Məhkəmə qərarları › İş №2-1(106)-39/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-39/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-39/2025 08.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi) Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyəcəsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilməsi” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-1(120)-11/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “vergi ödəyəcəsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi əsasında iddia dəyişdirilərək “vergi ödəyəcəsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilməsi” kimi qəbul olunması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli, **********197369 saylı qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktına əsasən Cəmiyyət 2017-ci il üzrə 44,865.56 manat mənfəət vergisi, 2017-ci il üzrə 29,392.34 manat əlavə dəyər vergisi və 2018-ci il üzrə 134,233.76 manat əlavə dəyər vergisi olmaqla, cəmi 208491.66 manat vergilər üzrə və 104245.83 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli, **********197369 saylı qərarı əsassiz olduğundan ləğv edilməlidir. Belə ki, 2017-ci ilin sentyabr ayı üzrə ƏDV hesablanan məbləğ 35,460.33 manat, ƏDV isə 6,382.86 manat olmuşdur. Vergi Məcəlləsinin 175.1 -ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 62.027.48 manat, ƏDV isə 11,164.94 manat təşkil edir. Həmçinin idxal əməliyyatları üzrə ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş ƏDV məbləği 9,257.40 manat təşkil edir. Yekun olaraq 2017-ci ilin sentyabr ayı üzrə 14,039.48 manat pul vəsaiti (ƏDV) büdcədən qaytarılmalıdır. Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktda isə əsassız olaraq həmin dövr üzrə büdcədən qaytarılmalı olan ƏDV məbləği 17,652.83 manat müəyyən olunmuşdur. Eyni zamanda 2017-ci ilin dekabr ayı üzrə ƏDV hesablanan məbləğ 116,608.70 manat, ƏDV isə 20.989.57 manat olmuşdur. ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunan əməliyyatların əsas məbləği 81,661 manat, ƏDV isə 41,19 manat təşkil edir. Vergi Məcəlləsinin 175.1 -ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 59.775.90 manat, ƏDV isə 10,489.66 manat təşkil edir. İdxalda ƏDV-yə cəlb olunmuş mallara görə 16.173.85 manat ƏDV ödənilməsi təmin edilmişdir. Yekun olaraq 2017-ci ilin dekabr ayı üzrə 5.632.75 manat pul vəsaiti (ƏDV) büdcədən qaytarılmalıdır. Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktda isə əsassız olaraq həmin dövr üzrə büdcəyə ödənilməli olan ƏDV məbləği 21,873.57 manat müəyyən olunmuşdur. Həmçinin 2018-ci ilin sentyabr ayı üzrə ƏDV hesablanan məbləğ 111,728.81 manat, ƏDV isə 20,111.19 manat olmuşdur. Vergi Məcəlləsinin 175.1 -ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 55.347.74 manat, ƏDV məbləği isə 9,819.24 manat təşkil edir. Yekun olaraq 2018-ci ilin sentyabr avı üzrə 10,291.95 manat ƏDV büdcəyə ödənilməlidir. Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019- cu il tarixli, **********170941 nömrəli aktda isə əsassız olaraq həmin dövr üzrə büdcəyə ödənilməli olan ƏDV məbləği 130,243.42 manat müəyyən olunmuşdur. Beləliklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə əsassız olaraq - 143,844.45 manat məbləğdə əlavə ƏDV hesablanmışdır. Eyni zamanda qeyd edirik ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2017-ci il üzrə malların təqdim edilməsindən əldə etdiyi gəliri 1,280,016.41 manat olmuşdur. Həmin məbləğə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi əsas götürülməklə hesablama aparıldıqda 2017-ci il üzrə ödənilməli olan mənfəət vergisinin ümumi məbləği 42,667.21 manat təşkil edir. Buna baxmayaraq Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktda mötəbər olmayan qiymətləndirmə rəyinin məlumatları əsas götrülmüş, bununla da heç bir əsas olmadan Cəmiyyətin 2017-ci il üzrə gəliri 1,408,752.98 manat müəyyən edilmiş və nəticədə Cəmiyyətə əsassız olaraq 46,958.44 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə "Hazarbalıq” Məhdud Məsuliyyətli Cəmiyyətinə əsassız olaraq - 4,291.23 manat məbləğdə əlavə mənfəət vergisi hesablanmışdır. Eyni zamanda qeyd olunan qərar əsasında Cəmiyyətin bütün hesablaşma hesablarına sərəncam qoyulmuşdur ki, bunun da nəticəsində Cəmiyyətin fəaliyyətində ciddi çətinliklər yaranmışdır. Belə ki, Cəmiyyətin bütün hesablaşma hesablarına sərəncam qoyulması səbəbindən Cəmiyyətin digər təsərrüfat subyekləri ilə hesablaşmalarını həyat keçirə bilməməsi nəticəsində 100 nəfərdən artıq işçinin əmək haqlarının ödənilməsi, elecədə digər öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələbinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olmayan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Həmçinin qeyd edilən 3.11 -ci maddəsinin tələbinə görə vergi haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını subut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin subut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qeyd olunan Məcəllənin 54.0.2-ci maddəsinin tələbinə görə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Azərbaycan Respublikası İPM-nin 32- ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qərar qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli, **********197369 saylı qərarından Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 31 mart 2020-ci il tarixdə yuxarı vergi orqanına şikayət verilmişdir. Həmin şikayətə baxılması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyindən 01 may 2020-ci il tarixdə elektron formada təqdim edilmiş məktubda qeyd olunmuşdur ki, Səyyar vergi yoxlaması nəticəsində hesablanmış külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkən yayındırılması faktı üzrə xx.xx.2020-ci il tarixdə cinayət işi başlanıldığından qeyd olunan şikayətə Vergilər Nazirliyndə baxıla bilməz. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin "vergi ödəyəcəsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarının "Hazarbalıq” Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95manat məbləğində artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin "Səyyar vergi yoxlamasının keçirilməsi” xx.xx.2018-ci il tarixli, **********169412 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2017-ci il tarixdən 30 sentyabr 2018-ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama müəssisənin direktoru X6 və baş mühasibi X12 tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, bank-kassa mədaxil-məxaric sənədləri, qaimə fakturalar, VHF-iar, dövriyyə cədvəlləri, maddi-məsul şəxslərin resabatları, baş kitab və vergilərin hesablanılması üçün lazım olan digər sənədlər əsasında aparılmışdır. Müəssisənin direktoru vəzifəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək X14, xx.xx.2018-ci il tarixdən 22 oktyabr 2018-ci il tarixədək X15, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X6 işləmişdir. "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********169412 nömrəli qərar vergi ödəyicisi ilə tanış etdirilmiş, imza və möhürlə təsdiqlənmişdir. xx.xx.2018-ci il tarixli, KY18131717 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri, növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********663600 nömrəli bildiriş və Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2018-ci il tarixli, **********169452 nömrəli Tələbnamə xx.xx.2018-ci il tarixli xəbərnaməli məktubla vergi ödəyicisinin hüquqi ünvanına göndərilmiş və vergi ödəyicisi tərəfindən qəbul edilməklə imzalanmışdır. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2019-cu il tarixli, **********175322 nömrəli qərar çıxarılmış və Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********194069 nömrəli Protokol tərtib edilmiş, vergi ödəyicisinin nümayəndəsi tərəfindən imza olunmuşdur. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının baxışının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********177967 nömrəli qərar əsasında müşahidəçi qismində iştirak etmiş Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan X2 və ünvan 1 ünvanda yaşayan X4 iştirakı ilə müəssisənin Lənkəran rayonu, Nərimanabad ŞTQ ünvanında yerləşən obyektinə baxış keçirilmiş və nəticəsi xx.xx.2019cu il tarixli protokolla rəsmiləşdirilmişdir. Zərurət yarandığı üçün "MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkətindən yoxlamaya ekspert dəvət edilmişdir. Ekspert tərəfindən müəssisə tərəfindən idxal və tədarük olunmuş balıq məhsullarının bazar qiymətləri müəyyənləşdirilmiş və xx.xx.2019-cu il tarixli, MB 12-302 №-li rəy təqdim olunmuşdur. Yoxlama zamanı həmin rəy nəzərə alınmaqla hesablamalar aparılmışdır. Müəssisə tərəfindən ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizə ilə 6 saylı Ərazi Vergilər idarəsinə müraciət olunmuş, qüvvəyə minmə tarixi xx.xx.2015-ci il olmaqla xx.xx.2015-ci il tarixli, **********7 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmişdir. Yoxlamanın əhatə etdiyi dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim olunan ƏDV bəyannamələrində satış dövriyyəsi 936285.4 manat, ƏDV məbləği 168531.4 manat, ƏDVyə (o) dərəcə ilə cəlb edilən dövriyyə 689049.4 manat, əvəzləşdirilən ƏDV məbləği 196267.4 manat, büdcədən hesablanan əDv məbləği 27736,0 manat göstərilmişdir. Yoxlama ilə ƏDV tutulan dövriyyənin 1841973.4 manat, ƏDV məbləğinin 331555.2 manat, ƏDV-yə (o) dərəcə ilə cəlb edilən dövriyyənin 689049.4 manat, əvəzləşdirilən ƏDV məbləğinin 195665.1 manat, büdcəyə çatası əDv məbləğinin 135890.1 manat olması müəyyən edilmişdir. Nəticədə ƏDV- nin 163626.1 min manat (29392.3+134233.8) əskik hesablandığı müəyyən olunmuşdur. Xərcləri təsdiq edən sənədlər tam olmadığından müəssisənin 2017-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış, bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2001-cü il tarixli 42 saylı) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məsəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2017-cı il üzrə gəliri 1408752.98 manat, xərcləri 1173960.81 manat (o cümlədən əmək haqqı 252270 manat, sosial sğorta 55499.40 manat, malın dəyəri 702791 manat və digər xərc 163400 manat) vergiyə cəlb olunan mənfəət 234792.17 manat, mənfəət vergisinin 46958.44 manat (234792.17*20%) olması müəyyən olunmuşdur. 2017-ci il mənfəət vergisi bəyannaməsində hesablanmış 2092.87 manat mənfəət vergisi nəzərə alınmaqla 44865.57 manat (469xx.xx-2092.87) mənfəət vergisinin azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə vergilərin ümumilikdə 208491.66 manat, o cümlədən mənfəət vergisinin 44865.56 manat, əlavə dəyər vergisinin 163626.10 manat azaldıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin hesabatda göstərilmiş məbləğinin vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 208491.66 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 104245.83 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsində qeyd olunan dəlillərə konkret olaraq münasibət bəsləmək üçün aşağıdakıların qeyd olunmasını zəruri hesab edirik: iddia ərizəsində qeyd olunmuşdur ki: 1) "Belə ki, 2017-ci ilin sentyabr ayı üzrə ƏDV hesablanan məbləğ 35460.33 manat, ƏDV isə 6382.86 manat olmuşdur. Vergi Məcəlləsinin 175.1 -ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 62027.48 manat, ƏDV isə 11164.94 manat təşkil edir. Həmçinin idxal əməliyyatları üzrə ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş ƏDV məbləği 9257.40 manat təşkil edir. Yekun olaraq 2017-ci ilin sentyabr ayı üzrə 14039.48 manat pul vəsaiti (ƏDV) büdcədən qaytarılmalıdır. Səyyar vergi yoxlamasının nəticələri haqqında 27 dekabr 2019-cu il tarixli, **********170941 nömrəli Aktda isə əsassız olaraq həmin dövr üzrə büdcədən qaytarılmalı oln ƏDV məbləği 17652.83 manat müəyyən olunmuşdur”. Bununla əlaqədar olaraq bildiririk ki, iddiaçı özünün təqdim etdiyi 2017-ci il sentyabr ayı üzrə ƏDV bəyannaməsində ƏDV hesablanan məbləğ 4252.42 manat, ƏDV 765.43 manat, Vergi Məcəlləsinin 175.1 -ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 54239.60 manat, ƏDV-nin isə 9763.13 manat olduğunu qeyd etmişdir. Göründüyü kimi iddiaçı özü tərəfindən təqdim olunan bəyannamədəki məlumatları iddia ərizəsi ilə birmənalı şəkildə təkzib edir və təqdim etdiyi bəyannamədəki məlumatların təhrif olunmuş məlumat olduğunu etiraf edir. Bununla yanaşı da iddiaçı iddia ərizəsində qeyd olunan rəqəmlərin, məlumatların və dəlillərin hüquqi və faktiki əsası barədə heç bir əsaslandırma aparmamışdır. Bu nöqteyi nəzərdən də iddiaçı yekun olaraq 2017-ci ilin sentyabr ayı üzrə 14039.48 manat pul vəsaitinin (ƏDV-nin) büdcədən qaytarılması qənaətinə gəlmişdir. Halbuki iddiaçı təqdim etdiyi bəyannamənin 325-ci sətrində 18255.09 manat məbləğində ƏDV- nin büdcədən qaytrarılması barədə bəyan əks etdirmişdir. Həm dövr üzrə büdcədən qaytarılan vəsaitin 17652.8 manat olduğunu nəzərə alsaq, 602.3 manat verginin yayındığını müəyyən etmiş oluruq. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki: 2) "2017-ci ilin dekabr ayı üzrə ƏDV hesablanan məbləğ 116608.70 manat, ƏDV isə 20989.57 manat olmuşdur. ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunan əməliyyatların əsas məbləği 81661 manat, ƏDV isə 41.19 manat təşkil edir. Vergi Məcəlləsinin 175.1 -ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 59775.90 manat, ƏDV isə 10489.66 manat təşkil edir. Həmçinin idxalda ƏDV-yə cəlb olunmuş mallara görə 16173.85 manat ƏDV ödənilməsi təmin edilmişdir. Yekun olaraq 2017-ci ilin dekabr ayı üzrə 5632.75 manat pul vəsaiti (ƏDV) büdcədən qaytarılmalıdır”. Səyyar vergi yoxlamasının nəticələri haqqında 27 dekabr 2019-cu il tarixli, **********170941 nömrəli aktda isə əsassız olaraq həmin dövr üzrə büdcəyə ödənilməli olan ƏDV məbləği 21873.57 manat müəyyən olunmuşdur”. Bununla əlaqədar olaraq bildiririk ki, iddiaçı tərəfindən təqdim edilən 2017-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində ƏDV hesablanan məbləğ 116680.7 manat, ƏDV 20989.57 manat, Vergi Məcəlləsinin 175.1 -ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 65453.81 manat, ƏDV-nin isə 11781.69 manat olduğunu qeyd etmişdir. Səyyar vergi yoxlaması ilə isə ƏDV hesablanan məbləğ 276553.6 manat, ƏDv 49779.65 manat, Vergi Məcəlləsinin 175.1 -ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 65179 manat, ƏDV isə 11732.22 manat, idxalda ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş məbləğ 89854.76 manat, ƏDV isə 16173.86 manat, büdcəyə ödənilməli ƏDV məbləği isə 21873.57 manat (49779.6511.732.22- 16173.86=21873.57) manat müəyyən olunmuşdur. Nəticədə ƏDV-nin 28790.1 manat (6916.5+21873.6) əskik hesablandığı müəyyən olunmuşdur. Eyni zamanda təkrar olaraq bildiririk ki, qeyd olunan dövr üzrə təqdim olunan bəyannamədə iddiaçı Vergi Məcəlləsinin 175.1 -ci maddəsi üzrə alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləği təkzib edən məbləği iddia ərizəsində qeyd etməklə bəyannamədəki məlumatları iddia ərizəsi ilə birmənalı şəkildə təkzib edir və təqdim etdiyi bəyannamədəki məlumatların təhrif olunmuş məlumat olduğunu etiraf edir. Bununla yanaşı da iddiaçı iddia ərizəsində qeyd olunan rəqəmlərin, məlumatların və dəlillərin hüquqi və faktiki əsası barədə heç bir əsaslandırma aparmamışdır. Digər tərəfdən iddiaçının iddia ərizəsində qeyd etdiyi “ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunan əməliyyatların əsas məbləği 81661 manat, ƏDv isə 41.19 manatdır" ifadəsində ki, 41.19 manat verginin hesablanması ilə bağlı mövqe yanlış fikir olaraq, vergi ilə ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunan əməliyyatların ümumi əməliyyatlardakı faiz nisbəti səhv salınmışdır. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki: 3) “2018-ci ilin sentyabr ayı üzrə əDv hesablanan məbləğ 111728.81 manat, əDv isə 20111.19 olmuşdur. Vergi Məcəlləsinin 175.1 -ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 55347.74 manat, ƏDV isə 9819.24 manat təşkil edir. Yekun olaraq 2018-ci ilin sentyabr ayı üzrə 10291.95 manat ƏDV büdcəyə ödənilməlidir”. Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli Aktda isə əsassız olaraq həmin dövr üzrə büdcəyə ödənilməli oaln ƏDV məbləği 130243.42 manat müəyyən olunmuşdur”. Buna münasibət bəsləyərək bildirilir ki, iddiaçı tərəfindən təqdim edilən 2018-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsində ƏDV hesablanan məbləğ 28900 manat, ƏDV 5202 manat, Vergi Məcəlləsinin 175.1 -ci maddəsinə əsasən alınmış electron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 51068.56 manat, ƏDV-nin isə 9192.34 manat olduğunu qeyd etmişdir. Səyyar vergi yoxlaması ilə isə ƏDV hesablanan məbləğ 774643.10 manat, ƏDV 139435.8 manat, Vergi Məcəlləsinin 175.1 -ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturası üzrə nağdsız qaydada ödənilmiş əsas məbləğ 51068.56 manat, ƏDV isə 9192.34 manat, büdcəyə ödənilməli ƏDV məbləği isə 1 30243.46 manat (139435.8-9192.34 =130243.46) manat müəyyən olunmuşdur. Nəticədə ƏDV-nin 134233.8 manat (3990.3+130243.5) əskik hesablandığı müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçı bu dövr üzrə də özü tərəfindən təqdim olunan bəyannamədəki məlumatları iddia ərizəsi ilə birmənalı şəkildə təkzib edir və təqdim etdiyi bəyannamədəki məlumatların təhrif olunmuş məlumat olduğunu etiraf edir. Bununla yanaşı da iddiaçı iddia ərizəsində qeyd olunan rəqəmlərin, məlumatların və dəlillərin hüquqi və faktiki əsası barədə heç bir əsaslandırma aparmamışdır. Bu nöqteyi nəzərdən də iddiaçı iddia ərizəsində yekun olaraq 2018-ci ilin sentyabr ayı üzrə 10291.95 manat ƏDV-nin büdcəyə ödənilməsi qənaətinə gəlmişdir. Halbuki təqdim etdiyi bəyannamənin 325-ci sətrində 3990.3 manat vəsaitin büdcədən qaytarılmasını qeyd etmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, 4) “Hazarbalıq“ MMC-nin 2017-ci il üzrə malların təqdim edilməsindən əldə etdiyi gəliri 1280016.41 manat olmuşdur. Həmin məbləğə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi əsas götürülməklə hesablama aparıldıqda 2017-ci il üzrə ödənilməli olan mənfəət vergisinin ümumi məbləği 42667.21 manat təşkil edir. Buna baxmayaraq Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktda mötəbər olmayan qiymətləndirmə rəyinin məlumatları əsas götürülmüş, bununla da heç bir əsas olmadan cəmiyyətin 2017-ci il üzrə gəliri 1408752.98 manat müəyyən edilmiş və nəticədə cəmiyyətə əsassız olaraq 46958.44 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə “Hazarbalıq“ MMC- yə əsassız olaraq 4291.23 manat məbləğdə əlavə mənfəət vergisi hesablanmışdır”. Bununla bağlı bildirək ki, iddiaçı özünün təqdim etdiyi 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə etdiyi gəlir kimi 1248808.08 manat qeyd etmişdir. Xərcləri təsdiq edən sənədlər tam olmadığından müəssisənin 2017-ci il üzrə mənfətini birbaşa müəyyən etmək mümkün olmamış bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2001-ci il tarixli, 42 saylı) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məsəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2017-cı il üzrə gəliri 1408752.98 manat (504621.49 (ekspert rəyi ilə müəyyən olunan məbləğ)-344676.6 (vergi ödəyicisinin ƏDV bəyannamələrində göstərdiyi dövriyyə məbləği)+1248808.08 (vergi ödəyicisinin Mənfəət vergisi bəyannaməsində göstərdiyi dövriyyə məbləği), xərcləri 1173960.81 manat (o cümlədən əmək haqqı 252270 manat, sosial sğorta 55499.40 manat, malın dəyəri 702791 manat və digər xərc 163400 manat) vergiyə cəlb olunan mənfəət 234792.17 manat, mənfəət vergisinin 46958.44 manat (234792.17*20%) olması müəyyən olunmuşdur. 2017ci il mənfəət vergisi bəyannaməsində hesablanmış 2092.87 manat mənfəət vergisi nəzərə alınmaqla 44865.57 manat (469xx.xx-2092.87) mənfəət vergisinin azaldılması müəyyən olunmuşdur. Eyni zamanda onu da qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının qeyrimötəbər hesab etdiyi ekspert rəyinin qeyri-mötəbərliyi barədə heç bir əsaslandırma aparmaması hüquqdan sui- istifadə hesab olunaraq, rəyin həqiqliyi prezumpsiyasını təsdiq edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-1(120)-11/2024 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020ci il tarixli, **********97369 saylı qərarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilmiş və iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 145 (yüz qırx beş manat) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülməsi nəzərdə tutulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı MMC (VÖEN **********) (bundan sonra iddiaçı) 6 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2020ci il tarixli, **********197369 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarının "Hazarbalıq” Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilməsi” kimi göstərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-11/2024 nömrəli Qərarı ilə iddia tələbi təmin edilmişdir. Məlumat üçün bildiririk ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********169412 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama müəssisənin direktoru X6 və baş mühasibi X12 tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, bank-kassa mədaxil- məxaric sənədləri, qaimə fakturalar, VHF-lar, dövriyyə cədvəlləri, maddi-məsul şəxslərin hesabatları, baş kitab və vergilərin hesablanılması üçün lazım olan digər sənədlər əsasında aparılmışdır. Müəssisənin direktoru vəzifəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək X14, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X15, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X6 işləmişdir. "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********169412 nömrəli Qərar vergi ödəyicisi ilə tanış etdirilmiş, imza və möhürlə təsdiqlənmişdir. xx.xx.2018-ci il tarixli KY18131717 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri, növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli **********663600 nömrəli bildiriş və Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2018-ci il tarixli **********169452 nömrəli Tələbnamə xx.xx.2018-ci il tarixli xəbərnaməli məktubla vergi ödəyicisinin hüquqi ünvanına göndərilmiş və vergi ödəyicisi tərəfindən qəbul edilməklə imzalanmışdır. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2019-cu il tarixli **********175322 nömrəli Qərar çıxarılmış və Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********194069 nömrəli Protokol tərtib edilmiş, vergi ödəyicisinin nümayəndəsi tərəfindən imza olunmuşdur. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının baxışının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli **********177967 nömrəli qərar əsasında müşahidəçi qismində iştirak etmiş Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan X2 və ünvan 1 ünvanda yaşayan X4 iştirakı ilə müəssisənin Lənkəran rayonu, Nərimanabad ŞTQ ünvanında yerləşən obyektinə baxış keçirilmiş və nəticəsi xx.xx.2019cu il tarixli protokolla rəsmiləşdirilmişdir. Zərurət yarandığı üçün "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətindən yoxlamaya ekspert dəvət edilmişdir. Ekspert tərəfindən müəssisə tərəfindən idxal və tədarük olunmuş balıq məhsullarının bazar qiymətləri müəyyənləşdirilmiş və xx.xx.2019-cu il tarixli MB 12-302 №-li Rəy təqdim olunmuşdur. Yoxlama zamanı həmin rəy nəzərə alınmaqla hesablamalar aparılmışdır. Müəssisə tərəfindən ƏDV-nin hesablanmasının düzgünlüyünün yoxlanılması zamanı aşağıdakılar müəyyən olunmuşdur. Müəssisə tərəfindən ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizə ilə 6 saylı Ərazi Vergilər İdarəsinə müraciət olunmuş, qüvvəyə minmə tarixi xx.xx.2015-ci il olmaqla xx.xx.2015- ci il tarixli **********7 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmişdir. Yoxlamanın əhatə etdiyi dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim olunan ƏDV bəyannamələrində satış dövriyyəsi 936285.4 manat, ƏDV məbləği 168531.4 manat, ƏDV-yə (o) dərəcə ilə cəlb edilən dövriyyə 689049.4 manat, əvəzləşdirilən ƏDV məbləği 196267.4 manat, büdcədən hesablanan ƏDV məbləği 27736,0 manat göstərilmişdir. Yoxlama ilə ƏDV tutulan dövriyyənin 1841973.4 manat, ƏDV məbləğinin 331555.2 manat, ƏDV-yə (o) dərəcə ilə cəlb edilən dövriyyənin 689049.4 manat, əvəzləşdirilən ƏDV məbləğinin 195665.1 manat, büdcəyə çatası ƏDV məbləğinin 135890.1 manat olması müəyyən edilmişdir. Nəticədə ƏDV-nin 163626.1 min manat (29392.3+134233.8) əskik hesablandığı müəyyən olunmuşdur. Xərcləri təsdiq edən sənədlər tam olmadığından müəssisənin 2017-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış, bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2001-cü il tarixli 42 saylı) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məsəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2017-cı il üzrə gəliri 1408752.98 manat, xərcləri 1173960.81 manat (o cümlədən əmək haqqı 252270 manat, sosial sğorta 55499.40 manat, malın dəyəri 702791 manat və digər xərc 163400 manat) vergiyə cəlb olunan mənfəət 234792.17 manat, mənfəət vergisinin 46958.44 manat (234792.17*20%) olması müəyyən olunmuşdur. 2017-ci il mənfəət vergisi bəyannaməsində hesablanmış 2092.87 manat mənfəət vergisi nəzərə alınmaqla 44865.57 manat (469xx.xx-2092.87) mənfəət vergisinin azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə vergilərin ümumilikdə 208491.66 manat, o cümlədən mənfəət vergisinin 44865.56 manat, əlavə dəyər vergisinin 163626.10 manat azaldıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən vergilərin hesabatda göstərilmiş məbləğinin vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 208491.66 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 104245.83 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Belə ki, Şirvan İnzibati Məhkəməsi İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə istinad edərək sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldığını qeyd etmiş və məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul etmişdir. Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyi ilə əlaqədar öncəliklə bildiririk ki, qeyd olunan inzibati mübahisə üzrə məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə ekspertizanın təyin olunması haqqında qərardad qəbul edilmiş və iş üzrə məhkəmə-mühasibat ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibat ekspertizası üzrə 18 mart 2021-ci il tarixli, 9/2539 nömrəli (Böyük ekspert: Elgün Səfərov) rəy verilmişdir. Belə ki, ekspert rəyində qeyd edir ki, “MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəydə müəssisənin təqdim etdiyi dərman balıq məhsullarının real bazar qiymətinin mütəxəssis tərəfindən hansı mənbələrdən və hansı təhlil əsasında müəyyən edilməsi göstərilməmişdir. Yəni, həmin rəydə Vergi Məcəlləsinin 14.6.1-ci maddəsində bazar qiymətlərinə təsir edən bilən amillərin nəzərə alınması görünmür”. Qeyd olunan dəlillə əlaqədar olaraq bildiririk ki, “MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş rəydə müəyyən olunmuş bazar qiymətlərinin hansı mənbələrdən alınması və hansı təhlil əsasında bu qiymətlərin müəyyən edilməsi birbaşa olaraq rəyin 5-ci bəndi sayılan “Aparılmış Hesablamalar’ bəndində ətraflı şəkildə əks olunmuşdur. Belə ki, ekspert sözügedən rəyin 5-ci bəndində qeyd edir ki, “Ekspert qoyulan sualı cavablandırmaq məqsədi ilə yerli bazarda satış məqsədi ilə idxal edilən qida məhsullarının qiymətləri ilə tanış olduqdan sonra əldə etdiyi məlumatları təhlil edib, müqavilədə nəzərdə tutulmuş təyinat üzrə qiymətləndirməni həyata keçirmişdir. Hesablama prosesində qiymətləndirici aparılan tədqiqatlar, sorğular, internet səhifələrindəki rəsmi məlumatlara və “MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin istehlak malları üzrə apardığı monitorinq məlumatlarına əsaslanaraq reallıqları daha düzgün və daha dəqiqliklə əks etdirəcəyini düşünərək, bu yanaşmanın tətbiqinə önəm vermişdir. Göstərilən dovr ərzində idxal olunmuş qida məhsullarının satış qiyməti haqqında bütün məlumatlar “MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin istehlak malları üzrə apardığı aylıq araşdırmalara və bununla bərabər Azərbaycan Respublikasının bir neçə şəbəkə marketlərindəki qiymətlərə əsaslanmışdır. Göründüyü kimi barəsində etiraz verdiyimiz ekspert rəyi üzrə ciddi tədqiqat aparı lmadığı və ekspertə təqdim olumuş tədqiqat materialları tədqiq olunmadığından iş materiallarında mövcud olan məlumatları belə ekspert mövcud olmamış kimi təqdim edərək gəldiyi yanlış nəticəni təhrif olunmuş şəkildə əsaslandırmağa çalışır. Belə olan halda barəsində etiraz təqdim etdiyimiz ekspert rəyinin mötəbər sübut olması şübhə altına alınır. Digər tərəfdən malların bazar qiyməti müəyyən edilərkən bazar qiymətlərinə təsir edə biləcək amillərin təqdim ediləcək ekspert rəyində mütləq göstərilməli məlumatlar olması və ya sözügedən amillərin veriləcək rəydə sadalanmalı olması qanunvericilikdə imperativ göstəriş kimi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edildiyi kimi bazar qiyməti müvafiq yanaşmalar və təhlillər əsasında müəyyən olunmuşdur ki, burada bazar qiymətlərinə təsir edə biləcək amillər nəzərə alınmışdır. Həmçinin ekspert rəyində qeyd edir ki, “Vergi Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət tətbiq edilir. Əks hal sübuta yetirilmirsə bu qiymət bazar qiyməti kimi qəbul edilir. Ekspertiza tədqiqatı zamanı müəyyən edilir ki, müəssisə tərəfindən təqdim edilmiş balıq məhsulları ayrı-ayrı hüquqi şəxslərə ciddi uçot blankı olan qaimə-fakturalar əsasında təqdim edilmişdir. Lakin yuxarıda göstərildiyi kimi, səyyar vergi yoxlaması zamanı müəssisənin mühasibat uçotu tələblərinə cavab verən rəsmi ilkin sənədlərdə satış qiymətləri ilə təqdim etdiyi malların dəyəri deyil, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş qiymətlər əsas götürülərək vergilərin hesablanması Vergi Məcəlləsinin 14.6.6- cı və 14.2-ci maddələrinin tələblərinə ziddir”. Bununla əlaqədar olaraq qeyd edirik ki, ekspertin bu şəkildə qiymətləndirmə aparması, tərəflərin əqdlərdə təqdim etdiyi qiymətləri bazar qiyməti kimi qəbul etməsi və tətbiq etdiyi hüquq normasını birtərəfli şəkildə şərh etməsi həm anlaşılan deyil, həm də qeyri-müəyyəndir. Öncəliklə bildirməyi zəruri hesab edirik ki, iş üzrə hüquqi qiymətləndirmə və normatətbiq etmə fəaliyyəti üzrə yalnız məhkəmələr səlahiyyətləndirilmişdir. Yəni, məhkəmənin müstəsna səlahiyyətinə daxil olan sübutların qiymətləndirilməsi və mövcud sübuta tətbiq ediləcək hüquq normalarının müəyyən edilməsi fəaliyyətinin mənimsənilməsi yolverilməz olmaqla ciddi prosessual pozuntu hesab edilir. Hətta mənimsənilmiş olan hüquqtətbiq etmə fəaliyyəti belə normal həyata keçirilməmiş və tərtib edilmiş rəyi qeyri-müəyyən hala gətirmişdir. Ekspert tərtib etdiyi rəyi o vəziyyətə gətirmişdir ki, nəsə başa düşmürsən ki, ona da ciddi münasibət bildirəsən. Bu baxımdan iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması baxımından qeyd edilən normaların qarşılıqlı təhlilinin aparılmasını zəruri hesab edirik. Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 14.2-ci maddəsi iki cümlədən ibarətdir. Hər iki cümlədə hüquq normasının quruluşunun üç əsas ünsüründən ikisinin, yəni hipoteza və dispozisiyanın mövcudluğu bu normanın tam anlaşılan olması və tətbiqinin müəyyənliyi üçün vacib əhəmiyyət kəsb edir. Qeyd olunan hallar bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması hallarıdır ki, işin faktiki halları baxımından idxal əmıiyyatının olması və 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət)üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqlənməsi hüquqi imkan yaradır ki, bazar qiymətləri müəyyən edilsin. İddiaçı tərəfindən oxşar mallara tətbiq edilmiş fərqli qiymət səviyyələrinin müəyyən edilməsi ekspert rəyinin alınmasını birmənalı şəkildə zəruri etmişdir. Alınmış ekspert rəyi ilə həqiqətən də müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tətbiq edilmiş qiymət səviyyələri ekspert tərəfindən müəyyən edilmiş qiymət səviyyələrindən 30 faiz aşağıdır. Bununla da həm Vergi Məcəlləsinin 14.2-ci maddəsinin ikinci cümləsinin, həm də 14.6.6- cı maddəsinin tətbiqi zəruri olmuşdur. Belə ki, sonuncu maddənin kinci cümləsində deyilir ki, “Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilib. Göründüyü kimi ekspert rəyi ilə əks hal sübut olunmuşdur. Həmçinin Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının qarşılıqlı təhlili və normanın məzmunu deməyə əsas verir ki, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 14.2-ci və 14.6.6-cı maddələrinin tətbiqində səhvə yol verilməmiş, hüquq normaları düzgün tətbiq edilmişdir. Eyni zamanda ekspert rəyində qeyd edir ki, “Müəssisənin səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, həmin ilkin mühasibat sənədləri (qaimə-fakturalar, elektron vergi hesab -fakturalar, əmək haqqı və ona bərabər tutulan ödəmələr, sosial sığorta haqları, bank xərcləri, yük gömrük bəyannamələri və s.) müəssisə üzrə aparılmış maliyyə-təsərrüfat əməliyyatlarını, o cümlədən tədqiq olunan 2017-ci ildə ümumi gəlirin əldə olunması ilə bağlı xərcləri də özündə əks etdirir”. Qeyd olunanlarla bağlı bildiririk ki, ekspert bu dəlili ilə sadəcə gəldiyi yanlış nəticəni özünəməxsus şəkildə əsaslandırmağa çalışır və bütün səyləri də bu istiqamətə xidmət etməkdədir. Ekspert qeyd olunan mürəkkəb cümləsi ilə ifadə etməyə çalışır ki, mənfəət vergisinin hesablanması üçün xərcləri təsdiq edən sənədlər mövcud olmuş, sadəcə səyyar vergi yoxlaması zamanı bu hallar nəzərə alınmamışdır. Məlumat üçün bildiririk ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********169412 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama müəssisənin direktoru X6 və baş mühasibi X12 tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, bank-kassa mədaxilməxaric sənədləri, qaimə fakturalar, VHF-lar, dövriyyə cədvəlləri, maddi-məsul şəxslərin hesabatları, baş kitab və vergilərin hesablanılması üçün lazım olan digər sənədlər əsasında aparılmışdır. Müəssisənin direktoru vəzifəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək X14, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X15, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X6 işləmişdir. "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ciil tarixli **********169412 nömrəli Qərar vergi ödəyicisi ilə tanış etdirilmiş, imza və möhürlə təsdiqlənmişdir. xx.xx.2018-ci il tarixli KY18131717 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri, növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli **********663600 nömrəli bildiriş və Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2018-ci il tarixli **********169452 nömrəli Tələbnamə xx.xx.2018-ci il tarixli xəbərnaməli məktubla vergi ödəyicisinin hüquqi ünvanına göndərilmiş və vergi ödəyicisi tərəfindən qəbul edilməklə imzalanmışdır. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2019-cu il tarixli **********175322 nömrəli Qərar çıxarılmış və Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********194069 nömrəli Protokol tərtib edilmiş, vergi ödəyicisinin nümayəndəsi tərəfindən imza olunmuşdur. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının baxışının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli **********177967 nömrəli qərar əsasında müşahidəçi qismində iştirak etmiş Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan X2 və ünvan 1 ünvanda yaşayan X4 iştirakı ilə müəssisənin Lənkəran rayonu, Nərimanabad ŞTQ ünvanında yerləşən obyektinə baxış keçirilmiş və nəticəsi xx.xx.2019cu il tarixli protokolla rəsmiləşdirilmişdir. Zərurət yarandığı üçün "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətindən yoxlamaya ekspert dəvət edilmişdir. Ekspert tərəfindən müəssisə tərəfindən idxal və tədarük olunmuş balıq məhsullarının bazar qiymətləri müəyyənləşdirilmiş və xx.xx.2019-cu il tarixli MB 12-302 №-li Rəy təqdim olunmuşdur. Yoxlama zamanı həmin rəy nəzərə alınmaqla hesablamalar aparılmışdır. Müəssisə tərəfindən ƏDV-nin hesablanmasının düzgünlüyünün yoxlanılması zamanı aşağıdakılar müəyyən olunmuşdur. Müəssisə tərəfindən ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizə ilə 6 saylı Ərazi Vergilər İdarəsinə müraciət olunmuş, qüvvəyə minmə tarixi xx.xx.2015-ci il olmaqla xx.xx.2015- ci il tarixli **********7 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmişdir. Yoxlamanın əhatə etdiyi dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim olunan ƏDV bəyannamələrində satış dövriyyəsi 936285.4 manat, ƏDV məbləği 168531.4 manat, ƏDV-yə (o) dərəcə ilə cəlb edilən dövriyyə 689049.4 manat, əvəzləşdirilən ƏDV məbləği 196267.4 manat, büdcədən hesablanan ƏDV məbləği 27736,0 manat göstərilmişdir. Yoxlama ilə ƏDV tutulan dövriyyənin 1841973.4 manat, ƏDV məbləğinin 331555.2 manat, ƏDV-yə (o) dərəcə ilə cəlb edilən dövriyyənin 689049.4 manat, əvəzləşdirilən ƏDV məbləğinin 195665.1 manat, büdcəyə çatası ƏDV məbləğinin 135890.1 manat olması müəyyən edilmişdir. Nəticədə ƏDV-nin 163626.1 min manat (135890.1+27736.0) əskik hesablandığı müəyyən olunmuşdur. Xərcləri təsdiq edən sənədlər tam olmadığından müəssisənin 2017-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış, bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2001-cü il tarixli 42 saylı) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məsəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2017-cı il üzrə gəliri 1408752.98 manat (504621.49 (ekspert rəyi ilə müəyyən olunan məbləğ)-344676.6 (vergi ödəyicisinin ƏDV bəyannamələrində göstərdiyi dövriyyə məbləği)+1248808.08 (vergi ödəyicisinin Mənfəət vergisi bəyannaməsində göstərdiyi dövriyyə məbləği), xərcləri 1173960.81 manat (o cümlədən əmək haqqı 252270 manat, sosial sğorta 55499.40 manat, malın dəyəri 702791 manat və digər xərc 163400 manat), vergiyə cəlb olunan mənfəət 234792.17 manat, mənfəət vergisinin 46958.44 manat (234792.17*20%) olması müəyyən olunmuşdur. 2017-ci il mənfəət vergisi bəyannaməsində hesablanmış 2092.87 manat mənfəət vergisi nəzərə alınmaqla 44865.57 manat (469xx.xx-2092.87) mənfəət vergisinin azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə vergilərin ümumilikdə 208491.66 manat, o cümlədən mənfəət vergisinin 44865.56 manat, əlavə dəyər vergisinin 163626.10 manat azaldıldığı müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən xərc sənədləri tam təqdim olunmadığı üçün şərti rentabellik norması tətbiq edilərək mənfəət vergisi hesablanmışdır. Lakin ekspert qoyulmuş suallar üzrə heç bir tədqiqat aparmadan sadəcə iddiaçının təqdim etdiyi vergi bəyannaməsi üzrə verdiyi məlumatları tərtib etdiyi rəyə köçürərək xərclər yaratmış və ümumi qaydada vergilərin hesablanmasının müəyyən edilməsi fikrini formalaşdırmağa çalışmışdır. Halbuki öncə qeyd edildiyi kimi mənfəət vergisinin müəyyən edilməsi üzrə ekspert tərəfindən heç bir tədqiqat aparılmamışdır. Hətta qeyd etməyi zəruri hesab edirik ki, ekspertin vergi bəyannaməsindən köçürdüyü məlumatlar belə doğru deyildir. Yəni, ekspert sadə köçürmə əməliyyatını belə doğrudüzgün həyata keçirə bilməmişdir. Belə ki, ekspert tərəfindən rəyin 5-ci səhifəsində əks olunan mənfəət ilə bağlı müddəalarda nəticə etibarlı ilə, guya özünün hesablamalarının nəticəsi olaraq 2092.87 manat verginin müəyyən olunması göstərilməli olduğu halda, bu rəqəm-2.9082.87 kimi qeyd edilmişdir. Ekspertin xərc kimi qeyd etdiyi rəqəmləri konkret təsdiq edən xərc sənədləri iş materiallarında mövcud deyildir. Təsdiqini tapan xərc sənədləri barədə məlumatlar yuxarıda qeyd edilmişdir. Lakin xərc sənədləri qeyd olunduğu kimi tam olmadığından müəssisənin 2017-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış və bu baxımdan yoxlayıcı tərəfindən qanunvericiliyə uyğun olaraq mənfəətin müəyyən olunması üçün şərti rentabellik norması tətbiq edilmişdir. Həmçinin ekspert rəyində qeyd edilir ki, “Müəssisənin səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, həmin ilkin mühasibat sənədləri müəssisə üzrə aparılmış maliyyə-təsərrüfat əməliyyatlarını özündə əks etdirir. Belə ki, ekspertin ƏDV üzrə gəldiyi nəticənin əsaslandırmasını rəyində əks etdirməməsi, qeyd olunan rəqəmlərin yaranma mənbəyi və faktiki əsasları barədə məlumat verməməsi iş üzrə heç bir tədqiqatın aparılmamasına dəlalət edir. Heç bir əsaslandırma aparmadan birbaşa nəticənin elanı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa ziddir və mötəbər sayıla bilməz. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin qanunun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin qanunun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Belə ki, məhkəmə inzibati mübahisə üzrə obyektiv həqiqətin axtarışında olmalıdır. Obyektiv həqiqət hüquq nəzəriyyəsində daha çox tanınan iki sübutetmə standartından biri olan “sübutların üstünlüyü” sübutetmə standartını birmənalı şəkildə istisna edir. Məhkəmə aktının əsaslandırılması tələbi əsaslandırmanın şübhə doğurmayacaq şəkildə həyata keçirilməsini tələb edir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normasının tətbiq və təfsir olunmasında yanlışlara yol vermiş və nəticə etibarı ilə yalnışa söykənən qənaət onun qərarının hüquqi əsaslandırılmasını təşkil etmişdir. Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik. Belə ki, məhkəmə barəsində şikayət olunan qərarında qeyd edir ki, “Məhkəmə iş materiallarında Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2021ci il tarixli, 9/2539 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir”. Məhkəmənin qeyd olunan hüquqi mövqeyi və sübutu qiymətləndirməsi standartı müəyyən olmamaqla yanaşı, yəni qeyri-müəyyən olmaqla yanaşı, həm də tam anlaşılmayandır. Belə ki, hakim qəbul etdiyi qərarın hüquqi və faktiki əsasını təşkil edən 18 mart 2021-ci il tarixli, 9/2539 nömrəli ekspert rəyini qiymətləndirməli olduğu halda qiymətləndirməmişdir. Hakimin mötəbər sübut hesab etdiyi ekspert rəyini qiymətləndirməməsi sadə şəkildə qərardan da görünməkdədir. Hakim mötəbər sübut hesab etdiyi ekspert rəyinin mötəbərliyini sadəcə bir cümlə ilə ifadə etmiş və həmin rəy üzrə təqdim etdiyimiz etirazın dəlillərinə münasibət bildirməmiş və qəti şəkildə sübutun qiymətləndirilməsindən qanunsuz və əsasszı olaraq çəkinmişdir. Halbuki prosessual qanunvericilik tələb edir ki, hakim təqdim olunmuş bütün sübutlara, dəlillərə və arqumentlərə münasibət bildirməli, mötəbər hesab etdiyi sübutun mötəbərliyini əsaslandıran halları sadalamalı və əsaslandırmalıdır.Əks təqdirdə sübut qiymətləndirilməmiş statusda qalaraq qəbul edilmiş məhkəmə aktının şübhə doğurmamaq hüququnu pozur. Bununla da beynəlxalq hüquqi normalarda əsaslı yer almış qanunun aliliyi prinsipi və onun fundamental aspekti olan hüquqi müəyyənlik prinsipi pozulmuş olur. Həm milli, daxili qanunvericliklə, həm də beynəlxalq qanunvericilikdə qəbul olunmuş məhkəmə aktına dair bir sıra tələblər vardır ki, bu tələb və təminatlar daxilində məhkəmə aktının əsaslandırılması mühüm yer tutmaqdadır. Əsaslandırma tələb və təminatına riayət edilməməsi qəbul olunmuş məhkəmə aktına şübhələri artırmaqla, birmənalı şəkildə ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olur. Qeyd olunanlar isə nəticə etibarı ilə qəbul edilmiş məhkəmə aktının ləğvi üçün ciddi əsaslar yaradır. Məhkəmənin mötəbər hesab etdiyi, lakin əsaslandırmasını həyata keçirmədiyi ekspert rəyi demək olar ki, qəbul olunmuş məhkəmə aktının tam əsasını təşkil etmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün "audiatur et altera pars” - “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan milli və beynəlxalq qanunvericiliyin tələblərinə riayət etməmiş və nəticədə cavabdehin prosessual hüquqları ciddi şəkildə pozulmuşdur. Məhkəmə sübutların qiymətləndirilməsini həyata keçirərkən hansı “sübutetmə standartı”nı əsas götürməsi də bəlli deyildir. Hesab edirik ki, hakim inzibati mübahisə üzrə həm "sübutların üstünlüyü” sübutetmə standartından istifadə etmiş, həm də "əsaslı şübhədən kənar” sübutetmə standartını tətbiq etmişdir. Sübutlar qiymətləndirilən zaman "əsaslı şübhələr yaratmayan” sübut standartı əsas götürülür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni drəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (Avropa Məhkəməsinin “Avşar Türkiyəyə qarşı işi). İnzibati prosessual qanunvericiliyin fəlsəfi mahiyyəti faktların obyektiv həqiqət prinsipindən irəli gələn mütləq həqiqətin müəyyən edilməsi təşkil edir. Yəni, hakim obyektiv, real, mütləq həqiqətin axtarışında olmalıdır. Bu baxımdan inzibati mübahsiə üzrə məhkəmə qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını mümkün dəqiqliklə müəyyən etməkdir. Onlara tətbiq edilən qanun/hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). "Sübutların üstünlüyü” (ehtimallar balansı) standartını belə izah etmək olar ki, əgər təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verməməsindən çox baş verməsi qənaətinə gəlmək olarsa, sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Bu standart mülki mübahisələrə tətbiq olunur. Həmçinin məhkəmənin digər dəlili ilə bağlı bildiririk ki, Məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmayaraq bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "GÜNDÜZ-N” MMCnin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)- 604/2017 nömrəli qərarında Ali Məhkəmə tərəfindən vergi orqanının qəbul etdiyi qərarların formal-hüquqi baxımdan qiymətləndirilməsi ilə bağlı mövqe ifadə edilmişdir. Həmin qərarın 6-cı səhifəsində qeyd olunmuşdur ki, vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərar və "kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. (Hazırkı mübahisə predmeti ilə əlaqədar məktub və məktubun vergi ödəyicisinə çatdırılması apellyasiya şikayətinə əlavə edilmişdir). Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır. Qeyd olunanlara əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "Müasir Arena” MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)- 510/2017 nömrəli qərarında da vergi orqanının qərarları barədə mövqeyi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı mövqeyi ilə tam uyğundur. Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarlarında qeyd edilən mövqeyindən bəlli olduğu kimi vergi orqanı tərəfindən qəbul edilən səyyar vergi yoxlamasının qərarları üzrə hesablamanın əsasları səyyar vergi yoxlaması aktında öz əksini tapır. Həmçinin bildirməyi zəruri hesab edirik ki, inzibati akt cədvəl üzrə kifayət qədər aydın və anlaşılan olmasına, ünvanlandığı hüquq şəxsi, nizama saldığı və ya həll etdiyi məsələləri dəqiq göstərməsinə və qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş fakt və sübutlarla əsaslandırmağına baxmayaraq məhkəmə qeyd olunan hüquq normalarını tətbiq etmişdir. Bu baxımdan hesab edirik ki, məhkəmə tətbiq edilməli olmayan yuxarıda qeyd olunan maddi hüquq normalarını tətbiq etmişdir. Çünki məhkəmənin gəldiyi qənaət subyektiv mülahizəyə deyil obyektiv həqiqətin müəyyən olunmasına xidmət edən daxili inamına söykənməlidir. Belə ki, məhkəmə mötəbər hesab etdiyi və məhkəmə aktının hüquqi və faktiki əsasını təşkil etmiş ekspert rəyi üzrə aktiv arbitr olaraq obyektiv həqiqətin axtarışında olmamışdır. Yəni, ekspert rəyi qəti olaraq araşdırılmamış, yoxlanılmamış və qiymətləndirilməmişdir. Belə olan halda obyektiv həqiqətin müəyyən olunması birmənalı şəkildə istisna olunur. Hesab edirik ki, qeyd olunan faktlar ciddi araşdırlmış olsaydı, əvvəla bu məhkəmə aktında şərh olunacaqdır, digər tərəfdən də ciddi nöqsanların aşkar olunacağı qaçılmaz olacaqdır. Nəticədə obyektiv həqiqət müəyyən olunaraq qanuni və əsaslı qərar qəbul olunacaqdır. Məhkəmənin mötəbər hesab etdiyi, lakin heç bir şəkildə qiymtləndirmədiyi ekspert rəyinə tərəfimizdən əsaslandırılmış etiraz təqdim edilmiş, lakin məhkəmə tərəfindən etirazda göstərilmiş dəlillər üzrə qiymətləndirmə və münasibət olmamışdır. Bu isə məhkəmə prosesi zamanı tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət olunmasını istisna edir. Qeyd olunanlardan bir daha aydın olur ki, məhkəmə ədalətli məhkəmə araşdırılması hüququnu pozmuş, tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Həmin məcəllənin 87.6-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-1(120)-11/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 124.3-cü maddəsinə görə rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. 124.4-cü maddəsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında özünün təqsirsiz olmasını subut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur «İnzibati icraat haqqında» Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “vergi ödəyəcəsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddian təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet saytlarının məlumatına, Respublikada yerləşən ticarət mərkəzlərində və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, iş materiallarında göstərilən malların orta bazar dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir. Cədvəl məlumatlarından göründüyü kimi, "MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiyməti düzgün olmamışdır. Odur ki, hazırki ekspertiza zamanı səyyar vergi yoxlaması aktında "MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiymətləri nəzərə alınmaqla aparılan hesablamalar əsaslı hesab edilmir. İş materiallarında olan sənədlərə və Vergi Məcəlləsinin tələblərinə əsasən isə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə "Hazarbalıq” MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. İddiaçının barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir. İddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin l7.02.2020-ci il tarixli, **********97369 saylı qərarının "Hazarbalıq” Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İş materiallarında olan səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2017-ci il tarixdən 2018-ci il tarixə olan dövrü üçün Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələrinə dair filan tarixli filan nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Tərtib olunmuş səyyar vergi yoxlaması aktından görünür ki, 2017-ci il üzrə 44,865.56 manat mənfəət vergisi, 2017-ci il üzrə 29,392.34 manat əlavə dəyər vergisi və 2018-ci il üzrə 134,233.76 manat əlavə dəyər vergisi olmaqla, cəmi 208491.66 manat vergidən yayınması halı müəyyən edilmişdir. İş materiallarında olan vergi ödəyəcəsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********97369 saylı qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli aktına əsasən Cəmiyyət 2017-ci il üzrə 44,865.56 manat mənfəət vergisi, 2017-ci il üzrə 29,392.34 manat əlavə dəyər vergisi və 2018-ci il üzrə 134,233.76 manat əlavə dəyər vergisi olmaqla, cəmi 208491.66 manat vergilər üzrə və 104245.83 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2021 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, iş materiallarında olan sənədlərə əsasən "xxxx" MMC-nin fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməli olan vergi borcu - 208.491,66 manat məbləğində müəyyən olunur. O cümlədən 2017-ci il üzrə mənfəət vergisi - 44.865,56 manat, 2017-ci il üzrə ƏDV - 29.392,34 manat, 2018-ci il üzrə ƏDV -134.223,76 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/2539 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Qərardadda birinci-beşinci suallar üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə, yəni iş materiallarında olan sənədlərə və Vergi Məcəlləsinin tələblərinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Həmçinin qeyd edilir ki, xərc sənədləri təqdim olunmuş iş materiallarında mövcuddur. Həmin sənədlərin rekvizitləri iş materiallarında olan ilkin mühasibat sənədlərində öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********461200 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli, 9/2539 nömrəli ekspert rəyinə etirazdan görünür ki, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəydə müəssisənin təqdim etdiyi dərman balıq məhsullarının real bazar qiymətinin mütəxəssis tərəfindən hansı mənbələrdən və hansı təhlil əsasında müəyyən edilməsi göstərilməmişdir. Yəni, həmin rəydə Vergi Məcəlləsinin 14.6.1-ci maddəsində bazar qiymətlərinə təsir edən bilən amillərin nəzərə alınması görünmür”. Qeyd olunan dəlillə əlaqədar olaraq bildiririk ki, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş rəydə müəyyən olunmuş bazar qiymətlərinin hansı mənbələrdən alınması və hansı təhlil əsasında bu qiymətlərin müəyyən edilməsi birbaşa olaraq rəyin 5-ci bəndi sayılan “Aparılmış Hesablamalar” bəndində ətraflı şəkildə əks olunmuşdur. Belə ki, ekspert sözügedən rəyin 5-ci bəndində qeyd edir ki, “Ekspert qoyulan sualı cavablandırmaq məqsədi ilə yerli bazarda satış məqsədi ilə idxal edilən qida məhsullarının qiymətləri ilə tanış olduqdan sonra əldə etdiyi məlumatları təhlil edib, müqavilədə nəzərdə tutulmuş təyinat üzrə qiymətləndirməni həyata keçirmişdir. Hesablama prosesində qiymətləndirici aparılan tədqiqatlar, sorğular, internet səhifələrindəki rəsmi məlumatlara və "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin istehlak malları üzrə apardığı monitorinq məlumatlarına əsaslanaraq reallıqları daha düzgün və daha dəqiqliklə əks etdirəcəyini düşünərək, bu yanaşmanın tətbiqinə önəm vermişdir. Göstərilən dovr ərzində idxal olunmuş qida məhsullarının satış qiyməti haqqında bütün məlumatlar "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin istehlak malları üzrə apardığı aylıq araşdırmalara və bununla bərabər Azərbaycan Respublikasının bir neçə şəbəkə marketlərindəki qiymətlərə (www.bazarstore.az, www. Bravosupermarket.az, www.neptun.az, www.rahatmarket. com və s.) əsaslanmışdır”. Göründüyü kimi barəsində etiraz verdiyi ekspert rəyi üzrə ciddi tədqiqat aparılmadığı və ekspertə təqdim olumuş tədqiqat materialları tədqiq olunmadığından iş materiallarında mövcud olan məlumatları belə ekspert mövcud olmamış kimi təqdim edərək gəldiyi yanlış nəticəni təhrif olunmuş şəkildə əsaslandırmağa çalışır. Belə olan halda barəsində etiraz təqdim etdiyimiz ekspert rəyinin mötəbər sübut olması şübhə altına alınır. Digər tərəfdən malların bazar qiyməti müəyyən edilərkən bazar qiymətlərinə təsir edə biləcək amillərin təqdim ediləcək ekspert rəyində mütləq göstərilməli məlumatlar olması və ya sözügedən amillərin veriləcək rəydə sadalanmalı olması qanunvericilikdə imperativ göstəriş kimi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edildiyi kimi bazar qiyməti müvafiq yanaşmalar və təhlillər əsasında müəyyən olunmuşdur ki, burada bazar qiymətlərinə təsir edə biləcək amillər nəzərə alınmışdır. Həmçinin ekspert rəyində qeyd edir ki, “Vergi Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət tətbiq edilir. Əks hal sübuta yetirilmirsə bu qiymət bazar qiyməti kimi qəbul edilir. Ekspertiza tədqiqatı zamanı müəyyən edilir ki, müəssisə tərəfindən təqdim edilmiş balıq məhsulları ayrı-ayrı hüquqi şəxslərə ciddi uçot blankı olan qaimə-fakturalar əsasında təqdim edilmişdir. Lakin yuxarıda göstərildiyi kimi, səyyar vergi yoxlaması zamanı müəssisənin mühasibat uçotu tələblərinə cavab verən rəsmi ilkin sənədlərdə satış qiymətləri ilə təqdim etdiyi malların dəyəri deyil, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş qiymətlər əsas götürülərək vergilərin hesablanması Vergi Məcəlləsinin 14.6.6-cı və 14.2-ci maddələrinin tələblərinə ziddir”. Bununla əlaqədar olaraq qeyd edirik ki, ekspertin bu şəkildə qiymətləndirmə aparması, tərəflərin əqdlərdə təqdim etdiyi qiymətləri bazar qiyməti kimi qəbul etməsi və tətbiq etdiyi hüquq normasını birtərəfli şəkildə şərh etməsi həm anlaşılan deyil, həm də qeyri-müəyyəndir. Öncəliklə bildirməyi zəruri hesab edirik ki, iş üzrə hüquqi qiymətləndirmə və normatətbiq etmə fəaliyyəti üzrə yalnız məhkəmələr səlahiyyətləndirilmişdir. Yəni, məhkəmənin müstəsna səlahiyyətinə daxil olan sübutların qiymətləndirilməsi və mövcud sübuta tətbiq ediləcək hüquq normalarının müəyyən edilməsi fəaliyyətinin mənimsənilməsi yolverilməz olmaqla ciddi prosessual pozuntu hesab edilir. Hətta mənimsənilmiş olan hüquqtətbiq etmə fəaliyyəti belə normal həyata keçirilməmiş və tərtib edilmiş rəyi qeyrimüəyyən hala gətirmişdir. Ekspert tərtib etdiyi rəyi o vəziyyətə gətirmişdir ki, nəsə başa düşmürsən ki, ona da ciddi münasibət bildirəsən. Bu baxımdan iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması baxımından qeyd edilən normaların qarşılıqlı təhlilinin aparılmasını zəruri hesab edirik. Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 14.2-ci maddəsi iki cümlədən ibarətdir. Hər iki cümlədə hüquq normasının quruluşunun üç əsas ünsüründən ikisinin, yəni hipoteza və dispozisiyanın mövcudluğu bu normanın tam anlaşılan olması və tətbiqinin müəyyənliyi üçün vacib əhəmiyyət kəsb edir. Öncəliklə bildiririk ki, bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər...) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Dispozisiya (yəni...) — konkret hərəkətin edilməsi və ya edilməməsinin qaydası göstərilir. Məsələn, ərizə ilə dövlət orqanına müraciət edilməsinin qaydası. Dispozisiyanın aşağıdakı növləri var: səlahiyyətverici — konkret hərəkətin edilməsi, edilməməsi səlahiyyəti verilir. qadağanedici — konkret hərəkətin edilməsi, edilməməsi qadağan edilir. vəzifə müəyyənedici — konkret hərəkətin edilməsi, edilməməsi vəzifə kimi subyektin üzərinə qoyulur. Sanskiya (o halda...) — Hüquq normasının tələblərinin pozulmasına görə məsuliyyət tədbirlərini nəzərdə tutur. Həmişə bütün hüquq normalarında hər üç element olmur. Göründüyü kimi sözügedın hüquq normasında aydın ifadə olunmuşdur ki, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Həmin maddənin ikinci cümləsində qeyd edilir ki, əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Bildirməyi zəruri hesab edirik ki, həmin məcəllənin 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxalixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. Göründüyü kimi Vergi Məcəlləsinin 14.2-ci maddəsinin birinci cümləsində ifadə olunan “bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa" sualı daha sonrakı bəndlərdə və ya hissələrdə cavabını tapmışdır. Qeyd olunan hallar bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması hallarıdır ki, işin faktiki halları baxımından idxal əmıiyyatının olması və 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqlənməsi hüquqi imkan yaradır ki, bazar qiymətləri müəyyən edilsin. İddiaçı tərəfindən oxşar mallara tətbiq edilmiş fərqli qiymət səviyyələrinin müəyyən edilməsi ekspert rəyinin alınmasını birmənalı şəkildə zəruri etmişdir. Alınmış ekspert rəyi ilə həqiqətən də müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tətbiq edilmiş qiymət səviyyələri ekspert tərəfindən müəyyən edilmiş qiymət səviyyələrindən 30 faiz aşağıdır. Bununla da həm Vergi Məcəlləsinin 14.2-ci maddəsinin ikinci cümləsinin, həm də 14.6.6-cı maddəsinin tətbiqi zəruri olmuşdur. Belə ki, sonuncu maddənin kinci cümləsində deyilir ki, “Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilib”. Göründüyü kimi ekspert rəyi ilə əks hal sübut olunmuşdur. Həmçinin Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının qarşılıqlı təhlili və normanın məzmunu deməyə əsas verir ki, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 14.2-ci və 14.6.6cı maddələrinin tətbiqində səhvə yol verilməmiş, hüquq normaları düzgün tətbiq edilmişdir. Eyni zamanda ekspert rəyində qeyd edir ki, “Müəssisənin səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, həmin ilkin mühasibat sənədləri (qaimə-fakturalar, elektron vergi hesab - fakturalar, əmək haqqı və ona bərabər tutulan ödəmələr, sosial sığorta haqları, bank xərcləri, yük gömrük bəyannamələri və s.) müəssisə üzrə aparılmış maliyyə-təsərrüfat əməliyyatlarını, o cümlədən tədqiq olunan 2017-ci ildə ümumi gəlirin əldə olunması ilə bağlı xərclən də özündə əks etdirir”. Qeyd olunanlarla bağlı bildiririk ki, ekspert bu dəlili ilə sadəcə gəldiyi yanlış nəticəni özünəməxsus şəkildə əsaslandırmağa çalışır və bütün səyləri də bu istiqamətə xidmət etməkdədir. Ekspert qeyd olunan mürəkkəb cümləsi ilə ifadə etməyə çalışır ki, mənfəət vergisinin hesablanması üçün xərcləri təsdiq edən sənədlər mövcud olmuş, sadəcə səyyar vergi yoxlaması zamanı bu hallar nəzərə alınmamışdır. Məlumat üçün bildiririk ki, 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********169412 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama müəssisənin direktoru X6 və baş mühasibi X12 tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, bank-kassa mədaxilməxaric sənədləri, qaimə fakturalar, VHF-lar, dövriyyə cədvəlləri, maddi-məsul şəxslərin hesabatları, baş kitab və vergilərin hesablanılması üçün lazım olan digər sənədlər əsasında aparılmışdır. Müəssisənin direktoru vəzifəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək X14, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X15, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X6 işləmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********169412 nömrəli qərar vergi ödəyicisi ilə tanış etdirilmiş, imza və möhürlə təsdiqlənmişdir. xx.xx.2018-ci il tarixli, KY18131717 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri, növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli **********663600 nömrəli bildiriş və Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2018-ci il tarixli, **********169452 nömrəli Tələbnamə xx.xx.2018-ci il tarixli xəbərnaməli məktubla vergi ödəyicisinin hüquqi ünvanına göndərilmiş və vergi ödəyicisi tərəfindən qəbul edilməklə imzalanmışdır. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 29.01,2019-cu il tarixli, **********175322 nömrəli Qərar çıxarılmış və Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********194069 nömrəli Protokol tərtib edilmiş, vergi ödəyicisinin nümayəndəsi tərəfindən imza olunmuşdur. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının baxışının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********177967 nömrəli qərar əsasında müşahidəçi qismində iştirak etmiş Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan X2 və ünvan 1 ünvanda yaşayan X4 iştirakı ilə müəssisənin Lənkəran rayonu, Nərimanabad ŞTQ ünvanında yerləşən obyektinə baxış keçirilmiş və nəticəsi xx.xx.2019-cu il tarixli protokolla rəsmiləşdirilmişdir. Zərurət yarandığı üçün "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətindən yoxlamaya ekspert dəvət edilmişdir. Ekspert tərəfindən müəssisə tərəfindən idxal və tədarük olunmuş balıq məhsullarının bazar qiymətləri müəyyənləşdirilmiş və xx.xx.2019-cu il tarixli, MB 12-302 №-li Rəy təqdim olunmuşdur. Yoxlama zamanı həmin rəy nəzərə alınmaqla hesablamalar aparılmışdır. Yoxlamanın əhatə etdiyi dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim olunan ƏDV bəyannamələrində satış dövriyyəsi 936285.4 manat, ƏDV məbləği 168531.4 manat, ƏDV-yə (o) dərəcə ilə cəlb edilən dövriyyə 689049.4 manat, əvəzləşdirilən ƏDV məbləği 196267.4 manat, oüdcədən hesablanan ƏDV məbləği 27736,0 manat göstərilmişdir. Yoxlama ilə ƏDV tutulan dövriyyənin 1841973.4 manat, ƏDV məbləğinin 331555.2 manat, ƏDV-yə (o) dərəcə ilə cəlb edilən dövriyyənin 689049.4 manat, əvəzləşdirilən ƏDV məbləğinin 195665.1 manat, büdcəyə çatası ƏDV məbləğinin 135890.1 manat olması müəyyən edilmişdir. Nəticədə ƏDV-nin 163626.1 min manat (135890.1+27736.0) əskik hesablandığı müəyyən olunmuşdur. Xərcləri təsdiq edən sənədlər tam olmadığından müəssisənin 2017-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış, bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2001-cü il tarixli 42 saylı) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məsəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2017-cı il üzrə gəliri 1408752.98 manat (504621.49 (ekspert rəyi ilə müəyyən olunan məbləğ)-344676.6 (vergi ödəyicisinin ƏDV bəyannamələrində göstərdiyi dövriyyə məbləği)+1248808.08 (vergi ödəyicisinin Mənfəət vergisi bəyannaməsində göstərdiyi dövriyyə məbləği), xərcləri 1173960.81 manat (o cümlədən əmək haqqı 252270 manat, sosial sğorta 55499.40 manat, malın dəyəri 702791 manat və digər xərc 163400 manat), vergiyə cəlb olunan mənfəət 234792.17 manat, mənfəət vergisinin 46958.44 manat (234792.17*20%) olması müəyyən olunmuşdur. 2017ci il mənfəət vergisi bəyannaməsində hesablanmış 2092.87 manat mənfəət vergisi nəzərə alınmaqla 44865.57 manat (469xx.xx-2092.87) mənfəət vergisinin azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə vergilərin ümumilikdə 208491.66 manat, o cümlədən mənfəət vergisinin 44865.56 manat, əlavə dəyər vergisinin 163626.10 manat azaldıldığı müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən xərc sənədləri tam təqdim olunmadığı üçün şərti rentabellik norması tətbiq edilərək mənfəət vergisi hesablanmışdır. Lakin ekspert qoyulmuş suallar üzrə heç bir tədqiqat aparmadan sadəcə iddiaçının təqdim etdiyi vergi bəyannaməsi üzrə verdiyi məlumatları tərtib etdiyi rəyə köçürərək xərclər yaratmış və ümumi qaydada vergilərin hesablanmasının müəyyən edilməsi fikrini formalaşdırmağa çalışmışdır. Halbuki öncə qeyd edildiyi kimi mənfəət vergisinin müəyyən edilməsi üzrə ekspert tərəfindən heç bir tədqiqat aparılmamışdır. Hətta qeyd etməyi zəruri hesab edirik ki, ekspertin vergi bəyannaməsindən köçürdüyü məlumatlar belə doğru deyildir. Yəni, ekspert sadə köçürmə əməliyyatını belə doğru-düzgün həyata keçirə bilməmişdir. Belə ki, ekspert tərəfindən rəyin 5-ci səhifəsində əks olunan mənfəət ilə bağlı müddəalarda nəticə etibarlı ilə, guya özünün hesablamalarının nəticəsi olaraq 2092.87 manat verginin müəyyən olunması göstərilməli olduğu halda, bu rəqəm-2.9082.87 kimi qeyd edilmişdir. Ekspertin xərc kimi qeyd etdiyi rəqəmləri konkret təsdiq edən xərc sənədləri iş materiallarında mövcud deyildir. Təsdiqini tapan xərc sənədləri barədə məlumatlar yuxarıda qeyd edilmişdir. Lakin xərc sənədləri qeyd olunduğu kimi tam olmadığından müəssisənin 2017-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış və bu baxımdan yoxlayıcı tərəfindən qanunvericiliyə uyğun olaraq mənfəətin müəyyən olunması üçün şərti rentabellik norması tətbiq edilmişdir. Həmçinin ekspert rəyində qeyd edilir ki, “Müəssisənin səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, həmin ilkin mühasibat sənədləri müəssisə üzrə aparılmış maliyyə-təsərrüfat əməliyyatlarını özündə əks etdirir. Belə olan halda yoxlama ilə əhatə olunan dövr üzrə göstəricilər aşağıdakı kimi müəyyən olunur: ƏDV tutulan dövriyyə - 1.050.322.13 manat; həmin dövriyyənin ƏDV-si - 189.057.96 manat; əvəzləşdirilən ƏDV - 178.766.01 manat; büdcəyə çatası ƏDV - 10.291.95 manat. Ekspertin heç bir tədqiqat aparmadan gəldiyi nəticəni nə qədər mötəbər hesab etmək olar?! Belə ki, ekspertin ƏDV üzrə gəldiyi nəticənin əsaslandırmasını rəyində əks etdirməməsi, qeyd olunan rəqəmlərin yaranma mənbəyi və faktiki əsasları barədə məlumat verməməsi iş üzrə heç bir tədqiqatın aparılmamasına dəlalət edir. Heç bir əsaslandırma aparmadan birbaşa nəticənin elanı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa ziddir və mötəbər sayıla bilməz. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin qanunun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Həmin qanunun 13-cü maddəsinə əsasən: Təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda (verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda) rəy verməyin qeyrimümkünlüyü barədə təhqiqat aparan şəxsə, müstəntiqə və ya məhkəməyə (hakimə) yazılı formada məlumat vermək ekspertin vəzifəsidir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, ekspert 4 və 5-ci suallara cavab verməmiş, ümumi ifadələrdən istifadə edərək bir cümlə ilə münasibət bildirmişdir, iş üzrə gəlirin əldə edilməsi ilə əlaqədar xərc sənədlərinin konkret müəyyən edilməsinin iş üçün əhəmiyyətinin fərqinə varmayan ekspert sadəcə bizə iş materiallarına baxmağı tövsiyə etmişdir. Halbuki, təqdim olunan suallar xüsusi bilik tələb olunan suallar olduğu üçün və ekspertin zəruri biliyindən kənara çıxmadığı üçün ekspert tərəfindən mütləq cavablandırlmalı idi. İnzibati iş üzrə xx.xx.2021-ci il tarixli, 9/2539 nömrəli ekspert rəyini əsassız və qanunsuz olduğu üçün qeyri-mötəbər subut kimi qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********684800 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC yoxlamanın əhatə etdiyi dövrdə idxal və tədarük etdiyi balıq məhsullarının satışı ilə məşğul olmuşdur. Cəmiyyət tərəfindən satılan balıq məhsullarının satış qiymətlərinin real bazar qiymətinə uyğun qiymətlər dirilməsindən ötrü yoxlamaya ekspert dəvət olunmuşdur. Ekspert tərəfindən yoxlamaya təqdim olunmuş xx.xx.2019-cu il tarixli MB 12-302 nömrəli rəy əsasında hesablamalar aparılmaqla müəssisənin 2017-ci ildə əldə etdiyi ümümi gəlirinin (mənfəət dövriyyəsinin) 1408752.98 manat olması müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə həm idxal etdiyi, həm də tədarük etdiyi balıq məhsullarının satışını həyata keçirmiş, lakin tədarük olunan malların alış qiymətləri barədə rəsmi sənədlərin olmaması səbəbindən həmin malların dəyərini və bu səbəbdən də müəssisənin mənfəətini birbaşa müəyyənləşdirmək mümkün olmamışdır. Yoxlama zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2001-ci il tarixli, 42 saylı) qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə Vergi Məcəlləsinin 83.9 maddəsinə əsasənmüəssisənin gəlirinə nisbətən xərclərin müəyyən edilməsi yolu ilə mənfəəti müəyyən olunmuşdur. Beləliklə müəssisənin 2017-ci ildə malların təqdim edilməsindən əldə etdiyi ümumi gəlirinin 1408752.98 manat xərclərinin 1173960.81 manat, mənfəətin 234792.17 manat və mənfəət vergisi məbləğinin 46958.4 manat olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8514-9/8588 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur: Birinci və ikinci suallar üzrə: Təqdim olunmuş iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə 398.884,56 manat məbləğində idxal əməliyyatları həyata keçirilmişdir ki, həmin mallara görə ödənilən ƏDVnin məbləği 71.799,22 manat məbləğində müəyyən edilir. Üçüncü-yeddinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəydə müəssisənin təqdim etdiyi balıq məhsullarının real bazar qiymətinin mütəxəssis tərəfindən hansı mənbələrdən və hansı təhlil əsasında müəyyən edilməsi göstərilməmişdir. Yəni həmin rəydə VM-nin 14.6.1. maddəsində bazar qiymətlərinə təsir edə bilən amillərin nəzərə alınması görünmür. Halbuki, Vergi Məcəlləsinin 14.6.1.4. və 14.6.1.6-ci maddələrinin tələblərinə müvafiq olaraq malların təqdim edildiyi yer, keyfiyyəti və digər istehlak göstəricilərinin səviyyəsi və qiymətlərə təsir edə bilən digər şərtlər ekspert tərəfindən nəzərə alınmalı idi. Ekspert qeyd edir ki, Vergi Məcəlləsinin 14.1. maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Eyni zamanda Vergi Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət tədbiq edilir.Əks hal sübuta yetirilmirsə bu qiymət bazar qiyməti kimi qəbul edilir. Ekspertiza tədqiqatı zamanı müəyyən edilir ki, müəssisə tərəfindən təqdim edilmiş balıq məhsulları ayrı-ayrı hüquqi şəxslərə ciddi uçot blankı olan qaimə-fakturalar əsasında təqdim edilmişdir. Lakin yuxarıda göstərildiyi kimi, səyyar vergi yoxlaması zamanı müəssisənin mühasibat uçotu tələblərinə cavab verən rəsmi ilkin sənədlərdə satış qiymətləri ilə təqdim etdiyi malların dəyəri deyil, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş qiymətlər əsas götürülərək vergilərin hesablanması Vergi Məcəlləsinin 14.6.6. və14.2. maddələrinin tələblərinə ziddir. Qeyd edilir ki, səyyar vergi yoxlaması zamanı müəssisənin təqdim etdiyi malların tətbiq etdiyi qiymətlərdən fərqli qiymətlərlə təqdim olunması sübuta yetirilməsi faktı öz əksini tapmamışdır.Həmçinin ekspertizaya təqdim olunmuş mülki iş materiallarından da belə bir faktların sübuta yetirilməsi görünmür. Bundan başqa qeyd edilir ki, hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi ekspert qarşısında yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMC-nin çeşidlər üzrə malların hərəkəti barədə cədvəldə mal qalığı kimi göstərilmiş malların çeşidi, ölçüsü və miqdarı ilə "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların çeşidi, ölçüsü və miqdarı ilə eynilik təşkil edirmi, iş materiallarında olan "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların (məhsulların) real bazar (satış) qiyməti nə qədər təşkil edir, iş materiallarında olan "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların (məhsulların) müəyyənləşdirilmiş real bazar (satış) qiyməti ilə satılması nəticəsində ödənilməli olan ƏDV məbləği nə qədər təşkil edir, yuxanda qeyd olunan suallar üzrə tədqiqatın nəticələri nəzərə alınmaqla səyyar vergi yoxlaması aktı ilə "xxxx" MMC-yə hesablanmış mənfəət vergisi və əlavə deyər vergisi düzgün hesablanmışdırmı, əgər mənfəət vergisi və əlavə dəyər vergisi düzgün hesablanmamışdırsa yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMC-nin mənfəət vergisi və əlavə dəyər vergisi nə qədər müəyyən olunur sualları qoyulmuşdur. Qeyd edilir ki, malın (işin,xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdən Malın (işin,xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin,xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet saytlarının məlumatına, Respublikada yerləşən ticarət mərkəzlərində və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, iş materiallarında göstərilən malların orta bazar dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir. Cədvəl məlumatlarından göründüyü kimi, "MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiyməti düzgün olmamışdır. Odur ki, hazırki ekspertiza zamanı səyyar vergi yoxlaması aktında "MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiymətləri nəzərə alınmaqla aparılan hesablamalar əsaslı hesab edilmir. İş materiallarında olan sənədlərə və Vergi Məcəlləsinin tələblərinə əsasən isə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə "Hazarbalıq” MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Səkkizinci-on üçüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, xərc sənədləri (ciddi hesabat sənədlər təqdim olunmuş iş materiallarında mövcuddur. Həmin sənədlərin rekvizitləri və s. göstəricilə iş materiallarında olan ilkin mühasibat sənədlərində öz əksini tapmışdır. Həmçinin qeyd edil ki, həmin həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi müvafiq olaraq hesablama metodunun tələblərinə uyğundur. On dördüncü sual üzrə: Qeyd edilir ki, xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli səyyar verg yoxlaması aktında 2017-ci il üzrə müəyyən edilən 1.408.752,98 manat məbləğində gəlirə şərti rentabellik norması tətbiq edilməklə cəmiyyətin mənfəəti və mənfəət vergisinin hesablanması öz əksini tapmışdır. Ona görə də hazırki sual üzrə tədqiqat aparılmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5925-9/5809 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur: Birinci və ikinci suallar üzrə: Təqdim olunmuş iş materiallarından göründüyü kimi, "Hazarbalıq” MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə 398.884,56 manat məbləğində idxal əməliyyatları həyata keçirilmişdir ki, həmin mallara görə ödənilən ƏDV-nin məbləği 71.799,22 manat məbləğində müəyyən edilir. Üçüncü-yeddinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəydə müəssisənin təqdim etdiyi balıq məhsullarının real bazar qiymətinin mütəxəssis tərəfindən hansı mənbələrdən və hansı təhlil əsasında müəyyən edilməsi göstərilməmişdir. Yəni həmin rəydə VM-nin 14.6.1. maddəsində bazar qiymətlərinə təsir edə bilən amillərin nəzərə alınması görünmür. Halbuki, Vergi Məcəlləsinin 14.6.1.4. və 14.6.1.6-ci maddələrinin tələblərinə müvafiq olaraq malların təqdim edildiyi yer, keyfiyyəti və digər istehlak göstəricilərinin səviyyəsi və qiymətlərə təsir edə bilən digər şərtlər ekspert tərəfindən nəzərə alınmalı idi. Ekspert qeyd edir ki, Vergi Məcəlləsinin 14.1. maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Eyni zamanda Vergi Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət tədbiq edilir.Əks hal sübuta yetirilmirsə bu qiymət bazar qiyməti kimi qəbul edilir. Ekspertiza tədqiqatı zamanı müəyyən edilir ki, müəssisə tərəfindən təqdim edilmiş balıq məhsulları ayrı-ayrı hüquqi şəxslərə ciddi uçot blankı olan qaimə-fakturalar əsasında təqdim edilmişdir. Lakin yuxarıda göstərildiyi kimi, səyyar vergi yoxlaması zamanı müəssisənin mühasibat uçotu tələblərinə cavab verən rəsmi ilkin sənədlərdə satış qiymətləri ilə təqdim etdiyi malların dəyəri deyil, "MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş qiymətlər əsas götürülərək vergilərin hesablanması Vergi Məcəlləsinin 14.6.6. və14.2. maddələrinin tələblərinə ziddir. Qeyd edilir ki, səyyar vergi yoxlaması zamanı müəssisənin təqdim etdiyi malların tətbiq etdiyi qiymətlərdən fərqli qiymətlərlə təqdim olunması sübuta yetirilməsi faktı öz əksini tapmamışdır. Həmçinin ekspertizaya təqdim olunmuş mülki iş materiallarından da belə bir faktların sübuta yetirilməsi görünmür. Bundan başqa qeyd edilir ki, hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi ekspert qarşısında yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMC-nin çeşidlər üzrə malların hərəkəti barədə cədvəldə mal qalığı kimi göstərilmiş malların çeşidi, ölçüsü və miqdarı ilə "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların çeşidi, ölçüsü və miqdarı ilə eynilik təşkil edirmi, iş materiallarında olan "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların (məhsulların) real bazar (satış) qiyməti nə qədər təşkil edir, iş materiallarında olan "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert Rəyindəki cədvəldə göstərilmiş 59 adda malların (məhsulların) müəyyənləşdirilmiş real bazar (satış) qiyməti ilə satılması nəticəsində ödənilməli olan ƏDV məbləği nə qədər təşkil edir, yuxanda qeyd olunan suallar üzrə tədqiqatın nəticələri nəzərə alınmaqla səyyar vergi yoxlaması aktı ilə "xxxx" MMC-yə hesablanmış mənfəət vergisi və əlavə deyər vergisi düzgün hesablanmışdırmı, əgər mənfəət vergisi və əlavə dəyər vergisi düzgün hesablanmamışdırsa yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMC-nin mənfəət vergisi və əlavə dəyər vergisi nə qədər müəyyən olunur sualları qoyulmuşdur. Eyni zamanda qeyd edilir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş vəsatət təmin edilmədiyindən qiymətləndirmə iş materiallarında olan məlumatlar əsasında aparıldı. Qeyd edilir ki, malın (işin,xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdər. Malın (işin,xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin,xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet saytlarının məlumatına, Respublikada yerləşən ticarət mərkəzlərində və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, iş materiallarında göstərilən malların orta bazar dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir. Cədvəl məlumatlarından göründüyü kimi, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiyməti düzgün olmamışdır. Odur ki, hazırki ekspertiza zamanı səyyar vergi yoxlaması aktında "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiymətləri nəzərə alınmaqla aparılan hesablamalar əsaslı hesab edilmir. İş materiallarında olan sənədlərə və Vergi Məcəlləsinin tələblərinə əsasən isə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Həmçinin qeyd edilir ki, təqdim olunmuş iş materiallarında olan sənədlərə və Vergi Məcəlləsinin tələblərinə əsasən müəsissə tərəfindən 2017-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin az hesablanması müəyyən edilmir. Səkkizinci-on üçüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, xərc sənədləri (ciddi hesabat sənədlər təqdim olunmuş iş materiallarında mövcuddur. Həmin sənədlərin rekvizitləri və s. göstəricilə iş materiallarında olan ilkin mühasibat sənədlərində öz əksini tapmışdır.Həmçinin qeyd edil ki, həmin həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi müvafiq olaraq hesablama metodunun tələblərinə uyğundur. On dördüncü sual üzrə: Qeyd edilir ki, xx.xx.2019-cu il tarixli, **********170941 nömrəli səyyar verg yoxlaması aktında 2017-ci il üzrə müəyyən edilən 1.408.752,98 manat məbləğində gəlirə şərti rentabellik norması tətbiq edilməklə cəmiyyətin mənfəəti və mənfəət vergisinin hesablanması öz əksini tapmışdır. Ona görə də hazırki sual üzrə tədqiqat aparılmadı. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, iş № 1(049)-13/2023 nömrəli hökmündə əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini mövcudluğu sübuta yetirilmədiyindən X16 təqsirsiz edilmiş və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilmiş, X16 barəsində seçilmiş "polisin nəzarəti altında vermə” qətimkan tədbiri dərhal ləğv olunmuş, iddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinin mülki cavabdeh "Hazarbalıq” MMC-yə qarşı "208491.66 manat məbləğində ziyanın mülki cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsinin təmin olunmasına” dair mülki iddiası baxılmamış saxlanılmış, cinayət işi üzrə 500 (beş yüz) manat ekspertiza xərci dövlət büdcəsi hesabına aid edilmiş, X16 məhkəmə xərclərindən azad olunmuş, iş üzrə maddi sübut kimi "Hazarbalıq” MMC-yə məxsus müqavilələr, vergi hesab və qaimə fakturaları, bank çekləri və digər sənədlər iş materiallarında saxlanılmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, iş № 1(106)-380/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, iş № 1(049)-13/2023 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli, iş № 1(102)-744/2024 nömrəli qərarı ilə kasassiya protesti və kasassiya şikayəti təmin edilməyərək X7 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, iş № 1(106)-380/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kasassiya protestinə və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kasassiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********169412 nömrəli qərar ilə hüququ ünvanı Lənkəran rayonu, Liman şəhəri olan İddiaçı MMC-də 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən səyyar verdi yoxlaması həyata keçirilmiş, yoxlama xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə etmişdir. Vergi orqanının xx.xx.2019-cu il tarixli qərarı ilə, iş üzrə ekspertiza təyin edilmiş ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. Səyyar vergi yoxlaması "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı MMC tərəfindən 163.626,10 manat məbləğində ƏDV-nin azaldılması və 44865,56 manat məbləğində mənfəət vergisinin azaldılması faktı müəyyən etmiş və yoxlamanın yekunu olaraq **********170941 saylı xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Həmin yoxlama aktına əsasən cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi hesab etmişdir ki, İddiaçı MMC-də (VÖEN:**********) vergi orqanına təqdim olunmuş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilməklə və bəyannamə təqdim edilməməklə, 2017-ci il üzrə 44865,56 manat mənfəət vergisi, 2017-ci il üzrə 29392,34 manat və 2018-ci il üzrə 134233,76 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə 208491,66 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırmışdır. Məhz bu əsasla cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi İddiaçı MMC barəsində hazırda mübahisələndirilən 17 fevral 2020-ci il tarixli, **********197369 saylı qərarı qəbul etmişdir. Hazırda iddiaçı həmin qərarla razılaşmayıb, onun ləğv edilməsini məhkəmədən xahiş edir. Həmçinin müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən faktlara görə İddiaçı MMC-nin direktoru X16 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış, lakin səyyar vergi yoxlmasının nəticələrinin düzgünlüyü müəyyən edilmədiyinə görə X16 həmin ittiham üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1 (049)-13/2023 saylı hökmü ilə bəraət almışdır. X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi üzrə bəraət almasına dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1 (049)-13/2023 saylı hökmü dövlət ittihamçısının apellyasiya və kassasiya protesti və mülki iddiaçının apellyasiya və kassasiya şikayətinə münasibətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli, iş № 1(102)-744/2024 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 124.3-cü maddəsinə görə rezident müəssisələrə və ya qeyrirezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356- VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.3-cü maddəsində aşağıdakı məzmunlarda dəyişikliklər (1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir) edilmişdir: - (1 yanvar 2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) bu Məcəllənin 124.4cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; - (1 yanvar 2019-cu il tarixdən qüvvədə olan redaksiyada) Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (56.1-ci maddə əvvəlki redaksiyada) Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; - (56.1-ci maddə hazırkı redaksiyada) AR Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, AR Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir; - (85.4-cü maddə əvvəlki redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; - (85.4-cü maddə hazırkı redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını və apellyasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********97369 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisələndirilən inzibati akt «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası “İnzibati Prosessual Məcəlləsi”nin və Azərbaycan Respublikası Vergi Məcəlləsi”nin tələblərinə uyğun qəbul edilməmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir Belə ki, cavabdeh vergi orqanı iddiaçı barəsində tərtib edilmiş səyyar vergi yoxlaması aktını və hazrıki mübahisələndirilən qərarı "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəyə əsasən qəbul etmişdir. Lakin, tərtib edilmiş həmin rəydə müəssisənin təqdim etdiyi balıq məhsullarının real bazar qiymətinin mütəxəssis tərəfindən hansı mənbələrdən və hansı təhlil əsasında müəyyən edilməsi göstərilməmişdir. Həmin rəydə Vergi Məcəlləsinin 14.6.1-ci maddəsində bazar qiymətlərinə təsir edə bilə amillərin nəzərə alınması görünmür. Halbuki, Vergi Məcəlləsinin 14.6.1.4 və 14.6.1.6-cı maddələrinin tələblərinə müvafiq olaaq malların təqdim edildiyi yer, keyfiyyəti və digər istehlak göstəricilərinin səviyyəsi və qiymətlərə təsir edə bilə digər şərtlər nəzərə alınmalı idi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsində vergilər hesablanması üçün bazar qiymətini nəzərə alınmasının qanuni əsasları sadalanmışdır. “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal mübadiləsi) əməliyyatları aparıldıqda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə və müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda həyata keçirilə bilər. VM-də vergitutma məqsədləri üçün bazar qiymətinin müəyyənləşdirilməsi üçün zəruri məlumatların dairəsi onların əldə edilməsi mənbələri, qiymətlərə təsir edən amillər, bazar qiymeti haqqında məlumat toplamaq mümkün olmadıqda istifadə edilən qiymətləndirmə üsulları, ayrı-ayrı hallarda bazar qiymətinin müəyyənləşdirilməsi xüsusiyyətləri ilə bağlı müddəalar öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu məsələ mülki hüquqda aksepti olmayan oferta adlanır. Yəni, ekspert rəyində qeyd edilən məlumat mənbələrindəki informasiyalar əsas götürülməklə malın bazar qiyməti müəyyən edilə bilməzdi. Ekspert rəyindən də görünür ki, ekspert bazar qiyməti dedikdə, malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti olduğunu qeyd etsə də, verdiyi rəydə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiymətlərə deyil, yalnız təklifə (ofertaya) istinad edərək, malın orta satış qiymətini müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə mənzillərin bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinin tələbinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. Beləliklə, səyyar vergi yoxlaması zamanı müəssisənin mühasibat uçotu tələblərinə cavab verən rəsmi ilkin sənədlərdə satış qiymətləri ilə təqdim etdiyi malların dəyəri deyil, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olnumuş qiymətlər əsas götürülərək vergilərin hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.6 və 14.2-ci maddələrinin tələblərinə zidd hesab olunur. Bundan başqa, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, yoxlama xx.xx.2018-ci il tarixdə başlamış, 8 dəfə dayandırılmış, 2 dəfə uzadılmış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətlərə formal şəkildə riayət olunmaqla aparmışdır. Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddətinin müvafiq, yəni Məcəllənin 38.7-ci maddəsində sadalanan konkret hallarda dayandırılmasının mümkünlüyünü nəzərdə tutur. Cavabdeh inzibati orqan səyyar vergi yoxlamanın müddətinin hər biri 28-30 gün (1-i 60 gün) olmaqla cəmi “8” dəfə dayandırılması və ya 2 dəfə uzadılması barədə qərar qəbul etsə də, həmin qərarların zəruriliyini Vergi Məcəllənin 38.7.1 – 38.7.5-ci maddəsində qeyd olunan hallar üzrə tutarlı dəlillərlə əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, “ekspert” və ya “mütəxəssis” rəylərinin alınması üçün yoxlama müddətinin cəmi 8 dəfə dayandırılması və ya 2 dəfə uzadılması mütənasib prosessual hərəkət kimi qəbul oluna bilməz. Həmçinin, iş üzrə əldə edilmiş ekspert rəylərindən görünür ki, vergilərin hesablanması hallarında uyğunsuzluqlar müəyyən edilmişdir. Eyni zamanda vergi orqanı tərəfindən əlavə vergi yoxlaması və vergi yoxlamasının dayandırılması barədə qərarlar verilsə də, inzibati orqan yoxlamanın dayandırılması və ya əlavə yoxlamanın keçirilməsi barədə qərarlarda, habelə hazırkı inzibati məhkəmə icraatında təqdim olunmuş iddiaya qarşı yazılı etirazın əsaslandıran hallara, yəni mənbəyi bəlli olan hansı məlumatın yoxlamadan əvvəl əldə olunması və sonradan yoxlama zamanı (materiallarla) öz təsdiqini tapmasına dair və ya yoxlamanın dayandırılmasına dair heç bir dəlil bildirməmiş, sübut təqdim etməmişdir; Cavabdeh inzibati orqanın (vergi orqanının) xx.xx.2020-ci il tarixli, **********97369 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 58, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergilər, maliyyə sanksiyaları və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Vergi ödəyicisinin yoxlama aktı ilə bağlı dəlillərinin təqdim edilib-edilməməsi barədə ümumiyyətlə bildirilməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» AR Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Bu isə, öz növbəsində AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanının hazırda mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********97369 nömrəli qərarının qanunsuzluğuna dəlalət edir. Qeyd olunanlardan başqa məhkəmə kollegiyası iş materiallarına əlavə edilən ekspert rəylərini mötəbər sübut kimi qəbul edir və göstərilənlərlə bağlı qeyd edir ki, xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet saytlarının məlumatına, Respublikada yerləşən ticarət mərkəzlərində və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, iş materiallarında göstərilən malların orta bazar dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir. Cədvəl məlumatlarından göründüyü kimi, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiyməti düzgün olmamışdır. Odur ki, hazırki ekspertiza zamanı səyyar vergi yoxlaması aktında "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiymətləri nəzərə alınmaqla aparılan hesablamalar əsaslı hesab edilmir. İş materiallarında olan sənədlərə və Vergi Məcəlləsinin tələblərinə əsasən isə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Onu da qeyd etmək lazımdır ki, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarının kassasiya protestinə və mülki iddiaçının kassasiya şikayətinə münasibətdə qüvvədə saxlanılması ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli, iş № 1(102)-744/2024 nömrəli qərarından görünür ki, cinayət işi üzrə mübahisə hazırki iddia üzrə mübahisələndirilən qərarla müəyyən edilən vergi borcu ilə bağlı olmuşdur. Həmin iş üzrə ittihama görə X16 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan olan İddiaçı MMC-nin adından (VÖEN: **********) vergi orqanına təqdim olunmuş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, 2017-ci il üzrə 44.865,56 manat mənfəət vergisini, 2017-ci il üzrə 29.392,34 manat və 2018-ci il üzrə 134.233,76 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 208.491,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə hüququ ünvanı Lənkəran rayonu, Liman şəhəri və direktoru X16 olan İddiaçı MMC-də 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli qərara əsasən idarənin əməkdaşı X5 tərəfindən səyyar verdi yoxlaması həyata keçirilmiş, yoxlama xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə etmişdir. Vergi orqanının xx.xx.2019-cu il tarixli qərarı ilə, iş üzrə ekspertiza təyin edilmiş ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. Səyyar vergi yoxlaması "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı MMC tərəfindən 163.626,10 manat məbləğində ƏDV-nin azaldılması və 44865,56 manat məbləğində mənfəət vergisinin azaldılması faktı müəyyən etmiş və yoxlamanın yekunu olaraq **********170941 saylı xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı MMC-də (VÖEN:**********) vergi orqanına təqdim olunmuş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilməklə və bəyannamə təqdim edilməməklə, 2017-ci il üzrə 44865,56 manat mənfəət vergisi, 2017-ci il üzrə 29392,34 manat və 2018-ci il üzrə 134233,76 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 208491,66 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 2-ci şöbəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqinin 23 aprel 2020-ci il tarixli qərarı ilə CMnin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai araşdırılması aparılmışdır. İbtidai istintaq orqanının xx.xx.2020-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli, iş № 1(102)-744/2024 nömrəli qərarının əsaslandırma hissəsində qeyd olunur: “"xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiyməti düzgün olmaması halı müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8514-9/8588 saylı ekspert rəyi, dövlət ittihamçısının vəsatəti əsasında təyin edilmiş təkrar kompleks məhkəməmühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5925-9/5809 saylı rəyi ilə də təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin qeyd olunan rəylərində xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Belə ki, ittiham tərəfinin mötəbər sübut kimi qəbul etdiyi "MBA LTD” MMC tərəfindən verilmiş Ekspert Rəyini tərtib etmiş ekspert X13 qanunvericiliyin tələblərə cavab vermədiyi, ona özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda, o, Ekspert Rəyi hesab edilən sənəd hazırlamış və bu sənədi ekspert kimi imzalamışdır. X8 özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi, onun "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında ”Qanunun 11-ci maddəsinin tələblərinə cavab verən ekspert səlahiyyəti olmadığı halda, onun tərtib etdiyi sənədin Ekspert Rəyi kimi qəbul olunması qanuna ziddir və yolverilməz olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Ədliyyə Nazirliyinin Dövlət Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli rəylərinin mötəbərliliyi başqa hər hansı bir sübuta istinad olunmadan, yalnız məhz mötəbər olmayan "MBA lTd” MmC tərəfindən verilmiş ekspert rəyinin məlumatları əsasında şübhə altına alınmışdır. Bununla belə məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş xx.xx.2020-ci il tarixli, 9/2021 saylı məhkəmə-mühasıbatlıq ekspertizası rəyinə tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin ekspertiza rəyi iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmayaraq və qoyulmuş sual üzrə əsaslandırılmış və obyektiv rəy verməyərək, ancaq səyyar yoxlama aktında göstərilənlərə və "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti MMC- nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən verildiyi üçün mötəbər sübut qismində qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri ibtidai istintaq zamanı əldə olunmuş mütəxəssis rəyi və ekspert rəylərinin ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilməməsi barədə gəldiyi qənaət cinayət və cinayət prosessual qanunvericiliyin normalarına uyğun olmuş, məhkəmə istintaqı zamanı keçirilmiş 18 mart 2021-ci il tarixli 9/2539 saylı, xx.xx.2022-ci il tarixli, 9/8514-9/8588 saylı, 18 noyabr 2022-ci il tarixli, 9/5925-95809 saylı təkrar və komission məhkəmə-mühasibatlıq ekspertiza rəylərini iş üzrə düzgün nəticəyə gəlinməsi üçün kifayət etmişdir”. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı və bütün ziddiyyətli, o cümlədən aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh etməlidir “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 64-cü maddəsində göstərilir ki, vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, inzibati aktın qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasları və prinsipləri nəzərə alaraq hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-1(120)-11/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar