Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-383/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X18 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial yardım ödənişinin dayandırıldığı gündən yəni 2023-cü ilin 14 mart ayından bərpa olunmasını və xx.xx.2023-cü il tarixə kimi ödənilməmiş ayların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2-1(120)-741/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişin ləğv edilməsi və sosial yardımın ödənişin dayandırıldığı gündən 2023-cü ilin fevral ayından bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyd edilməsini və iddia tələbinin dəyişdirilərək “sosial yardım ödənişinin dayandırıldığı gündən 2023-cü ilin 14 mart ayından bərpa olunmasını və ödənilməsmiş ayların ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etdi. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia “sosial yardım ödənişinin dayandırıldığı gündən, yəni 2023-cü ilin 14 mart ayından bərpa olunmasını və ödənilməmiş ayların ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” kimi göstərilmiş, iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, “sosial yardım ödənişinin dayandırıldığı gündən yəni 2023-cü ilin 14 mart ayından bərpa olunmasını və xx.xx.2023cü il tarixə kimi ödənilməmiş ayların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial yardım ödənişinin dayandırıldığı gündən, yəni 2023-cü ilin 14 mart ayından bərpa olunmasını və xx.xx.2023-cü il tarixə kimi ödənilməmiş ayların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsinə ünvanlı dövlət sosial yardım verilməsi üçün Azərbaycan Respublikasa Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun internet resuslarından isdifadə edərək xx.xx.2022-ci il tarixli, **********79503 nömrəli ərizə ilə elektron müraciət etmiş, etdiyi müraciət əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST” mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçiləri ünvanına gəlib ailəsinin X4 aparılmışdır. Bir neçə gün sonra əks əlaqə vasitəsi olan telefon nömrəsinə “VEMTAS”dan sms gəldiyini və ailəsinə aylıq 446 (dörd yüz qırx altı) manat 75 (yetmiş beş) qəpik ünvanlı sosial yardım təyin edildiyi bildirilmişdir. Bu qayda ilə 2022-ci ilin noyabr, dekabr və 2023-cü ilin yanvar ayı üçün təyin olunmuş ÜDSY almışdır. Həmin vaxtlarda, yəni 2023-cü ilin yanvar ayında Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrin və ya “DOST” mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçiləri ünvanına təkrar maddi-məişət şəraitinin yoxlamalar aparmışlar. Həmin vaxt həyətlərində ailəsinə aid olmayan nəqliyyat vasitəsi olmuş və onunda qeydiyyatın apararaq şəkilini çəkmişdirlər. Bu nəqliyyat vasitəsi ona məxsus deyil, nəqliyyat vasitəsinin mülkiyyətçisi həyat yoldaşının atasıdır. Onlara qonaq gəlib nəqliyyat vasitəsində texniki nazazlıq olduğundan bir günlük onların həyətində saxlamışdır. Nəqliyyat vasitəsinin onun mülkiyyətində və ona dair etibarnamənin olmamasını sistemdən acıq-aşkar görmək mümkündür. Ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardım 2023-cü ilin fevral ayı üçün nəzərdə tutulmuş ödəniş olunmamışdır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “142” çağrı mərkəzinə zəng vurmuş, ödənişin olunmadığını bildirmiş, cavab olaraq sistemdə hər hansı bir məlumatın olmadığını və növbəti həftənin son günü onunla əlaqə saxlanılacağı bildirilmişdir. Sonra həmin qayda ilə 2023-cü il fevral ayında da Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrin və ya “DOST” mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçiləri ünvanında maddi-məişət şəraitinin yoxlanması aparmışdır. Həmin əməkdaşların da ünvanlı dövlət sosial yardımın kartına köçməməsini bildirmiş, əməkdaşlar isə, mart ayında fevral və mart ayının ödənişləri ikisi bir yerdə köçəçəyini bildirmişdilər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin internet resuslarından e-gov.az, sosial.gov.az saytından baxanda ona məlum olmuşdurdu ki, X4 zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi buna səbəb kimi ailənin isdifadəsində nəqliyyat vasitəsinin olması göstərilmişdir. xx.xx.2022-ci il tarixli, **********795-03 nömrəli ərizə ilə müraciət etmiş, ərizəsinə əlavə etdiyi elektron notariat informasiya sistemindən çıxarışdan xx.xx.2022-ci il tarixində etibarnamə ləğv edilmiş və Baş X45 İdarəsi tərəfindən verilən məktubdan acıq-aşkar görünür ki, ailə üzvlərinin əmlakı, gəliri və ailə tərkibi İddiaçı xx.xx.1991-ci il təvəllüdlü, X19 xx.xx.1995-ci il təvəllüdlü, xx.xx.0000-ci il tarixindən əmək müqaviləsi ilə Hacıqabul rayon ələtli kəndində müəllimə işləyir və son bir il ərzində 5096 (beş min doxsan altı) manat 75 (yetmiş beş) qəpik əmək haqqı almışdır. X20 xx.xx.2015-ci il təvəllüdlü orta məktəbdə təhsil alır. X9 xx.xx.2018-ci il təvəllüdlü azyaşlıdır. X11 xx.xx.2020-ci il təvəllüdlü azyaşlıdır. Ailəsinə aid 2000 kv.m həyətyanı sahə, 4000 kv.m bağı və digər gəlir vasitəsi kimi 3 ədəd inək və 10 ədəd toyuq vardır. Bundan başqa ailəyə aid hər hansı bir pay torpaq, əmlak və ya nəqliyyat vasitəsi yoxdur. Bütün məlumaatları müraciət etdiyi zaman qeyd etmişdir. Bu baxımdan onun ailəsi aztəminatlı ailə meyarına uyğundur. Ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılınası tamamilə əsasız və qanunsuzdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, ailəni təmsil edən şəxs qismində sosial yardım almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********9503 nömrəli müraciətinə əsasən Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə mərkəzi filialı tərəfindən aparılmış müayinə nəticəsində ailəyə xx.xx.2022-ci il tarixdən 446,75 manat məbləğində sosial yardım təyin olunmuşdur. İddiaçı 2022-ci ilin noyabr, dekabr, 2023-cü ilin isə yanvar aylarında Ünvanlı dövlət sosial yardımla bağlı ödənişlər həyata keçirilmişdir. Daha sonra ailəyə təyin olunmuş sosial yardım xx.xx.2023-cü il tarixdə ailənin ünvanında maddi X17 zamanı “Vaz-2106” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin aşkar edilməsi və nəqliyyat vasitəsinin X12 adlı şəxsin mülkiyyətində olmasına baxmayaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təmsilçi İddiaçı etibarnamə əsasında istifadə hüququnun verildiyi müəyyən edilmişdir. Bu səbəblə də ona ünvanlı dövlət sosial yardımın ödənişi dayandırılmışdır. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Həmçinin sözügedən qanunun ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 1 0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.2-ci maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Sözügedən Qaydaların 4.3-cü bəndinə əsasən aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3 seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna Təmsilçinin müraciəti əsasında yenidən baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarfna əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı (ÜDSY) almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********79501 nömrəli müraciəti əsasında ərizə-bəyannamədə qeyd olunan ünvana xx.xx.2022-ci il tarixində ailənin X4 məqsədilə gedilmişdir. Ünvanda ailə üzvləri olmamış, ərizə-bəyannamədə qeyd olunan telefon nömrələri vasitəsilə təmsilçi ilə əlaqə saxlamağa çalışılsa da, zənglər cavabsız saxlanılmışdır. Bu səbəblə ailənin ÜDSY ilə bağlı müraciətinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na (bundan sonra - Qaydalar) uyğun olaraq X4 üçün baxış keçirilməsinə şərait yaradılmaması əsası ilə imtina cavabı verilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı növbəti xx.xx.2022-ci il tarixli **********79502 nömrəli müraciəti ilə əlaqədar ərizə-bəyannamədə qeyd olunan ünvana xx.xx.2022-ci il tarixində X4 məqsədilə gedilmiş, təmsilçi müayinənin keçirilməsi üçün saatın gec olmasını səbəb gətirərək, baxış keçirilməsinə şərait yaratmamışdır. Ailənin ÜDSY ilə bağlı müraciətinə xx.xx.2022-ci il tarixdə Qaydalara əsasən X4 üçün baxış keçirilməsinə şərait yaradılmaması əsası ilə imtina cavabı verilmişdir. İddiaçı ÜDSY ilə bağlı xx.xx.2022-ci il tarixli **********79503 nömrəli müraciətinə əsasən ailənin ünvanında xx.xx.2022-ci il tarixində X4 keçirilmiş və aparılan müayinə zamanı ünvanda təmsilçinin anasına məxsus otaq və əşyalar aşkar edilmiş, təmsilçinin həyat yoldaşı X19 tərəfindən qayınanasının ayın bir neçə günü bu ünvana gəlməsi bildirilmişdir. Ailəyə xx.xx.2022-ci il tarixindən aylıq 446.75 manat məbləğində ÜDSY təyin edilmiş, eyni zamanda ÜDSY-nin alınması üçün müraciət etmiş ailələrin X4nin və sosial vardım təyinatından sonrakı monitoringlərin aparılmasına dair ‘‘Passporf ’ təlimatına əsasən ailə tərkibi şübhəsi ilə rüb üzrə təkrar müayinələrin keçirilməsi məqsədilə ÜDSY isi risk kateqoriyasına daxil edilmişdir. Fondun 1 saylı Şirvan-Salyan regional filialı tərəfindən 30.01 2023-cü il tarixdə ailənin ünvanında ÜDSY işinin monitorinqi həyata keçirilmişdir. Monitorinq zamanı ailənin yaşadığı ünvanın həyətyanı sahəsində “Vaz-2106” markalı **- HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Təmsilçinin həyat yoldaşı G.Rəhmanova nəqliyyat vasitəsinin atasına məxsus olduğunu bildirsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin uçot bazasından əldə edilmiş məlumata əsasən aşkar edilmiş nəqliyyat vasitəsinin X13 adlı şəxsin mülkiyyətində olması və 28.06 2018- ci il tarixdən xx.xx.2023-cü il tarixədək qeyd olunan nəqliyyat vasitəsi ilə bağlı təmsilçiyə etibarnamə əsasında istifadə hüququnun verilməsi müəyyən edilmişdir Bu səbəblə ailəyə təyin edilmiş ÜDSY Qaydalara əsasən 14.03 2023-cü il tarixində dayandırılmış və “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. İddiaçıya ünvanlanan 14 mart 2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, "Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ aşağıda qeyd olunan əsasa görə 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır: Ailənin istifadəsində nəqliyyat vasitəsinin olması, eləcə də 28.06 2018-ci ıl tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı Ə, Rəhmanova etibarnamə əsasında istifadə hüququnun verilməsi müəyyən edilmişdir. Həmin əsasa münasibətdə iddiaçı tərəfindən ərizə-bəvannamədə ailənin istifadəsində “nəqliyyat vasitəsinin” olmaması qeyd edilsə də, monitorinq nəticəsində İddiaçı istifadəsində etibarnamə əsasında nəqliyyat vasitəsindən istifadə hüququnun verildiyi müəyyən edilmişdir. Bu da “Ünvanlı dövlət sosial yardımın alınması ücün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qavdaları”nın 4.3.6-cı bəndi ilə ziddiyyət təşkil edir (ailənin mülkiyyətində və va istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar). Məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edirik ki, Fondun X4 üzrə Mərkəzi Filialı tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli müayinə aktına əsasən İddiaçı yaşadığı ünvanda keçirilən monitorinq zamanı o, anası X5 onlarla birgə yaşadığını etiraf etmişdir. Belə ki, İddiaçı sosial yardım təyinatı üçün müraciət etməzdən öncə də anasının onlarla birlikdə yaşadığını, lakin heç bir məşğuliyyətinin olmadığı üçün ailə tərkibində göstərmədiyini bildirmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı “ərizə-bəvannamədə” Hacıqabul ravonu Ələtli kəndində həyat yoldaşı X19, oğlanları X21, X33 oqlu və X10 ilə birlikdə yaşadığını qeyd etsə də, monitorinq nəticəsində müəyyən edilmişdir ki, faktiki olaraq qeyd edilən ünvanda anası da onlarla birgə yaşayır. Bu da "Ünvanlı dövlət sosial yardımın alınması ücün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan”nda göstərilən “Sosial vardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidirJ’ müddəası ilə ziddiyyət təşkil edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İddiaçı “sosial yardım ödənişinin dayandırıldığı gündən, yəni 2023-cü ilin fevral ayından bərpa olunmasını və ödənilməmiş ayların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2024-ci il tarixli, 2-1(120)-741/2024 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin X4nin və sosial vardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair’’ Təlimatda 3.12.8-ci bəndinə əsasan, ailənin yaşadığı ünvanda nəqliyyat vasitəsi aşkarlanmırsa və ailə tərəfindən şifahi sorğu əsasında nəqliyyat vasitəsi olmadığı bildirilirsə, nəqliyyat vasitəsinin olmaması kimi qəbul olunur. Bütün bunlar video çəkilişdə öz əksini tapır. Fondun aidiyyəti struktur bölmələri tərəfindən hər av aidiyyəti dövlət orqanlarından əldə edilən məlumatlar əsasında aparılan aylıq monitorinqlər nəticəsində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olduğu müəyyən edildikdə təyinat dayandırılır. İs üzrə icraat materiallarına əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə **********79503 nömrəli ərizəylə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı inzibati orqana VEMTAS üzərindən müraciət etmiş, xx.xx.2022-ci il tarixdən iddiaçıya ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində xx.xx.2023-cü il tarixdən ünvanlı dövlət sosial yardımın ödənilməsi dayandırılmışdır. Qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı 2022-ci ilin noyabr, dekabr, 2023-cü ilin isə yanvar aylarında ünvanlı dövlət sosial yardımla bağlı ödənişlər həyata keçirilmişdir. Daha sonra ailəyə təyin olunmuş sosial yardım xx.xx.2023-cü il tarixdə ailənin ünvanında maddi X17 zamanı “Vaz-2106” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin aşkar edilməsi və nəqliyyat vasitəsinin X14 adlı şəxsin mülkiyyətində olmasına baxmayaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təmsilçi İddiaçı etibarnamə əsasında istifadə hüququnun verildiyi müəyyən edilmişdir. Bu səbəblə də ona ünvanlı dövlət sosial yardımın ödənişi dayandırılmışdır. Həmçinin bildiririk ki, İddiaçı ÜDSY ilə bağlı xx.xx.2022ci il tarixli **********79503 nömrəli müraciətinə əsasən ailənin ünvanında xx.xx.2022-ci il tarixində X4 keçirilmiş və aparılan müayinə zamanı ünvanda təmsilçinin anasına məxsus otaq və əşyalar aşkar edilmiş, təmsilçinin həyat yoldaşı X19 tərəfindən qayınanasının ayın bir neçə günü bu ünvana gəlməsi bildirilmişdir. Ailəyə xx.xx.2022-ci il tarixdən aylıq 446,75 manat məbləğində ÜDSY təyin edilmiş eyni zamanda ÜDSY-nin alınması üçün müraciət etmiş ailələrin X4nin və sosial vardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair “Passport" təlimatına əsasən ailə tərkibi şübhəsi ilə rüb üzrə təkrar müayinələrin keçirilməsi məqsədilə ÜDSY isi risk kateqoriyasına daxil edilmişdir. Fondun 1 saylı Şirvan- Salyan regional filialı tərəfindən cü il tarixdə ailənin ünvanında ÜDSY işinin monitorinqi həyata keçirilmişdir. Monitorinq zamanı ailənin yaşadığı ünvanın həyətyanı sahəsində “Vaz-2106” markalı 10-HS- 712 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Təmsilçinin həyat yoldaşı G.Rəhmanova nəqliyyat vasitəsinin atasına məxsus olduğunu bildirsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin uçot bazasından əldə edilmiş məlumata əsasən aşkar edilmiş nəqliyyat vasitəsinin X15 adlı şəxsin mülkiyyətində olması və xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qeyd olunan nəqliyyat vasitəsi ilə bağlı təmsilçiyə etibarnamə əsasında istifadə hüququnun verilməsi müəyyən edilmişdir. Bu səbəblə ailəyə təyin edilmiş ÜDSY Qaydalara əsasən xx.xx.2023-cü il tarixində dayandırılmış və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Həmin əsasa münasibətdə iddiaçı tərəfindən ərizəbəyannamədə ailənin istifadəsində “nəqliyyat vasitəsinin” olmaması qeyd edilsə də, monitorinq nəticəsində İddiaçı istifadəsində etibarnamə əsasında nəqliyyat vasitəsindən istifadə hüququnun verildiyi müəyyən edilmişdir. Bu da “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qavdaları”nın 4.3.6-cı bəndi ilə ziddiyyət təşkil edir (ailənin mülkiyyətində və va istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar). Məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edirik ki. Fondun X4 üzrə Mərkəzi Filialı tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli müavinə aktına əsasən İddiaçı yaşadığı ünvanda keçirilən monitorinq zamanı o, X2 onlarla birgə yaşadığını etiraf etmişdir. Belə ki, Ə. Rəhmanov sosial vardım təyinatı ücün müraciət etməzdən öncə də anasının onlarla birlikdə yaşadığını, lakin hec bir məşğuliyyətinin olmadığı üçün ailə tərkibində göstərmədiyini bildirmişdir. Qevd etməvi zəruri hesab edirik ki. iddiaçı “ərizə-bəvannamədə” Hacıqabul rayonu Ələtli kəndində həyat yoldası X22, oğlanları X23, X16 və X7 ilə birlikdə yaşadığını qeyd etsə də, monitorinq nəticəsində müəyyən edilmişdir ki, faktiki olaraq qeyd edilən ünvanda anası da onlarla birgə yaşayır. Bu da “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qavdaları’’nda göstərilən “Sosial vardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və va məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir” müddəası ilə ziddiyyət təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 13 mart 2024-ci il tarixli, 2-1(120)-741/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Cavabdehin nümayəndəsi X29 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 13 mart 2024-ci il tarixli, 2-1(120)-741/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər; 1.0.5-ci maddəsinə əsasən, aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir; 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur; 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir; 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır; 7.2-ci maddəsinə əsasən, ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli Qanununa görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2.1-ci bəndinə əsasən, ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir; 2.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 2.2.1. şəxsiyyəti təsdiq edən sənəd (müraciət kağız üzərində olduqda); 2.2.2. təmsilçilik barədə ərizə (notariat orqanı tərəfindən təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir) (1 nömrəli əlavə); 2.2.3. ərizə-bəyannamə (2 nömrəli əlavə). 2.6-cı bəndinə əsasən, elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş (3 nömrəli əlavə) 3 (üç) gün müddətində göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır; 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2-ci bəndinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir; 3.7-ci bəndinə əsasən, aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005- ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12 İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi (iddia tələbi dəqiqləşdirildikdən sonra) “sosial yardım ödənişinin dayandırıldığı gündən yəni 2023-cü ilin 14 mart ayından bərpa olunmasını və xx.xx.2023-cü il tarixə kimi ödənilməmiş ayların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən verilən ünvanlı sosial yardımın dayandırılmasına səbəb olan yeganə hal etibarnamə ilə verilən “Vaz-2106” markalı **-HS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının isitfadəsində olmasıdır. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən ünvanlı sosial yardım ərizəsi ilə bağlı inzibati orqana müraciət edilən zaman, ünvanlı sosial yardım təyin edilən zaman, eləcə də dayandırılan zaman qeyd edilən etibarnamənin qüvvədə olmadığı müəyyən edilir. Həmçinin “Vaz-2106” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının istifadəsində olduğunu təsdiq edən sübut inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən əsas sübuta yetirilmədiyindən təyin edilən ünvanlı sosial yardımın dayandırılması ilə bağlı inzibati orqanın hərəkətləri əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyə əsasən iddiaçıya təyin edilən ünvanlı sosial yardım xx.xx.2022-ci il tarixdən 1 il müddətinə təyin edildiyindən iddiaçı xx.xx.2023-cü il tarixə kimi ödənilməmiş ayların ödənilməsini də tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuş, Hacıqabul rayonu, Ələtli kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X44 İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-16/- 7/2-R-21xx/xx/2023 nömrəli məktubundan görünür ki, adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsinin qeydiyyatda olub-olmaması barədə məlumat verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X44 İdarəsinə bilavasitə tabe olan Şirvan regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə ünvanladığınız müraciətə baxılmışdır. DİN Baş X44 İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompyüter uçot bazasının məlumatlarına əsasən Hacıqabul rayonu Ələtli kəndində qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü İddiaçı adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İşdə olan Ünvanlı sosial yardımın alınması üçün müraciətə təyinat edilməsinə dair 6c329f689a174f28b479def6292a69da nömrəli bildirişdən görünür ki, İddiaçı xx.xx.2022ci il tarixli, **********79503 nömrəli müraciətinə aylıq 446,75 AZN ÜDSY təyin edilmişdir. İşdə olan Ünvanlı sosial yardımın alınması üçün müraciətə təyinat edilməsinə dair 19fa27863a5d4c59a5a9894f7cd1e135 nömrəli bildirişdən görünür ki, İddiaçı “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq ailəsinin sosial yardım almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması, maddi X17 zamanı ərizə bəyənnamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olmasına görə imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X44 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-16/2-8012/2024 nömrəli məktubundan görünür ki, DİN Baş X44 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “VAZ 21061” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2006-cı il tarixdən X8 adında qeydiyyatdadır (kompüter çıxarışı əlavə olunur). Eyni zamanda “VAZ 21061” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X8 adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, ailəni təmsil edən şəxs qismində sosial yardım almaq hüququnun müəyyən edilməsi ilə bağlı iddiaçının xx.xx.2022-ci il tarixli **********9503 nömrəli müraciətinə əsasən Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə mərkəzi filialı tərəfindən aparılmış müayinə nəticəsində ailəyə xx.xx.2022-ci il tarixdən 446,75 manat məbləğində sosial yardım təyin olunmuşdur. İddiaçıya 2022-ci ilin noyabr, dekabr, 2023-cü ilin isə yanvar aylarında ünvanlı dövlət sosial yardımla bağlı ödənişlər həyata keçirilmişdir. Daha sonra ailəyə təyin olunmuş sosial yardım xx.xx.2023-cü il tarixdə ailənin ünvanında maddi X17 zamanı “Vaz-2106” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin aşkar edilməsi və nəqliyyat vasitəsinin X12 adlı şəxsin mülkiyyətində olmasına baxmayaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təmsilçi İddiaçı etibarnamə əsasında istifadə hüququnun verildiyi müəyyən edilmişdir. Bu səbəblə də ona ünvanlı dövlət sosial yardımın ödənişi dayandırılmışdır. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi və ailə üzvünün olduğu yerin məlum olmaması səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin X4nin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin X4”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Həmin Qaydaların 3.7.4-cü bəndinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir Sadalanan normaların tələbindən göründüyü kimi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir. Həmin Qaydalara görə sosial yardımın təyin olunmasından imtina edilmənin konkret əsasları vardır. Həmin əsaslardan biri də ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olmasıdır. Cavabdeh də məhz həmin əsaslara söykənərək iddiaçya təyin edilmiş ünvanlı sosial yardımı ödənişini dayandırmışdır. Yəni, cavabdeh inzibati orqan tərəfindən verilən ünvanlı sosial yardımın dayandırılmasına səbəb olan yeganə hal etibarnamə ilə verilən “Vaz-2106” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının isitfadəsində olmasıdır. Məhkəmə kollegiyası imtinanın və apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmış və əldə edilən sənədlərdən müəyyən olunmuşdur ki, cavabdehin dəlili işdə olan hər hansı sübutla təsdiq edilmir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X44 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-8012/2024 nömrəli məktubundan görünür ki, DİN Baş X44 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “VAZ 21061” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2006-cı il tarixdən X8 adında qeydiyyatdadır. Eyni zamanda iş materiallarına əlavə edilən “Elektron notariat” X1 çıxarışa əsasən “Vaz-2106” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X12 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya verilən etibarnaməyə xx.xx.2022-ci il tarixdə (yəni müraciətdən öncə) xitam verilmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X44 İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-16/- 7/2-R- 21xx/xx/2023 nömrəli məktubundan görünür ki, DİN Baş X44 İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompyüter uçot bazasının məlumatlarına əsasən Hacıqabul rayonu Ələtli kəndində qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü İddiaçı adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Həmçinin, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edərək iddiaçı izahatında bildirmişdir ki, nə sosial yardımın təyin olunmasından ötrü müraciət etdiyi vaxt nə də hazırkı vaxtda onun və ailəsinin mülkiyyətində və istifadəsində hər hansı nəqliyyat vasitəsi olmamışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ünvanlı sosial yardım ərizəsi ilə bağlı inzibati orqana müraciət edilən zaman, ünvanlı sosial yardım təyin edilən zaman, eləcə də dayandırılan zaman qeyd edilən etibarnamə qüvvədə olmamışdır. Göründüyü kimi nəqliyyat vasitələrinin rəsmi reyestrini (qeydiyyatını) aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsinin təqdim etdiyi sənədlərdən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Yəni, iddiaçı sosial yardımın təyin olunmasından ötrü müraciət etdiyi vaxt və ondan sonra onun mülkiyyətində və ya istifadəsində Vaz-2106” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı və digər nəqliyyat vasitəsi olmamış və bunun əksini təsdiq edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən nə birinci, nədə apellyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, ünvanlı sosial yardımın təyin edilməsi və verilməsindən imtina edilməsi Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın normaları ilə tənzimlənir. Həmin Qaydaların 3.7.4-cü bəndinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbinə uyğun olmamışdır. Cavabdeh apellyasiya şikayətində təmsilçinin (iddiaçının) evində onun anasına məxsus otaq və əşyalar aşkar edildiyini, təmsilçinin həyat yoldaşı X19 tərəfindən qaynanasının ayın bir neçə günü bu ünvana gəlməsini qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, həmin dəlillər iddiaçıya təyin edilən ünvanlı sosial yardımın dayandırılması əsası kimi çıxış etməmişdir. Əksinə həmin dəlillər ilkin müraciət zamanı aparılmış monitorinqin nəticələri əsasında müəyyən olunmuşdur ki, həmin monitorinqdən sonra iddiaçıya sosial yardım təyin olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyə əsasən iddiaçıya təyin edilən ünvanlı sosial yardım xx.xx.2022-ci il tarixdən 1 il müddətinə təyin edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya xx.xx.2023-cü il tarixə kimi ödənilməmiş ayların ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2024-ci il tarixli, 2-1(120)-741/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-383/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-383/2024
15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver