Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-412/2025 24.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının və vəkili Vəkil, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2-1(120)-184/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 03 mart 2025-ci il tarixli, 2- 1(120)-184/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Mübahisələndirilən dövr (ştamplayıcı (Əmr № 135 K, xx.xx.1981-xx.xx.1984), usta (Əmr № 94, xx.xx.1985-xx.xx.1987), sazlayıcı (Əmr № 84, xx.xx.1987-xx.xx.1988), növbə ustası (Əmr № 54, xx.xx.1988-xx.xx.1990), sazlayıcı (Əmr № 94, xx.xx.1990-xx.xx.1992), presləyici (Əmr № 146, xx.xx.1994-xx.xx.1997) peşələri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının (23200000 XXXİİİ. “Ümumi peşələr” və 21500000 XİV. Metal emalı (2150100b b) rəhbərlər və mütəxəssislər; 2150100b—23362 avadanlığın təmiri üzrə ustalar; 2150100b—23428 sahə ustaları, böyük ustalar; 21500000 XİV. Metal emalı; 21501000 1. Tökmə istehsalatı; 2150100a a) fəhlələr; 2150100a—14923 təzyiq altında press-forma maşınlarının və avtomatik axın xətlərin doldurucu tökmə maşınlarının sazlanması ilə məşğul olan tökmə maşınlarının sazlayıcıları) bölməsində qeyd olunan işin xüsusiyyətlərinə uyğun olması səlahiyyətli təşkilatın müvafiq məktubu ilə təsdiq edilir. Müvafiq dövrlər üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1979-xx.xx.1981-ci illər Sovet Ordusunda xidmətdə olmuşdur. xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamışdır. Həmin tarixdən bu günədək işlədiyi müəssisələrdə ümumi əmək stajı-41 ildən çox, bu əmək stajının-19 ildən çox müddəti isə güzəştli şərtlərlə əmək stajına aiddir. xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək Bakı emaye qablar zavodunda 1-ci dərəcəli ştamplayıcı peşəsində işləmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Əli Bayramlı “Cihazlar” zavodunda və Əli Bayramlı “Sənaye Avtomatika və Telemexanika” zavodunda işləmişdir ( Bu zavodlarda ümumi əmək stajını-10 il 06 ay, 17 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilmıəsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarına əsasən güzəştli şərtlərlə əmək stajı bu zavodlarda 08 il, 05 ay, 23 gün təşkil edir). xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Şirvanneft” NQÇİ-nin 3 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli Yeraltı təmir operatoru peşəsində çalışmışdır. Həmin idarədə ümumi və güzəştli əmək stajı-01 il 10 ay 01 gün təşkil etmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilmıəsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı 21302000 2. (Neft-qaz və qaz kondensatlarının hasilatı) bəndinə əsasən. xx.xx.1994-cü il tarixdə yenidən Əli Bayramlı “Telemexanika” zavodunda Plastmas sexində 4-cii dərəcəli yığıcı peşəsinə işə qəbul olunmuşdur və xx.xx.1994-cü il tarixdən-xx.xx.1997-ci il tarixədək həmin sexdə 4-cü dərəcəli presləyici peşəsində işləmişdir (02 il, 07 ay 20 gün güzəştli əmək stajı 23200000 XXXİİİ.Ümumi peşələr; 23200000-17008-plastik kütlədən məmulatların presləyiciləri). xx.xx.1997-ci il tarixdən-xx.xx.2000-ci il tarixədək "xxxx" Müştərək Müəssisəsində “İstehsalatın Avtomatlaşdırılması” sexində 5-ci dərəcəli elektrik monmajlayıcı çilingər peşəsində işləmişdir. xx.xx.2000-ci il tarixdən "xxxx" Əməliyyat Şirkətinə “İstehsalatın Avtomatlaşdırılması” sexində 5-ci dərəcəli elektrik montajlayıcı çilingər peşəsinə işə qəbul olunmuş və bu günədək həmin şirkətdə çalışır. Həmin şirkətdə ümumi iş stajı-21 il 11 aydan çox müddət təşkil edir. xx.xx.2006-cı il tarixə ümumi əmək stajı-25 il, 05 ay, 13 gün; güzəştli şərtlərlə əmək stajı isə-16 il, 09 ay, 11 gün təşkil edir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, xx.xx.2006-cı il tarixədək onun ümumi iş stajı 25 il 10 ay 21 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 5 il 3 ay 12 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı və vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə etiraz etmişlər və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, xx.xx.1979-xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. -İT-0814148 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur, xx.xx.1981-ci il tarixdən hal-hazıradək fasilələrlə müxtəlif idarələrdə işləmişdir. -Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC –nin xx.xx.2021ci il tarixli arayış-açılış sənədindən görünür ki, İddiaçı həqiqətən Əli-Bayramlı “Cihazlar” zavodunun (hal-hazırda Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC Plastmas sexində ştamplayıcı, presləyici, usta, sazlayıcı və növbə ustası vəzifəsində işləmişdir. Arxiv sənədlərinə əsasən İddiaçı Əli-Bayramlı “Cihazlar” zavodunda və ƏliBayramlı “Sənaye Avtomatika və Telemexanika” zavodunda xx.xx.1981-cı ildən xx.xx.1992-ci il tarixədək ümumi əmək stajı 10 il, 06 ay, 17 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının (23200000 XXXİİİ. “Ümumi peşələr” və 21500000 XİV. Metal emalı (2********. Tökmə istehsalatı) bəndinə əsasən İddiaçı Əli-Bayramlı "Cihazlar” zavodunda və Əli-Bayramlı "Sənaye Avtomatika və Telemexanika” zavodunda xx.xx.1981-cı ildən xx.xx.1992-ci il tarixinədək 08 il, 05 ay, 23 gün güzəştli şərtlərlə əmək stajı var. 1.İddiaçı xx.xx.1981-ci il tarixli 135/k saylı əmrlə xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Əli-Bayramlı "Cihazlar" zavodunun Plastmas sexində 3-cü dərəcəli ştamplayıcı peşəsində işləmişdir. (02 il, 00 ay, 24 gün) 2.xx.xx.1984-cü il tarixli 8 saylı əmrlə xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək zavodun Plastmas sexində 3-cü dərəcəli presləyici peşəsində işləmişdir. (01 il, 03 ay, 11 gün) (güzəştli əmək stajı) - 23200000 XXXİİİ. Ümumi peşələr; 23200000-17008 (plastik kütlədən məmulatların presləyiciləri) 3.xx.xx.1985-ci il tarixli 94/p saylı əmrlə xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Plastmas sexində usta vəzifəsində işləmişdir. (02 il, 00 ay, 24 gün) (güzəştli əmək stajı) - 2150100b b) rəhbərlər və mütəxəssislər; 2150100b—23362 avadanlığın təmiri üzrə ustalar; 2150100b—23428 sahə ustaları, böyük ustalar. 4. xx.xx.1987-ci il tarixli 84/k saylı əmrlə xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Plastmas sexində 3-cü dərəcəli sazlayıcı peşəsində işləmişdir. (00 il, 10 ay, 06 gün) (güzəştli əmək stajı) - 21500000 XİV. Metal emalı; 21501000 1. Tökmə istehsalatı; 2150100a a) fəhlələr; 2150100a—14923 təzyiq altında press-forma maşınlarının və avtomatik axın xətlərin doldurucu tökmə maşınlarının sazlanması ilə məşğul olan tökmə maşınlarının sazlayıcıları, 5.xx.xx.1988-ci il tarixli 54/k saylı əmrlə xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Əli-Bayramlı “Cihazlar” zavodunun və X1 və Telemexanika zavodunun Plastmas sexində növbə ustası vəzifəsində işləmişdir. (01 il, 11 ay, 00 gün) (güzəştli əmək stajı) - 21500000 XİV. Metal emalı; 2150100b b) rəhbərlər və mütəxəssislər; 2150100b—23362 avadanlığın təmiri üzrə ustalar; 2150100b—23428 sahə ustaları, böyük ustalar 6.xx.xx.1990-cı il tarixli 259 saylı əmrlə xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Plastmas sexində 5-ci dərəcəli sazlayıcı peşəsində işləmişdir. (02 il, 01 ay, 06 gün) (güzəştli əmək stajı) - 21500000 XİV. Metal emalı; 21501000 1. Tökmə istehsalatı; 2150100a a) fəhlələr; 2150100a—14923 təzyiq altında press-forma maşınlarının və avtomatik axın xətlərin doldurucu tökmə maşınlarının sazlanması ilə məşğul olan tökmə maşınlarının sazlayıcıları, İddiaçı xx.xx.1992-ci il tarixli 24/k saylı əmrlə xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Şirvanneft ” NQÇİyə köçürmə yolu ilə işdən azad edilmişdir. -“Socar” Baş Ofisin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1992-ci ildə (əmr № 117/k, xx.xx.1992-ci il) “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin 3 №-li NQÇS-nə 4-cü dərəcəli YAT operatoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1994-cü ildə (əmr № 81/k, xx.xx.1994-cü il) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.1997-ci ildə (əmr № 64/p, xx.xx.1997- ci il) "xxxx" X4 avtomatlaşdırılması sexinə 5-ci dərəcəli elektrikquraşdırıcı çilingər peşəsinə işə qəbul edilmişdir. İşdən azad olunma barədə qeyd aşkar olunmadı. Haqq-hesab cədvəllərinə əsasən 2000-ci ilin dekabr ayına kimi əmək haqqı almışdır. SOCAR-ın xx.xx.2001-ci il tarixli 4 nömrəli əmrinə əsasən xx.xx.2000-ci ildən "xxxx" MMC ləğv olunmuş və onun bazasında Qarasu Əməliyyat Şirkəti işə başlamışdır. -“X16 LTD” Şirkətinin Azərbaycandakı filialının xx.xx.2021-ci il tarixli 53 nömrəli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arxiv arayışına əsasən, İddiaçı həqiqətən Şirvanneft“ Neftqazçıxarma sexində 4-cü dərəcəli Yeraltı təmir operatoru peşəsində işləmişdir. " NQÇİ, “Shirvan Oyl" BMMM və “X13 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı eyni neft mədənlərində hasilatla məşğul olan, təsis və təşkil olunma qaydaları ilə əlaqədar müxtəlif vaxtlarda fərqli adlandırılan müəssisələrdir. İddiaçı Şirvanneft“ NQÇİ-də ümumi əmək stajı 01 il, 10 ay, 01 gündür. Azərb.Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının (21300000X11. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin enuılı 21302000 2. (Neft-qaz və qaz kondensatının hasilatı) bəndinə əsasən İddiaçı “Şirvanneft ” NQÇİ-də 01 il, 10 ay, 01 gün güzəştli şərtlərlə əmək stajı var. xx.xx.1992-ci il tarixli 117/K saylı əmrlə xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər “Şirvanneft” NQÇİ-nin 3 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli Yeraltı təmir operatoru peşəsində işləmişdir. ( 01 il, 10 ay, 01 gün ) 21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı 2130200a a) fəhlələr 2130200a-15870 quyuların yeraltı təmiri üzrə operatorlar İddiaçı xx.xx.1994-cü il tarixli 81/k saylı əmrlə xx.xx.1994-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İddiaçı Şirvanneft“ NQÇİ-də ümumi və güzəştli əmək stajı 01 il. 10 ay. 01 gündür. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli 158 №-li əmrinə əsasən “Azneft" İstehsalat Birliyinin ‘‘Şirvanneft" NQÇİ-si ləğv olunmuş və xx.xx.1997-ci il tarixdən onun bazasında Azərbaycan-X7 Müştərək Müəssisəsi “Shirvan Oyl" BMMM yaradılmışdır. X11 Heyətinin 27 oktyabr 2009-cu il tarixli 106 saylı əmrinə müvafiq olaraq “Shirvan Oyl" X9 Müəssisəsi ləğv edilmişdir. Onun bazası əsasında yeni müəssisə “X13 Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı yaranmışdır. -X14 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 79 saylı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışda bildirilir ki, İddiaçı Karasu Əməliyyat Şirkətində Anbar təsərrüfatı xidmətinə yükdaşıyan vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir; Karasu Əməliyyat Şirkəti: 1. İstehsalın avtomatlaşdırıci sexi: 5(beşinci) dərəcəli elektrik mantajlayıcı çilingər/ xx.xx.2000-xx.xx.2001 2. Aparatda növbətçi mühəndis xx.xx.2001xx.xx.2002 3. İstehsalat-dispetçer xidməti Dispetçer xx.xx.2002- xx.xx.2004 4. İstismar sahəsində dispetçer xx.xx.2004-xx.xx.2009 5. Hasilat şöbəsi Mişovdağ sahəsi:/ Çilingər təmirçi/ xx.xx.2009-xx.xx.2009 6. Hasilat şöbəsi: 1 saylı neft və qaz hasilatı sexində quyuların tədqiqi üzrə Operator/ xx.xx.2009-xx.xx.2011 7. İnzibati -təsərrüfat şöbəsi Bağban xx.xx.2011- xx.xx.2012 8. Maddi-texniki təchizat şöbəsi: Yanacaqdoldurma stansiyasının operatoru xx.xx.2012- xx.xx.2012 9. Anbar təsərrüfatı: Yanacaqdoldurma stansiyasının operatoru xx.xx.2012- xx.xx.2016 xx.xx.2016- xx.xx.2017 11. Nəqliyyat sexinin Maşm və mexanizmlərin istismarı üzrə xidməti: Yanacaqdoldurma stansiyasının operatoru xx.xx.2017- xx.xx.2021 Anbar təsərrüfatı xidmətinə yükdaşıyan xx.xx.2021-xxxx.2021 Cəmi: 3 il.3ay.28 gün X6: İstehsalın avtomatlaşdırılması sexinə 5(beşinci) dərəcəli elektrik mantajlayıcı çilingər/ xx.xx.1997-xx.xx.2000 Qeyd: Əmək kitabçasında göstərilən 19,20 nömrəli qeydlərə əsasən Cəmi: 3il. 3ay. 11 gün. Ümumi əmək stajı: 6 il 7 ay 10 gün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı 6 il 7ay 10 gün imtiyazlı iş stajma malikdir. 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.2. Neft, qaz və qaz kondensatının hasilatı a)fəhlələr: Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları/quyuları tədqiqi üzrə operatorlar.neft qaz və qaz kondensatı. A) fəhlələr: Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları/quyuları tədqiqi üzrə operatorlar. Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingərlər. -Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli məktubunda bildirilir ki, xx.xx.1961 -ci il təvəllüdlü sabiq işçi İddiaçı oglu Əli Bayramlı şəhər “Cihazlar” zavodunda (hal-hazırda Azərbaycan Respublikası Prezidentinin 1181 nömrəli xx.xx.2006- cı il tarixli Fərmanına əsasən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC adlandırılmışdır) Plastmas sexinə xx.xx.1981 -ci il 135 K saylı əmrlə ştamplayıcı peşəsi işinə qəbul edilmişdir. İşlədiyi müddət ərzində İddiaçı oglu ştamplayıcı (Əmr № 135 K, xx.xx.1981-xx.xx.1984), presləyici (Əmr № 08, xx.xx.1984-xx.xx.1985), usta (Əmr № 94, xx.xx.1985-xx.xx.1987), sazlayıcı (Əmr № 84, xx.xx.1987-xx.xx.1988), növbə ustası (Əmr № 54, xx.xx.1988-xx.xx.1990), sazlayıcı (Əmr № 94, xx.xx.1990xx.xx.1992), yığıcı (Əmr № 75, xx.xx.1994-xx.xx.1994), sazlayıcı (Əmr № 364, xx.xx.1994xx.xx.1994), presləyici (Əmr № 146, xx.xx.1994-xx.xx.1997) peşəsində işləmişdir. Arxiv sənədlərinə əsasən, sabiq işçi İddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunda (halhazırda Müdafiə Sənayesi Nazirliyinin "Telemexanika zavodu” MMC) xx.xx.1981xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.1997-ci il tarixlərədək ümumi əmək stajı-13 il, 01 ay, 20 gündür və onun da 11 il, 02 ay, 17 günü güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən fəhlə sinfinə aiddir. Plastmas sexində ştamplayıcı, sazlayıcı peşələri presləyici peşələri ilə əmək funksiyası baxımından eynilik təşkil edir və iş şəraiti agır və zərərli kimi qəbul olunur. Məhz buna görə iş şəraitinin agır və zərərli olduğu üçün İddiaçı işlədiyi müddət ərzində xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək aylıq məvacibinin 08 %i miqdarında əlavə əmək haqqı ödənilmiş və zərərlli iş şəraitinə görə əmək qanunvericiliyinə əsasən onun əsas məzuniyyətinə 06 təqvim günü əlavə məzuniyyət hesablanmışdır. -X14-nin xx.xx.2024-cü il tarixli, 04-2/422A saylı məktubu ilə müəyyən edilir ki, İddiaçı həqiqətən xx.xx.2000-ci il tarixdən Kayman adalarının “X14” Şirkətinin filialında çalışır. Rəsulov X3 şərtlərlə yaşa görə pensiya hüququ verən aşağıda adları qeyd olunan peşələrdə çalışıb. İstehsalın avtomatlaşdırıci sexi: 5-ci (beşinci) dərəcəli elektrik mantajlayıcı çilingər/ xx.xx.2000-xx.xx.2001 Hasilat şöbəsi Mişovdağ sahəsi: Çilingər təmirçi/ xx.xx.2009-xx.xx.2009 Hasilat şöbəsi: 1 saylı neft və qaz hasilatı sexində quyuların tədqiqi üzrə Operator/ xx.xx.2009-xx.xx.2011. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı 3 il, 3 ay, 28 gün imtiyazlı iş stajına malikdir. -Məhkəmə kollegiyasının müvafiq sorğularına cavab olaraq, "xxxx" QSC "xxxx" X12 Telemexanika İdarəetmə şöbəsinin xx.xx.2025-ci il tarixli, 1/3/05/200 nömrəli məktubunda bildirilir ki, sabiq işçi İddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (hal-hazırda "xxxx" EİM-nin “Telemexanika” zavodu). Plastmas sexinə xx.xx.1981-ci il 135K saylı əmrlə ştamplayıcı peşəsinə işə qəbul edilmişdir. xx.xx.1981-xx.xx.1984- ştamplayıcı, əmr № 135K, xx.xx.1981-xx.xx.1985 - presləyici, əmr № 08, xx.xx.1985- xx.xx.1987 - usta, əmr № 94, xx.xx.1987-xx.xx.1988 - sazlayıcı, əmr № 84, xx.xx.1988-xx.xx.1990 - növbə ustası, əmr № 54, xx.xx.1990-xx.xx.1992 - sazlayıcı, əmr № 94 peşələrində işləmişdir. xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5 bölümünə əsasən işdən azad edilib. İddiaçı xx.xx.1994-cü il tarixində yenidən X17 sexinə yığıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.1994-xx.xx.1994 - X17 sexində yığıcı, əmr № 75 xx.xx.1994-xx.xx.1994 - əmr № 364 sazlayıcı, xx.xx.1994- xx.xx.1997 - əmr № 146 plastmas sexində presləyici, peşəsində işləmişdir. Arxiv sənədlərinə əsasən İddiaçı Əli Bayramlı şəhər “Cihazlar" zavodunda (hal-hazırda “Sənayecihaz" EİM-nin “Telemexanika” zavodu) xx.xx.1981-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək stajı - 10 il 06 ay 17 gündür. xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək olan əmək stajı 2 il 7 ay 3 gündür. Ümumi əmək stajı - 13 il 1 ay 20 gün təşkil edir ki, bununda güzəştli şərtlə yaşa görə pensiya hüququ verən stajı 11 il, 02 ay 17 gündür. İddiaçı plastmas sexində işlədiyi presləyici peşəsinin əmək vəzifələri və peşə xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən" istehsalatların peşələrin və göstəricilərin Siyahısının 35. Ümumi peşələr - plastik kütlədən məmulatların presləyiciləri bölməsinə əsasən formalaşır. İddiaçı işlədiyi sazlayıcı peşəsi, usta və növbə ustası vəzifələri Azərbayran Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən” istehsalatların peşələrin və göstəricilərin Siyahısının 11. Metal emalı, 11.1 Tökmə istehsalı bölməsinin a bəndinə - təzyiq altında pres-forma maşınlarının sazlanması ilə məşğul olan sazlayıcılar. (Hidravlik preslərin sazlanması) və həmin bölmənin b bəndi: rəhbərlər və mütəxəssislər: - sahə ustaları - avadanlığın təmiri üzrə ustalar. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi müddət ərzində aylıq məvacibinin 08%-i miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəratinə görə əmək qanunvericiliyinə əsasən ona əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. -“X14” tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 04-2/319 nömrəli məktubuna əlavə edilmiş arayışda bildirilir ki, İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Kayman Adalarının «X15» Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir;
1. İstehsalatın avtomatlaşdırıcı sexinə 5-ci dərəcəli elektrik montajlayıcı çilingər: xx.xx.2000-xx.xx.2001
2. Hasilat şöbəsində, Mişovdağ sahəsində çilingər təmirçi: xx.xx.2009- xx.xx.2009
3. Hasilat şöbəsində, 1 nömrəli neft və qaz hasilatı sexində quyularm tədqiqi üzrə operator: xx.xx.2009- xx.xx.2011 İddiaçı “Kayman Adalarının «X15» Şirkətində xx.xx.2000-ci il tarixdən xx.xx.2025-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 3 il 3 ay 28 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömiir va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr- Neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika Qurdularının təmiri və xidməti isləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cilinzərlər. Göründüyü kimi, iddiaçının 60 yaşı tamam olduğu 21 fevral 2021-ci il tarixdə qanunvericiliklə nəzərdə tutulmuş güzəştli əmək stajı tələblərinə tam cavab vermişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2-1(120)-184/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.