Məhkəmə qərarları › İş №2-1(106)-384/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-384/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-384/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin N0 fevral 2025-ci il tarixli, 2-N(N20)-N4N6/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) N0 fevral 2025-ci il tarixli, 2-N(N20)- N4N6/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir subut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, N993-cü il tarixdən Beyləqan hərbi komisarlığı tərəfindən könüllü olaraq N nömrəli hərbi hissənin tərkibində Füzuli rayon istiqamətində gedən döyüşlərdə iştirak etmiş, N-ci il tarixdə döyüşlər zamanı xəsarət almış, ağır xəsarətlə xəstəxanaya təxliyə olunmuş və cərrahi əməliyyatdan sonra palataya yerləşdirilmişdir. Bir neçə gündən sonra stasionar və ambulator müalicə aldıqdan sonra ona məzuniyyət verilmiş, məzuniyyətdən sonra xidmətini davam etdirib N996-cı il tarixdə rəsmi olaraq təxris olunmuşdur və bu barədə hərbi biletində rəsmi qeyd var. Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsində xidməti barədə düzgün qeyd aparılmamış, bu səbəbdən də ona imtina verilmişdir. Hərbi biletində hərbi hissənin tərkibinə giriş və çıxış barədə məlumat və rəsmi sənəd var, xəstəliyi barədə də rəsmi arayış mövcuddur. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8N29 nömrəli məktubuna əsasən hərbi hissəni özbaşına tərk etdiyi üçün 3-cü MAT-un hərbi qulluqçusu İddiaçı N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli NN9 nömrəli əmri ilə N may N-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Həmçinin, həmin məktubda N () nömrəli hərbi hissə komandirinin aprel-dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. İddiaçı döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissənin siyahısından, bütün növ təminantlardan çıxarılmış və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surəti iş materiallarına əlavə edilmiş: -НЗ seriyalı ******* №-li hərbi biletdən görünür ki, İddiaçı xx.xx.N988-ci il tarixdən xx.xx.N990-cı il tarixədək Sovet ordu sıralarında xidmət etmişdir. Hərbi biletin 7-ci səhifəsində xx.xx.N-cü ildən xx.xx.N-cü ilədək döyüşlərdə iştirakı qeyd olunmuşdur. -Beyləqan RMX tərəfindən verilmiş X/T 662 №-li arayışda qeyd olunmuşdur ki, Beyləqan rayonu, 5 №-li Sovxozun 3-cü şöbəsindən olan N №-li hərbi hissənin əskəri xx.xx.Ncü il tarixdə saat N6:00-da xəstəxanaya daxil olmuş xx.xx.N-cü ildə saat N2:00-da xəstəxananı tərk etmişdir. Xəstəxanaya daxil olma səbəbi “Atipik yerləşmiş kəskin fleqmanoz-qanqrenoz apendisit, Yaranın irinləşməsi” olmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2- 8N29 saylı arxiv arayışında qeyd olunmuşdur ki, hərbi hissəni özbaşına tərk etmiş və N №-li hərbi hissəyə göndərilmiş, N969-cu il təvəllüdlü sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N-cü il tarixli 3 №-li əmri ilə (əsas: § 4, sıra 2, səh 25, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün 3-cü MATun hərbi qulluqçusu İddiaçı N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli NN9 №-li əmri ilə (əsas: § N, sıra 38, səh 34, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N8N(709) №-li hərbi hissə komandirinin aprel-dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N8N(709) №-li hərbi hissə komandirinin yanvar-mart N993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. -Müdafiə Nazirliyinin 2384 saylı xx.xx.2024-cü il tarixli və 2460 saylı xx.xx.2024-cü il tarixli eyni məzmunlu cavab məktubunda qeyd olunmuşdur ki, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 3 №-li əmrində (əsas: §-4, səh-25, sıra-2, əmrdə vəzifəsi yazılmamışdır) hərbi hissəni özbaşına tərk etmiş və N №-li hərbi hissəyə göndərilmiş, xx.xx.N-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış, 3-cü MAT-a təyin olunmuş hərbi qulluqçuların siyahısında, N969-cu il təvəllüdlü, sıravi İddiaçı adı qeyd olunmuşdur. 3-cü MAT-ın hərbi qulluqçusu İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N-cü il tarixli 02 №-li əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli NN9 №-li əmrilə (əsas: §-N, səh-34, sıra38, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 709(N8N) №-li hərbi hissə komandirinin aprel-dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N993-cü il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğəcə və sonu müəyyən edilmişdir: başlanğıc-hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son-hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaəqdar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün. İşin faktiki hallarından görünür ki, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Lakin qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şərtlərdən biri şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasıdır (tərxis olunması). Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılması ilə şərtləndirmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yoxdur, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin N0 fevral 2025-ci il tarixli, 2-N(N20)-N4N6/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən N (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar