Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-407/2025 11.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2-1(120)-588/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin müraciət etdiyi tarixdən 3 il əvvəlki tarixdən hal-hazıradək (aldığı pensiya çıxılmaqla) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 23 yanvar 2025-ci il tarixli, 2- 1(120)-588/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 25 ildən çoxluq təşkil edir. Ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş və işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Mübahisələndirilən hal məhz iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasına əsaslanmışdır. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-1/2-C-675/1-42/2024 nömrəli arayışından görünür ki, İddiaçı işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 21.4-cü bəndin 27-ci abzasına (refrijerator qatarlarının (seksiyaların mexanikləri) uyğundur. İşin faktiki hallarından və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. l/İT-İ ******* nömrəli, xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, müxtəlif dövrlərdə Azərbaycan Dəmir Yolları QSC-də refrijerator qatarlarının (seksiyaların) mexaniki vəzifəsində çalışmışdır. Belə ki, o xx.xx.1981-ci ildən xx.xx.1985-ci il tarixinə qədər (4 il 8 ay 19 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci ilədək (27 il 1 ay 6 gün), xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək (10 ay 20 gün) Şərq vaqon deposunun refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin refrijerator seksiyalarının rəhbər mexaniki kimi, xx.xx.2019-cu ildən bugünədək (3il 6 ay 20 gün) isə böyük mexanik vəzifəsində çalışmışdır. Göründüyü kimi iddiaçının iş stajı Qanunun tələbinə əsasən həmin iş üçün tələb olunan staj müddətindən daha artıqdır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının təqdim etdiyi məlumatlara əsasən onun güzəştli iş stajının 12 il 6 aydan az (4 il 8 ay 19 gün (xx.xx.1981-xx.xx.1985-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1 /2-C-675/1-42/2024 nömrəli arayışında İddiaçı xx.xx.1991-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində Ələt refrijerator vaqon deposunda, xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində Şərq vaqon deposunda və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMCnin Şərq vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin İddiaçı işlədiyi vəzifə sözügedən arayışda istinad ediiən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də həmin dövrlərin onun güzəştli iş stajına daxil etmək mümkün deyil. Qeyd edilənlərə əsasən, İddiaçı güzəştli iş stajı 12 il 8 aydan az (9 il 2 ay 24 gün (xx.xx.1981-xx.xx.1985-ci il, xx.xx.2019-xx.xx.2023cü il, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1977-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək işləyir. -НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1977xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. -“ADY Ekspress MMC”nin şərq vaqon deposu tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışda bildirilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - refrijerator seksiyasının mexaniki kimi xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 44 il təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyət zərərli amillərə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndinə uyğundur. -Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13- 1/2-1637/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı ADY-nin Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən hal-hazıradək çalışdığı refrijerator seksiyalarının rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 21.4-cü bəndin 27-ci və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında isə 28-ci bölmənin 25-ci (kod: 23001000-23598) abzaslarında nəzərdə tutulmuşdur. Qeyd edilmiş vəzifələr üzrə müvafiq dövr ərzində İddiaçı sosial sığorta (əmək) stajı 37 il 8 ay 30 gün təşkil edir. -"xxxx" QSC tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 13-1/2-C-675/1-42/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: № Çalışdığı struktur Vəzifə(peşə nin) Vəzifəyə Vəzifədən işə başladığı İşdən azad vahidi Adı təyin edilmə azad tarix olunduğu (başqa işə edilməyə dair (başqa işə keçirilmə) əmrin tarixi keçirildiyi) barədə əmrin və nömrəsi tarix tarixi 1 Ələt refrijerator refrijerator xx.xx.1981 xx.xx.1985 xx.xx.1981 xx.xx.1985 vaqon deposu seksiyaların 01 796 mexaniki 2 Ələt refrijerator refrijerator xx.xx.1991 xx.xx.2018 xx.xx.1991 xx.xx.2018 vaqon deposu seksiyaların 64 162 rəhbər mexaniki 3 Şərq vaqon refrijerator xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 deposu seksiyaların 128 721 rəhbər mexaniki 4 "xxxx" MMC-nin refrijerator xx.xx.2018 - xx.xx.2018 - Şərq vaqon seksiyaların 18-AEXPdeposu rəhbər mexaniki 652 5 "xxxx" MMC-nin refrijerator xx.xx.2019 xx.xx.2023 xx.xx.2019 xx.xx.2023 Şərq vaqon seksiyaların 19-AEXP- 23-AEXPdeposu böyük mexaniki 610/1 669 6 Hərəkət refrijerator xx.xx.2023 - xx.xx.2023 Hal-hazırda vasitələrinin təmiri seksiyaların 13-1/3-8- işləyir departamentinin böyük mexaniki 27611/2023 Yük vaqonlarının təmiri xidmətinin Şərq vaqon deposu İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 37 il 08 ay 30 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, məhkəmə kollegiyasının icraatında olan 2-1(106)- 248/2025 nömrəli inzibati iş üzrə analoji sorğu verilmiş, Azərbaycan Dəmir Yolları” QSCnin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, “Refrijerator seksiyasının mexaniki” və “Refrijerator seksiyasının rəhbər mexaniki” vəzifələrinin oxşar öhdəliklərinin olması müəyyən edilmişdir. Buna görə də iddiaçının həm “Refrijerator seksiyasının mexaniki”, həm də “Refrijerator seksiyasının rəhbər mexaniki” vəzifələri üzrə işlədiyi illər onun güzəştli iş stajına hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2-1(120)-588/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-407/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-407/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver