Məhkəmə qərarları › İş №2-1(106)-400/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-400/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-400/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-N(N20)-597/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 28 yanvar 2025-ci il tarixli, 2-N(N20)- 597/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdikdən sonra qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.N6-cı il tarixli, 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Axivinin xx.xx.20N8-ci il tarixli, 9/20-538 saylı arayışına əsasən N () nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli, 0N nömrəli əmrinə əsasən könüllü döyüşçü kimi hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmişdir. Arxiv arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissənin dekabr N2 - fevral N3-cü il tarixli pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh.3 məlumatda adı Sərvan) hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 0N nömrəli əmrindən çıxarışda döyüş bölgəsində iştirak edən döyüşçü sıravi X2 adı qeyd edilmişdir. Atəşkəs elan olunana qədər hərbi hissədən getməyinə səbəb də aldığı güllə yarası ilə əlaqədar səhhətində yaranan sağalmaz problemlərlə bağlı olmuşdur. Belə ki, N3-cü ilin yanvar ayında Füzuli şəhərinin müdafiəsi uğrunda aparılan döyüşlərdə bədəninin baş nahiyyəsindən çox saylı qəlpə yaraları alaraq N-2 ay hərbi hissənin səhra hospitalında müalicə almışdır. Lakin aparılan müalicələrlə yaraları sağalmadığından müalicəni davam etdirmək üçün evə buraxılmışdır və buna görə də uzun müddətə hərbi hissəyə qayıda bilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiayasının 04 sentyabr 2020-ci il tarixli 327 saylı Qərarında göstərilənlərdən də göründüyü kimi, aldığı travmanın Azərbaycan Respublikasının Müdafiəsi zamanı aldığı təsdiq olunur. Qərarda diaqnozu aşağıdakı kimi göstərilmişdir: "Odlu silah mərmi partlayışından sonrakı başın alın nahiyəsinin sağ yarısında bir ədəd, başın alın nahiyyəsinin sağ yarısında bir ədəd, başın alın nahiyəsinin sağ qaşüstü nahiyədə bir ədəd, burun kökü nahiyəsində bir ədəd, sol çənəaltı nahiyədə bir ədəd, sol dirsək nahiyəsində iki ədəd köhnə çapıq toxumaları”, hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdır: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxıl olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisinin xx.xx.2024-cü il tarixli 538 nömrəli arxiv arayışından görünür ki. İddiaçı xx.xx.N2-ci il tarixdən sonrakı xidməti barədə məlumat olmamış və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə istinad edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və idddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi onun ərizə ilə müraciət etdiyi iki inzibati orqanı işə üçüncü şəxs kimi cəlb etməmiş, cavabdehin iştirakı olmadan, tam və obyektiv araşdırma aparmadan qərar qəbul etmişdir. Prosessual məsələlər İddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 327 nömrəli qərarında qeyd edilmişdir: İmişli RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun xx.xx.2020-ci il tarixli, N6/N4-55/N-20 nömrəli məktubunda barəsində təqsirləndirici material və ya cinayət işi olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N3-cü ilin yanvar ayında aldığı və xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və XN canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Odlu silah mərmi partlayışından sonrakı başın alın nahiyyəsinin sağ yarısında bir ədəd, başın alın nahiyəsinin sağ qaşüstü nahiyədə bir ədəd, burun kökü nahiyəsində bir ədəd, sol çənəaltı nahiyədə bir ədəd, sol dirsək nahiyəsində iki ədəd köhnə çapıq toxumaları”. (Azərbaycan Respublikası SHXÇDX-nin İmişli rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 694 nömrəli göndərişi, xx.xx.2020-ci il tarixli 276 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli k/NN5 nömrəli canlı şəxsin məhkəmə - tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. -Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, N032 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin N mart N2-ci il tarixli 0N №-li əmrində könüllü, sıravi Sərvan Əliyevin (əsas: səh 2, sıra 27, əmrdə soyadı Əliyev, adı Sərvan yazılmışdır və atasının adı yazılmamışdır) şəxsi heyətin siyahısında starşina vəzifəsində adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N may N2-ci il tarixli, 55 №-li əmrində Sərvan Əliyevin (əsas: əmrdə soyadı Əliyev, adı Sərvan yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) şəxsi heyətin siyahısında starşina vəzifəsində adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 45/N №-li əmrində Sərvan Əliyevin (əsas: § 3, əmrdə soyadı Əliyev, adı Sərvan yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) bölük starşinası vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 82 №-li əmrində atıcı Sərvan Əliyevin (əsas: sıra 77, səh 38, əmrdə soyadı Əliyev, adı Sərvan yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) batalyonun şəxsi heyətinin siyahısına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N avqust N2-ci il tarixli N45 №-li əmrində Sərvan Əliyevin (əsas: § 2, səh 7, əmrdə soyadı Əliyev, adı Sərvan yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) komendant vzvodunun komandiri vəzifəsinə təyin olunması barədə məlumat vardır. İmişli RHK-nın çağırışçısı, N970-ci il təvəllüdlü X5 N №-li hərbi hissə komandirinin N noyabr N2-ci il tarixli 20N №-li əmrilə (əsas: sıra 7, səh 47, əmrdə soyadı Aliyev və adı Sərvan yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) batalyona və N-ci rotaya üzv qəbul edilərək bütün növ təminatlarla təmin edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan dekabr N2-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin dekabr N2-ci il, may-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il, yanvar N5-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N №-li hərbi hissə komandirinin yanvar-aprel N3-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı N988-ci il fevralın N-dən NNci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc-hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son-hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün. Qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şərtlərdən biri şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasıdır (tərxis olunması). Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılması ilə şərtləndirmişdir. Həmçinin iddiaçı birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı məhkəmə iclasında bildirmişdir ki, N3-cü ilin yanvar ayında Füzuli şəhərinin müdafiəsi uğrunda aparılan döyüşlərdə yaralandığından müalicə almaq üçün hospitala göndərilmiş, daha sonra isə hərbi hissəyə qayıtmamış, xidməti davam etdirməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yoxdur, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-N(N20)-597/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən N (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar