Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-400/2024 06.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçı "xxxx" kiçik müəssisəsinin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-1299/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" Kiçik Müəssisəsinin Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Kiçik Müəssisəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 30 iyul 2015-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 08 may 2024-cü il tarixli, 2-1(120)- 1299/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş ötürülmüş müddətin bərpası barədə ərizə təmin olunmamış, iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi ərizəsində 2015-ci ildə Cavabdeh tətəfindən ona torpaqla bağlı sənədlərin yenilənəcəyini, bu məqsədlə bələdiyyə əməkdaşı Məlikağa Məmmədov tərəfindən ərizə hazırlandığını və o qeyd edilən ərizəni imzaladığını, o, gözdən ikinci qrup əlil olduğu və şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün ərizəni oxumadan imza etdiyini, bir müddət sonra ona Cavabdeh tətəfindən məktub ünvanlandığını və ona məxsus 0,5 ha torpaq sahəsinin Cavabdeh balasına keçirildiyi bildirildiyi, bundan sonra o, uzun müddət Cavabdehnə, Şirvan Şəhər İcra Hakimiyyətinə və müxtəlif dövlət orqanlarına müraciətlər edərək, Cavabdeh saxtakarlıqla, onun xəstəliyindən sui-istifadə edərək, mülkiyyətində olan 0,5 ha torpaq sahəsini öz balansına keçirdiyini bildirsə də, heç bir nəticə olmadığından hazırda iddia tələbi ilə məhkəməyə müraciət etdiyini qeyd etsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, İnzibati-Prosessual Məcəllədə iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar konkret olaraq göstərilmişdir. Qərardadlardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus "xxxx" kiçik müəssisəsinə Əli Bayramlı XDS-nin qərarına əsasən Şirvan şəhəri elektrik şəbəkəsinin şərq hissəsində olan 0,5 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini mülkiyyətinə daxil etmək məqsədilə müvafıq sənədləşmə işlərinin aparılmasından ötrü ərizə ilə Şirvan şəhər Bələdiyyəsinə müraciət etmişdir. Şirvan şəhər Bələdiyyəsindən ona bildirilmişdir ki, bələdiyyənin 28 iyul 2015-ci il tarixli iclası keçirilmiş və həmin iclasın 05 saylı protokoluna əsasən ayrılmış 0,5 ha torpaq sahəsindən guya onun imtina etməyi müzakirə olunmuş və həmin torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna daxil edilməsi qərara alınmışdır. O, bundan xəbər tutduqdan sonra "xxxx" kiçik müəssisəsinə ayrılmış 0,5 ha torpaq sahəsinin Cavabdeh xx.xx.2015-ci il tarixli, 05 saylı Qərarının ləğv edilməsi barədə xx.xx.2017-ci il tarixli ərizə ilə poçt vasitəsilə Şirvan şəhər bələdiyyəsinə müraciət etmişdir. Həmin müraciətinə yazılı cavab verilmədiyi üçün xx.xx.2017-ci il tarixli təkrar ərizə ilə Şirvan şəhər Bələdiyyəsinə müraciət etmişdir. Lakin həmin ərizəsinə də hal-hazıra qədər Bələdiyyə tərəfındən heç bir rəsmi münasibət bildirilməmişdir. Bundan başqa guya o, "xxxx" kiçik müəssisəsinə ayrılmış 0,5 ha torpaq sahəsindən imtina etmiş, bununla bağlı 28 iyul 2015ci il tarixli, 05 saylı qərar qəbul edilmiş və onun ərizəsi olduğu üçün 0,5 ha torpaq sahəsi onun əlindən alınmışdır. Halbuki o, "xxxx" kiçik müəssisəsinə ayrılmış 0,5 ha torpaq sahəsindən imtina etməmiş və belə bir ərizə nə yazmış, nə də imza etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin məzmununa oxşar dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətində həmçinin bildirmişdir ki, mübahisələndirilən qərar bələdiyyə tərəfindən ona təqdim edilməmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı barədə məlumat verilsə də nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı hazırki tələblə əvvəllər də iddia qaldırmış və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkünsüz sayılmışdır. Ona görə də mübahisələndirilən qərarın ona təqdim edilməməsi ilə bağlı iddiaçının dəlili əsaslı sayıla bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddia müddətinin buraxılmasının üzürlü hesab edilməsi barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" Kiçik Müəssisəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-1299/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-400/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-400/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver