Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-411/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı “xx.xx.2023cü il tarixli 3-17-4/3-3- 1247/2023 saylı qərarın ona aid hissəsində ləğv edilməsi və minik avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(120)-1736/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı xx.xx.2023cü il tarixli 3-17-4/3-3- 1247/2023 saylı qərarın ona aid hissəsində ləğv edilməsi və minik avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Çernobıl AES-də hərbi xidmət zamanı şüa xəsarətinə görə İİ qrup əlillik təyin olunmuş, həmçinin bu əlilliyə görə Prezident təqaüdünü də alır. Səhhəti və işi ilə əlaqədar tez-tez nəqliyyatdan istifadə etməyinə zərurət yaranır və dövlətin müvafiq qanunlarına əsasən ona dövlət hesabına minik avtomobili verilməlidir. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası’nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Bunu əsas tutaraq 14 aprel 2020-ci il tarixdə minik avtomobilinin verilməsi növbəsinə alınmaq üçün ƏƏSM Naziri cənab Sahil Babayevə ərizə ünvanlamış və ərizəsinə şəxsiyyət və əlillik vəsiqəsinin surətlərini, yaşayış və ailə tərkibi haqında arayışı, DSMF-nin Kürdəmir rayon Şöbəsinin arayışını, ƏƏSM Nazirliyinin arayışını, Həkim Məsləhət Komissiyasının xx.xx.2020-ci il tarixli bildirişini, Tibbi-Sosial Ekspert Komissiyasının arayışını əlavə etmişdir. Bundan sonra tələb əsasında 88 saylı forma üzrə tibbi arayışı da onlara göndərmişdir. Uzun müddət yazışmalardan sonra sənədlərini ƏƏSM Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərildi. 2021-2022-ci illərdə Agentliyə çoxsaylı müraciətləri oldu və bir neçə dəfə Agentliyin yerləşdiyi məkana getmiş və burada ona elan olunub ki, komissiya sənədlərini qəbul etdi və çağrış olanda gələr. Ona xx.xx.2023-cü il tarixdə komissiya olacağı bildirilmişdir. Minik maşını növbəsinə götürülmək üçün təqdim etdiyi tələb olunan hüquqmüəyyənedici sənədlər əsasında xx.xx.2023-cü il tarixdə komissiyadan keçmişdir. Həmin zaman komissiya ona elan etdi ki, nəticəni “Asan” Xidmətin “Dost” şöbəsindən ala bilər. Səhhəti ilə əlaqədar müalicə olunmağına görə iyul ayının 12-də “Dost” xidmətindən Tibbi-Sosial Komissiyanın məlumatını alıb, oxumuş və yaxından tanış olmuşdur. Komissiyanın rəyində əlil arabasına göndərişin verilməsi üçün əlilliyi və sağlamlıq imkanının məhdudluğu müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə xidmət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyana müraciət etməsi tələb olunması göstərilmişdir. Bundan sonra təqdim etdiyi tələb olunan sənədlər üzrə minik maşını almaq üçün növbəyə alınmağı məsələsini Komissiyada yenidən baxılmasına və növbəyə alınmağına göstəriş verməsini təkrarən Agentlikdən xahiş etmiş və ərizə ünvanlamışdır. Müraciətinə (ərizəsinə) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədr müavini Ramin Rzayevin imzası ilə xx.xx.2023-cü il tarixli cavab məktubunu almışdır. Cavab məktubunda təqdim etdiyi tibbi sənədlər və həyata keçirilən araşdırmanın nəticəsinə görə göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar reabilitasiya vasitəsi kimi minik avtomobilinə tibbi göstəriş verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bununla razılaşmayaraq imtinaya etirazını bildirir və aşağıdakı fikirlərində imtinanın əsassız olduğunu diqqətə çatdırır. Əvvəla, imtina məktubunda imtinanın səbəbi mövcud qanunvericiliyin hansı maddəsinə və tətbiq olunan qaydaların hansı bəndinə əsaslandığı qeyd olunmamışdır. Digər tərəfdən qüvvədə olan xx.xx.2020-ci il tarixli Nazirlər Kabinetinin 11 saylı qərarına əsasən Çernobıl AES-də qazanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər dövlət vəsaiti hesabına minik avtomobili ilə təmin edilirlər. Tibbi göstərişə əsasən isə ikinci dərəcəli xroniki qan dövranı çatışmamazlığı olan şəxslərə tibbi göstəriş verilir. Ona Çernobıl qəzası zamanı İİ dərəcəli xroniki qan çatışmamazlığına görə İİ qrup əlillik təyin edilmişdir. Çernobıl hadisəsi zamanı aldığı zəhərli şüa nəticəsində ömürlük qan xəstəliyi və bu xəstəlikdən daima müalicə alaraq mütamadi dərmanlar qəbul edir və bu xəstəlik onda xronikidir. Qeyd olunanalara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmiş və onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobili ilə təmin olunması” tələbinə dair iş üzrə bildirir ki, iddiaçının əlillik vəziyyətinə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları...; Diaqnozun mətni: Radiasion ensefalopatiya.ÜİX aterosklerotik kardioskleroz .gərginlik və sakitlik stenokarrdiyasılll f\s.Xr ağ ciyər ürək çat- ğı.; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı.;" səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və Diaqnozun mətni: G92 Toksiki ensefalopatiya RADİASİON ENSEFALOPATİYA. Tsekin əlavə diaqnozu: Xidməti məktub Nq 3-17-4/3-1- 5854/2023; Radiasion ensefalopatiya.ÜİX aterosklerotik kardioskleroz .gərginlik və sakitlik stenokarrdiyasılll f\s.Xr ağ ciyər ürək çat-ğı..”, 501 N2-İi əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3-cü bəndində qeyd edilmişdir ki, 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Şirvan İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(120)-1736/2024 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və Diaqnozun mətni: G92 Toksiki ensefalopatiya RADİASİON ENSEFALOPATİYA. Tsekin əlavə diaqnozu: Xidməti məktub № 3-17-4/3-1-5854/2023; Radiasion ensefalopatiya.ÜİX aterosklerotik kardioskleroz gərginlik və sakitlik stenokarrdiyası111 f\s.Xr ağ ciyər ürək çat-öı..”, 501 №- li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Bundan əlavə, Kürdəmir rayon sakini xx.xx.1956-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx,) əlillik vəziyyəti xx.xx.2014-ci il tarixdə tibb müəssəsində əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Çernobıl AES-də hərbi xidmətlə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı dəri xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Hal-hazırda medikamentoz preparatlardan “Dermovayt” istifadə etdiyini qeyd etmişdir. Müayinə zamanı yuxarı və aşağı ətraflarda atrofiya, parez, iflic izlənilməmiş, reflekslər canlı alınmış, D=S, əzələ gücü və tonus bərabər, hərəkətlər tam həcmdə olmuşdur. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasf'na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(120)-1736/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə nəhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etidirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(120)-1736/2024 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində qeyd edilən diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyinə görə iddiaçıya imtina verilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 19 iyul 1987-ci il tarixdən 13 noyabr 1987-ci il tarixədək Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak edib və bundan sonra iddiaçıya Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın müayinə aktına əsasən Radiasion ensefalopatiya. ÜİX aterosklerotik kardioskleroz .gərginlik və sakitlik stenokarrdiyasılll f\s.Xr ağ ciyər ürək çat- ğı.; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı diaqnozu qoyulmuş və bu diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarın 57-ci bəndində tibbi göstəriş verilməsinə əsas verən xəstəliklərin və travmaların siyahısında nəzərdə tutulmuşdur.Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə işə aid halların və faktların hərtərəfli tədqiq olunmasına yönəlmiş, obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən, iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən və xüsusilə də şübhələri susmağa məcbur edən həcmdə araşdırma aparılmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində göstərib-göstərməməsindən asılı olmayaraq düzgün iddia növünün və ya tələbinin seçilib-seçilmədiyini məhkəmə müəyyən edir. Həlledici olan, iddiaçının ərizəsində irəli sürdüyü tələb ilə nəyə nail olmaq istədiyini göstərməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı raebilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyası minik avtomobilinə tibbi göstərişin olmaması barədə 3-17-4/3-3-1247/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərarla razılaşmayan iddiaçı məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini və ona minik avtomobilinə tibbi göstərişin olması barədə yeni qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyşidirci təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi düzgün olaraq “Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 3-17-4/3-3- 1247/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı”nın ləğv edilməsi və minik avtomobilinə tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil etsədə, işə baxan məhkəmə tələbin birinci hissəsinə əhəmiyyət vermədən, yalnız “minik avtomobilinə tibbi göstərişin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün onun müraciətindən imtina edilməsinə dair cavabdeh tərəfindən qəbul edilən 3-17-4/3-3- 1247/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarın ləğv edilməsi olduqca zəruridir. Yalnız bundan sonra tələbin digər (təmin edilən) hissəsinə qiymət verməli idi. Yəni, iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan sözügedən qərar mübahisələndirilmədən, daha doğrusu ləğv edilmədən, tələbin digər hissəsi təmin oluna bilməzdi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydalarının 1.4-cü bəndinə əsasən Agentliyinin Tibbi-Sosial ekspert komissiyalarının qərarı əsasında X5 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X6 tərəfindən səyyar, ambulator və stasioanar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya arzuladığı məqsədə çatmaqdan ötrü onun üçün açıqaşkar əlverişsiz inzibati akt hesab olunan cavabdeh tərəfindən qəbul edilən 3-17-4/3-3- 1247/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarını ləğv etməli və bundan sonra tələbin digər (təmin edilən) hissəsinə qiymət verməli idi. Həmçinin, iddianın məhkəmə tərəfindən tam təmin edildiyini nəzərə alsaq, bu zaman qərarın nəticə hissəsində tələbin bir hissəsi deyil, bütün məzmunu yazılmalı idi. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Lakin, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən xüsusatlara əhəmiyyət verməmiş, iddiaçının hüquqi marağına zidd şəkildə iddia tələbini təmin etmişdir. (həcmini azaltmışdır). Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərardad qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Bu baxımdan işə təkrar baxan birinci instansiyası məhkəməsi yuxarıda qeyd edilən məsələlərə ciddi riayət etməli, iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan qərarın ləğv edilməsi ilə bağlı məsələyə hüquqi qiymət verilməlidir. Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(120)-1736/2024 saylı qərarı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-411/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-411/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver