Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-401/2025 26.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2019-cu il tarixli, Ə102-153-19 nömrəli əmrin ləğv edilməsi, xidmətə bərpa edilməsi və işləmədiyi bütün müddətə görə pul müavinətinin ödənilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(120)- 6/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, Ə102-153-19 nömrəli əmrin ləğv edilməsi, xidmətə bərpa edilməsi və işləmədiyi bütün müddətə görə pul müavinətinin ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bildirirəm ki, 2014-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik Rayon Poliş Şöbəsində xidmətə qəbul olunmuş, həmin tarixdən Lerik şəhər Polis Şöbəsində polis nəfəri vəzifəsində işləmişəm. Cavabdeh 14 noyabr 2019-cu il tarixli, Ə102-153-19 saylı “daxili işlər orqanlarında xidmətdən xaric olunması” barədə əmri ilə xidmətdən xaric edilmişəm. Göründüyü kimi əmrin verilməsinə əsas səbəb X2 şikayəti üzrə Lerik Rayon Məhkəməsində və Lerik rayon prokurorluğunda aparılan araşdırmalar və şikayətləri əsasız olduğundan rədd olunmuşdur. Mübahisələndirilən əmrin təcviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Lerik şəhər sakini X4 “sol əlin said səthinin kəsilmiş yarası” diaqnozu ilə Mərkəzi xəstəxanaya daxil olması, eləcə də X4 eyni tarixdə Lerik RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək, Lerik RPŞ-nin PPXT-nın polis nəfəri, polis serjantı İddiaçı tərəfindən onun özünə aid videogörüntüləri Votçap vasitəsilə Lerikdə yaymasıdır. İddiaçı həmin videogöriintülərlə onu şantaj etmiş, dükanına gələrək hədələyib, arvadı olmasını tələb edib, əks halda onu öldürüəcəyini, videogörüntüləri bir daha yayacağını demişdir. Lerik RPŞ-nin PPXT-nın polis nəfəri, polis serjantı İddiaçı S.Məmmədovanın şəxsi görüntülərin yaydığı üçün Lerik Rayon Məhkəməsi 1 (048)-38/2019 saylı xüsusi ittiham qaydasında şikayət icraata qəbul etməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərara əsasən Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə İddiaçı xususi ittiham qaydasında cinayət məluliyyətinə cəlb edilməsi, X3 şikayəti ilə bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılması və Lerik RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı İddiaçı cəmiyyətdə qəbul olunmuş ailə- məişət normalarına riayət etməməsi, qadın-kişi münasibətlərində riyaklığa və pozğunluğa yol verərək yaxın qohumu ilə yaxın münasibətdə olduğu üçün polis əməkdaşı adına xələl gətirməsi” qeyd edilmişdir. Hesab edirəm ki, Cavabdeh 14 noyabr 2019-cu il tarixli, Ə102-153-19 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli və xidmətə bərpa edilməliyəm. Belə ki, birincisi, həmin əmrdə göstərilən səbəblər öz təsdiqin tapmamış və barəmdə başlanılmış xüsusi ittiham qaydasında cinayət işi üzrə məhkəmə prosesləri yekunlaşaraq Şirvan Apelyasiya Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 1(106)- 152/2020 saylı hökmü ilə mənə CM-nin 148-ci maddəsi ilə bəraət verilmişdir. İkincisi, əmrdə mənim cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməməsi, qadın-kişi münasibətlərində riyaklığa və pozğunluğa yol verərək yaxın qohumu (dayısı arvadı) ilə yaxın münasibətdə olduğu üçün polis əməkdaşı adına xələl gətirməyimə istinad olunsa da həmin hallar da məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Üçüncüsü, X2 şikayəti bir daha Lerik rayon prokurluğunda araşdırma aparılmış, lakin Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi 14 noyabr 2019-cu il tarixli, Ə102-153-19 saylı daxili işlər orqanlarından xidmətdən xaric olunmağım barədə əmrdə istinad edilən hallar mövcud olmamış və Azərbaycan Respublikası DİN-in xx.xx.202009-cu il tarixli, 330 nömrəli əmri ilə təsdiq olunmuş DİO-nun İntizam nizamnaməsinin 3, 3.1, 3.2, 3.3, 3.5, 3.9-cu və 8-ci bəndəlirini, Azrbaycan Respubliksı DİN-in “Etik davranış kodeksi” haqqında 08.0402005-ci il tarixli, 130 nömrəli əmrinin 1,2, 3, 6.1, 6.2, 9. 12-ci və 22-ci maddələri və Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamənin 135-ci maddəsinin 9-cu bəndi qeyd olunan tələblər mənim tərəfimdən pozulmamışdır. Hesab edirəm ki, işə baxılarkən Şirvan Apelyasiya Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 1(106)- 152/2020 saylı hökmündə müəyyən edilən halların hazırkı işə preyudisiyası nəzərə alınaraq həmin hallar araşdırılmadan birbaşa tətbiq edilməlidir. İntibati Prosesual Məcəllənin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki. “İnzibati İcraat haqqında” Qanunun 61.2-ci maddəsinin əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmçinin əmrdə sıravi və kiçik rəis heyətinin yəğıncağmda qəbahətlərini təkzib etməklə qeyri-səmimi mövqe tutduğunu əsas gətirilmişdir. Mənim qeyri-səmimi 1 iyi və ya qəbahətini qəbul edib-etməməsi nece müəyyən edilməsi, hansı meyarlara əsaslanmasını göstərilməmişdir. Halbuki, “İnzibati İcraat haqqında” Qanunun 61.3-cü maddəsinə əsasən inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin 148-ci bəndinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, tutduğu vəzifələrdən azad edilib aşağı vəzifələrə keçirilən, daxili işlər orqanlarında xidmətdən xaric edilən əməkdaşlar müvafiq olaraq vəzifəyə və daxili işlər orqanlarında xidmətə bərpa edilməlidirlər. Həmin Əsasnamənin 151-ci bəndinə əsasən daxili işlər orqanlarında xidmətə və ya vəzifəyə bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud onun razılığı ilə bərabər vəzifəyə təyin edilir. Həmin Əsasnamənin 154-cü bəndinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, aşağı vəzifələrə keçirilən, daxili işlər orqanlarından xaric olunan əməkdaşlara bu orqana bərpa edildikdən sonra işləmədikləri müddətə görə pul müavinəti verilir. Odur ki, yuxarıda göstərilənləri rəhbər tutaraq, Lerik RPŞ-nin 14 noyabr 2019-cu ii tarixli, Ə102-153-19 saylı əmrini ləğv edilməsi, iddiaçı X5 xidmətə bərpa edilməsi, 14 noyabr 2019-cu il tarixdən başlayaraq İddiaçı xidmətə bərpa edildiyi tarixədək işləmədiyi bütün müddətə görə pul müavinəti hesablanılaraq cavabdeh iddiaçı X7 ödənilməsi barədə qərar qəbul edilsin. Şirvan İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(120)-6/2025 saylı qərardadı (Şahəli Musayev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(120)-6/2025 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mən Cavabdehnə qarşı iddia qaldıraraq “xx.xx.2019-cu il tarixli, Ə102-153-19 nömrəli əmrin ləğv edilməsi, xidmətə bərpa edilməsi və işləmədiyi bütün müddətə görə pul müavinətinin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişəm. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-06/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qərardadı ilə iddiaçı X6 Cavabdehnə qarşı “xx.xx.2019-cu il tarixli, Ə102-153- 19 nömrəli əmrin ləğv edilməsi, xidmətə bərpa edilməsi və işləmədiyi bütün müddətə görə pul müavinətinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə icraat, X6 Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 1(106)-152/2020 nömrəli hökmündən verilmiş kassasiya şikayəti üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəyə minənədək dayandırlması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2020-ci il tarixli, 1(106)- 152/2020 nömrəli qərarından verilmiş kassasiya şikayətinə baxılaraq təmin edilmiş və qərar ləğv edilərək cinayət işi Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 1(106)-611/2021 saylı hökmü elan olunmuş və qanuni qüvvəsini almışdır. Bundan sonra Şirvan İnzibati Məhkəməsi hazırki, iş üzrə icraatı təzələyərək özünün 2-1(120)-06/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qərardadı ilə mənim iddia tələbimi mümkün hesab etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Şirvan İnzibati Məhkəməsi tərəfindən 2-1(120)-20/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli məktubla mənə, yəni iddiaçı X8 guya hüquqi yardım edilmişdir. Aşağıdakılara görə həmin qərardadı əsassız və qanunsuz hesab edirəm. Maddi hüquq normaları və maddi normaları pozulmuşdur. Şirvan İnzibati Məhkəməsinin hakimi Şahəli Musayev işi tam araşdırmadan qərardad qəbul etmişdir. Belə ki, məhkəmə iddia tələbinin mümkün hesab edilməməsinin əsası kimi mənim qeyd olunan əmr ilə xx.xx.2019-cu il tarixdə tanış olmağımı və iddia ərizəmi isə 10 aydan da artıq müddət sonra, yəni xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməyimi qeyd etmişdir. Mən məhkəmənin gəldiyi bu nəticə ilə razı deyiləm. Belə ki, Cavabdeh barəmdə verdiyi “xx.xx.2019-cu il tarixli, Ə102-153-19 nömrəli əmri çoxsaylı müraciətlərimdən sonra xx.xx.2020 tarixli 153-7278-1220 saylı məktubla mənə gönədirilmiş və mən həmin əmri 2020-ci ilin avqust ayının axırlarında rəsmi olaraq almışam. Bundan sonra da mən dərhal 30 günü gözləmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişəm. Beləliklə də, mən məhkəməyə müraciət etmək müddətini ötürmədiyim halda məhkəmə mənim guya vaxtında müraciət etməməyimi əsas götürərək mənim iddia tələbimi qeyri-mümkün saymışdır. Onu da qeyd edirəm ki, əgər mən məhkəməyə müraciət etmək müddətini ötürmüşdümsə, məhkəmə niyə görə bu vaxta kimi bu barədə qərardad qəbul etmirdi və ancaq mənim iddia ərizəm məhkəməyə daxil olduqdan 4 il 4 ay 14 gün sonra bu barədə qərardad qəbul edir və mənim guya məhkəməyə müraciət etmək müddətimin ötürməyimi əsas götürərək iddia tələbimi qeyri-mümkün hesab edir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəfər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Onu da qeyd edirəm ki, qərardad 30 yanvar 2025-ci il tarixdə qəbul edilsə də, qərardadın surəti rəsmi qaydada mənə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Ona görə də həmin qərardaddan apellyasiya şikayətini indi verirəm. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 30 yanvar 2025ci il tarixli, 2-1(120)-6/2025 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, Ə102-153-19 nömrəli əmrin ləğv edilməsi, xidmətə bərpa edilməsi və işləmədiyi bütün müddətə görə pul müavinətinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdən işdən azad edilməsindən məlumatı olmuş və bununla da onun bərpasını tələb etdiyi hüququnun pozulmasını aşkar etməsinə baxmayaraq, o, hüququnun müdafiəsi haqqında iddia tələbi ilə məhkəməyə 10 aydan da artıq müddət sonra, yəni xx.xx.2020-ci il tarixdə müraciət etmiş və bununla da bu AR Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən olunmuş 1 aylıq müddəti, AR İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddəti ötürmüşdür.” Bundan başqa müəyyən edilmişdir ki, iddiaçının əmri elan edildikdən sonra o, cavabdeh inzibati orqana müraciət etmiş və müraciətinin səbəbi hazırda mübahisələndirilən əmrin ləğv edilməsi ilə bağlı olmuşdur. Bu halın mövcudluğu onu deməyə əsas verir ki, iddiaçı hazıki mübahisələndirdiyi əmrin məzmunundan məlumatlı olmuş və onu vaxtında məhkəmə qaydasında mübahisələndirməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının elan olunduğu vaxtdan mübahisələndirdiyi əmrdən məlumatı olmuş və prosessual müddətin axımı həmin əmrini şəxsən aldığı xx.xx.2019-cu il tarixdən başlamışdır. Şirvan İnzibati Məhkəməsində xx.xx.2019cu il tarixli, Ə102-153-19 nömrəli əmrin ləğv edilməsi, xidmətə bərpa edilməsi və işləmədiyi bütün müddətə görə pul müavinətinin ödənilməsi, barədə iddia tələbi ilə iddia qaldırılması üçün iddia ərizəsini xx.xx.2020-ci il tarixdə poçta təhvil vermiş, xx.xx.2020-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 10 (on) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli, Ə102-153-19 nömrəli əmrindən görünür ki, PPXT-nin polis serjantı İddiaçı xx.xx.2019-cu il tarixində “Şiddətli töhmət” və xx.xx.2019-cu il tarixində “Xidməti vəzifəyə tam uyğun olmaması barədə” intizam cəzası və sıravi və kiçik rəis heyətinin yığıncağında qəbahətlərini təkzib etməklə qeyri-səmimi mövqe tutduğuna görə Lerik RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında göndərilmiş Daxili İşlər Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 153- 4/10215-1220 nömrəli məktuba əlavə edilmiş Cavabdeh xx.xx.2019-cu il tarixli, Ə102-153-19 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə işdən xaric olunması barədə əmr ilə tanış olmuş və bunu imzası ilə təsdiq etmişdir (iş vərəqi 77). İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə göndərilən iddiaya münasibətdə qeyd olunur ki, İddiaçı bir ildən artıq artıq DİO-dan xidmətdə yol verdiyi qəbahətlərə görə DİO-da xidmətdən xaric olunmuş. Xaric olunmağı barədə əmr qanunsuz idisə nə üçün əmək məcəlləsinin 296.2-ci maddəsinə əsasən bir ay ərzində yox, indi şikayət edir. İddiaçı daxili işlər orqanlarından xidmətdən xaric olunması barədə xx.xx.2019-cu il tarixli Ə102-153-19 nömrəli əmr qanunamüvafiq qaydada xx.xx.2019-cu il tarixində səhər təlimatında ona və şəxsi heyətə elan olunmuş və əmrin arxa hissəsində DİO-dan xaric olunması barədə əmrlə tanış olmasını öz xətti ilə yazaraq imza etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(048)-01/2020 nömrəli hökmünün 4-cü (dördüncü) vərəqində də İddiaçı DİO-dan xaric olması tam və aydın göstərilmiş, həmin hökm İddiaçı verilmişdir. O da həmin hökmdən apellyasiya şikayəti vermişdir. İş materiallarında olan Lerik rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(048)- 01/2020 nömrəli hökmünün əsaslandırcı hissəsindən görünür ki, “ittiham tərəfinin təqdim etdiyi Cavabdeh rəisi polis polkovniki Ayaz Cəfərov tərəfindən imzalanmış Ə102-153-19 saylı 14 noyabr 2019-cu il tarixli Əmrdən görünür ki, Azərbaycan Relspublikası DİN-nin 16.06.209-cu il tarixli 330 nömrəli əmri ilə təsdiq olunmuş, DİO-nun İntizam Nizamnaməsinin 3,3.1,3.2,3.3,3.5,3.9, və 8-ci bəndlərini, Azərbaycan Respublikası DİN-in Etik davranış kodeksi haqqında xx.xx.2005-ci il tarixli 130 nömrəli əmrin 1,2,3,6.1,6.2,9,12 və 22-ci maddələrinin tələblərini nəzərə alaraq Azərbaycan Respublikası DİN-nin DİO-da xidmətkeçmə haqqında xx.xx.2001-ci il tarixli 304 nömrəli əsasnamənin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərini nəzərə alaraq PPXT-nin polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2019-cu il tarixində “Şiddətli töhmət” və xx.xx.2019-cu il tarixində “Xidməti vəzifəyə tam uyğun olmaması barədə” intizam cəzası və sıravi və kiçik rəis heyətinin yığıncağında qəbahətlərini təkzib etməməklə qeyrisəmimi mövqe tutduğuna görə Lerik RPŞ-nin PPXT-nın polis nəfəri, polis serjantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir”. İş materiallarında olan AR DİN Növbətçi hissələri İdarəetmə Xidmətinin xx.xx.2019-cu il tarixli , 003-14493-1219 nömrəli məktubunda qeyd olunur ki, xx.xx.2019-cu il tarixdə saat 09.53-də Lerik şəhəri H.Aslanov küçəsi ev 8-də yaşayan X10 050 ***-**-** nömrəli telefonla “102” Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək, 2013-cü ildən Lerik RPŞ PPXV-nin polis nəfəri kimi xidmət aparması və əsassız olaraq RPŞ-nin rəisi Ayaz Cəfərovun əmri ilə xx.xx.2019-cu il tarixdə DİO-da xidmətdən xaric olunmasına baxmayaraq, əmrin surətinin ona verilməməsindən və Maliyyə Hissəsinin rəisi Əfləddin Əliyev tərəfindən sonuncu haqq-hesab müavinətinin hesabına köçürülməməsindən narazı olduğunu bildirmişdir. Vərəq 66 İş materiallarında olan AR DİN Cavabdeh xx.xx.2019-cu il tarixli, 153/5-14487-1219 nömrəli məktubunda qeyd olunur ki, sizin xx.xx.2019-cu il tarixli 003-14493-1219 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Cavabdeh sabiq polis əməkdaşı İddiaçı xx.xx.2019-cu il tarixdə daxili işlər orqanlarından xaric olunmuşdur. İddiaçı 14 günlük əmək haqqı kart hesabına köçürülmüşdür. Sonuncu əmək haqqının verilməsi isə DİN-in Maliyyə Plan İdarəsinin səlahiyyətlərinə aid olduğu üçün MPİ tərəfindən baxılacaqdır. İş materiallarında olan AR DİN Cavabdeh xx.xx.2019-cu il tarixli, 153/5-14486-1219 nömrəli məktubunda qeyd olunur ki, hörmətli İddiaçı, sizin xx.xx.2019-cu il tarixdə DİN-in “102” XZM-nə telefon müraciətinizlə bağlı bildiririk ki, 14 günlük əmək haqqınız kart hesabınıza köçürülmüşdür. Sonuncu əmək haqqının verilməsi isə DİN-in Maliyyə Plan İdarəsinin səlahiyyətindədir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixli, Ə102-153-19 nömrəli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş və həmin əmr ilə xx.xx.2019cu il tarixdə əmrin surətinə imza etməklə tanış olmuşdur. Eyni zamanda iş materiallarında olan sənədlərdən məlum olmuşdur ki, daxili işlər orqanlarında xidmətdən xaric edilməsi ilə əlaqədar iddiaçı ilə son haqq-hesab olunmuş və 2019-cu ilin noyabr ayında həmin vəsait iddiaçının kart hesabına köçürülmüşdür. Lakin, İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixli, Ə102-153-19 nömrəli əmri ilə tanış olduqdan (ona elan olunduqdan) 09 aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edildikdən sonra o, cavabdeh inzibati orqana, o cümlədən DİN-in “102” XZM-nə müraciətlər etmiş və müraciətinin səbəbi hazırda mübahisələndirilən əmrin ləğv edilməsi və son haqqhesabı ilə bağlı olmuşdur. Bu halın mövcudluğu onu deməyə əsas verir ki, iddiaçı hazıki mübahisələndirdiyi əmrin məzmunundan 2019-cu ilin noyabr ayından məlumatlı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün iddiaçı tərəfindən həmin iddia növünə xas olan xüsusi mümkünlük şərtlərinə yəni, qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərinə əməl edilməsi vacib şərtdir. Bu arada qeyd edilməlidir ki, tərəflərə aid olan müddətləri qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktdan yəni, Cavabdeh xx.xx.2019-cu il tarixli, Ə102-153-19 nömrəli əmrindən, həmin əmrin ona elan olunduğu xx.xx.2019-cu il tarixdə əmrin surətinə imza etməklə məlumatlı olduğundan və prosessual müddətin axımı həmin əmrdən məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (ona məlum olduğu gündən 30 gün müddətində) ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2020-ci il tarixdə poçta təhvil vermiş, xx.xx.2020-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh xx.xx.2019-cu il tarixli, Ə102-153-19 nömrəli əmrindən məlumatlı olduğu vaxtdan 09 (doqquz) aydan artıq müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hüquqmüdafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrin istər rəsmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (xidmətdən faktiki olaraq xaric olması, iddiaçının xidməti yerinə gəlməməsi və bu dövrlər ərzində əmək haqqı almaması) iddiaçı bilavasitə məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı sözügedən əmrdən məlumatlı olduğu vaxtdan 10 (on) aydan artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə də verilməmişdir. Hansı ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci madəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, müddətin bərpasına dair ərizə verilmədiyinə görə məhkəmə tərəfindən ümumiyyətlə ötürülmüş müddətin bərpa edilməsi məsələsinə də baxıla bilməz. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı razılaşmadığı Cavabdeh xx.xx.2019-cu il tarixli, Ə102-153-19 nömrəli əmrindən məhkəməyə şikayət (və ya iddia) verə bilərdi ki, həmin tələb üzrə 2011-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(120)-6/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-401/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-401/2025
26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver