Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-387/2024 10.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), X9 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2876807X4 vəkili və nümayəndəsi https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2876807Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)- 905/2024 saylı qərardadından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019cu il tarixli 84-s saylı sərəncamların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2003-cü il tarixli, 58-s saylı sərəncamı ilə Bakı-Astara avtomobil yolunun sol tərəfindən yoldan 30 metr aralı mağaza tikintisi altına 240 kv.m torpaq sahəsi X5 ayrılmışdır. Qeyd olunan Sərəncamın 2-ci bəndində ayrılmış torpaq sahəsində bir il müddətində tikinti işləri aparılmazsa sərəncamın öz qüvvəsini itirəcəyi təsbit olunmuşdur. Lakin qeyd olunan sərəncamın verilməsindən 16 il müddət keçsədə D.Atamalıyev tərəfindən heç bir tikinti aparılmamışdır. Qeyd olunan sərəncam faktiki olaraq hüquqi qüvvəsini itirmişdir. Lakin Cavabdeh xx.xx.2019- cu il tarixli 84-s saylı sərəncamı ilə hüquqi qüvvəsini itirmiş xx.xx.2003-cü il tarixli 58-s saylı sərəncamına dəyişiklik edərək sərəncamın 2-ci bəndində D.Atamalıyevə ayırılan ərazidə tikinti üçün aidiyyəti təşkilatlardan texniki rəy və şərtlərin alınması, tikinti işləri aparılarkən mühəndis kommunikasiya, elektrik, qaz, kabel xətlərinin mühafizə zolağının qorunmasını, ekologiya və təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi barədə tapşırıq verilmişdir. Qeyd olunan sərəncamlar 160 kv.m torpaq sahəsinin X4 istifadəsinə verilməsi hissəsində mənim maraqlarıma toxunur. Belə ki, Salyan rayonu Şorsulu Bələdiyyəsinin 25 noyabr 2007-ci il tarixli qərarı ilə ona Ələt-Astara avtomobil yolunun 81,8-ci km-dən, yolun sol tərəfindən, yolun mühafizəsiz zolağından kənar 600 kv.m torpaq sahəsi icarəyə verilmişdir. Qeyd olunan torpaq sahəsində mağaza tikintisinə dair Cavabdeh başçısının 122-s saylı 25 may 2009-cu il tarixli sərəncamla icazə verilmiş və tərəfimdən ticarət obyekti inşa edilmişdir. İnşa edilmiş ticarət obyektinin istismara qəbul edilməsi haqqında xx.xx.2012-ci il tarixli akt tərtib edilmiş və hazırda ticarət obyekti fəaliyyət göstərir. Ticarət obyektinin sol tərəfində bələdiyyə mülkiyyətində olan 160 kv.m torpaq sahəsi vardır və qeyd oluna torpaq sahəsi isifadəmdə olan torpaq sahəsinə bitişik ərazidə yerləşir və uzun müddətdir ki, həmin torpaq sahəsindən faktiki olaraq istifadə edir, torpaq sahəsinin qorunmasını, qulluq göstərilməsini təmin edir. Həmin torpaq sahəsinin digər şəxsə verilməsi onun hazırda mülkiyyətində olan sahibkarlıq obyektindən istifadəsini məhdudlaşdıracaq, onun obyektə giriş-çıxışı, obyektdən istifadəsi mümkünsüz olacaqdır. Qeyd olunan torpaq sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı 2014-cü ildən başlayaraq dəfələrlə rəsmi, qeyri-rəsmi Salyan rayonu Şorsulu Bələdiyyəsinə müraciət etmiş, lakin qeyd olunan torpaq sahəsinin X5 ayırılması ilə bağlı Cavabdeh sərəncamlarının olması barədə ona məlumat verilməmişdir. Salyan rayonu Şorsulu Bələdiyyəsindən dəfələrlə müraciətinə cavab verilməsini təkid etsədə, bələdiyyənin rəhbərliyinin qəbulunda olsada müraciətinə heç bir cavab verilməmişdir. Cavabdeh Salyan rayonu Şorsulu Bələdiyyəsinə qarşı “Ələt-Astara avtomobil yolunun 81,8-ci km-dən, yolun sol tərəfindən, yolun mühafizə zolağından kənar 160 kv.m torpaq sahəsinin mülkiyyətimə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(120)- 1037/2022- cu il tarixli qərardadı ilə iddia tələbim mümkün sayılmamışdır. Məhkəmə iddia tələbinin mümkün sayılmamasını iddianın predmetini təşkil edən torpaq sahəsinin Salyan rayonu Şorsulu Bələdiyyəsi ilə bağlı olmaması və qeyd olunan torpaq sahəsinin istifadəyə verilməsinə dair Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı, xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamlarının olması və qeyd olunan sərəncamların qüvvədə olması ilə əsaslandırmışdır. Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı, xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamları əsassızdır və ləğv edilməlidir. Cavabdeh səlahiyyətləri hüdudlarında olmayan torpaq sahəsinin X4 istifadəsinə verilməsi barədə əsassız sərəncamlar vermişdir. Cavabdeh Salyan rayonu Şorsulu Bələdiyyəsinə qarşı Ələt-Astara avtomobil yolunun 81,8-ci km-dən, yolun sol tərəfindən, yolun mühafizə zolağından kənar 160 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə keçirilən məhkəmə iclaslarında Ələt-Astara avtomobil yolunun 81,8-ci km-dən, yolun sol tərəfindən, yolun mühafizə zolağından kənar 160 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması müəyyən edilmişdir. Belə ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)- 1037/2022-ci il tarixli qərardadından verdiyi apelyasiya şikayəti üzrə Şirvan Apelyasiya Məhkəməsində keçirilən məhkəmə iclası zamanı cavabdeh Salyan rayon Şorsulu bələdiyyəsinin nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək müraciəti əsasında cavabdeh Salyan rayon Şorsulu bələdiyyəsinin mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olub-olmaması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə müraciət etdiyini və mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasının müəyyən edildiyini, rəy verilməsi üçün Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət edildiyini, həmin Mərkəzin müvafiq rəyi gəldikdən sonra mübahisəli torpaq sahəsinə dair Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə müraciət ediləcəyini bildirmişdir. Qeyd olunan izahat Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(106)- 144/2023 saylı qərardadında öz əksini tapmışdır. Bundan əlavə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********87 saylı məktubunda qeyd olunmuşdur ki, “baza məlumatlarına əsasən aparılmış araşdırma sözügedən 160 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaması və torpaq sahəsi üzərində heç bir yüklülük müəyyən olunmaması, Salyan rayonu Şorsulu bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 122 km.m torpaq sahəsinə dair yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanması barədə xx.xx.2022-ci il tarixli 21 saylı müraciəti 13 saylı Şirvan Ərazi İdarəsinə daxil olması, həmin müraciət əsasında idarənin mütəxəssisi tərəfindən torpaq sahəsinə baxış keçirilməsi və GPS aləti vasitəsilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin olunması, aparılmış çöl ölçmə işlərinin nəticəsinə uyğun olaraq torpaq sahəsinin ölçüsünün 168 kv.m olduğunun aşkarlanması və 168 kv.m torpaq sahəsinə dair “Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktının tərtib olunaraq bələdiyyəyə təhvil verilməsi qeyd olunmuşdur. xx.xx.2003-cü il tarixli 58-s saylı, xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamların ləğv edilməsi barədə ərizə ilə 25.01,2023-cü il tarixdə Cavabdehnə müraciət etmiş, lakin Cavabdeh tərəfindən ərizəsinə heç bir cavab verilməmiş, faktiki olaraq hərəkətsizlik göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. Həmin Qanunun 52.3-cü maddəsinə əsasən İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Həmin Qanunun 52.4-cü maddəsinə əsasən bu Qanunun 52.3cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. Həmin Qanunun 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Həmin Qanunun 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3- cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prossesual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1 -ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı, xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)-905/2024 saylı qərardadı (Hilal Nəcəfov) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)-905/2024 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(120)-905/2024 -cu il tarixli qərardadını Salyan rayon İcra Hakimiyyıətinin, Salyan rayonu Şorsulu Bələdiyyəsinin məhkəməyə ünvanladığı məktublarla əsaslandırmış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə Salyan rayonu Şorsulu bələdiyyəsinin mənə ünvanladığı xx.xx.2022-ci il tarixli, 55 saylı məktubu nəzərə almamışdır. Belə ki, Salyan rayonu Şorsulu bələdiyyəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 55 saylı məktubunda ünvan 5ə Ələt-Astara avtomobil yolunun 31,8ci km-də Şorsulu Ticarət Mərkəzinin nəzdində fəaliyyət göstərən Təndir çörək bişirmə sexinin sol tərəfindəki 160 kv.m torpaq sahəsinə Salyan rayonu Şorsulu kənd sakini X4 istifadəsi məqsədilə Salyan rayon İcra Başçısının sərəncamının olması, hal-hazırda dəqiqləşmə aparılması üçün İqtisadiyyat Nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi idarəsinə müraciət edilməsi, sözü gedən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid edilməsi təsdiqlənərsə, Salyan rayon İcra Başçısının müvafiq sərəncamının ləğv edilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət edilməli və həmin torpaq sahəsi hərraca çıxarılmalı olması, prosesin uzun müddət çəkəcəyi, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə tam qaytarıldıqdan sonra hərraca çıxarılacağı və İddiaçı rəsmi məlumat veriləcəyi qeyd olunmuşdur. Məhkəmə Salyan rayonu Şorsulu kənd Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 55 saylı, xx.xx.2024-cü il tarixli, 02 saylı məktublarının bir-birinə qarşı ziddiyyət təşkil etməsini, inzibati orqanın məhkəməyə yanlış məlumatlar təqdim etməsini nəzərə almamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022- ci il tarixli, **********87 saylı məktubuna əsasən, baza məlumatlarına əsasən aparılmış araşdırma sözügedən 160 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaması və torpaq sahəsi üzərində heç bir yüklülük müəyyən olunmaması, Salyan rayonu Şorsulu bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 122 km.m torpaq sahəsinə dair yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanması barədə xx.xx.2022-ci il tarixli 21 saylı müraciəti 13 saylı Şirvan Ərazi İdarəsinə daxil olması, həmin müraciət əsasında idarənin mütəxəssisi tərəfindən torpaq sahəsinə baxış keçirilməsi və GPS aləti vasitəsilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin olunması, aparılmış çöl ölçmə işlərinin nəticəsinə uyğun olaraq torpaq sahəsinin ölçüsünün 168 kv.m olduğunun aşkarlanması və 168 kv.m torpaq sahəsinə dair “Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktının tərtib olunaraq bələdiyyəyə təhvil verilməsi qeyd olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)-905/2024 saylı qərardadının ləğv edilməsi, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)-905/2024 saylı qərardadının ləğv edilməsi, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2876807X4 vəkili və nümayəndəsi https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2876807Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)-905/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı “Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamlarının ləğv olunması”nı xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qeyd edilən sərəncamla Dünyamalı Atamalıyevə ayrılan torpaq sahəsinin və tikilinin onun gediş-gəliş yoluna maneələr yaratdığını bildirmiş, bu istiqamətdə məhkəmə araşdırma aparmış və verilmiş sorğuya cavab olaraq təqdim edilən Salyan rayonu Şorsulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 15 saylı məktubuna əsasən Salyan rayonu Şorsulu kəndində X5 ayrılan torpaq sahəsi Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 122-s saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş İddiaçı məxsus ticarət obyektinə gediş-gəlişə hər hansı formada maneə törətmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Bundan başqa İddiaçı razılaşmadığı Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamlarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. Belə ki, iddiaçının mübahisələndirdiyi qərardan uzun müddətdir məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əsasən mübahisələndirilən Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamları qeyd edilən tarixdən X4 istifadəsində olmuşdur. İddiaçı isə bu illər ərzində qeyd edilən torpaq sahəsi ilə bağlı heç bir mübahisə yaratmamış, müvafiq orqanlara X2 şikayətlər etməmişdir. X11 tərəfindən tikinti işləri görülən zaman müvafiq tələblərlə inzibati orqanlara müraciət etməyə başlamışdır. Həmçinin qeyd edilən sərəncamlardan uzun müddət keçdikdən sonra, yəni 20 ildən və 3 ildən çox müddət keçdikdən sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərlə bağlı iddiaçı tərəfdən məhkəməyə sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı bir şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. Başqa sözlə, iddiaçı yalnız öz subyektiv hüquqlarının pozulduğunu bildirməlidir. Onu da qeyd etmək lazımdır ki, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Bu baxımdan hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşdə olan Cavabdeh xx.xx.2003-cü il tarixli, 58-s saylı sərəncamına əsasən, Şorsulu kənd sakini X1 kolxoz binasının qarşısından, Bakı-Astara asfalt yolunun sol tərəfində, yoldan 30 m kənarda mağaza tikintisi altına ölçüləri 40x6 metr olmaqla, 240 kv.m torpaq sahəsi ayrılması, ayrılmış torpaq sahəsində bir il müddətində tikinti işləri aparılmazsa sərəncam öz qüvvəsini itirmiş hesab edilməsi, tikintinin memarlıq üslubundan aparılması X6 tapşırılmışdır. İşdə olan Cavabdeh xx.xx.2003-cü il tarixli, 58-s saylı sərəncamında dəyişiklik edilməsi barədə 84-s saylı, xx.xx.2019-cu il tarix sərəncamından çıxarışa əsasən, Şorsulu kənd sakini X5 Bakı-Astara avtomobil yolunun sol tərəfindən, yoldan 30 metr aralı mağaza tikintisi altına 240 kv. torpaq sahəsinin ayrılması barədə” Cavabdeh 21,04.2003-cü tarixli, 58-s saylı sərəncamında dəyişiklik edilmiş və sərəncamın 2-ci bəndi aşağıda redaksiyada verilmişdir: Vətəndaş D.Atamalıyevə tapşırılmışdır ki, ayrılan ərazidə tikinti üçün aidiyyəti təşkilatlardan texniki rəy və şərtlərin alınmasını, tikinti işləri aparılarkən mühəndis kommunikasiya, elektrik, qaz, kabel xətlərinin mühafizə zolağının qorunmasını, ekologiya və təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsini təmin etsin. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********87 nömrəli məktubundan görünür ki, baza məlumatlarına əsasən aparılmış araşdırma sözügedən 160 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmamışdır və torpaq sahəsi üzərində heç bır yüklülük müəyyən olunmamışdır. Salyan rayonu Şorsulu bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 122 km.m torpaq sahəsinə dair yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanması barədə xx.xx.2022-ci il tarixli 21 saylı müraciəti 13 saylı Şirvan Ərazi idarəsinə daxil olmuşdur. Həmin müraciət əsasında idarənin mütəxəssisi tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və GPS aləti vasitəsilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Aparılmış çöl ölçmə işlərinin nəticəsinə uyğun olaraq torpaq sahəsinin ölçüsünün 168 kv.m olduğu aşkarlanmış və tərəfimizdən 168 kv.m torpaq sahəsinə dair “Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktı tərtib olunaraq bələdiyyəyə təhvil verilmişdir. Tərəflərindən ölçü işləri aparılmış və sənəd tərtib olunmuş torpaq sahəsi mübahisəli torpaq sahəsidir. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1037/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Salyan rayonu Şorsulu bələdiyyəsinə (X8 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “Ələt-Astara avtomobil yolunun 81,8-ci km-dən, yolun sol tərəfindən, yolun mühafizə zolağından kənar 160 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)- 144/2023 nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(120)-1037/2022 nömrəli qərardadından İddiaçı verdiyi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilmiş və onun apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. İşdə olan Salyan rayonu Şorsulu bələdiyyəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 55 saylı məktubundan görünür ki, ünvan 5ə Ələt-Astara avtomobil yolunun 31,8-ci km-də Şorsulu Ticarət Mərkəzinin nəzdində fəaliyyət göstərən Təndir çörək bişirmə sexinin sol tərəfindəki 160 kv.m torpaq sahəsinə Salyan rayonu Şorsulu kənd sakini X4 istifadəsi məqsədilə Salyan rayon İcra Başçısının sərəncamı vardır. Hal-hazırda dəqiqləşmə aparılması üçün İqtisadiyyat Nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi idarəsinə müraciət edilmişdir. Sözü gedən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid edilməsi təsdiqlənərsə, Salyan rayon İcra Başçısının müvafiq sərəncamının ləğv edilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət edilməli və həmin torpaq sahəsi hərraca çıxarılmalıdır. Lakin proses uzun müddət çəkəcəkdir. Torpaq sahəsi bələdiyyə mülkiyyətinə tam qaytarıldıqdan sonra hərraca çıxarılacaq və İddiaçı rəsmi məlumat veriləcəkdir. İşdə olan Cavabdeh başçısı aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-71/-872/2023 nömrəli məktubundan görünür ki, Cavabdeh başçısının 58-S saylı, xx.xx.2003-cü il tarixli sərəncamı ilə Salyan rayon Şorsulu kənd sakini X5 Bakı-Astara avtomobil yolunun rayonun Şorsulu kəndindən keçən hissəsindən, yolun sol tərəfindən mağaza tikintisi üçün 240 kvm torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan torpaq sahəsinin bir hissəsində Dünyamalı Atamalıyev tərəfindən tikinti işləri aparılmışdır. 2019-cu ildə vətəndaş D.Atamalıyev Rayon İcra Hakimiyyətinə müraciət edərək ona ayrılmış torpaq sahəsinin digər hissəsində tikinti və yenidənqurma işlərinin aparılması üçün müvafiq qaydada icazə verilməsini xahiş etmişdir. Vətəndaşın müraciət etdiyi vaxt xx.xx.2012-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minməsi ilə əlaqədar Sərəncamda dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 58-s saylı sərəncamında dəyişiklik edilmiş və qüvvədə olan qanunvericiliyə əsasən ərazidə aparılacaq tikinti işləri üçün aidiyyəti təşkilatlardan texniki rəy və şərtlərin alınması, tikinti işləri aparılarkən mühəndis kommunikasiya, elektrik, qaz, kabel xətlərinin mühafizə zolağının qorunması, ekologiya və təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinin təmin olunması tapşırığı verilmişdir. Qeyd olunanları nəzərə alaraq Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2003-cü il tarixli 58- s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının əsassız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Salyan rayonu Şorsulu bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 02 saylı məktubundan görünür ki, ünvan 5ə aparılmış aqrar islahata dair sənədlərə və yerquruluşu xəritəsində Şorsulu kəndində Ələt-Astara avtomobil yolunun 81.8 km-də, yolun kənarında yerləşən Şorsulu Ticarət Mərkəzinin yanında təndir çörəkbişirmə sexinin sol tərəfində yerləşən 160 kvm torpaq sahəsinin Şorsulu Bələdiyyəsinin mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Aparılmış aqrar islahat nəticəsində 2002-ci ildə tərtib olunmuş və Şorsulu bələdiyyəsinə verilmiş yerquruluşu xəritəsində qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq kimi göstərilmişdir. Məlumat üçün bildiririk ki, Cavabdeh başçısının 58-S saylı, xx.xx.2003-cü il tarixli Sərəncamı ilə Salyan rayon Şorsulu kənd sakini X5 Salyan rayonu Şorsulu kəndi razisində Ələt- Astara avtomobil yolunun 81.8 km-də, yolun kənarında yerləşən Şorsulu Ticarət Mərkəzinin yanında təndir şörəkbişirmə sexinin sol tərəfində mağaza tikintisi üçün 240 kvm torpaq sahəsi ayrılmışdır. İşdə olan Salyan rayonu Şorsulu bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 15 saylı məktubundan görünür ki, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 84-S saylı Sərəncamı ilə hüquqi qüvvəsini itirmiş xx.xx.2003-cü il tarixli 58-s saylı Sərəncamına dəyişiklik edərək sərəncamın İİ bəndində Salyan rayonu Şorsulu kəndində X5 ayrılan torpaq sahəsi Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 122-s saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş İddiaçı məxsus ticarət obyektinə gediş-gəlişə hər hansı formada maneə törətmir. Məhkəmənin kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Belə ki, işin faktiki hallarına görə Cavabdeh başçısının 58-S saylı, xx.xx.2003-cü il tarixli sərəncamı ilə Salyan rayon Şorsulu kənd sakini X5 Bakı-Astara avtomobil yolunun rayonun Şorsulu kəndindən keçən hissəsindən, yolun sol tərəfindən mağaza tikintisi üçün 240 kvm torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan torpaq sahəsinin bir hissəsində Dünyamalı Atamalıyev tərəfindən tikinti işləri aparılmışdır. 2019-cu ildə vətəndaş D.Atamalıyev Rayon İcra Hakimiyyətinə müraciət edərək ona ayrılmış torpaq sahəsinin digər hissəsində tikinti və yenidənqurma işlərinin aparılması üçün müvafiq qaydada icazə verilməsini xahiş etmişdir. Vətəndaşın müraciət etdiyi vaxt xx.xx.2012-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minməsi ilə əlaqədar Sərəncamda dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 58-s saylı sərəncamında dəyişiklik edilmiş və qüvvədə olan qanunvericiliyə əsasən ərazidə aparılacaq tikinti işləri üçün aidiyyəti təşkilatlardan texniki rəy və şərtlərin alınması, tikinti işləri aparılarkən mühəndis kommunikasiya, elektrik, qaz, kabel xətlərinin mühafizə zolağının qorunması, ekologiya və təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinin təmin olunması tapşırığı verilmişdir. Həmçinin iddiaçı qeyd edilən sərəncamla Dünyamalı Atamalıyevə ayrılan torpaq sahəsinin və tikilinin onun gediş-gəliş yoluna maneələr yaratdığını bildirmişdir. Bu istiqamətdə məhkəmə araşdırma aparmış və sorğu cavabına təqdim edilən Salyan rayonu Şorsulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 15 saylı məktubuna əsasən Salyan rayonu Şorsulu kəndində X5 ayrılan torpaq sahəsi Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 122-s saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş İddiaçı məxsus ticarət obyektinə gediş-gəlişə hər hansı formada maneə törətmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ümumiyyətlə Cavabdeh başçısının xx.xx.2019cu il tarixli 84-s saylı sərəncamı məzmun baxımından iddiaçının hər hansı hüquqlarına toxunmur. Belə ki, həmin sərəncam Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli 58-s saylı sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsində tikinti işlərinin yeni qanunvericiliyə uyğun aparılmasının həll edilməsi ilə bağlıdır. Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı sərəncamı iddiaçının hüquqlarına toxunmadığı halda, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamı müstəqil qaydada mübahisələndirilə bilməz. Başqa sözlə, xx.xx.2003-cü il tarixli 58-s saylı sərəncamın ləğv edilməsi ilə bağlı iddiaçının subyektib hüquqlarının olmadığı halda, xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamın müstəqil qayadad ləğv eilməsini tələb edilməsində hüquq maraq mövcud deyildir. İddiaçının sözügedən torpaq sahəsinin dövlətin deyil, bələdiyyə mülkiyyətində olması ilə bağlı fikirlərinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, bu halların müəyyən edilməsi hazırki iddianın mümkünlüyü ilə nəticələnə bilməz. Ona görə ki, xx.xx.2003-cü il tarixli 58-s saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair iddiaçının qanundan irəli gələn əmlak hüquqları mövcud deyildir. Yəni, iddiaçının iddia etdiyi torpraq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün subyektiv hüquqlarının olması vacib şərtdir ki, həmin hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Başqa sözlə, iddiaçının başqa şəxsə verilmiş torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla sərəncamın ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə iddia qaldırmaq hüququ o halda mövcud ola bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ normativ hüquqi aktlardan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamların ləğv olunması” tələbi üzrə subyektiv hüquqlarının olmaması ilə yanaşı həmçinin iddia müddətinə riayət etmədən yəni iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərinə həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2003-cü il tarixli, 58-s saylı sərəncamına əsasən, Şorsulu kənd sakini X1 kolxoz binasının qarşısından, Bakı-Astara asfalt yolunun sol tərəfində, yoldan 30 m kənarda mağaza tikintisi altına ölçüləri 40x6 metr olmaqla, 240 kv.m torpaq sahəsi ayrılmış, Cavabdeh 84-s saylı, xx.xx.2019-cu il tarix sərəncamı ilə Cavabdeh xx.xx.2003-cü tarixli, 58-s saylı sərəncamında dəyişiklik edilmiş və dəyişikliyə əsasən vətəndaş D.Atamalıyevə ona ayrılan ərazidə tikinti üçün aidiyyəti təşkilatlardan texniki rəy və şərtlərin alınması, tikinti işləri aparılarkən mühəndis kommunikasiya, elektrik, qaz, kabel xətlərinin mühafizə zolağının qorunması, ekologiya və təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi tapşırılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onun torpaq sahəsinə bitişik olan ərazidə X7 torpaq sahəsinin ayrılması ona məxsus obyektə giriş-çıxışına və obyektdən istifadəsinə maneə törədəcəyini və bununla da onun hüquqi maraqlarına mənfi təsir göstərəcəyini bildirərək Cavabdeh xx.xx.2003-cü il tarixli, 58-s saylı və Cavabdeh 84-s saylı, xx.xx.2019-cu il tarix sərəncamlarının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi iləbağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessualprinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddiainzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı razılaşmadığı Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamlarından onun cavabdeh Salyan rayon Şorsulu bələdiyyəsinə qarşı “Ələt-Astara avtomobil yolunun 81.8-ci km-dən, yolun sol tərəfindən, yolun mühafizə zolağından kənar 160 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsində baxılan 2-1(106)-1037/2022 nömrəli inzibati iş zamanı məlumatlı olmuşdur. Belə ki, həmin inzibati iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 2-1(106)-1037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının məzmunundan görünür ki, hazırki iş üzrə İddiaçı xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmiş və həmin gün müvafiq qərardad qəbul edilmiş və həmin qərardadda Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamları barədə qeydlər vardır (bax iş vərəqi 13-17). Göründüyü kimi iddiaçı artıq xx.xx.2022-ci il tarixdə hazırda mübahisəndirdiyi sərəncamlardan məlumatlı olmuşdur. Lakin, işin faktiki hallarından görünür ki, iddiaçı həmin sərəncamlardan xx.xx.2022-ci il tarixdən məlumatlı olsa da həmin sərəncamların ləğvi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi sərəncamdan yəni, Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamlarından ən geci xx.xx.2022-ci il tarixdən (Şirvan İnzibati Məhkəməsinin 2- 1(106)-1037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli yekun məhkəmə aktı ilə) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin sərəncamlardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə, İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı sərəncamından məlumatlı olduğu vaxtdan 20 (iyirmi) ildən artıq, həmin və digər yəni, xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamından isə Şirvan İnzibati Məhkəməsinin 2-1(106)- 1037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli yekun məhkəmə aktına əsasən məlumatlı olduğu vaxtdan 6 (altı) aya yaxın vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi Cavabdeh xx.xx.2003-cü il tarixli 58s saylı sərəncamına münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə görə, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən sərəncamın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVİİ fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Belə ki, Qanunvericiliyin tələbləri baxımından iddiaçı Mülki Prosessual Məcəlləsinin 01 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinin tələblərinə görə özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Buna görə, iddiaçının hüququnu pozduğunu iddia etdiyi Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı sərəncamını ona məlum olduğu gündən 1 ay müddətində məhkəmədə mübahisələndirə bilərdi. Məlum olduğu gün dedikdə, iddiaçının sərəncamın mövcudluğu barədə həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Hazırkı halda, sərəncamın iddiaçıya rəsmi qaydada təqdim olunduğuna dair işdə sübutlar mövcud olmasa da (əslində heç təqdim edilməli də deyildi. Çünki həmin sərəncam ona yönəli sərəncam deyildir), işin xüsusi halları baxımından iddiaçı sərəncamın mövcudluğunu bilməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından iddiaçının ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Belə ki, iş materiallarına əsasən mübahisələndirilən Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamları ilə ayrılması və tikinti işlərinin aparılması nəzərdə tutulan torpaq sahəsi qeyd edilən tarixdən X4 istifadəsində olmuşdur. İddiaçı isə bu illər ərzində qeyd edilən torpaq sahəsi ilə bağlı heç bir mübahisə yaratmamış, müvafiq orqanlara X2 şikayətlər etməmişdir. X11 tərəfindən tikinti işləri görülən zaman müvafiq tələblərlə inzibati orqanlara müraciət etməyə başlamışdır. Belə ki, mübahisələndirilən Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı sərəncam 2003-ci ildə qəbul edilsədə, iddiaçı onun ləğvinə dair uzun müddət keçdikdən sonra, yəni 20 ildən və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamından isə 3 ildən çox müddət keçdikdən sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1355/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə də verilməmişdir. Hansı ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci madəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, müddətin bərpasına dair ərizə verilmədiyinə görə məhkəmə tərəfindən ümumiyyətlə ötürülmüş müddətin bərpa edilməsi məsələsinə də baxıla bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə kollegiyası işin faktiki hallarını yuxarıda sadalanan qanunvericilik normaları əsasında qiymətləndirərək qeyd edir ki, iddiaçının mübahisələndirilən sərəncamdan ən geci 2022-ci ilin dekabr ayından məlumatlı olduğunu, prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığını, həmin sərəncamın ləğvi ilə bağlı məhkəməyə isə 2023-cü ilin iyun ayında müraciət etdiyini nəzərə alsaq belə, iddiaçı yenə də məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş 30 günlük prosessual müddəti (iddia müddətini) ötürmüş olur. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)-905/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-387/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-387/2024
10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver