Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-393/2023 31.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “travmanın hərbi xidmətdə döyüş zamanı alınmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 19 iyul 2023cü il tarixli, 2-1(120)-2484/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı travmanın hərbi xidmətdə döyüş zamanı alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birnci instansiya məhkəməsində icraat və gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, travmanın hərbi xidmətdə döyüş zamanı alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, 25 iyun 1991-ci ildə Lənkəran rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və 1992 - ci ilin avqust ayına kimi keçmiş SSRİ Müdafıə Nazirliyinin ərbi hissəsində xidmət etmişdir. Keçmiş SSRİ məkanında baş vermiş olaylarla bağlı SSRİ silahlı qüvvələrində xidmət etməkdən imtina etdiyi üçün tərxis olunub Lənkəran hərbi komissarlığına qayıtmışdır. Sonradan yenidən 1992 - ci ildə Azərbaycan Sialhlı qüvvələrinə hərbi xidmətə çağırılmış və 23 iyun 1993 - cü ilə kimi hərbi xidmət keçmişdir. Hərbi xidmətini döyüşən ordunun tərkibində keçmiş, döyüş zamanı yaralanmış və hərbi qospitala göndərilmişdir. Döyüşən ordunun tərkibində vuruşmağı hərbi biletində qeyd olunmuşdur. Beləki hərbi biletin 7-ci səhifəsində N saylı hərbi hissənin qərargah rəisi tərəfindən qeyd edilmişdir ki. o. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 10. 10. 1992 - ei ildən 31 iyun 1993 - cü ilə kimi iştirak etmişdir. Lakin Müdafiə Nazirliyinin hərbi həkim komissiyası onu döyüşən ordunun tərkibində saymır və aldığı travmanı hərbi xidmət dövründə aldığını təsdiq etsədə həmin travmanı döyüş zamanı aldığını inkar edir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası iddia ərizəsinə etirazında göstərmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(120)-2484/2023 saylı sərəncamı və vətəndaş İddiaçı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) daxil olmuş və arşdırılmışdır. Aşağıdakılara görə İddiaçı iddiasını əsassız və qanunsuz hesab edirik:İddiaçı İddia ərizəsində MN MHHK-nın xx.xx.2015-ci il tarixli 1184 nömrəli qərarında onun Azərbaycan Respublikası Silahlı Qüvvələrinə daxil olmamışdan əvvəl. 1992-ci ildə Leninqradda hərbi xidmət keçərkən döyülmə nəticəsində aldığı və xx.xx.1993cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hospitalda müalicə olunduğu “Vegetativ damar davamsızlığı ilə keçirilmiş qapalı kəllə-beyin travmasının uzağ nəzticələri” diaqnozu ilə olan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsini xahiş etmişdir.SHXÇDX-nın Lənkəran rayon şöbəsinin E.Şixəliyevə dair verdiyi xidmət keçmə haqqında arayışlardan görünür ki, o 1992-ci il sentyabrından 1993-cü ilin iyul ayına kimi N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin xx.xx.2015-ci il tarixli 16/2312 saylı məktubuna əsasən N saylı hərbi hissə xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməlyyatlarında iştirak etmişdir (bax qoşma). İddiaçı isə “Vegetativ damar davamsızlığı ilə keçirilmiş qapalı kəllə-beyin travmasının uzağ nəticələri” diaqnozu ilə N saylı hərbi hospitalda xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi müalicə olunmuşdur. Buradan göründüyü kimi həmin dövrdə N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir.Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 10-12-ci maddələrinə əsasən MN MHHK-sı Azərbaycan Respublikasında Hərbi həkim ekspertizasına metodik rəhbərlik həyata keçirir. MN MHHK xüsusi təyinatlı hərbi tibb müəssisəsidir.MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.1. maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir.Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar,yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər.Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqlnda şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə,yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun.Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur.Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. İddiaçı N saylı hərbi hissədə müalicə və müayinədə olmasına dair xx.xx.1993-cü il tarixli 408/96 nömrəli xəstəlik tarixinin anamnez hissəsində onun öz deməsinə görə 1992-ci ildə Leninqrada olarkən döyülmə nəticəsində başından travma almasına dair qeyd aparılmışdır. Vətəndaş İddiaçı xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsi tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövbcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləriiddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir.İddiaçı iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin İddiaçı qanunla müəyyən edilmiş həmin müddəti 6 ildən artıq ötürmüşdür.Yuxarıda qeyd olunanlara görə hesab edirik ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Şirvan İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(120)-2484/2023 saylı qərardadı (Amilya Hüseynova) ilə iddia mümkün sayılmamışdır. Apellyasiya şikayəti və onun geri götürülməsi: Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verilərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(120)-2484/2023 saylı qərardadının ləğv edilməsi və iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Sonradan İddiaçı apellyasiya instansiyası məhkəməsinin iclasında xx.xx.2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən onun barəsində xx.xx.2023-ci il tarixli, 277 nömrəli qərar verilmişdir. Həmin qərarı marağına uyğun mübahisələndirəcəyindən Şirvan İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2- 1(120)-2484/2023 saylı qərardadından verdiyi apellyasiya şikayətini geri götürdüyünü və apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: İddiaçı apellyasiya instansiyası məhkəməsinin iclasında xx.xx.2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən onun barəsində xx.xx.2023-ci il tarixli, 277 nömrəli qərar verildiyini və həmin qərarı maraqlarına uyğun mübahisələndirəcəyindən Şirvan İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(120)-2484/2023 saylı qərardadından verdiyi apellyasiya şikayətini geri götürdüyünü və apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 88.1. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Maddə 88.3. şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin geri götürülməsinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçı apellyasiya şikayətini geri götürdüyündən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, İddiaçı apellyasiya instansiyası məhkəməsinin iclasında təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən və təqdim etdiyi sənədlərdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən onun barəsində xx.xx.2023-ci il tarixli, 277 nömrəli yeni qərar verilmişdir. Həmin ərizənin məzmunundan görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının əvvəlki qərarını deyil, sonuncu yəni xx.xx.2023-ci il tarixli, 277 nömrəli qərarını marağına uyğun mübahisələndirmək istəyir. Bu baxımdan Şirvan İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(120)-2484/2023 saylı qərardadından verdiyi apellyasiya şikayətini geri götürülməsi və apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin şikayətinin geri götürülməsinə dair ərizəsini, izahatını iş materialları ilə birgə tədqiq edərək yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətinin geri götürmə barədə ərizəsi nəzərə alınaraq iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “travmanın hərbi xidmətdə döyüş zamanı alınmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 19 iyul 2023cü il tarixli, 2-1(120)-2484/2023 saylı qərardadından İddiaçı apellyasiya şikayətini geri götürmə barədə ərizəsi təmin edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-393/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-393/2023
31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver