Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-405/2025 17.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi) Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2- 1(120)-1562/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin Şirvan binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək Ağcabədi Təmir Tikinti Sahəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1562/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə “ona 65 yaşının tamam olduğu tarixdən yəni, xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırımışdır ki, o, xx xxxx 1959-cu il tarixdə Ağcabədi rayonu Rəncbərlər kəndində doğulmuşdur. 01 iyun 1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə işləmişdir. 03 iyun 2024-cü il tarixdə çalışmanın son yaş həddinə çatma əsası ilə işdən azad olunmuşdur. Qeyd olunanlar lazımi forma və qaydada tərtib olunmuş əmək kitabçası ilə öz təsdiqini tapir. Qanunla müəyyən olunmuş yaş həddinə çatdığına görə sığortaolunana yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan 02 iyul 2024-cü il tarixdə 3-17-1/2-H-151149/2024 nömrəli məktubu ilə onun müraciətinə cavab olaraq bildirmişdir ki, “təqdim etdiyi əmək kitabçasına və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 11 il 4 ay 3 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ümumilikdə 12238,03 manat təşkil edir, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir.“İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək olan dövrün doldurma qaydası pozulduğu üçün (işdən çıxma qeydləri kiril qrafikalı möhürlə təsdiqləndiyindən) sığorta staj imza daxil edilməsi mümkün hesab edilmir.Cavabdeh inzibati orqan ona yaşa görə pensiya təyin etməkdən əsassız olaraq imtina etmişdir. Çünki, əmək kitabçasında qeyd edilmiş Ağcabədi Təmir Tikinti Sahəsində xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək işlədiyi dövrün işə qəbul və işdən çıxma qeydlərinin kiril qrafikalı möhürlə təsdiqlənməsi onun təqsiri üzündən olmamışdır və işin qeyd olunan halı onun pensiya hüququndan məhrum olunmağı üçün əsas ola bilməz. Əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək olan işlədiyi dövr iş stajı kimi hesablanacağı təqdirdə 25 ildən artıq sığorta stajı yaranacaqdır ki, bu da qanunvriciliyin tələbləri baxımından ona yaşa görə əmək pensiyası almaq hüququ verəcəkdir. Çünki qeyd olunan illərdə işlədiyi əmək kitabçası ilə təsdiqini tapır və bu faktlar işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı həmin illərin onun sosial sığorta stajına hesablanmasından cavabdeh inzibati orqan tərəfindən imtina edilməsidir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı əmək kitabçasının surətinə əsasən sığorta stajı 25 ildən az (xx.xx.1976-cı il tarixdən xx.xx.1981ci il tarixədək əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla) 11 il 4 ay 3 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 8 il 8 ay 3 gün sığorta stajına uyğun olaraq 8741,34, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3496,69 manat olmaqla, ümumilikdə 12238,03 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək idiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydləri kiril qrafikalı mğhürlə təsdiqləndiyi üçün) iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyildir. Cavabdeh yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı ona 65 yaşının tamam olduğu tarixdən yəni, xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair 2-1(112)-1562/2025 nömrəli iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2-1(120)-1562/2025 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək Ağcabədi Təmir Tikinti Sahəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2-1 (120)-1562/2025 nömrəii qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək Ağcabədi Təmir Tikinti Sahəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi təmin edilmiş, ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçı cavabdeh Mərkəzi Filiala müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı əmək kitabçasının surətinə əsasən sığorta stajı 25 ildən az (xx.xx.1967-ci il tarixdən xx.xx.1981-ci il tarixədək əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 11 il 4 ay 3 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə 65 yaşına çatmış kişilərin və 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il 01 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. İddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajı olmadığından və pensiya kapitalı tələb olunan məbləğdən aşağı olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 8 il 8 ay 3 gün sığorta stajına uyğun olaraq 8741.34 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3496.69 manat olmaqla, ümumilikdə 12238.03 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280) manat az olmayan pensiya təminatına imkan vermir. Cavadeh, həmçinin bildirir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydləri kiril qrafikalı möhürlə təsdiqləndiyi üçün) iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun olaraq göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “İddiaçı 65 yaşının tamam olduğu tarixdən yəni, xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Göründüyü kimi, adıçəkilən Qaydalara əsasən əmək kitabçasında işçinin işdən çıxması zamanı işdən çıxma əmrinin kiril və ya latın qrafikalı möhürlə təsdiq olunması ilə bağlı cavabdeh inzibati orqanın qeyd etdiyi imtinanın əsası kimi mütləq göstərici mövcud deyildir. Bundan əlavə, cavabdehin istinad etdiyi eyni fakt bağlı qeyd olunmalıdır ki, işçinin əmək fəaliyyəti haqqında sənəddə yəni, əmək kitabçasında onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili, təsdiq olunma qaydası barədə qeydlər işçinin (hazırda iddiaçının) deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq müəssisə tərəfindən əmək kitabçasının doldurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun olaraq tərtib edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın iş üzrə əsas gətirdiyi hal formal tələblərə əsaslanır və bu isə özlüyündə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyi müəyyən olunmamışdır. Qeyd olunanlar baxımından, konkret mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə materiallara əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı bir dəlilə istinad olunduğu müəyyən edilməmişdir. Beləliklə, iddiaçının əmək kitabçası ilə müəyyən olunmuş iş stajı yuxarıda istinad olunan normalara əsasən və həmin normalarda təsbit edilmiş qazanılmış pensiya hüququ konsepsiyasına uyğun olaraq sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə kollegiyası, yuxarıda şərh olunan qanunvericiliyin normalarını rəhbər tutaraq qeyd edir ki, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir) iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1959-cu il tarixdə doğulması və xx.xx.2024-cü il tarixdə yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş şərtini ödəmişdir. Cavabdehin ilkin imtinasından və yazılı etirazın surətindən görünür ki, iddiaçının xx.xx.1985-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü üzrə əmək kitabçasının doldurulma qaydaları (işdən çıxma qeydləri kiril qarafikalı möhürlə təsdiqləndiyindən) pozulmuş və bu səbəbdən xx.xx.1985-ci il tarixindən xx.xx.2002-ci il tarixədək olan dövrləri sığorta stajına daxil etmək mümkün olmamışdır. İşin faktiki hallarından və iş materiallarında olan sübutlardan görünür ki, cavabdeh tərəfindən hazırda mübahisələndirilməyən iş stajı 11 il 04 ay 3 gün (təhsil dövrü, hərbi xidmət dövrü və əmək fəaliyəti dövrü) mübahisəsiz sığorta stajı kimi nəzərə alınmışdır. Buna görə də məhkəmə kollegiyası həmin dövrlərlə bağlı deyil, birinci instansiya məhkəməsi tərəfindən təmin edilən və cavabdeh tərəfindən qəbul edilməyən (mübahisələndirilən) digər (xx.xx.1985-ci il tarixindən xx.xx.2002-ci il tarixədək) dövrlərlə bağlı dəlillərə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını cavabdehin həmin dəlillərinə münasibətdə tətbiq edərək qeyd edir ki, qeyd edilən mübahisəli dövrlər iddiaçıya məxsus əmək kitabçasında göstərildiyindən mötəbər hesab olunmalıdır. İşdə olan ДТ seriyalı 758193 №-li, xx.xx.1981-ci il tarixli diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1976-cı ildə X7 Texnikomuna daxil olmuş, xx.xx.1981-ci il tarixli qərarla ona texnik-inşaatçı ixtisası verilmişdir ( 4 il 7 ay 25 gün). İşdə olan НЗ seriyalı ******* №-li hərbi biletin surəyindən müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur ( Hərbi xidmət dövrü təhsil müddəti ilə üst-üstə düşür). İşdə olan ИТ seriyalı ******* №-li əmək kitabçasının surətindən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1981-ci ildə Ağcabədi şəhəri 46 saylı X2 5-ci dərəcəli quraşdırıcı vəzifəsinə qəbul olunmuş (Əmr 61-2, xx.xx.1981) və xx.xx.1985-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 60-1, xx.xx.1985) - (3 il 11 ay 29 gün ), xx.xx.1985-ci il tarixdə Ağcabədi Təmir-Tikinti sahəsinə 5-ci dərəcə ilə ştatdankənar tikinti ustası qəbul edilmişdir (Əmr № 63, xx.xx.1985) və xx.xx.2002-ci ildə İdarə fəaliyyətin dayandırdığı üçün vəzifəsindən azad edilmişdir (xx.xx.2002)-(16 il 7 ay). İşdə olan Ağcabədi rayon Dövlət Arxivinin 122 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda (Arxiv arayışında) qeyd olunmuşdur ki, Ağcabədi rayon Təmir-Tikinti sahəsinin sənədləri Ağcabədi rayon Dövlət Arxivində mühafizə olunmur. Bu səbəbdən İddiaçı xx.xx.1986-cı il tarixindən xx.xx.2002-ci il tarixədək işləyib-işləməməsi barədə məlumat verilməsi mümkün olmamışdır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21- 3/2- 18559/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli, 316 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Qarabağsutikinti” törəmə müəssisəsinin tabeliyində olmuş Ağcabədi rayonu, Aşağı Avşar kəndində yerləşən Ağcabədi Tikinti Sahəsinin əmlakının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmələri xx.xx.2014-cü il tarixdə tam özəlləşdirilərək mülkiyyətçi dəyişmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirəmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına ( emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. İşdə olan İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-151149/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, təqdim olunmuş əmək kitabçasına və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığı illər və hərbi xidmtdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 11 il 4 ay 3 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 8 il 8 ay 3 gün sığorta stajına uyğun olaraq 8741,34 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək 3496,69 manat olmaqla ümumilikdə 12238 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-ci il tarixindən xx.xx.2002-ci tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün ( işdən çıxma qeydləri kiril qarafikalı möhürlə təsdiqləndiyindən ) sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərədə tutulan (25 ildən) az olduğuna görə ona bu növ pensiyanın təyin ediməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir.Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin istənilən filialına müraciət etməyi tövsiyyə olunur. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədiyi dövrlərdə müəssisənin fəaliyyətinin olması və iddiaçının həmin müəssisədə işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş və müvafiq əmrlə işdən xaric olmuş, sadəcə olaraq müəssisənin arxiv sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və həmin mübahisəli illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası onu da edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və ya qismən təhvil verilməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının işlədiyi, lakin cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh inzibati orqan apellyasiya şikayətində mübahisələndirilən dövr kimi iddiaçının xx.xx.1985-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü ilə bağlı qeyd edir ki, əmək kitabçasının doldurulma qaydalarına (işdən çıxma qeydinin kiril qrafikalı möhürlə təsdiqlənməsi) əməl edilmədiyinə görə sığorta stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bildirdiyi hal iddiaçının təqsiri ilə bağlı yarana biləcək hal olmadığı üçün onun pensiya hüququnun məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Araşdırma ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, iş materiallarına əlavə edilmiş sənədlərlə bu hal təsdiq olunur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən əmək kitabçasında işçinin işdən çıxması zamanı işdən çıxma əmrinin kiril və ya latın qrafikalı möhürlə təsdiq olunması ilə bağlı cavabdeh inzibati orqanın qeyd etdiyi imtinanın əsası kimi mütləq göstərici mövcud deyildir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən mübahisələndirilmiş xx.xx.1985xx.xx.2002-ci illərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirilən həmin dövrdə müəssisədə (Ağcabədi Təmir Tikinti Sahəsində) işlədiyini təsdiq edən əmək kitabçasındakı qeydlərə dair əmək kitabçasının doldurulması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı pozuntu müəyyən olunmadığından həmin dövr iddiaçıya pensiya təyin olunması üçün tələb olunan ümumi iş stajına daxil edilməlidir. Belə ki, məhkəmənin müvafiq sorğusuna əsasən DSMF-nun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 3-17-1/2-269551/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş X4 məxsus 066426 №-li pensiya işindən çıxarışdan müəyyən olunur ki, sonuncu xx.xx.1969-cu il tarixdən xx.xx.1997-ci il tarixədək iddiaçı ilə eyni müəssisədə işləmiş və ona pensiya təyin edilmişdir. Beləliklə işin faktiki hallarının araşdırılması zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçının əmək kitabçasındakı qeydlər əsasında iş stajı Ağcabədi şəhəri 46 saylı X1 3 il 11 ay 29 gün, Ağcabədi Təmir-Tikinti sahəsində 16 il 7 ay təşkil edir ki bu da soncunun ümumilikdə əmək kitabçasındakı qeydllər əsasında 20 il, 6 ay 29 gün əmək stajına malik olduğunu sübut edir. İddiaçının X7 Texnikomunda aldığı təhsil müddəti (4 il 7 ay 25 gün) ilə birlikdə sığorta stajı 25 il 2 ay 24 gün təşkil edir. Cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilən digər hal ilə bağlı məhkəmə kollegiyası bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçının 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya yaşa görə əmək pensiyasını təyin etməklə haqlı mövqe sərgiləmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2-1(120)-1562/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-405/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-405/2025
17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver