Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-41/2025 21.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(120)-979/2024 saylı qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30.03 1958-ci ildə anadan olmuş, 1973-1996-cı illərdə İmişli rayonunun Nizami adına kolxozunda, 2004-2009-cu illərdə İmişli rayonu Bəcrəvan Bələdiyyəsində işləmişdir. Hazırda 3-cü qrup əlildir. Həmin illərdə traktorçu kimi bütün is günlərini işləməklə yüksək əmək haqqı almış, mühasibatlığın təqsirindən sənədlərdə adamgünlər qeyd olunmayıb. Onunla birgə işləmiş şahidlər onun 1973-1996-cı illərdə kolxozda bütün iş günlərini işləməklə yüksək əmək haqqı almağını təsdiq edə bilərlər. İmişli rayon məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə onun 1991,1992,1993 və 1996-cı illərdə İmişli rayonu Nizami adına kolxozunda traktorçu işləməyi faktı müəyyən edilmişdir. DSMF publik hüquqi şəxsin İmişli rayon flialı həmin qətnamədən apelyasiya və kassasiya şikayətləri versə də Şirvan Apelyasiya Məhkəməsi və Ali Məhkəmə qətnaməni dəyişdirmədən qüvvəsində saxlamışdır. DSMF publik hüquqi şəxsin İmişli rayon flialı 21,04.2021-ci il tarixli məktubunda bildirir ki, arxiv arayışında 1973- 1990 və 1994-1995-ci illərdə kolxozda yerinə yetirilmiş adam günləri göstərilməyib. Həmin illərdə həmin kolxozda bütün iş günlərində adamgün normasını yerinə yetirməklə işləməyini onunla birlikdə işləmiş şahidlər təsdiq edə bilərlər. Arayışda da təsdiq olunur ki. O, həmin illərdə kifayət qədər əmək haqqı almışdır. O, həmin kolxozda traktorçu işləmiş və islahat zamanı həmin traktoru əmək haqqı hesablanaraq ona verilmişdir. Qeyd edilənlərə əsasən işlədiyi illər 25 ili əhatə edir və ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Ona görə Azərbaycan Respublikası İPM-nin 45-46-cı maddələrinə əsasən 1973-1996-cı illərdə İmişli rayonunun Nizami adına kolxozunda, 2004-2009- cu illərdə İmişli rayonu Bəcrəvan Bələdiyyəsində işlədiyi müddəti sosial sığorta stajı kim nəzərə alınıb ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(120)-979/2024 saylı qərarı ilə (hakim Ş.Musayev) iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-98528/2023 nömrəli məktuba əsasən “Nizami adına kolxoz"un xx.xx.1973-cü il tarixdən xx.xx.1990-cı il tarixədək, 01.01 1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək minumum adam günü norması göstərilsə də, onun faktiki yerinə yetirdiyi adam günü norması qeyd edilməmiş vo 1991-ci il tarixdən 1993-cü il tarixədək və 1996-cı ilin son hesablaşma kitabları İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Fondun Mil-Muğan regional filialı (hazırda Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı) tərəfindən iddiaçının sosial sığorta stajının yoxlanılması məqsədilə xx.xx.2022-ci il tarixdə qarşılıq yoxlama keçirilmiş və akt tərtib edilmişdir. Aktın məzmununa əsasən kolxoz kitablarında iddiaçının yeinə yetirdiyi adam günü norması qeyd edilməmişdir. Həmçinin qeyd olunan illərdə İddiaçı soyadı Rzayev göstərilmiş və həmin soyadın iddiaçıya məxsus olmasına dair məlumat qeyd edilməmişdir. İddiaçının işlədiyini iddia etdiyi illərə dair kolxoz kitablarında iddiaçının ata adı qeyd edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-979/2024 nömrəli qərarında qeyd edilmişdir ki. iddiaçı Q Qurbanovun 1991, 1992, 1993 və 1996-cı illərdə “Nizami“ adına kolxozda işləməsi ona məxsus İmişli rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 29036)-2535/2019 nömrəli qətnaməsi ilə təsdiq edilir. Mərkəzi Filial tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-200853/2023 nömrəli məktuba qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi İmişli rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 29036)-2535/2019 nömrəli qətnaməsinə əsasən 1991, 1992, 1993 və 1996-cı illərdə “Nizami“ adına kolxozda işləməsi faktı müəyyən edilsə də iddiaçının həmin illər üzrə kolxozda yerinə yetirdiyi adam günü norması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunan əsaslar İddiaçı İmişli rayon 'Nizami adına kolxoz"da işləməsinə dair şübhə doğurur. Həmçinin, İddiaçı 2005-ci il tarixdən 2009-cu il tarixədək Bəcirəvan bələdiyyəsində işlədiyini iddia edir. Cavabdeh orqan tərəfindən İddiaçı sosial sığorta stajın dəqiqləşdirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu ünvanlanmışdır. Sorğuya gələn xx.xx.2023-cü il tarixdə cavab məktubunda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)" altsistemində sığortaedən İmişli rayonu Bəcrəvan Bələdiyyəsi (SUN: **********7) tərəfindən 2006-cı il üzrə təqdim edilmiş illik məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata əsasən İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığı bildirilmişdir. Həmçinin Bəcirəvan bələdiyyəsi sığortaedən kimi 2007- 2008-ci illər üzrə illik hesabatları Fonda təqdim etməmişdir. Qeyd etmək lazımdır ki, sığortaedən tərəfindən 2009-cu il üzrə təqdim edilmiş illik hesabata əsasən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən ödənilmədiyi üçün fərdi şəxsi hesabında əks olunmamış və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (xx.xx.2023-cü il tarixdə) çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(120)-979/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək inzibati işə “1973-1990-cı, 1994-1995-ci illərdə, İmişli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-1652/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1991, 1992, 1993, 1996-cı illərdə İmişli rayonunun Nizami adına kolxozunda işlədiyim dövr və xx.xx.2005-xx.xx.2006cı illərdə İmişli rayonu, Bəcrəvan bələdiyyəsində işlədiyim dövrlər, o cümlədən mülkiyyətimdə olan torpaq sahəsindən istifadəyə görə 2025-ci ildə ödədiyim 50 manat məcburi dövlət sosial sığorta ödənişi nəzərə alınmaqla mənə xx.xx.2025-ci il tarixdən yaşa görə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsinə etirazının olmadığını bildirir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi “işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, İddiaçı əmək qabiliyyətli yaş dövrünə çatdığı zaman 1973-1990, 1994- 1995-ci illərdə, həmçinin 1991, 1992, 1993 və 1996-cı illərdə İmişli rayonu “Nizami” adına kolxozda və 2005-2009-cu illərdə İmişli rayonu Bəcrəvan bələdiyyəsində işləyib, əmək haqqı aldığı dövrlər nəzərə alındıqda ümumililkdə 25 ildən artıq sığorta stajı mövcud olur. Beləliklə, iddia təmin edilməli, İddiaçı işlədiyi illər iş stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşin müəyyən edilmiş faktiki hallarına görə cavabdeh inzibati orqan iddiaçının 1973cü il tarixdən 1996-cı il tarixədək İmişli rayonu ‘‘Nizami adına kolxoz”da işlədiyi dövr və 2005-ci il tarixdən 2009-cu il tarixədək İmişli rayon Bəcirəvan bələdiyyəsində olan fəaliyyət illərini mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri (1973-cü il tarixdən 1996-cı il tarixədək və 2005-ci il tarixdən 2009-cu il tarixədək olan fəaliyyət illəri) və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 19 aprel 2022-ci il tarixli, 52 nömrəli arxiv arayışından və İmişli rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48- 22RA/2-131-2023 saylı məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 1973-1990, 1994-1995-ci illərdə İmişli rayonu “Nizami” adına kolxozda işləmiş, işlədiyi dövrlərdə əmək haqqı almış və bu barədə arayışda illik qazancı barədə məlumatlar əks olunmuşdur. İş materiallarında olan qanuni qüvvəsini almış İmişli Rayon Məhkəməsinin 2(036)- 1652/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İmişli rayon Dövlət Arxivindən verilmiş 19 aprel 2022-ci il tarixli, 52 nömrəli arxiv arayışın İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarında olan qanuni qüvvəsini almış İmişli Rayon Məhkəməsinin 2(036)- 2535/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı 1991, 1992, 1993 və 1996-cı illərdə İmişli rayonu “Nizami” adına kolxozda traktorçu vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Həmin qətamənin əsaslandırıcı hissəsində əks olunmuş və məhkəmənin mötəbər sübut kimi qiymət verdiyi şahidlərin (X13 və X4) ifadəsindən müəyyən edilir ki, iddiaçı 1969-cu il tarixdən 1997-ci il tarixinədək “Nizami” adına kolxozda traktorçu, dispetçer, mühasib və baş mühasib vəzifələrində, xüsusilə də 1976-cı il tarixdən 1996-cı il tarixinədək traktorçu vəzifəsində işləmiş və işlədiyi müddət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur. Həmin kolxozda islahat aparılan zaman İddiaçı əmlak kimi istifadə etdiyi “YUMZ-D75” markalı traktor əmək hesablanaraq ona verilmiş və halhazırda onun istifadəsindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-17-1/2-27 4762/2023 nömrəli məktubdan və ona əlavə olunmuş pensiya işlərindən görünür ki, X8 və X2 İmişli rayonunun Nizami kolxozunda işlədiyi illər üzrə adam günü norması qeyd olunmamasına baxmayaraq onlara pensiya təyin olunarkən onların həmin illər sosial sığorta stajı kimi nəzərə alınmışdır. İş materiallarında olan Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən, o cümlədən İmişli rayonu Bəcirəvan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 01 nömrəli arayışından və əmək haqqı cədvəlindən görünür ki, İddiaçı bələdiyyə üzvü kimi 17 dekabr 2004-cü il tarixdə yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə bələdiyyə üzvü seçilmiş, İmişli rayonu Bəcirəvan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli iclasının qərarı ilə bələdiyyə sədrinin müavini təyin edilmiş, 2009-cu ilin sonuna kimi bələdiyyə sədrinin müavini kimi fəaliyyət göstərərək əmək haqqı almışdır. İş materiallarında olan İmişli rayon Bəcirəvan bələdiyyəsinin sədrinin və Dövlət Sosial Müdafiə Fondunun X5 baş mütəxəssisi X6, böyük mütəxəssis X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, Bəcirəvan bələdiyyəsində qarşılıqlı yoxlama keçirilmiş və Bələdiyyənin 19 yanvar 2005-ci il tarixli iclası ilə [Protokol №1] Qurbanov X7 bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilmişdir. 26 yanvar 20120-cu il tarixdə keçirilmiş iclas ilə [Protokol №1] Bələdiyyəyə yeni tərkib (sədr, sədr müavini) müəyyən olunmuş və İddiaçı sədr müavini seçilmədiyi üçün işinə xitam verilmişdir. Qarşılıqlı yoxlama zamanı bələdiyyənin arxivində saxlanılan İddiaçı adına olan əmək haqqı (ödəniş) cədvəllərinə baxış keçirilmiş və onun Bələdiyyədə sədr müavini olduğu dövrdə, yəni 2005-ci ildən 2009-cu ilin sonunadək hər ay əmək haqqı aldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2-1(106)-371/2024 nömrəli məktuba qoşma kimi əlavə edilmiş Bəcirəvan bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 01 nömrəli arayışının, Bəcirəvan bələdiyyəsi üzvlərinin imzası ilə təsdiq olunmuş aktın, Bələdiyyənin 19 yanvar 2005-ci il tarixli 01 N saylı iclasının protokolundan çıxarışın və İddiaçı məxsus əmək haqqı cədvəlinin məzmunundan aydın olur ki, İddiaçı bələdiyyə üzvü kimi 17 dekabr 2004-cü il tarixdə yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə bələdiyyə üzvü seçilmiş, Bəcirəvan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli iclasının qərarı ilə bələdiyyə sədrinin müavini təyin edilmiş, 2009-cu ilin sonuna kimi bələdiyyə sədrinin müavini kimi fəaliyyət göstərərək əmək haqqı almışdır. 26 yanvar 20120-cu il tarixdə keçirilmiş iclas ilə Bələdiyyəyə yeni tərkib (sədr, sədr müavini) müəyyən olunmuş və İddiaçı sədr müavini seçilmədiyi üçün işinə xitam verilmişdir. İddiaçı Bəcirəvan bələdiyyəsində sədr müavini olduğu dövrdə, yəni 2005-ci ildən 2009-cu ilin sonunadək hər ay əmək haqqı aldığı müəyyən edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il, 3-17-1/2-86378/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı sığortaedən kimi 2025-ci ilin fevral ayı üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqqı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.3-cü maddəsinə uyğun olaraq İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sistemindən ilin İ rübü üzrə ötürülmüş məcburi dövlət sosial sığortası üzrə hesabatına (0734 fəaliyyət növünün kodu üzrə (Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər – kənd yerlərində)) əsasən fərdi şəxsi hesabında öz əksini tapmışdır. Məlumat üçün bildirilir ki, MEİS-də qeydə alınmış İddiaçı 2025-ci il üzrə fərdi şəxsi hesab məlumatlarına əsasən sosial sığorta stajı 1 (bir) ay təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, MEİS-də İddiaçı “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçot məlumatları aşkar edilməmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-160379/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İmişli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-1652/2022 nömrəli və xx.xx.2019-cu il tarixli 2(036)-2535/2019 nömrəli qətnamələri, həmçinin Fondun X5 xx.xx.2025-ci il tarixli yoxlama aktına əsasən 1977, 1981, 1983-cü illər üzrə 1 il 6 ay, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, 1995,1996-cı illər üzrə 1 il 6 ay kolxozdakı əmək fəaliyyəti dövrləri, Fondun X5 xx.xx.2025-ci il tarixli aktına əsasən xx.xx.2005-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək 16 il 8 ay 11 gün, xx.xx.2006-cı il tarixindən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 1 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi sığorta stajı 16 il 9 ay 11 gün təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun X5 xx.xx.2025-ci il tarixli yoxlama aktına əsasən 1974-cü, 1975-ci, 1976-cı, 1982-ci, 1994-cü illərdə əmək haqqında düzəliş və qaralamalar olduğundan həmin dövrlər sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məsələ ilə əlaqədar Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən İmişli rayonu Bəcirəvan bələdiyyəsinə məktub ünvanlanmış, lakin hazırki tarixədək cavablandırılmamışdır. Əlavə olaraq bildirilir ki, sorğuda qeyd olunan bütün dövrlər üzrə (kolxozdakı əmək fəaliyyəti dövrlərinin hər biri bir il nəzərə alınarsa) sığorta stajına nəzərə alınacağı təqdirdə İddiaçı 25 il sığorta stajı xx.xx.2025-ci il tarixində tamam olacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında İmişli rayonunun Nizami kolxozunda və İmişli rayonu Bəcirəvan Bələdiyyəsində işlədiyini, həmçinin işlədiyi dövrlərdə əmək haqqı aldığını, işlədiyi illərdə əmək haqqı almadığı dövrlərin olmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ümumi iş stajı nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan İddiaçı təqdim etdiyi “Nizami” adına kolxozda fəaliyyəti barədə arxiv arayışında 1973-1990-cı illər, həmçinin 1994-1995-ci illər üzrə minimum adam günü norması göstərilsə də, faktiki yerinə yetirilmiş adam günü norması öz əksini tapmadığından, eyni zamanda Bəcirəvan Bələdiyyəsində fəaliyyət göstərdiyi 2005- 2009-cu illər üzrə pensiya sığorta kapitalı olmadığından qeyd olunan dövrlərin sosial sığorta stajına daxil etməyin mümkün olmadığını bildirərək əmək pensiyasının təyin edilməsindən imtina haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, onun kolxozda və bələdiyyədə işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən kolxozda və bələdiyyədə işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı məhkəmə qətnaməsi təşkil edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq və işin faktiki hallarına hüquqi qiymət vermək üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il–27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli Arxiv Fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da işləməsinə dair arayışlarını təqdim etmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq məhkəmə kollegiyasının formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. İş materiallarında olan İmişli rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş arxiv arayışı, qarşılıqlı yoxlama aktı və qanuni qüvvəsini almış İmişli Rayon Məhkəməsinin 2(036)-1652/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında müəyyən olunur ki, iddiaçı 1973-1990, 1994-1995-ci və 1991,1992,1993 və 1996-cı illərdə İmişli rayonu “Nizami” adına kolxozunda işləmiş və əmək haqqı almışdır. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1973-1990, 1994-1995-ci illərə dair təqdim etdiyi arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, arayışda göstərilən dövrlərdə “Nizami” adına kolxozda traktorçu kimi işləmiş və işlədiyi dövrlərdə adam günü normasını tam həcmdə, hətta artıqlaması ilə yerinə yetirmiş və həmin normaya uyğun ona əmək haqqı verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasına səbəb olmuş qeyd edilən hallar (arxiv sənədlərində faktiki yerinə yetirilmiş adam günü normasının yazılmaması) iddiaçının təqsiri səbəbilə olmamış və onun məsuliyyət sferasına daxil deyildir. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçının kolxozda uzun müddət işlədiyi və illik qazancları (əmək haqqı alması) barədə məlumatların olduğu müəyyən edilir. Qeyd edilən dövrlərə aid arxivdə saxlanılan son hesablaşma cədvəllərində yerinə yetirilmiş adam günü normalarının yazılmamaması səbəbindən həmin dövrlərin sığorta stajı kimi qəbul edilməməsi ağlabatan hal deyildir. İddiaçının adına verilmiş arxiv arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, İmişli rayonu “Nizami” adına kolxozda kişilər üçün minimum əmək günü (iş günü) norması 1973-1996-cı illərdə 260 adam günü olmuşdur. Buna qarşılıq, iddiaçı tərəfindən yerinə yetirilmiş minimum əmək iştirakı norması yazılmamış, lakin 1973-1995-ci illərə münasibətdə illik qazancı barədə məlumatlar yazılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “İmişli rayon Dövlət Arxivində, saxlanılan İmişli rayonunda fəaliyyət göstərmiş “Nizami” adına kolxozun, kolxozçuların son hesablaşma kitablarında yalnız iddiaçının deyil, digər kolxozçularında yerinə yetirilmiş adam günü normaları qismən qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud adam günü normasını tam yerinə yetirməməsi (minimum adam günündən aşağı həddə işləməsi), o cümlədən iddiaçının təqdim etdiyi və arxivdə aşkar olunan sənədlərin ziddiyyətli və yaxud qeyri-mötəbər olmasına dair cavabdeh inzibati orqan tərəfindən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi və əmək haqqı alması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili kimi çıxış edən, yəni İddiaçı təqdim etdiyi “Nizami” adına kolxozda fəaliyyəti barədə arxiv arayışında 1973-1990-cı illər, həmçinin 1994-1995-ci illər üzrə minimum adam günü norması göstərilməsinə baxmayaraq faktiki yerinə yetirilmiş adam günü normasının öz əksini tapmaması və yaxud sənədləşmə işlərinin tam həyata keçirilməməsi həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Bundan başqa, iş materiallarında olan qanuni qüvvəsini almış İmişli Rayon Məhkəməsinin 2(036)-2535/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı 1991, 1992, 1993 və 1996-cı illərdə “Nizami” adına kolxozda traktorçu vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində əks olunmuş və məhkəmənin mötəbər sübut kimi qiymət verdiyi şahidlərin (X13 və X4) ifadəsindən müəyyən edilir ki, iddiaçı 1969-cu il tarixdən 1997-ci il tarixinədək “Nizami” adına kolxozda traktorçu, dispetçer, mühasib və baş mühasib vəzifələrində, xüsusilə də 1976-cı il tarixdən 1996-cı il tarixinədək traktorçu vəzifəsində işləmiş və işlədiyi müddət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur. Həmin kolxozda islahat aparılan zaman İddiaçı əmlak kimi istifadə etdiyi “YUMZ-D75” markalı traktor əmək hesablanaraq ona verilmiş və hal-hazırda onun istifadəsindədir. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kolxozda işlədiyi dövrdə adam günü normasına uyğun işləmiş, qazanc əldə etmiş, sadəcə olaraq yerinə yetirilmiş adam günü normalarının qeydiyyatı səlahiyyətli şəxslər tərəfindən vaxtında və düzgün aparılmamışdır. Məhkəmə kollegiyası qanuni qüvvəsini almış İmişli Rayon Məhkəməsinin 2(036)- 2535/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı 1991, 1992, 1993 və 1996cı illərdə “Nizami” adına kolxozda traktorçu vəzifəsində işləməsi faktı ilə bağlı onu qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci və 3.2.2-ci bəndlərinə əsasən 2006cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün əsas hesab olunur. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının əmək fəaliyyətinin xx.xx.2005xx.xx.2006-cı il tarixədək dövrü ilə bağlı onu qeyd edir ki, həmin dövrlərdə əmək fəaliyyətiniun düzgünlüyü cavabdehin nümayəndələri ilə həyata keçirilmiş qarşılıqlı yoxlama aktı ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin yoxlamanın nəticələrinə əsasən İddiaçı 17 dekabr 2004-cü il tarixdə yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə bələdiyyə üzvü seçilməsi, İmişli rayonu Bəcirəvan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli iclasının qərarı ilə bələdiyyə sədrinin müavini təyin edilməsi, 2009-cu ilin sonuna kimi bələdiyyə sədrinin müavini kimi fəaliyyət göstərərək əmək haqqı alması və xx.xx.2010-cu il tarixli 01 nömrəli qərar ilə sədr müavini seçilmədiyi üçün işinə xitam verilməsi öz təsdiqini tapır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı işlədiyi, lakin cavabdeh tərəfindən nəzərə alınmayan 1973-1990-cı il illərdəki, 1994-1995-ci il illərdəki, İmişli Rayon Məhkəməsinin 2(036)-2535/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 1991, 1992, 1993 və 1996-cı illərdəki əmək fəaliyyəti dövrü və xx.xx.2005-xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Bundan başqa cavabdehin imtina məktubunda bildirilmişdir ki, iddiaçının Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2005-ci il tarixindən xx.xx.2009cu il tarixinədək İİ çağırış Bəcirəvan bələdiyyəsində olan dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri üzrə qeyd edir ki, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006-cı ilin 1 yanvar tarixindən etibarən başlanılmışdır. Həmin dövrdə qüvvədə olan Qanuna əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən sığortaçının vəzifəsi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaqdır. Həmin Qanunun 13.1-ci maddəsinə görə sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb basa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifəsidir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında xx.xx.2006-cı il tarixindən sonra aparılır və onun aparılması sığortaolunanın deyil, sığortaedənin vəzifəsidir. Başqa sözlə, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər ərzində sığortaedən tərəfindən qanunvericiliklə zəruri hesab edilən məlumatların təqdim edilməməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iddiaçının məsuliyyət sferasına daxil deyil və bu hal onun üçün mənfi nəticələr doğurmamalıdır. Onu da xüsusilə qeyd etmək lazımdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bu baxımdan cavabdehin imtinasının əsası kimi göstərilmiş xx.xx.2006-cı tarixindən xx.xx.2009-cu il tarixədək pensiya kapitalının qeydə alınmaması, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərinin sosial sığorta stajı kimi nəzərə alınmasında maneə kimi qəbul edilə bilməz. Başqa sözlə, xx.xx.2006-cı tarixindən sonra məlumatların təqdim edilməməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi əsası ilə həmin tarixədək (xx.xx.2005-xx.xx.2006-cı il tarixədək) mövud olmuş əmək fəaliyyəti dövrünə şamil oluna bilməz və həmin dövrlər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Bununla belə məhkəmə kollegiyası qanunvericiliyin müddəalarını təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixindən sonra İmişli rayonu Bəcrəvan bələdiyyəsində əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasında haqlı olmamışdır. Belə ki, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006cı ilin 1 yanvar tarixdən etibarən başlanılmışdır. Fərdi uçot məlumatlarında pensiya kapitalı qeydə alınmadığı halda, əmək kitabçasında göstərilməsindən asılı olmayaq həmin dövrlər sığorta stajına daxil edilə bilməz. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi uçot məlumatlarında iddiaçının yığılmış pensiya kapitalı barədə məlumat yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək olan dövrü sığorta stajı kimi qəbul etməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Başqa sözlə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən, yəni iddiaçının İmişli rayonu Bəcrəvan bələdiyyəsində xx.xx.2006-cı il tarixinə kimi olan əmək fəaliyyəti dövrünün qəbul etməsi ilə razılaşsa da, xx.xx.2006-cı il tarixindən sonrakı əmək fəaliyyəti dövrünün nəzərə alınması ilə razılaşmır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı apellyasiya icraatı zamanı tələbinin həcmini azaltdığına yəni, pensiyanın təyin edilməsi zamanı əmək fəaliyyətinin xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək olan dövrünü sığorta stajı kimi nəzərə alınmasını tələb etmədiyinə, tələbinə “1973-1990-cı, 1994-1995-ci illərdə, İmişli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-1652/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1991, 1992, 1993, 1996-cı illərdə İmişli rayonunun Nizami adına kolxozunda işlədiyi dövr və xx.xx.2005-xx.xx.2006-cı illərdə İmişli rayonu, Bəcrəvan bələdiyyəsində işlədiyi dövrlər, o cümlədən mülkiyyətində olan torpaq sahəsindən istifadəyə görə 2025-ci ildə ödədiyi 50 manat məcburi dövlət sosial sığorta ödənişi nəzərə alınmaqla ona xx.xx.2025-ci il tarixdən yaşa görə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etdiyinə görə birinci instansiya məhkəməsinin qərarı həmin tələbə münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının 1973-1990-cı, 1994-1995-ci illərdə, İmişli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-1652/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1991, 1992, 1993, 1996-cı illərdə İmişli rayonunun Nizami adına kolxozunda işlədiyi dövr və xx.xx.2005-xx.xx.2006-cı illərdə İmişli rayonu, Bəcrəvan bələdiyyəsində işlədiyi dövrlər, o cümlədən mülkiyyətində olan torpaq sahəsindən istifadəyə görə 2025-ci ildə ödədiyi 50 manat məcburi dövlət sosial sığorta ödənişi nəzərə alınmaqla ona xx.xx.2025-ci il tarixdən yaşa görə pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(120)-979/2024 saylı qərаrı qərarı dəyişdirilsin. İddiaçının 1973-1990-cı, 1994-1995-ci illərdə, İmişli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-1652/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1991, 1992, 1993, 1996-cı illərdə İmişli rayonunun Nizami adına kolxozunda işlədiyi dövr və xx.xx.2005-xx.xx.2006-cı illərdə İmişli rayonu, Bəcrəvan bələdiyyəsində işlədiyi dövrlər, o cümlədən mülkiyyətində olan torpaq sahəsindən istifadəyə görə 2025-ci ildə ödədiyi 50 manat məcburi dövlət sosial sığorta ödənişi nəzərə alınmaqla ona xx.xx.2025-ci il tarixdən yaşa görə pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-41/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-41/2025
21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver