Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-413/2024 19.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X6 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “övladı xx.xx.2007-ci il təvəllüdlü X2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(120)-1966/2024 saylı qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlarınvə X4 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2007-ci il təvəllüdlü X2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və gəldiyi nəticə: İddia onunla əsaslandırılmışdır ki, oğlu X3 xx.xx.2007-ci il tarixdə anadan olub. O, oğluna məcburi köçkün statusunu təsdiq edən sənədin alınması üçün Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Lakin cavabdeh təşkilat övladına məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsini mümkünsüz sayıb. Baxmayaraq ki, həm o, həm də övladının anası məcburi köçkündürlər və bunu təsdiq edən sənədləri ərizəyə əlavə etmişdir. Belə olan halda o, məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(120)-1966/2024 saylı qərarı (Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun geri götürülməsi: Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verilərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(120)-1966/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Sonradan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 09 iyul 2024-cü il tarixli ərizəsində (vəsatətində) cavabdeh olaraq Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2- 1(120)-1966/2024 saylı qərarından vermiş olduqları apellyasiya şikayətini geri götürdüklərini bildirmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 88.1. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Maddə 88.3. şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin apellyasiya şikayətinin geri götürmə barədə ərizəsini nəzərə alaraq hesab edir ki, cavabdeh apellyasiya şikayətini geri götürdüyündən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, iş materialına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 08 iyul 2024-cü il tarixli ərizəsində (vəsatətində) cavabdeh olaraq Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(120)-1966/2024 saylı qərarından vermiş olduqları apellyasiya şikayətini geri götürdüklərini bildirmişlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin geri götürmə barədə ərizəsini, iş materialları ilə birgə tədqiq edərək yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin geri götürmə barədə ərizəsi nəzərə alınaraq iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “övladı xx.xx.2007-ci il təvəllüdlü X2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(120)-1966/2024 saylı qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-413/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-413/2024
19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver