Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-385/2024 29.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2-1(120)-5018/2023 nömrəli qərarından Məmmədov Fərid Ayaz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın satılması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 6 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixə olan dövlət büdcəsinə ödənilməmiş 14360,72 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 17200 manat məbləğində siyahıya alınmış (ünvan 1i ünvanında yerləşən mağazada fərqləndirici əlaməti dekor 1 vahidinin qiyməti 100 manat olan 60 ədəd ağmasa, fərqləndirici əlaməti mebel 1 vahidinin qiyməti 15 manat olan 600 ədəd ağ-stul, fərqləndirici əlaməti setkalı 1 vahidinin qiyməti 20 manat olan 60 ədəd qara-stul, fərqləndirici əlaməti setkalı 1 vahidinin qiyməti 100 manat olan 10 ədəd qara-stol) əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 22 dekabr 2023-cü il tarixli, 2-1(120)-5018/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 14360,72 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 17200 manat məbləğində siyahıya alınmış (ünvan 1i ünvanında yerləşən mağazada fərqləndirici əlaməti dekor 1 vahidinin qiyməti 100 manat olan 60 ədəd ağ-masa, fərqləndirici əlaməti mebel 1 vahidinin qiyməti 15 manat olan 600 ədəd ağ-stul, fərqləndirici əlaməti setkalı 1 vahidinin qiyməti 20 manat olan 60 ədəd qara-stul, fərqləndirici əlaməti setkalı 1 vahidinin qiyməti 100 manat olan 10 ədəd qara-stol) əmlakların vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh qaytarılması qərara alınmışdır. Qərardan iş üzrə tərəf olmayan Məmmədov Fərid Ayaz oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və şəkayətin qəbulundan imtina edilməlidir. Belə ki, Şirvan İnzibati Məhkəməsində hazırkı işə baxılarkən Məmmədov Fərid Ayaz oğlu inzibati məhkəmə icraatının iştirakçısı kimi işə cəlb edilməmişdir. İnzibati prosessual qanunvericiliyə əsasən məhkəmə aktından yalnız inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) apellyasiya şikayəti vermək hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Göründüyü kimi, qanuni qüvvəyə minənə qədər iş üzrə məhkəmə qərarının qanunla qorunan maraqlarına toxunduğunu hesab edən inzibati məhkəmə icraatına cəlb edilməmiş şəxsləri birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Birinci instansiya məhkəməsi üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Beləliklə, apellyasiya şikayəti şikayət vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2-1(120)-5018/2023 nömrəli qərarından Məmmədov Fərid Ayaz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın, şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-385/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-385/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver