onun travması haqqında xx.xx.2023-cü il tarixli arayışı da vardır, həmin arayışla xəsarəti təsdiq olunur. Həmçinin həkim Psixiatr Kommisiyasının xx.xx.2023-cü il tarixli rəyi də vardır. Hazırda bu xəsarətlə bağlı iş qabiliyyətini də itirmişdir və işləyə bilmir. Həmçinin onun xəstəliyi portalda olduğu üçün onu heç yerdə işə qəbul etmirlər. Əlilliyin müəyyən edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, imtina cavabı verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmiş, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 357 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, Postkommosion sindrom. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, psixopatabənzər davranışla" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10698923 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1100 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, kəskin ifadə olunmuş uzun müddətli depressiv epizod, özünü kəsmələrlə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11187633 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11356189 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kirrü müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11550482 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 11876687 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3363 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, kəskin ifadə olunmuş uzun müddətli depressiv epizod, intihar cəhdləri, koqnitiv funskiyaların enməsi ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12276494 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, gərginlikdən, konfliktə meyilli olmasından, yuxunun səthi olmasından şikayətlənmişdir. Müayinəyə özündən əmin, sərhədsiz davranışlarla daxil olmuş, səbəbsiz aqressivlik nümayiş etdirmişdir. Sol qolunda 15-20 gün öncə edilmiş yeni kəsik izlərini (5-6 ədəd) nümayiş etdirmişdir. Emosional stabil olmuş, patoloji affekt izlənilməmişdir. Mühakimə və analiz qabiliyyəti tam qorunmuş, təhsilinə, məntiqi təfəkkürünə müvafiq olmuşdur. Tənqidi bütün növlər üzrə qorunmuşdur. Kənar şəxsin qulluğuna və nəzarətinə ehtiyac yaradan psixi xəstəlik əlamətləri izlənilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, nümayişkar davranış, sol saiddə səthi kəsiklər (yeni)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Əlilliyin müəyyən olunması meyarlan’na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi yalnız ekspert rəyinə istinad edərək, səhv nəticəyə gəlmiş, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyinin bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə, iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası DİN DQ qospital HHK-sı tərəfindən verilmiş 357 №-li, xx.xx.2021-ci il tarixli Xəstəlik haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, DİN-in DQ-ın Hərbi-həkim komissiyasına N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 166 №-li göndərişi ilə xx.xx.1995-ci il təvəllüdlü İddiaçı qoyulmuş Diaqnoz-Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması. Postkommotsion sindrom. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, psixopatabənzər davranışla. XBT: Y36.2, S06.0, F07.2, F62.0, F06.3, F06.5, F07.8. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. (12-ci bənd). HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və.s. yararlılıq haqqında qərarı: Xəstəliklər cədvəlinin 14 “b” maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarə və DİN-in xx.xx.2008-ci il tarixli 559 nömrəli təlimatının “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” və qoşma) əsasən: Azərbaycan Respublikası DİN-in DQ-ın Hərbi Həkim komissiyasının 2545 № xx.xx.2021-ci il tarili qərarına əsasən “C” sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır ( 14-cü bənd). N saylı Hərbi Hissə komandiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Travma haqqında” arayışda ( surətində) qeyd olunmuşdur ki. xx.xx.1995-ci il təvəllüdlü Maxe çavuş İddiaçı DZ: Partlayış travması (xx.xx.2020) Keçirilmiş qapalı kəllə-beyin travması.Postkommotsio sindrom. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressi sindrom, psixopatabənzər davranışla.XBT Y36.2; S06.0, F07.2, F62.0, F06.3, F06.5, F07.8..Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. -“Respublika Psixiatriya Xəstəxanası” X7 tərəfindən verilmiş: 725 №-li, xx.xx.2023cü il tarixli Həkim Psixiatr Komissiyasının (1100№-li, xx.xx.2023-cü il tarixli) rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il, 3-28/3- 1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, kəskin ifadə olunmuş uzun müddətli depressiv epizod, özünü kəsmələrlə F 07.0. 2960 №-li, xx.xx.2024-cü il tarixli Həkim Psixiatr Komissiyasının (3363 №-li, xx.xx.2024-cü il tarixli) rəyində qeyd olunmuşdur ki, -Agetliyin 3-17-4/2-23778/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid aşağıdakı; - xx.xx.2022-ci il tarixli, 6AE1P30001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XX sinif-Xəstələnmənin və ölümün xarici səbəbləri=> Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar=>Y36-Hərbi əməliyyatlar=>Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər…Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması. (xx.xx.2020)- Keçirilmiş qapalı kəlləbeyin travması. Baş beynin silkələnməsi. Fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişkiliyi. Psixopatabənzər sindrom.Depressiv sindrom.. İmtinanın səbəbi..Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb- Diaqnoz əlillik təyin etmir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə X4 X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10 saylı Ambulator Məhkəmə Psixiatrik Ekspertiza rəyindən görünür ki: Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli "X2’da "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Psixopatabənzər davranışlarla. Depressiv əlamətlər “Anamnezində özünə xəsarətlərlə’’ diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası’da "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasiyalar, Kəskin ifadə olunmuş uzun müddətli depressiv epizod, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə F 07.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yekun hissəsi: müayinələrin nəticələrinin tədqiqinə əsasən xx.xx.1995-ci il təvəllüdlü İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) müəyyən edilir. Birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən patofunksional pozuntuların ağırlaşma dərəcələrini nəzərə almadan həmin pozuntuların meyarların 7.6-cı bəndi ilə eyniləşdirməklə səhv nəticəyə gəlsə də, məhkəmə kollegiyası qeyd edir ki, şərh olunan rəyə əsasən iddiaçının xəstəliyinin ("Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasiyalar, Kəskin ifadə olunmuş uzun müddətli depressiv epizod, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə F 07.0”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq olaraq 7.6.2.1-ci bəndinə (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) tam uyğunluğu təsdiq olunur. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının orqanizminin funksiyalarının pozulması dərəcəsi düzgün müəyyən edildiyindən qərarın ləğvi üçün əsaslar mövcud deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlardan əlavə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Səhiyyə Nazirliyinin Məhkəmə X4 X7nin müvafiq sahə üzrə ixtisaslaşması baxımından həmin müəssisə tərəfindən verilmiş rəy mötəbər hesab edilməlidir. Eyni zamanda məhkəmələrin bu qəbildən olan işlər üzrə işin faktiki halı nəzərə alınmaqla xüsusi bilik tələb olunan hallarda məhz ekspertiza rəylərinə istinadən yekun nəticəyə gəlmələri yeganə çıxış yolu olmaqla, qanunvericiliyin tələblərinə zidd deyil. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2-1(120)-1491/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-381/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-381/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver