Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-395/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı “mərhum oğlu X11 şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin N1 fevral N0N4-cü il tarixli, N- 1(1N0)-346/N0N4 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, mərhum oğlu X11 şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin N-1(1N0)-1059/N0N3 nömrəli, xx.xx.N0N3-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X11 şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və iddia tələbi olduğu kimi saxlanılaraq, cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər siyahısından çıxarılması, cavabdeh qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsi tanınması və Azərbaycan Respublikası Müdafiə Nazirliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X15 N8 dekabr N00N-ci il tarixdə Cəlilabad rayonu, Xanəgah kəndində anadan olmuşdur. N0N0-ci ildə isə orta məktəbi bitirmişdir. XN8 orta məktəbdə təhsil alarkən nümunəvi və vətənpərvər bir şagird olmuş və vətənə sadiq bir oğul kimi böyümüşdür. XN8 N0N1-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Xidməti dövr ərzində Beyləqan rayonunda və Şuşa şəhərində xidmət etmişdir. Mərhum XN8 bir hərbi qulluqçu kimi xidmət etdiyi müddət dövründə də xidmətini vicdanla yerinə yetirmiş, intizamlı bir hərbi qulluqçu olmuş, ona verilən tapşırıqları yerinə yetirməkdə təşəbbüskarlıq göstərmiş, vətənə layiqincə xidmət etmiş və öz xidməti borcunu layiqincə yerinə yetirərək hərbçi adını həmişə uca tutmaqla vətənin ən layiqli oğullarından birinə çevrilmişdir. Belə ki, XN8 xx.xx.N0N1-ci il tarixdə Şuşa şəhərində yerləşən N nömrəli hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. Mərhum XN8in xidməti vəzifəsinin icrası zamanı həlak olması barədə N saylı hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, N50 nömrəli əmrindən çıxarış verilmişdir. Mərhum XN8 vəfat etdiyi Şuşa şəhərindən yaşadıqları Cəlilabad rayonu, Uzuntəpə kəndinə gətirilmiş və elə həmin gün də, yəni ki, N avqust N0N1-ci ildə Cəlilabad rayonu, Uzuntəpə kənd qəbristanlığında dəfn edilmişdir. Bundan sonra Cəlilabad rayonu, Qeydiyyat Şöbəsi tərəfindən N9.1 1.N0N1-ci ildə ölüm haqqında şəhadətnamə verilmişdir. Belə ki, o, valideyn olaraq oğluna şəhidilik statusunun verilməsindən ötrü cavabdeh və daha yuxarı təşkilatlara müraciət etmişdir. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0NN-ci il tarixli, 1/T-6055 nömrəli məktubla, habelə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 17 may N0NN-ci il tarixli, 77N060 nömrəli məktubla hadisənin xidməti vəzifələrin icrası ilə əlaqədar olmadığından şəhid adının verilməsinin qanunvericiliyə uyğun olmadığını bildirmişlər və bundan imtina etmişlər. Halbuki, mərhum XN8in xidməti vəzifəsinin icrası zamanı həlak olması N saylı hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli N50 nömrəli əmri ilə də təsdiq edilir və bu hal mərhum oğluna şəhidlik statusunun verilməsi üçün əsasların olduğunu təsdiq edir. Mərhum XN8in kənd qəbiristanlığında yerləşən məzarında bu gün də Azərbaycan bayrağı dalğalanır və insanlar tərəfindən də yad edilir. Bu barədə fotoşəkillər də vardır. Mərhum XN8in şəhid olması ilə əlaqədar dövlət tərəfindən onlara sığorta ödənişi də edilmişdir. İddia formal deyil, məhz əsaslıdır. Ona görə ki, mərhum XN8 döyüş bölgəsində olan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. Belə olan halda da Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti imtinası qanunsuz və əsassızdır. Bu baxımdan həlak olmuş XN8in qanunla müəyyən edilmiş meyarlara əsasən, həlak olmanın bütün hallarında şəhid adını alması imkanı aydın ifadə edilir. Hal-hazırda məhkəmə qətnaməsinin olmaması səbəbindən oğlunun şəhid olmasını təsdiq etdirmək mümkünsüz olmuşdur. Qeyd olunan cavabdeh təşkilatın mövqeyi səbəbindən o, bu günədək mərhum XN8in şəhidlik statusunu tanıtdıra bilmir. Nəticədə hüquqları və qanunla qorunan maraqları pozulmuşdur. O, bu barədə dəfələrlə dövlət orqanlarına müraciət etmişdir və ona bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şirvan İnzibati Məhkəməsinin N1 fevral N0N4-cü il tarixli, N-1(1N0)-346/N0N4 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış və nəticədə qanuni və əsaslı olmayan yekun məhkəmə aktı qəbul etmişdir. Qeyd edilənlər nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin N1 fevral N0N4-cü il tarixli, N-1(1N0)-346/N0N4 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N4-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili XNN məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu N3 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə N. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusuverilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”:
1. Şəhid anlayışı 1.1.Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.1. Aşağıdakılar şəhid hesab edilirlər: 1.1.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.1.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.1.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.1.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuşvə itkin düşmüş mülki vətəndaşlar; 1.N.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.N.6 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və XN Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.N.7 Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. N.1.3 və N.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda N3 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
«Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr N008-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarıilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.N.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesabolunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.N. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının tələbi “mərhum oğlu X11 şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum oğlu X15 hərbi xidmət zamanı həlak olsa da, onun ölümünün səbəb əlaqəsi – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda, ölümün şəraiti – həlak olma və ya vəfat etmə, eləcə də ölümün başvermə anı – hərbi əməliyyatlar və ya xidməti vəzifəsinin icrası zamanı olması hadisədə öz əksini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.N008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan N №-li hərbi hissə komandirinin N avqust N0N1-ci il tarixli N50 nömrəli əmrində göstərilmişdir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər X15, 3-cü tabor 8-ci bölük 3-cü taqım 1-ci manqasının atıcı qumbaraatan köməkçisi, N avqust N0N1ci il tarixdə əl qumbararasının partlayışı nəticəsində həlak olduğuna görə, hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılmış hesab edilmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. İşdə olan AZ-İİ №N35058 nömrəli, xx.xx.N0N1-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.N0N1-ci il tarixdə, Şuşa şəhərində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, N060 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994- cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.N.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.Bu Qaydanın 4.1 -ci bəndinə uyğun olaraq, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.Belə ki, mərhum övladınız X15, N saylı hərbi hissənin xx.xx.N0N1 ci il tarixli 6755 nömrəli bildirişinə əsasən, xx.xx.N0N1-ci il tarixdə bədbəxt hadisə (əl qumbarasının partlaması) nəticəsində həlak olmuşdur. Bu səbəbdən mərhum M.İddiaçı şəhid hesab edilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Müraciətdə adları qeyd olunan X8 və X16, N saylı hərbi hissənin müvafiq bildirişlərinə əsasən, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı hərbi nəqliyyat vasitəsinin idarəetməni itirməsi səbəbindən avtomobilin dərəyə aşması nəticəsində həlak olduqlarından, Xidmətin aidiyyəti struktur bölmələrində şəhid hərbi qulluqçu kimi qeydiyyata alınmışlar.Həmçinin, X17, N saylı hərbi hissənin müvafiq bildirişinə əsasən, xx.xx.N0NN-ci il tarixdə təlimdən qayıdarkən (xidməti vəzifəsinin icrası zamanı) avtoqəza nəticəsində vəfat etdiyindən, hazırda şəhid hesab edilən hərbi qulluqçu kimi yox, hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) hərbi qulluqçu kimi qeydiyyata alınmışdır. Əlavə olaraq, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçular zabit heyətindən olduqlarından, onlara müvafiq status mövcud qanunvericiliyin tələblərinə əsasən həmin orqan tərəfindən verilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 1/T-6055 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokuroru İ dərəcəli dövlət ədliyyə müşavirinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi- Psixoloji Təminat İdarəsində baxılmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.N.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və XN Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı iiə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab ediiiriər. Zərurətlə əlaqədar mərhum X9 ölüm şəraitinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi Hüquq İdarəsinə sorğu ünvanlanmış və cavab olaraq bildirilmişdir ki, "Ağdam Hərbi prokurorluğunun N1NN86084- N0N1-ci il nömrəli NN noyabr N0N1-ci il tarixli (Zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında) qərarından görünür ki, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər M.İddiaçı N avqust N0N1 -ci il tarixdə təhlükəsizlik qaydalarının pozulması nəticəsində döyüş mövqeyinin silah saxlama otağında masanın üzərində olan "RQN" tipli əl qumbarasının partladıcı hissəsini çıxardaraq partlayışın baş verməsi zamanı həlak olmuşdur". Mərhum övladı M.İddiaçı ölümü Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə səbəbli əlaqədə olmadığından ona “Şəhid” adının verilməsi yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələbinə uyğun gəlmir. Övladının vaxtsız ölümündən kədərləndiyini bildirərək, Uca Tanrıdan mərhuma rəhmət diləyir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin xx.xx.N0NN-cü il tarixli, 1389 nömrəli arayışında qeyd edilmişdir ki, mərhum X9 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində mövcud olan sənədlərinin təsdiq olunmuş kserosurəti ünvana göndərilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0NNci il tarixli 05/01-6N1 nömrəli məktubunda göstərilmişdir ki, sorğu ilə əlaqədar olaraq İddiaçı Mehdi oğlunun ölümü ilə bağlı verilmiş ölüm haqqında tibbi şəhadətnamənin surəti və tərtib edilmiş arayış göndərilir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0N3cü il tarixli 3-16-5/8-10-468/N3 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında mərhum X15 barəsində heç bir məlumat yoxdur. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsinin xx.xx.N0N3-cü il tarixli 3-16-5/10- 175/N0N1 nömrəli məktubu ilə məhkəməyə ünvanladığı 71N/1N nömrəli 07 aprel N0N3-cü il tarixli arayışda göstərilmişdir ki, X15 xx.xx.N00N-ci il tarixdə Cəlilabad rayonu, Xanəgah kəndində anadan olmuşdur. Bu barədə 11 sentyabr N00N-ci il tarixdə Cəlilabad rayon Qeydiyyat şöbəsində 47N №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X14 qeyd edilmişdir. X3 xx.xx.N0N1-ci ildə ölmüşdür. İşdə olan Füzuli Hərbi Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 31 iyul N0N3-cü il tarixli 1-1(097)-N5/N0N3 nömrəli məktubunda göstərilmişdir ki, Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, 1-1(097)-N5/N0NN saylı hökmü ilə X7 Azərbaycan Respublikasının CM-nin 34N.1-1-ci maddəsi ilə təqsirli bilinib, 0N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70ci maddəsinə əsasən X6 azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməklə 09 (doqquz) ay sınaq müddəti təyin edilmişdir. X7 barəsində olan Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, 1-1(097)-N5/N0NN saylı hökmü xx.xx.N0N3-cü il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komişşiyasının məhkəməyə ünvanladığı xx.xx.N0N3-cü il tarixli 678 nömrəli məktubunda göstərilmişdir ki, X3 barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında heç bir sənəd və məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin məhkəməyə ünvanadığı xx.xx.N0N3-cü il tarixli N613 nömrəli məktubunda göstərilmişdir ki, hərbi hissənin sabiq hərbi qulluqçusu mərhum X15, N7 sentyabr N0N0-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməmişdir. Bundan əlavə mərhum X15, xx.xx.N0N1- ci il tarixdə heç bir əməliyyat tapşırığını icra etməmiş və həlak olma səbəbi isə əl qumbarası ilə davranış qaydalarını pozması və şəxsi ehtiyatsızlığı nəticəsində baş vermişdir. Qeyd olunan faktla bağlı hərbi hissədə inzibati araşdırma təyin olunmuş və prosessual qərar qəbul edilməsindən ötrü Nci təhqiqat bölməsinə göndərilmişdir, sonradan isə araşdırma materialı davam etdirilməsi üçün Ağdam Hərbi Prokurorluğuna göndərilmiş və orada cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin məhkəməyə ünvanadığı xx.xx.N0N1-ci il tarixli 6755 nömrəli bildirişinə (arayışına) əsasən, xx.xx.N00N-ci il təvəllüdlü X15 xx.xx.N0N1-ci il tarixdə bədbəxt hadisə nəticəsində (əl qumbarasının partlaması) həlak olmuşdur. İşdə olan Azərbaycan Respublikası Füzuli Hərbi Məhkəməsinin 1(97)-N5/N0NN nömrəli xx.xx.N0NN-ci il tarixli hökmü ilə, X1N Azərbaycan Respublikası CM-nin 34N.1-1ci maddəsi ilə təqsirli bilinərək, N(iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-N5/N0NN nömrəli xx.xx.N0N3-cü il tarixli məktubunda göstərilmişdir ki, Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, 1-1(097)-N5/N0NN saylı hökmü ilə X7 Azərbaycan Respublikasının CM-nin 34N.1-1-ci maddəsi ilə təqsirli bilinib, 0N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70ci maddəsinə əsasən X6 azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməklə 09 (doqquz) ay sınaq müddəti təyin edilmişdir. X7 barəsində olan Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, 1-1(097)-N5/N0NN saylı hökmü xx.xx.N0N3-cü il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.N0N3-cü il tarixli 3-3-6/N-30-3N34/N3 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X9 N avqust N0N1-ci il tarixdə Şuşa şəhəri ərazisində “RQN” markalı əl qumbarasının partlaması nəticəsində həlak olması faktı əsasında 31 avqust N0N1-ci il tarixdə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-in 34N.1-1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün N-ci taqımının sabiq komandiri, leytenant X7 hər hansı uçot sənədinə əsaslanmadan döyüş mövqeyində olan 1 ədəd “RQN” tipli əl qumbarasının və onun alışdırıcısının artıqlıq təşkil etdiyi qənaətinə gəlmiş, bu barədə bölük komandirinə məlumat verərək dəqiqləşdirmə aparılması və artıqlıq təşkil etdiyi halda həmin maddi əmlakla bağlı bölük komandiri tərəfindən verilməli olan qərarı gözləməli olduğu halda bölük komandirinə məlumat verməmiş və başçısı olduğu şərti olaraq N0 nömrəli adlandırılan döyüş mövqeyinə təminat gətirən avtomobillə həmin əl qumbarası və onun alışdırıcısını bölüyün dayaq məntəqəsinə göndərmək qərarına gəlib “Azərbaycan Respublikası Silahlı Qüvvələrində atıcı silahların uçotu, saxlanması və verilməsinin təşkili üzrə Təlimat”ın 1N.4cü və 1N.5-ci bəndlərinin “Döyüş mövqelərində silah, HOC və RAS əmlakının qorunub saxlanması üçün məsuliyyəti taqım komandiri (taqım komandirinin müavini, post başçısı) daşıyır”, “Döyüş mövqelərində silah, döyüş sursatı, HOC və RAS əmlakı silah saxlama yerində (dolabda, piramidada) saxlanmalıdır”, “Silah saxlama piramidaları daim taqım komandirinin (taqım komandirinin müavininin, post başçısının) müşahidəsi və döyüş növbətçiliyinə ayrılmış naryad nəfərlərinin mühafizəsi altında olmalıdır” kimi tələblərini pozaraq N avqust N0N1-ci il tarixdə saat 1N radələrində öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyyatlılıq göstərərək qabaqcadan görməli olduğu halda cinayətkarcasına etinasızlıq göstərərək görməmiş və döyüşmövqeyinin silah saxlama otağında olan bir ədəd “RQN” tipli əl qumbarası və ona məxsus alışdırıcını götürüb mövqenin əsgər yataqxanasına bitişik kölgələnəcəkdəki masanın üzərinə qoyaraq müşahidəsindən kənarda saxlamış, onun rəis kimi öz xidməti vəzifələrinə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, həmin gün mövqeyə təminat gətirən hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcı-qumbaraatan köməkçisi, əsgər X15 onun masanın üzərinə qoyduğu bir ədəd “RQN” tipli əl qumbarası ilə alışdırıcını götürərək həmin qumbaranın partladıcı hissəsini çıxartdığı vaxt baş vermiş partlayış nəticəsində “sol alın sümüyünün açıq qəlpəli sınığı ilə müşayiət olunan, baş beyin toxumasının zədələnməsi ilə nəticələnən başın 1 (bir) ədəd boşluğa nüfuz edən kor qəlpə yaralanması, ön kəllə çuxuru təşkil edən sümüklərin, sol almacıq sümüyünün, alt çənə sümüyünün sol yarısının açıq qəlpəli sınıqları və yumşaq toxumaların zədələnmələri ilə müşayiət olunan başın çoxsaylı səthi qəlpə yaralanmaları, sol İİİ qabırğanın qəlpəli sınığı, hər iki ağciyərin zədələnməsi ilə müşayiət olunan, ikitərəfli hemopnevmotoraksla nəticələnmiş döş qəfəsinin N (iki) ədəd boşluğa nüfuz edən kor qəlpə yaralanması, gövdənin, yuxarı və aşağı ətrafların yumşaq toxumalarının zədələnmələri ilə müşayiət olunan çoxsaylı səthi kor qəlpə yaralanmaları, hər iki yuxarı ətrafın mil-bilək oynağı səviyyəsində tam travmatik amputasiyaları, sağ aşağı ətrafın iri magistral damarların zədələnib, cırılmaları və sağ bud sümüyünün aşağı 1/3-i səviyyəsində açıq qəlpəli sınığı ilə müşayiət olunan budun aşağı 1/3-i səviyyəsində dəri və yumşaq toxuma loskutundan asılı natamam travmatik amputasiyası, sağ baldırın iç və arxa səthlərinin, sol birinci ayaq barmağının distal falanqasının üst səthinin, sol ayağın ikinci barmağının distal və medial falanqalarının arxa səthinin sıyrılmış yaralan” diaqnozu ilə müşayiət edilən, canlı şəxslərdə dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri alaraq ölmüşdür. N9 noyabr N0N1-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Füzuli Hərbi Məhkəməsinə göndərilmiş, Füzuli Hərbi Məhkəməsinin NN dekabr N0NN- ci il tarixli 1(97)-N5/N0NN №-li hökmü ilə leytenant X7 Azərbaycan Respublikası CM-in 34N.1-1-ci maddəsi ilə təqsirli bilinməklə N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsinə əsasən onun cəzası şərti tətbiq edilməklə 9 (doqquz) ay sınaq müddəti təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.N0N3-cü il tarixli 3-3-1N/N-30-8N77/N3 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X9 N avqust N0N1 -ci il tarixdə Şuşa şəhəri ərazisində “RQN” markalı əl qumbarasının partlaması nəticəsində həlak olması faktı üzrə 31 avqust N0N1-ci il tarixdə Ağdam hərbi prokuroru tərəfindən Azərbaycan Respublikası CM-in 34N.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və həmin işin istintaqı zamanı müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün N-ci taqımının sabiq komandiri, leytenant X7 hər hansı uçot sənədinə əsaslanmadan döyüş mövqeyində olan 1 ədəd “RQN” tipli əl qumbarasının və onun alışdırıcısının artıqlıq təşkil etdiyi qənaətinə gəlmiş, bu barədə bölük komandirinə məlumat verərək dəqiqləşdirmə aparılması və artıqlıq təşkil etdiyi halda həmin maddi əmlakla bağlı bölük komandiri tərəfindən verilməli olan qərarı gözləməli olduğu halda bölük komandirinə məlumat verməmiş və başçısı olduğu şərti olaraq N0 nömrəli adlandırılan döyüş mövqeyinə təminat gətirən avtomobillə həmin əl qumbarası və onun alışdırıcısını bölüyün dayaq məntəqəsinə göndərmək qərarına gəlib “Azərbaycan Respublikası Silahlı Qüvvələrində atıcı silahların uçotu, saxlanması və verilməsinin təşkili üzrə Təlimafın 1N.4-cü və 1N.5-ci bəndlərinin “Döyüş mövqeylərində silah, HOC və RAS əmlakının qorunub saxlanması üçün məsuliyyəti taqım komandiri (taqım komandirinin müavini, post başçısı) daşıyır”, “Döyüş mövqeylərində silah, döyüş sursatı, HOC və RAS əmlakı silah saxlama yerində (dolabda, piramidada) saxlanmalıdır”, “Silah saxlama piramidaları daim taqım komandirinin (taqım komandirinin müavininin, post başçısının) müşahidəsi və döyüş növbətçiliyinə ayrılmış naryad nəfərlərinin mühafizəsi altında olmalıdır” kimi tələblərini pozaraq N avqust N0N1-ci il tarixdə saat 1N radələrində öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət göstməyərək, cinayətkarcasına etinasızlıq göstərərək və döyüş mövqeyinin silah saxlama otağında olan bir ədəd “RQN” tipli əl qumbarası və ona məxsus alışdırıcını götürüb mövqenin əsgər yataqxanasına bitişik kölgələnəcəkdəki masanın üzərinə qoyaraq müşahidəsindən kənarda saxlamış, onun rəis kimi öz xidməti vəzifələrinə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, həmin gün mövqeyə təminat gətirən hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 3-cü taqımının 1- ci manqasının atıcı-qumbaraatan köməkçisi, əsgər X15 onun masanın üzərinə qoyduğu bir ədəd “RQN” tipli əl qumbarası ilə alışdırıcını götürərək həmin qumbaranın partladıcı hissəsini çıxartdığı vaxt baş vermiş partlayış nəticəsində “sol alın sümüyünün açıq qəlpəli sınığı ilə müşayiət olunan, baş beyin toxumasının zədələnməsi ilə nəticələnən başın 1 (bir) ədəd boşluğa nüfuz edən kor qəlpə yaralanması, ön kəllə çuxuru təşkil edən sümüklərin, sol almacıq sümüyünün, alt çənə sümüyünün sol yarısının açıq qəlpəli sınıqları və yumşaq toxumaların zədələnmələri ilə müşayiət olunan başın çoxsaylı səthi qəlpə yaralanmaları, sol İİİ qabırğanın qəlpəli sınığı, hər iki ağciyərin zədələnməsi ilə müşayiət olunan, ikitərəfli hemopnevmotoraksla nəticələnmiş döş qəfəsinin N (iki) ədəd boşluğa nüfuz edən kor qəlpə yaralanması, gövdənin, yuxarı və aşağı ətrafların yumşaq toxumalarının zədələnmələri ilə müşayiət olunan çoxsaylı səthi kor qəlpə yaralanmaları, hər iki yuxarı ətrafın mil-bilək oynağı səviyyəsində tam travmatik amputasiyaları, sağ aşağı ətrafın iri magistral damarların zədələnib, cırılmaları və sağ bud sümüyünün aşağı 1/3-i səviyyəsində açıq qəlpəli sınığı ilə müşayiət olunan budun aşağı 1/3-i səviyyəsində dəri və yumşaq toxuma loskutundan asılı natamam travmatik amputasiyası, sağ baldırın iç və arxa səthlərinin, sol birinci ayaq barmağının distal falanqasının üst səthinin, sol ayağın ikinci barmağının distal və medial falanqalarının arxa səthinin sıyrılmış yaraları” ilə müşayiət edilən, canlı şəxslərdə dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri alaraq ölmüşdür. Həmin cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün N9 noyabr N0N1 -ci il tarixdə aidiyyəti üzrə Füzuli Hərbi Məhkəməsinə göndərilmişdir. Cinayət işi üzrə Füzuli Hərbi Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli 1 (97)-N5/N0NN nömrəli hökmü ilə X7 Azərbaycan Respublikası CM-in 34N.1-1-ci maddəsi ilə təqsirli bilinməklə 0N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsinə əsasən onun cəzası şərti tətbiq edilməklə 09 (doqquz) ay sınaq müddəti təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.N0N3-cü il tarixli 3-3-6/N-30-9938/N3 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.N00N-ci il təvəllüdlü Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mərhum əsgəri X9 xx.xx.N0N1-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən vəfat etməsi ilə əlaqədar araşdırmanın aparılıb- aparılmaması barədə məlumatın Şirvan inzibati Məhkəməsinə təqdim edilməsinə dair 6 sentyabr N0N3-cü il tarixli sorğusu N6 sentyabr N0N3-cü il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna daxil olmuş və baxılmışdır. 31 avqust N0N1-ci il tarixdə Ağdam Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri X9 “RQN" tipli əl qumbarasının alışdırıcısını işə salması səbəbindən baş vermiş partlayış nəticəsində həlak olması faktına görə Azərbaycan Respublikası CM-nin 34N.1-1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün N-ci tağımının komandiri, leytenant X7 N avqust N0N1-ci il tarixdə, saat 1N radələrində Şuşa şəhərində yerləşən şərti olaraq N0 nömrəli adlandırılan döyüş mövqeyində xidmət aparan zaman cinayətkarcasına etinasızlıq göstərərək 1 ədəd “RQN” tipli əl qumbarasını və onun alışdırıcısını bölüyün dayaq məntəqəsinə göndərmək üçün əsgər yataqxanasına bitişik kölgələnəcəkdəki masanın üzərinə qoyaraq müşahidəsindən kənarda saxlamış və bu zaman həmin hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcı-qumbaraatan köməkçisi, əsgər X15 göstərilən “RQN" tipli əl qumbarası ilə alışdırıcını götürərək həmin qumbaranın partladıcı hissəsini çıxartdığı vaxt baş vermiş partlayış nəticəsində sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölmüşdür. N6 noyabr N0N1-ci il tarixdə leytenant X7 Azərbaycan Respublikası CM-nin 34N.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. N9 noyabr N0N1-ci il tarixdə leytenant X5 Azərbaycan Respublikası CM-nin 34N.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq başa çatdırılmış və ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Füzuli Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan məlum olur ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X15 N avqust N0N1-ci il tarixdə Şuşa şəhəri ərazisində “RQN” markalı əl qumbarasının partlaması nəticəsində həlak olmuş, bundan sonra mərhum X9 atası İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək mərhum övladı X11 “Şəhid” adının və ailəsinə “şəhid” ailəsi statusunun verilməsini xahiş etmiş, lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müraciətin icrasından imtina etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, mərhum əsgər X15 Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü ilə əlaqədar və ya döyüş tapşırığının (döyüş təminatı ilə bağlı tapşırıqların) yerinə yetirilməsi üzrə yox bədbaxt hadisə nəticəsində vəfat etmişdir. Bu səbəbdən mərhum əsgər X11 “şəhid” adının verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün deyildir. Məhkəmə kollegiyası müəyyən edilmiş işin faktiki hallarını aşaığıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.N.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.N.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissəninarayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.N-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.N). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr N008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.N.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.N.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan şəhidlik statusu barədə arayışın verilməsindən imtina edərkən yuxarıda şərh olunan hüquq normalarının tələblərini pozmamış və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, şəhidlik statusu “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına” uyğun olaraq verilir. Belə ki, həm “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən Şəhid dedikdə “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs” başa düşülür. Başqa sözlə, qeyd olunan hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Yuxarıda qeyd edilən Konstitusiya MəhkəməsiPlenumunun qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Baqşa sözlə, şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarında olan əsgər X9 N avqust N0N1-ci il tarixdə Şuşa şəhəri ərazisində “RQN” markalı əl qumbarasının partlaması nəticəsində həlak olması faktı əsasında aparılmış cinayət işi üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı məktubların məzmunundan və həmin iş üzrə qəbul edilmiş Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, 1-1(097)-N5/N0NN saylı hökmünün əsaslandırıcı və nəticə hissəsindən görünür ki, mərhum əsgər X15 xidmət müddətində icazə verilməyən əşyalara və partlayıcı maddələrə toxunmamaq barədə təhlükəsizlik tədbiri ilə tanış edilmiş və bununla bağlı “təhlükəsizlik kitabında” müvafiq qeydlər aparılmış, hadisə zamanı mərhum əsgər X15 masanın üzərində olan RQN tipli əl qumbarasını icazəsiz olaraq götürməməli, habelə alışdırıcını qumbaraya bağlamamalı idi. Mərhum əsgər X15 göstərilən hərəkətləri ilə əvvəlcədən ona tanış edilmiş təhlükəsizlik qaydalarını pozmuşdur. Həmin hadisə ilə əlaqədar X7 (tağım komandiri) Azərbaycan Respublikasının CM-nin 34N.1-1-ci maddəsi ilə təqsirli bilinib, 0N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən X6 azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməklə 09 (doqquz) ay sınaq müddəti təyin edilmişdir. X7 barəsində olan Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, 1-1(097)- N5/N0NN saylı hökmü xx.xx.N0N3-cü il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. İşin qeyd edilən halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının iddia ərizəsinin əsas dəlili ondan ibarətdir ki, oğlu xidməti borcunu yerinə yetirərkənhəlak olmuşdur və hüquqi əsas kimi N saylı hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli N50 nömrəli əmrinə istinad edir. Məhkəmə kollegiyası iddiaçının dəlilinə münasibətdə hesab edir ki, mərhum X15 xidməti vəzifəsinin icrası zamanı vəfat etsə də, bu hal onun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Nəzərə alınmalıdır ki, mərhum hərbi xidmətdə olmaqla hərbi qulluqçu hesab edildiyindən onun ölüm səbəbi kimi “hərbi xidmətvəzifələrinin icrası” göstərilmişdir. Lakin, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır. İşin faktiki hallarına diqqət yetirdikdə isə X9 ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması halı arasında səbəbli əlaqə mövcud olmamışdır. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin N1 fevral N0N4-cü il tarixli, N-1(1N0)-346/N0N4 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.