Məhkəmə qərarları › İş №2-1(106)-389/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-389/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-389/2024 05.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ XN (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-N(N20)- N439/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tabeliyində “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Qarabağ müharibəsində iştirak etməsi və müharibə veteranı olması faktının təsdiq edilməsi, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-N439/2024 nömrəli 29 noyabr 2023-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tabeliyində “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi komissiyasının əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi il əvəz edilməsi və iddia tələbinə “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N992-ci ildən xx.xx.N996-cı ilədək N () nömrəli hərbi hissənin tərkibində hərbi xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin NN noyabr N992-ci il tarixli N50 saylı əmri ilə o torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün Füzuli rayonuna N nömrəli hərbi hissəyə göndərilmişdir. N fevral N996-cı ildə N nömrəli hərbi hissənin komandirinin N nömrəli əmri ilə hərbi xidmətdən təxris olunmuşdur.NN noyabr N992-ci ildən N2 may N994-cü ilə kimi Füzuli rayonunda gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində iştirak etmişdir. N994-cü ildə Ali Baş Komandan Heydər Əliyevin əmri ilə Horadiz şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və həmin döyüşlərdə Horadiz şəhəri və Füzuli rayonunun digər yaşayış məntəqələri azad olunmuşdur. N2 may N994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi bağlanana kimi döyüşmüş, müqavilə bağlandıqdan sonra əmrə əsasən döyüşləri dayandırmışlar.Atəşkəs müqaviləsi bağlandıqdan sonra döyüşlərdə iştirak edən əsgərləri növbəliliklə məzuniyyətə buraxırmışlar. N2 may N994-cü ildə atəşkəs elan olunduqdan sonra onu da 2 dəfə ailəsi ilə görüşmək üçün qısa müddətli məzuniyyətə buraxmışlar. Hər iki halda məzuniyyətdən vaxtında qayıtmış və xidmətimi davam etdirmişdir. Lakin nədənsə bu hal arxivdə fəvarilik kimi qeydə alınmışdır. Onun həmin vaxtlar qazan təminatından dayandırılmağı və yenidən qazan təminatına götürülməyi fəvariliklə deyil məzuniyyətə buraxılmaq ilə əlaqədar olmuşdur. Axıra kimi döyüş əməliyyatlarında iştirak etmiş əsgərin atəşkəs dövründə fəvarilik etməsi absurddur.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N5- ci il tarixli 9/5-79N2 saylı arxiv arayışında onun döyüş bölgəsinə göndərilməyi və N996-cı ildə təxris olunmağı barədə məlumat vardır. Lakin fəvarilik etməyi barədə heçbir məlumat yoxdur. Lakin həmin Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-2084 saylı məktubunda isə döyüşlərdə iştirakı barədə məlumatla yanaşı fəvarilik etdiyi barədə də məlumat verilmişdir. Fəvarilik barədə verilən məlumatlar atəşkəsdən sonra onun məzuniyyətə buraxıldığı vaxtlara təsadüf edir. Deməli bəzi qeydiyyatlar düzgün aparılmamış və məzuniyyətə buraxıldığı vaxtlar səhv fəvarilik kimi qeydə alınmışdır.Lakin hər iki arxiv arayışında onun N992-N994-cü illərdə döyüşlərdə iştirak etdiyi faktı öz əksini tapmışdır. Fəvarilik etmiş olsaydı qanunvericiliyə uyğun olaraq barəsində cinayət işi açılardı. Lakin barəsində heç vaxt cinayət işi açılmamış, fəvarilik kimi qeyd edilən vaxtlardan sonra da Azərbaycan Ordusu sıralarında xidmət etmişdir. Ona görə də onun fəvarilik etməsi barədə qeydlərin etibarsızlığı özünü göstərir. O, döyüş tapşırığını yerinə yetirərkən 30 aprel N993-cü ildə ağır yaralanmışdır. Hal-hazırda da bədənində onlarca qəlpə daşıyır. 30 aprel N993-cü ildən 28 iyun N993-cü ilə kimi hərbi hospitalda müalicə olunmuşdur. Müalicə başa çatdıqdan sonra sağlamlığı tam bərpa olunmamasına baxmayaraq yenidən hərbi xidmətə qayıtmışdır. Müharibə dövründə aldığı xəsarətlərə görə ona Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış 2-ci qrup əlillik verilmişdir. O, 2-ci qrup müharibə əlilidir ancaq müharibə veteranı deyildir. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin apparatı nəzdində veteran adının və müvafiq vəsiqəsinin verilməsi üzrə Komissiyaya müraciət etmiş. Lakin Komissiya xx.xx.2023-cü il tarixli 4/3-6366 saylı məktub göndərərək müharibə veteranı adının vəvəsiqəsinin verilməsindən imtina edildiyini bildirilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-N(N20)-N439/2024 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2- N(N20)-N439/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirinin əmrinə əsasən hərbi hissə komandirinin əmri əsasında ehtiyata buraxılmışam. Lakin məhkəmə ehtiyata buraxılmağımı mənim günahım kimi dəyərləndirmişdir. Məhkəmə nəzərə almamışdır ki, bütün hərbi qulluqçular hərbi hissə komandirinin əmri ilə ehtiyata buraxılırlar. Hərbi hissə komandiri isə buə mri verərkən yuxarı orqanların əmr, fərman və ya sərəncamlarını əsas götürür. Mənim ehtiyata buraxılmağımda isə hərbi hissə komandiri Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli 26 №-li əmrini əsas götürmüşdür. İş materiallarından da göründüyü kimi mən N992-N994-cü illərdə aktiv döyüşlər getdiyi müddətdə mən bütün döyüşlərdə iştirak etdiyim sübut olunmuşdur. Aktiv döyüşlərdə yaralandığım və müalicə olunduğum da öz təsdiqini tapmışdır. Lakin məhkəmə qərar qəbul edərkən aktiv müharibə dövründə döyüşlərdə iştirakımı nəzərə almadan, atəşkəs müddətində heç bir aktiv döyüş olmadığı vaxtlarda barəmdə verilmiş qərarları əsas gətirərək iddia tələbimi rədd etmişdir. Eyni zamanda bu vaxt konstitusion hüquqlarım pozularaq barəmdə heç bir məhkəmə qərarı olmadan məni cinayətkar, fərari elan etmişdir. Barəsində məhkəmə hökmü olmayan şəxsi fərarilik kimi ağır cinayətdə təqsirli bilmək heç bir hüquq işçisinə, xüsusən də məhkəmə hakiminə uyğun hərəkət deyildir. İş materiallarından da göründüyü kimi mən illərlə vətənimin azadlığı uğrunda döyüşmüşəm, yaralanıb ömürlük əlil qalmışam. Bu mənim Vətənim qarşısında xidmətimdir. Hətta nə vaxtsa cinayət törədib fərarilik etmisəmsə belə bu mənim illərlə Vətənim uğrunda döyüşüb, ömürlük əlil qalmağım faktını təkzib edə bilməz. İllərlə müharibədə döyüşdüyüm halda, hansısa cinayətim olsa belə mən Müharibə veteranıyam. Bu fakt danıla bilməz. İddia olunur ki, guya mən 3 ay fərarilik etmişəm. 3 gün fərarilik edən şəxsə cinayət işi açılır. Necə ola bilər ki, mən 3 ay fərarilik etdiyim halda cinayət işi açılmamış, məhkəmə qərarı olmamışdır. Hətta cinayət etmişəmsə belə məhkəmə qərarı yoxdursa, demək Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mən cinayət etməmişəm, fərari olmamışam və mənə fərrari damğası vurula bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-N(N20)-N439/2024 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N6.N-ci maddəsinə əsasən, bu Məcəllənin N6.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-N(N20)-N439/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə: N. Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə N0.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə NN.N. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar Maddə N9. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 89.N. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 90.N. İnzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə N2.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.N) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. İddiaçının tələbi (dəqiqləşdirildikdən sonra) “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, İddiaçı hərbi xidmətdən qanuni əsaslarla təxris olunması, həmçinin xidməti barədə məlumat aşkar olunmamış,həmçinin o, hərbi hissəsini öbaşına tərk etmişdir. Belə ki, İddiaçı Füzuli rayonu hərbi коmissаrlığı tərəfindən N992-ci ildə hərbi хidmətə çağırılmış, döyüş zonasında hərbi хidmət keçərkən, 30 aprel N993-cü ildə döyüş tapşırığını yerinə yetirərkən aldığı yaralanmış və xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilə kimi 25N saylı hərbi qospitalda müayinə və müalicə olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin qayıtmaz itkinlərinin, itkin düşmüşlərinin və yaralananların adbaad siyahıları qovluğunda (əsas: kitab: xx.xx.N993-xx.xx.N993; səh.-34, sıra-N4) xx.xx.N993xx.xx.N993-cü il tarixlərdə hərbi hissənin Tibb bölüyünə daxil olmuş yaralananların siyahısında N №-li hərbi hissəninhərbi qulluqçusu, sıravi İddiaçı xx.xx.N993-cü il tarixdə kəşfiyyatda olarkən yaralanaraq, "aşağı ətrafın və sol bazunun qəlpə yarası diaqnozu ilə” tibb bölüyünə daxil edilməsi barədə məlumat vardır. Bundan sonra fərarilikdən qayıtmış, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N2N №-li əmrilə 6 MAT-a göndərilərək, qazan təminatına qoyulmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün 6 MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N53 №-li əmrilə qazan təminatından çıxarılmışdır. Fərarilikdən qayıtmış, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 244 №-li əmrilə 6 MAT-un qazan təminatına qoyulmuşdur. 25 (iyirmi beş) yaş və yuxarı yaş hədli, N969-cu il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli 26 №-li əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 36 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Füzuli RHK-na göndərilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 20 sentyabr N997-ci il tarixli 634 nömrəli Fərmanına əsasən ehtiyata buraxılmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus hərbi biletin 7-ci, 9-cu və 23-cü səhifələrindən görünür ki, İddiaçı xx.xx.N992-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidmət etmiş, xx.xx.N993-cü ildə Füzuli rayonu, Divanalılar kəndində mina partlayışı nəticəsində yaralanmış və xx.xx.N996-cı il tarixdə N saylə hərbi hissə komandirinin N saylı əmri ilə hərbi xidmətdən tərxis olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin xx.xx.20N7-ci il tarixli, 222 nömrəli məktubundan görünür ki, X2 xx.xx.N983-cü ildən xx.xx.N985-ci ilədək keçmiş SSRİ SQ-də, xx.xx.N992ci ildən xx.xx.N992-ci ilədək N saylı hərbi hissədə xidmət keçmiş və xx.xx.N992-ci ildə Azərbaycan Respublikası SQ BQR-nin 2N2 saylı əmrinə əsasən ehtiyata buraxılmışdır. Həmçinin işdə olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2000-ci il tarixli, 92 nömrəli qərarından müəyyən olunmuşdur ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N993-ci ildə döyüş tapşırığını yerinə yetirərkən yaralanmış, xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək 25N saylı hərbi qospitalda müayinə və müalicə olunmuş və aldığı xəsarətlər “hərbi travmadır” kimi qeyd edilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 25 oktyabr 2024-cü il tarixli, 3-N7-4/2-28N87/2024 nömrəli məktubu və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar N il müddətinə 3-cü dərəcə əlillik, xx.xx.20N2-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar N il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.20N4-cü il tarixdə və xx.xx.20N5-ci il tarixdə də eyni səbəblə N il müddətinə 2ci dərəcə əlillik təyin edilmiş və xx.xx.20N6-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Bundan başqa məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 0N may 2024-cü il tarixli, 3-N7/2-N0009/2024 nömrəli məktub və ona əlavə edilən sənədlərdən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən “hərbi travma-Azərbaycan Respublikasının müdafiəsi zamanı” səbəbi ilə 3-cü dərəcə əlilliyə görə əmək pensiyası, xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş, xx.xx.20N6-cı il tarixdən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmiş, hərbi qulluqçu kimi əmək pensiyasının və Prezidentinin təqaüdünün ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.202N-ci il tarixdə dayandırılmışdır. Göründüyü kimi İddiaçı xx.xx.N992-ci ildən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət edərək, döyüş əməliyyatlarında iştirak etmiş, döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış, daha sonra aldığı xəsarətlərə görə ona Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2000-ci il tarixli, 92 nömrəli qərarı ilə “Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alması qeyd edilmiş və xx.xx.N996-cı il tarixində ehtiyyata buraxılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı döyüş əməliyatlarında iştirak edərkən aldığı xəsarətə görə ona əlillik təyin edilmiş və əlilliyin səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olmuş və həmin əlilliyinə görə ona təqaüd və daha sonra pensiya təyin edilmişdir. Lakin cavabdeh inzibati orqan yuxarıda qeyd edilən işin faktiki hallarını nəzərə almadan, iddiaçının döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyini əsas gətirərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Halbuki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndi və həmin bəndin “Qeyd” hissəsinin tələbini iddiaçıya münasibətdə nəzərə almalı idi. Belə ki, həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Həmin hissənin “Qeyd” hissəsinin N-ci bəndinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, şəxslərə şamil olunmur. Eyni qayda “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin Qeyd” hissəsində yer almışdır. Həmin Qanunun 3-cü maddəsinin “Qeyd” hissəsində qeyd olunur ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Göründüyü kimi hətta, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş olsalar belə, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə müharibə veteranı adı verilməlidir. İşdə olan müavinət (təqaüd) və pensiya işindən (TSEK-də müayinə aktlarından, qərarlarından), o cümlədən Hərbi Həkim Komissiyasının qərarından görünür ki, İddiaçı döyüş əməliyatlarında iştirak edərkən xəsarət almış və aldığı xəsarətə görə ona əlillik təyin edilmiş və əlilliyin səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olmuş və həmin əlilliyinə görə ona təqaüd və daha sonra pensiya təyin edilmişdir. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır. Bununla belə, qeyd edilməlidir ki, cavabdehin imtina edərkən istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən yalnız döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz. Lakin, hazırki iş üzrə iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi müəyyən olunmur. Bunun əksinə, iddiaçının xx.xx.N992-ci ildən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsi, döyüş əməliyyatlarında iştirak etməsi və N saylı hərbi hissənin xx.xx.N996-cı il tarixli, N saylı əmri ilə ehtiyata buraxılması müəyyən olunur. Məhkəmə kollegiyasının qənaətinə görə hətta, iddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş olsa belə (hərçənd ki, iddiaçı bu dəlilləri qəbul etmir və hərbi hissəni özbaşına tərk etmədiyini, xəstəlliyinə görə məzuniyyətdə olduğunu bildirir) o, bu hərkətlərinə görə, məhkum edilməmişsə, əksinə döyüş əməliyyatlarında iştirak edərək yaralanmışsa və ona bu xəsarətinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunmuşsa və qanuni əsaslarla hərbi hissədən təxris olunmusa bu hal yuxarıda qeyd edilən hüquq normalarına əsasən müharibə veteranı adının verilməsi üçün əsas verir. Beləliklə də işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-N(N20)-N439/2024 saylı qərarı ləğv edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-N(N20)-N439/2024 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən N (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ N025, Bakı şəhəri,Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar