Məhkəmə qərarları › İş №2-1(106)-396/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-396/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-396/2025 26.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(120)-617/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış məbləğ fərqinin birdəfəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla 55 yaşının tamam olduğu 11 yanvar 2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 24 yanvar 2025-ci il tarixli, 2- 1(120)-617/2025 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla 55 yaşının tamam olduğu 11 yanvar 2009cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, ödənilmələyən əmək pensiyası məbləğinin cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il əvvələ ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Salyan Oil LTD-nin Elektrik avadanlıqlarının təmiri və elektrik təchizatı sexində xx.xx.1980xx.xx.1981-cu illərdə elektrik mantyoru işlədiyi müddətdə Neft qaz və qaz kondensatının hasilatı obyektlərində elektrik sxemlərinə əsaslanaraq 1000v gərginliyə qədər avadanlıq və qurğuların qəzasız işini təmin etməklə bilavasitə məşğul olmuş, o cümlədən xx.xx.1981xx.xx.1981-ci illərdə mühəndis-elektrik işlədiyi müddətdə avadanlıqların, alətlərin hazırlanmasında, xx.xx.1981-xx.xx.1987-ci illərdə Elektrik avadanlıqlarının təmiri və elektrik təchizatı sexinin rəisi işlədiyi müddətdə texnoloji rejimə nəzarət, xx.xx.1987xx.xx.2017-ci illərdə Baş energetik işlədiyi müddətdə enerji xidmətlərinə nəzarət etmişdir. Adı çəkilən vəzifələrin (peşələrin) xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 320 saylı qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 2130200a-19861 və 2130200b kodlarına uyğundur. İddiaçının hüququnun yarandığı xx.xx.1997-ci il tarixə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Ona görə də iddiaçıya 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla 55 yaşının tamam olduğu 11 yanvar 2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, lakin ödənilməyən əmək pensiyası məbləği cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il əvvələ ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Qərardan həm iddiaçı, həm də cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququnun olmasına baxmayaraq, cavabdeh müxtəlif səbəblər göstərməklə bundan imtina edir. Cavabdehin imtina və etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (Xİİ), qazma bəndində (1) fəhlələr yarımbəndində (a), bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları (2130100a- 19861), rəhbərlər və mütəxəssislər yarımbəndində (b) bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) (2130100b-22247) vəzifələri, neft-qaz və qaz kondensatının hasilatı bəndinin (2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar (2130200b-23187), böyük ustalar (2130200b-23485), neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər (2130200b-23485), böyük mexaniklər (213020Gb-23485), neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri (2130200b-24125), quyularda geofiziki tədqiqatlar yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları (2130200b- 17541) vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “Salyan Oil” LTD-nin 5 iyul 2022-ci il tarixli HR-22-058 arayışda xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı sözügedən müəssisənin elektrik avadanlıqlarının təmiri və elektrik təchizatı sexində elektrik montyoru, xx.xx.1981-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə X2 Stansiyasında xidmət üzrə mühəndis-elektrik, xx.xx.1981-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində sex rəisi, xx.xx.1987-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində isə baş energetik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda elektrik montyoru vəzifəsində işlədiyi müddətdə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. Həmçinin iddiaçının işlədiyi mühəndis-elektrik vəzifəsi sözügedən arayışda istinad edilən bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər vəzifəsinə aid deyil. Eyni zamanda İddiaçı işlədiyi baş energetik və sex rəisi vəzifələri yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan azdır. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh iddiaya qarşı etiraz dəlilləri ilə eyni məzmunlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsini xahiş etmiş, dəlilləri ondan ibarət olmuşdur ki, son 3 il üzrə pensiya məbləğinin ödənilməsi barədə məhkəmənin mövqeyi maddi hüquq normalarına ziddir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında təmsil etdiqi qurumun apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Nümayəndə həmçinin bildirdi ki, iddiaçının əyani təhsil illəri onun sığorta stajı kimi nəzərə alınmışdır. İddiaçı və vəkili əvvəlki məhkəmə iclasında ayrı-ayrılıqda cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını, eyni zamanda iddiaçının şikayətinin təmin olunmasını xahiş etmişlər. İddiaçının vəkili həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya pensiya hüququnun yarandığı 11 yanvar 2009-cu il tarixdən (55 yaş) həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, əvvəlki (son) 24 ayın (xx.xx.2007xx.xx.2009) orta aylıq əmək haqqı əsas götürülməklə pensiyanın təyin edilərək yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Ərizə icraata qəbul edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, hər iki şikayət əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus əmək kitabçasının və onun tərcüməsinin surətindən görünür ki, xx.xx.1973-cü il tarixdən əmək fəaliyyətinə başlamış və fasilələrlə xx.xx.2017-ci il tarixədək əmək fəaliyyətini davam etdirmişdir. -hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. -EB 268328 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1970-1980-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis elektrik ixtisası üzrə təhsil almışdır. “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-29-5013-6489/2025 nömrəli arxiv arayışında bildirilir ki, İddiaçı xx.xx.1970-ci il tarixli 012/777 nömrəli əmrə əsasən Energetika fakültəsinin “Elektrik stansiyaları” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olunmuş və xx.xx.1972-ci ildə əyani şöbənin İİ kursundan qiyabi şöbəsinə bərpa edilmişdir. (əyani təhsil müddəti cəmi 1 il 6 ay 2 gün). -Socar “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsinin xx.xx.2020-ci il tarixli, SƏ 17-03/72 nömrəli arayışında və xx.xx.2022-ci il tarixli, 5Ə 17- 03/23 nömrəli arayışında bildirilir ki, “Bibiheybətneft” NQÇİ-nin arxivində saxlanılan sənədlərə əsasən İddiaçı xx.xx.1976-cü ildə (Əmr N-51/p, xx.xx.1976-cı il) 26 Bakı komissarları adına NQÇİ-nin (indiki "Bibiheybətneft” NQÇİ) İstehsalata xidmət bazasının Elektrik təchizatı və elektrik avadanlıqlarının kirayə təmiri sexinə 3-cü dərəcə üzrə elektrik quraşdırıcısı çilingər peşəsinə işə qəbul edilib. xx.xx.1977-ci ildə (Əmr N-539, xx.xx.1977ci il) həmin sexdə 4-cü dərəcə üzrə elektrik quraşdırıcısı çilingər peşəsinə keçirilib. xx.xx.1977-ci ildə (Əmr N-271/p, xx.xx.1977-ci il) həmin sexdə 4-cü dərəcəli elektrik avadanlıqlarına xidmət üzrə elektrik montryoru peşəsinə keçirilib. xx.xx.1980-ci ildə (Əmr N-150/p, xx.xx.1980-ci il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. Güzəştli şərtlərlə təqaüdə çıxmaq üçün iş stajı: 2 il 9 ay 4 gün müddəti ilə (Güzəştli şərtlərə daxil olan peşə: elektrik avadanlıqlarına xidmət üzrə elektrik montryoru) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 nömrəli qərarının 10.2 hissəsinin “a” bəndində uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququna malikdir. - Salyan Oil LTD-nin 04 aprel 2024-cü il Ref: HR-24-20 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı Salyan Oil LTD-nin Elektrik avadanlıqlarının təmiri və elektrik təchizatı sexində xx.xx.1980-xx.xx.1981-cu illərdə elektrik mantyoru işlədiyi müddətdə Neft qaz və qaz kondensatının hasilatı obyektlərində elektrik sxemlərinə əsaslanaraq 1000v gərginliyə qədər avadanlıq və qurğuların qəzasız işini təmin etməklə bilavasitə məşğul olmuş, o cümlədən xx.xx.1981-xx.xx.1981-ci illərdə mühəndis-elektrik işlədiyi müddətdə avadanlıqların, alətlərin hazırlanmasında, xx.xx.1981-xx.xx.1987-ci illərdə Elektrik avadanlıqlarının təmiri və elektrik təchizatı sexinin rəisi işlədiyi müddətdə texnoloji rejimə nəzarət, xx.xx.1987-xx.xx.2017-ci illərdə Baş energetik işlədiyi müddətdə enerji xidmətlərinə nəzarət etmək olmuşdur. Yuxarıda adı çəkilən vəzifələrin (peşələrin) xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 320 saylı qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 2130200a-19861 və 2130200b kodlarına uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının güzəştli pensiya hüququ verən peşələrdə işləməsi və ümimi stajının 25 ildən artıq, o cümlədən 12 il 6 ay güzəştli iş stajının olması, həmçinin pensiya ödənişinin iddiaçının cavabdeh orqana müraciət etdiyi vaxtdan 3 il geriyə ödənilməli olması ilə bağlı qənaəti ilə razılaşır. Bununla yanaşı kollegiya qeyd edir ki, Əmək pensiyaları haqqında” Qanunun 2008ci il tarixdə qüvvəd olmuş 9.8-ci maddəsinə əsasən Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -27. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliküzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir.Maddə 28. Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasınınyenidən hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüquqununyarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.Maddə 32.1 Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciətiəsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. -37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğimüddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmişdir. Beləliklə, 2006-2010-cu il tarixlərdə bir hesablama qaydası, xx.xx.2010-cu il tarixdən etibarən isə başqa hesablama qaydası tətbiq edilməyə başlanılmışdır. İddiaçının pensiya hüququ yaranan zaman (2009-cu ildə) “Əmək pensiyalarıhaqqında” Qanunun (01 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir.39. Hazırkı mübahisənin halları baxımından aydınlaşdırılmalı məsələ 01 yanvar 2010-cu il tarixədək qüvvədə olan qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası hüququ olan lakin həmin tarixdən sonra əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə pensiya hesablanmasının hansı qaydada aparılması ilə bağlıdır. İşin halları baxımından iddiaçının dəyişikliklərin edildiyi 01 yanvar 2010-cu il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etdiyi mübahisə doğurmur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ xx.xx.2008-ci il tarixində yarandığından ona təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinin və 27-ci maddəsinin həmin tarixdə qüvvədə olan tələblərinə uyğun hesablanmalıdır. Çünki iddiaçı dəyişikliyin edildiyi 01 yanvar 2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etmişdir. Bu hüquq, həmçinin pensiyanın hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Bundan başqa, sonrakı hesablama qaydası iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1997-ci ilin avqust ayının 1dək 25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. Eyni zamanda yuxarıda qeyd olunan normaların tələbləri baxımından iddiaçı pensiyanın həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, son 24 ayın (xx.xx.2007-xx.xx.2009) orta aylıq əmək haqqı əsas götürülməklə hesablanmasını tələb etməkdə haqlıdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin pensiya ödənişinin müraciət etdiyi tarixdən əvvəlki 3 il nəzərə alınmaqla ödənilməsi ilə hissəsindən apellyasiya şikayəti vermiş olsa da, işin apellyasiya icraatı zamanı dəqiqləşdirilmiş iddiasında belə bir tələb irəli sürməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, bununla yanaşı Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2- 1(120)-617/2025 nömrəli qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(120)-617/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı 11 yanvar 2009-cu il tarixdən (55 yaş) əvvəlki (son) 24 ayın (xx.xx.2007-xx.xx.2009) orta aylıq əmək haqqı əsas götürülməklə pensiyanın təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il əvvəlki dövr üçün pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar