Məhkəmə qərarları › İş №2-1(106)-385/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-385/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-385/2025 15.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının və vəkili X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(120)-1144/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2rşı diplomun dövlət nümunəli hesab edilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2rşı iddia ərizəsi ilə Bakı inzibati Məhkəməsinə müraciət edərək, diplomun dövlət nümunəli hesab edilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıхаrılmаsını хаhiş еtmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 21 yanvar 2025-ci il tarixli, 2- 1(120)-1144/2025 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının bakalavriat səviyyəsində aldığı təhsilin forması qiyabi olduğu halda onun qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində universitetin dərslərində iştirak etməməsi, tədris normativ üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə müddət ərzində qalmaqla, dərslərə davamiyyət etmədən tədris proqramını yerinə yetirməsi qeyri-mümkündür. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Göründüyü kimi, Ukrayna tərəfindən verilmiş diplomların tanınması üçün Azərbaycan Respublikasında müvafiq ixtisas dərəcəsi haqqında verilən diplomların təhsil müddətinə uyğun gəlməsi zəruri şərt kimi müəyyən edilmişdir ki, iddiaçıya hazırkı iş üzrə verilmiş diplom üzrə də məhz qeyd olunan şərtə riayət edilməmişdir. Bundan başqa hətta iddiaçı ölkə ərazisində zəruri müddətdə iştirakını təmin etsə idi belə, iddia tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş diplomda təhsil formasının qiyabi, təhsilin davaetmə müddətinin isə 4 il olduğu göstərilmişdir. Nəzərə alınmalıdır ki, "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”-nın 3.7-ci bəndinin tələbləri baxımından xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda ekspert qrupları tərəfindən mənfi rəy verilir. Hazırda Azərbaycan Respublikasında qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıq olduğundan, bu da qiyabi təhsil müddətinin 5-6 il davam etdiyini göstərir. Belə olan halda, iddiaçının aldığı təhsil müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulandan bir il az olduğundan, onun diplom üzrə kvalifikasiyasının tanınması mümkün deyildir. Cavabdehin imtinasının ikinci hissəsinə münasibətdə birinci instansiya məhkəməsi bildirmişdir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir. Məhkəmə araşdırılması zamanı iddiaçının dil bilik səviyyəsinin qənaətbəxş olmaması müəyyən edilmişdir ki, bu hal ixtisasın tanınması üçün nəzərdə tutulmuş təhsilin keyfiyyət göstəricisinə cavab vermədiyini sübut edir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə T. Şevçenko adına Luqansk Milli Unversitetinin biologiya fakültəsinə daxil olmuşdur. 2019-cu ildə T. Şevçenko adına Luqansk Milli Unversitetinin bakalavr mərhələsini bitirərək biologiya ixtisası üzrə (qiyabi) tam ali təhsil almışdır. 20 avqust 2014-cü ildə Ukrayna-Rusiya müharibəsi Luqansk vilayətində başlamış və bu səbəbdən təhsili unversitetin təkidi ilə müvəqəti olaraq dayandırılmışdır. 2015-ci ildə yenidən Ukraynaya dönərək təhsilini davam etdirmişdir. 2019-cu ildə Universitet tərəfindən yenidən təhsilini davam etdirmək üçün universitetə çağrılmış və bütün imtahanlarını müvəqiyyətlə verərək ölkəyə qayıtmışdır. Müharibə şəraiti ilə əlaqədar olaraq universitet 2015-ci il də Starobelski şəhərinə, müharibə ocağına köçürülmüşdür. Lakin bütün çətinliklərə baxmayaraq o təhsilini davam etdirmək üçün həmin şəhərə gedərək təhsilini davam etdirmişdir. Ali təhsil haqqında diplomunu aldıqdan sonra xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının (diplomunun) tanınması üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, lakin cavabdeh əsassız səbəblərlə 2dəfə diplomun dövlət nümunəli hesab edilməsindən imtina etmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşduir ki, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə ali təhsil müəssisəsində sessiyalarda iştirak müddəti Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə müəyyən edilmiş tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir. İddiaçı sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırılmış və onun sərhədkeçmə məlumatları aşağıdakı kimi müəyyənləşdirilmişdir: 2013/2014-cü tədris ili üzrə - 6 gün, 2014/2015-ci tədris ili üzrə -12 gün, 2015/2016-cı tədris ili üzrə - getməyib, 2017/2018-ci tədris ili üzrə - 1 yarımil: getməyib, 2018/2019-cü tədris ili üzrə - 6 gün. İddiaçının xarici ali təhsil aldığı ölkədə vəziyyətin kəskinləşməsi (müharibə zonasında təhsil alması və həyatının təhlükədə olması) ilə bağlı akademik fəaliyətlərin təşkilinin mümkünsüzlüyünə və həyati təhlükənin mövcudluğuna görə akademik məzuniyyət götürə bilər və ya Azərbaycan Respublikasının vətəndaşı kimi yerli ali təhsil müəssisələrindən birinə köçürülmək hüququnun təmini üçün Elm və Təhsil Nazirliyinə müraciət edə bilərdi. İddiaçı iştirak etmədiyi dərslərin kreditlərini necə ödəməsi və imtahanları hansı qaydada verməsi barədə əsaslı bir məlumat verməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmişlər, iddiaçı əlavə olaraq bildirmişdir ki, təhsil aldığı ölkədə müharibə vəziyyətinə görə təhsilini distant formada almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -xx.xx.2019-cu il tarixdə verilmiş B19 №081522 nömrəli diplomun surətindən görünür ki, İddiaçı Ukrayna T.Şevçenko adına Luqansk Milli Universiteti tərəfindən onun “Biologiya” ixtisası üzrə təhsil aldığına görə verilmişdir. -Həmin diplomum əlavəsində İddiaçı təsilini qiyabi formada aldığı qeyd edilmişdir. -T.Şevçenko adına Luqansk Milli Universiteti tərəfindən İddiaçı göndərilmiş xx.xx.2019-cu il tarixli “dəvət”dən görünür ki, imtahan sessiyasında iştirak etmək üçün onun xx.xx.2019-xx.xx.2019-cu il tarix aralığında həmin təhsil müəssisəsində olması bildirilmişdir. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli 3-38- 16/2-5114/2024 nömrəli məktubuna əlavə edilmiş iddiaçının 2010-2020-ci illər ərzində dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasından alınan məlumatdan görünür ki, iddiaçının 2013-cü il ərzində 11 gün, 2014-cü il ərzində 12 gün, 2015-ci il ərzində 35 gün (hər biri 2 günlük olmaqla bir neçə dəfə getmişdir), 2019-cu il ərzində 5 günlük çıxışı olmuşdur. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli 3-38-33/2-4539/2024 nömrəli məktubundan görünür ki, İddiaçı dövlət sərhədindən Ukrayna Respublikası istiqamətində hərəkətləri barədə İAMAS bazasından alınan məlumatlara əsasən 2013-cü il ərzində 8 gün, 2015-ci il ərzində 12 gün, 2019-cu il ərzində 5 günlük çıxışı olmuşdur. -T.Şevçenko adına Luqansk Milli Universiteti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda bildirilir ki, İddiaçı distant şəkildə təhsil almışdır, təhsil forması qiyabi olduğu üçün tələbə Ukraynaya gəlməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları”nın 3.10.1 bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina edilir. Həmin “Qaydalar”ın 4.1 bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: -4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; -4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; -4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; -4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); -4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: -4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; -4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; -4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; -4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); -4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). İşin faktiki hallarından görünür ki, iddiaçı təhsil aldığı müddət ərzində (2013-2019-cu illər) 8 gün (2013-cü il), 12 gün (2015-ci il), 5 gün (2019-cu il) olmaqla, ümumilikdə 25 gün təhsil aldığı xarici ölkədə olmuş, 2014, 2016, 2017 və 2018-ci illər ərzində isə ümumiyyətlə ölkədən çıxmamışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçının təhsil aldığı dövr ərzində dərslərdə və semestr imtahanlarında iştirak etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xarici ölkədə təhsil aldığı dövrdə ölkədən ümumiyyətlə çıxmaması və ya xarici ölkəyə yalnız qısa müddətli səfərlər etməsi onun həmin müddətdə davamlı olaraq xarici ölkədə təhsil alması kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçı təhsil aldığı müəssisədən verilmiş arayışa əsasən distant formada təhsil aldığını bildirsə də, iş materiallarında olan “dəvət” məktubu ilə onun imtahan sessiyasında iştirak etmək üçün 2019-cu il tarixdə həmin təhsil müəssisəsinə dəvət edilməsi, həmçinin təhsil müəssisəsinin təhsilin distant olması barədə müvafiq əmrinin, sərəncamının təqdim edilməməsi qeyd olunan arayışda verilmiş məlumatların mötəbər olmamasına dəlalət edir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(120)-1144/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar