Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-392/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X21 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)-2069/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, oğlu X14 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 16 aprel 2024-cü il tarixli, 2- 1(120)-2069/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6cı maddəsinə əsasən, müəyyən olunur ki, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, xx.xx.2007-ci il təvəllüdlü X18 Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış, onun “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə ilə təmin olunmaq hüququ yaranmışdır. Təmas xəttinin ləğv edilməsi, buna görə də iddiaçının valideynləri-X6 və anası İddiaçı "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirməsinə gəldikdə, Azərbaycan Respublikasi Füzuli Rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli arayışında, həmçinin cavabdehin etiraz ərizəsində və məhkəməyə ünvanladığı məktublarda X9 və İddiaçı Füzuli rayonundan məcburi köçkün olması bildirilmiş, bu statusunu itirməsi barədə hər hansı bir məlumat qeyd edilməmişdir. Bundan əlavə, İddiaçı və ailə üzvlərinin hazırda da məcburi köçkün kimi müvafiq imtiyazlardan istifadə etmələri onların dövlət tərəfindən tanınmış məcburi köçkün statusunun hələ də qüvvədə olduğunu göstərir. Belə ki, işin araşdırılması zamanı müəyyən olunur ki, iddiaçının ata və anasına verilən məcburi köçkün vəsiqələri hələ də qüvvədədir, etibarlıdır və məcburi köçkün kimi müvafiq imtiyazlardan istifadə edirlər. Qərardan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1977-ci il tarixdə Füzuli rayon, Horadiz qəsəbəsində anadan olmuşdur (məcburi köçkün vəsiqəsinin seriyası, nömrəsi və tarixi: AA 260725), 2002-ci ildə Füzuli rayon Bala Bəhmənli kənd sakini olan, məcburi köçkün X10 (məcburi köçkün vəsiqəsinin seriyası, nömrəsi və tarixi: AA 256124) ilə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2007-cı il təvəllüdlü X18 dünyaya gəlmişdir. 2023-cü ilin avqust ayında xx.xx.2007-ci il təvəllüdlü X14 məcburi köçkün statusunun verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Komitənin xx.xx.2023-cü il tarixli 3-36/2-S-70xx-xx/2023/3512 nömrəli məktubu ilə məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Füzuli rayonunun Bala Bəhmənli ərazi dairəsi Bala Bəhmənli kəndi işğaldan tam azad kənd olduğundan, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədə olduğundan, 08 noyabr 2020-ci il tarixdən işğalda olan kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığından iddiaçının övladına məcburi köçkün vəsiqəsini təsdiq edən sənədin verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X19 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Füzuli rayonu, Bala Bəhmənli ərazi dairəsi Bala Bəhmənli kəndi 1994-cü il tarixdə işğaldan azad olunduğundan, həmçinin X12 sonra təmas xətti ləğv edildiyindən iddiaçı X14 məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi təfəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri imtina aktının və iddiaya qarşı etiraz dəlilləri ilə eynilik təşkil etmişdir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -AA seriyalı ******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayonu Horadiz qəsəbəsində anadan olmuş, Füzuli rayonu Bala Bəhmənli kəndində qeydiyyatdadır. -xx.xx.2012-ci il tarixli, AA seriyalı 260725 nömrəli məcburi köçkün vəsiqəsinin surətlərinə əsasən, müəyyən olunur ki, İddiaçı 1993-cü Füzuli rayonundan məcburi köçkün düşmüşdür. -AZE seriyalı 07601977 nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 rayonu Bala Bəhmənli kəndində anadan olmuş, Füzuli rayonu Bala Bəhmənli kəndində qeydiyyatdadır. -xx.xx.2012-ci il tarixli, AA seriyalı 256124 nömrəli məcburi köçkün vəsiqəsinin surətlərinə əsasən, müəyyən olunur ki, X15 1993-cü Füzuli rayonundan məcburi köçkün düşmüşdür. -Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ№ 869437 nömrəli doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 11 nömrə ilə qeydiyyata alınmış doğum haqqında şəhadətnamənin və AA ******* nömrəli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 03 yanvar 2007-ci il təvəllüdlü X18 Azərbaycan Respublikasının Füzuli rayonu, Bala Bəhmənli kəndində doğulmuş və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almışdır. -Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-43/2-76/2024 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü X11 (AA 4164863), anası İddiaçı məcburi köçkün statusları vardır, Bala Bəhmənli kənd daimi pasport qeydiyyatındadırlar və həmin kənddə yaşayırlar. Yuxarıda adları qeyd olunan şəxslər məcburi köçkün kimi vahid aylıq müavinət alırlar. Samir Abdullayevin atası X4 Bəhmənli kənd daimi pasport qeydiyyatındadır və məcburi köçkün stastusu var. Əsgər Abdullayev hazırda Rusiya Fedarasiyasında yaşadığı üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.8.-ci (“məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə) bəndinə əsasən vahid aylıq müavinət almır. -Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X14 ondan ötrü ki, o həqiqətən Füzuli rayon Bala Bəhmənli kəndində yaşayır məcburi köçkündür vahid aylıq müavinət alır. Ailə tərkibi aşağıdakılardan ibarətdir: Anası İddiaçı məcburi köçkündür. X1 məcburi köçkündür. X5 məcburi köçkündür. X6 məcburi köçkündür, həyat yoldaşı ilə boşanmış və hal hazırda Rusiya federasiyasında olduğu üçün vahid aylıq müavinət almır. -Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5- 43/2-363/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilir. 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi, 1 şəhəri Horadiz və 21 kəndi Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı işğaldan azad edilib. İddiaçı və oğlu X7 Bəhmənli kəndində daimi qeydiyyatda olmaqla, hal-hazırda həmin kənddə yaşayırlar və onların adları məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət alan Bala Bəhmənli kənd əhalisinin adlı siyahısında var. Məcburi köçkündürlər və Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarına əsasən vahid aylıq müavinət alırlar. Məhkəmə kollegiyası qeyd edi ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X19 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013cü il tarixdə qeydiyyatdan keçmiş Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun:- -1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. -9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. -10-cu maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. -12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Qanunun 1-ci maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X19 üzrə Dövlət Komitəsi həyata keçirir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın:- -1.1-ci bəndində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Qaçqınların və X19 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. -4.1-ci bəndində qeyd olunmuşdur ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: -4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə «bərabərtutuları şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. İşin faktiki hallarından və təqdim edilmiş sənədlərdən göründüyü kimi Füzuli rayonu, Bala Bəhmənli kəndi 1994-cü il tarixdə işğaldan azad edilmiş, iddiaçı və müvafiq status verilməsi tələb olunan şəxs həmin kənddə yaşamağa davam etmişdir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun anlamına görə isə məcburi köçkün Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Odur ki, sözügedən Qanunun iddiaçının övladı X2 Qanunun təsir dairəsinə düşmür. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)-2069/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-392/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-392/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver