Məhkəmə qərarları › İş №2-1(106)-414/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-414/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-414/2025 02.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası: Həsənov Samir Firdusi oğlunun sədrliyi, Hakimlər Quliyev Ceyhun Əmir oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət məhkəmə tərkibində, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(120)-488/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4051/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, Salyan rayon X3 Hüquqi Şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-7-4/3-3- 2392/2023 nömrəli qərarının ona aid hissəsində ləğv edilərək ona vətən müharibəsi zamanı aldığı xəsarətlə bağlı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmiş və cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 2-1(120)-488/2025 nömrəli qərardadı ilə iddia tələbinin “Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1996-cı ildə Salyan rayonunda anadan olmaqla hazırda da rayonun Çuxanlı kəndində yaşayır. O, 2015-2017-ci illərdə Həqiqi Hərbi xidmətdə olmuş və 2017-ci ilin aprel ayında ordudan tərxis olunaraq yaşadığı rayona qayıtmışdır. 2020-ci ildə namərd qonşuları sərhəddə təxribat törədərək torpaqları işğal etməyə cəhd göstərdikləri vaxtda 21 sentyabr 2020-ci il tarixdə Salyan rayon hərbi komissarlığından o da müharibəyə getmək üçün səfərbərliyə cəlb olunmuşdur. İlkin olaraq Füzuli rayonu ərazisindən döyüşlərə başlamış və sonrakı vaxtlarda Hadrut, Tuğ kəndlərinin işğaldan azad olunmasında iştirak etmişdir. 05 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndinin işğaldan azad olunması istiqamətində gedən döyüşlər zamanı bədəninin müxtəlif hissələrindən güllə yarası və qəlpə yarası almaqla xəsarətlənmişdir. İlkin olaraq Füzuli rayonundakı hərbi hospitalda, sonrakı vaxtlarda isə Şirvan şəhərindəki Mərkəzi xəstəxanasında əməliyyat olunaraq müalicələr almışdır. Sonrakı vaxtlarda müalicənin davam etdirilməsi məqsədilə Göy-Göl rayonundakı Mərkəzi xəstəxanaya göndərilmiş və orada bir aydan artıq müalicə olunmuşdur. Müalicələrdən sonra səhhətində problemlər olduğundan yenidən o, Gəncə şəhərindəki Hərbi Hospitala göndərilib və komissiyadan keçdikdən sonra onu məzuniyyətə buraxıblar. Bu barədə ona 5713 nömrəli arayış veriblər və onu ordudan tərxis ediblər. Sonrakı vaxtlarda səhhətində yaranmış problemlərlə əlaqədar olaraq Bakı şəhərindəki Müdafiə Nazirliyinin hərbi hospitalına müraciət etmiş, baş psixiatr tərəfindən müayinə olunduqdan sonra Maştağadakı 1 saylı Psixatriya xəstəxanasında müalicə olunmuşdur. 30 aprel 2022-ci il tarixli Mərkəzi Hərbi Həkim Komissiyasinin 5671 nömrəli Şəhadətnaməsinə əsasən ona sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı diaqnozu təyin edilməklə onu ordudan tamamilə tərxis etmişlər. Həkim Komissiyasının rəyində qeyd edilmişdir ki, Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. O, hospitaldan tərxis olunduqdan sonra Salyan rayon Mərkəzi xəstəxanasında və Şorsulu ruhi əsəb xəstəlikləri xəstəxanasının qeydiyyatında olmaqla vaxtaşırı olaraq müalicələr alır. O, əlillik dərəcəsinin təyin olunması məqsədilə müalicə həkimlərinə müraciət etmiş və onlar tərəfindən 2 dəfə sənədlərinin Tibbi Sosial Ekspert komissiyasına göndərilməsinə baxmayaraq hər iki halda imtina edilmiş və əlilik dərəcəsi təyin olunmamışdır. Hazırki vaxtda da o, döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən əziyyət çəkir və vaxtaşırı olaraq müalicələr alır. Bütün bunlara baxmayaraq aidiyyatı orqanların səhlənkarlığı və etinasızlığı nəticəsində ona əlillik dərəcəsi təyin olunmaqdan imtina edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı “Vətən müharibəsində aldığı xəsarətlə bağlı əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsinə dair etirazı diqqətə çatdırır. Salyan rayon sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunub ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 5571 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol axillaris və radialis sinirlərinin posttravmatik nevropativası nəticəsində ətraf funksiyasının mülayim dərəcədə pozulması. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Sol çiyin qursağını dəlib-keçən güllə yaralanması, ənsə nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “İİ dərəcəli dişlərin anomaliyası, dislərarası məsafə~0,6 sm. Çeynəmə səmərəliliyi N.S.İ.Agapova görə 82%.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 11973/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu. Postkommosion sindrom.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 9039/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Uzungedisli posttravmatik stress pozuntusu, funksional qıcolma tutmaları ilə.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 354 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakətdən sonrakı davamlı şəxsiyyət dəyişikliyi.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 24.01.-xx.xx.2023-cü il tarixli 10006418 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakətdən sonrakı davamlı şəxsiyyət dəyişikliyi." kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafda ağrılardan, hərəkət məhdudluğundan, hissiyatın zəifləməsindən, baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, gecə yuxusunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Sol yuxarı ətrafda hipotrofiya, atrofiya və parez əlamətləri müşahidə edilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra şəxsiyyətin isterik tipli pozuntusu, aqravasiva elementləri ilə.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(120)-488/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(120)-488/2025 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçının ərizəsinə əsasən ötürülmüş prosessual müddətin bərpa edilməsi məsələsi əsaslandırılmamışdır. İddiaçının cavabdehin imtinasını mübahisələndirmə zərurəti olmasına baxmayaraq məhkəmə əsaslandırmasında hansı səbəbdən bu zərurətin olmaması qənaətinə gəlməsi anlaşılan deyildir. Bundan əlavə birinci instansiya məhkəməsi sırf ekspert rəyi əsasında iddiaçıda hazırda əvvəlki xəstəliyin mövcud olmasına əsaslanaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Həmçinin, bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(120)-488/2025 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-414/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarın ləğv edilməsi və ona orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin olunması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, icraat zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, İddiaçı adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş müayinə aktlarında qeyd olunan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli, S00085362ESİ saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, vəziyyətində yaxşılaşma olmamışdır, xəstə hal-hazırda da həmin xəsətliklərdən əziyyət çəkir. İddiaçı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarına dair” Əsasnamənin 7.7.1-ci bəndi - fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (F62.0) müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan SX № ******* nömrəli, xx.xx.2015-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Şuşa döyüşlərində iştirak etmişdir.Və xx.xx.2020-ci il tarixdə sol döş qəfəsinin ön divarını dəlib keçən kor güllə yarası, ənsə nahiyyəsində qəlpə yarası aldığı qeyd olunmuşdur. İşdə olan Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 1762 nömrəli travma haqqında arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən “Döş qəfəsinin sol yarısının ön divarının dəlib-keçən kor güllə yaralanması. Ənsə nahiyəsinin kor qəlpə yarası” xəsarətini almışdır. İşdə olan Müdafiə Nazirliyi N saylı hərbi hissənin N nömrəli arayışında qeyd edilmişdir ki, Qısa anamnezi: Şikayəti: Baş ağrıları və sol yuxarı ətrafda olan ağrılardandır. Deməsinə görə xx.xx.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılmış mərminin partlaması və atəş nəticəsində xəsarət almışdır (travma haqqında arayış təqdim edilməyib). ilkin tibbi yardım göstərildikdən sonra təxliyyə olunmuşdur. Aparılmış müayinələrədn sonra "Yaraların birincili cərrahı işlənməsi, yad cismin xaric edilməsi” əməliyyatı icra edilmişdir. Sonrakı müayinə və müalicə üçün 09.11.20-ci il tarixdə Göygöl RMX-ya köçürülmüşdür. 09.11.20-14.12.20-ci il tarixlərdə Göygöl RMX-da stasionar müayinə və müalicədə olmuşdur. (əsas:Göygöl RMX tərəfindən təqdim olunmuş çıxarış epikrizi). N nömrəli hərbi hissə komandirinin sərəncamına əsasən HHK-ya təqdim olunur. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Partlayış travması(05.11.20) nəticəsində ənsə nahiyyəsinin kor qəlpə və sol körpücük sümüyünün açıq, natamam sınığı ilə müşayiət olunan körpücük nahiyyəsinin kor odlu silah yaralanmasına (xx.xx.2020) görə aparılmış yaraların birincili cərrahi işlənməsi, yad cismin xaric edilməsi əməliyyatından (05.11.20) sonrakı bərkiməmiş sümük döyənəyi və dəri çapığı, funksiyanın müvəqqəti pozulması ilə Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hərbi xidmətə müvəqqəti yararsızdır. Xəstəliyinə görə 15 gün məzuniyyət verilməlidir. Məzuniyyət müddəti bitdikdən sonra təkrar şəhadətləndirilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli, 5571 nömrəli xəstəlik haqqında şəhadətnamədə (ehtiyatda olan əsgər İddiaçı, xx.xx.1996-cı il təvəllüdlü, xx.xx.2020-ci il tarixdən SHXÇDXnin Salyan rayon şöbəsi tərəfindən). Səhiyyə idarəsinin Baş psixiatrı, X9, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, “Posttravmatik stress pozuntusu F43.1; Postkommosion sindrom F 07.2” diaqnozu təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən Respublika Psixatriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixdə Respublika Psixatriya Xəstəxanasında “Postravmatik stress pozuntusu” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 3411/22 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2022-ci il tarixdə Elmi Tədqiqat və X5 ENMG müayinəsində olmuş, “Alınan nəticələr pasientdə neyromator aparatın nevral tipli zədələnməsinə (sol n. Axillaris və n. Radiaiis sinirlərinin neyropatiyası)” dəlalət edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. MN BKH-nın travmatoloqu və nevroloqu ilə konsultasiya olunmuşdur. İşdə olan Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı: İddiaçı: DİAQNOZ:”Sol axillaris və radialis sinirlərinin posttravmatik neyropatiyası nəticəsində ətraf funksiyasının mülayim dərəcədə pozulması. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Sol çiyin qurşağını dəlib-keçən güllə yaralanması, ənsə nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqı”. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” DİAQNOZ:”lldərəcəli dişlərin anomaliyası, dişlərarası məsafə =0,6 sm. Çeynəmə səmərəliliyi NŞİ. Aqapova görə 82%”. İşdə olan Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəsi” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 354 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı, xx.xx.2023-cü il tarixdə t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunub Diaqnoz :Fəlakətdən sonrakı davamlı şəxsiyyət dəyişikliyi F62.0 İşdə olan Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəsi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 3279 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı, xx.xx.2022-ci il tarixdə X9, professor Fuad İsmayılov tərəfindən müayinə olunub Diaqnoz: Posttravmatik stress pozuntusu F43.1 Postkommosien sindrom F07.2 İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 2392/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Salyan rayon sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X11 "Salyan Rayon Mərkəzi Xəstəxanasi" X8 19..09.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Salyan rayonu, Çuxanlı kənd sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixədək müxtəlif tarixlərdə Salyan RMX-na müraciət etmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020- ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası" na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərə çatdırılır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı qulluq keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildirilir ki, İddiaçı ilkin əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat aşkarlanmadı. Müəyyən olunmuşdur ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə Salyan Rayonlararası Psixatriya Xəstəxanasının E00011030HVG nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx004 nömrəli Qərarı ilə Salyan Rayonlararası Psixatriya Xəstəxanasının S00085362ESİ nömrəli, xx.xx.2023-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Səhiyyə Nazirliyinin “X7” X8 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 8379 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə 9 saylı BŞX-nın göndərişinə əsasən mərkəzə müayinə və müalicə üçün müraciət edib. Həkim-psixiatr tərəfindən müayinə olunub. Təkrar olaraq xx.xx.2022-ci il tarixdə müraciət edib. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarında qeyd edilmişdir ki, Salyan rayon sakini xx.xx.1996- cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Salyan Rayonlararası Psixatriya Xəstəxanasının 31 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlilliyi ilə bağlı xəstəxana tərəfindən F07.2, F43.1, F62.0 Postravmatik stress pozuntusu, postkommosion sindrom, müharibə, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi diaqnozları ilə proqnozlaşdırılaraq xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində Salyan Rayonlarası Psixatriya Xəstəxanası HMK-na təqdim edilmiş və müvafiq olaraq əlilliyin təyini ilə bağlı E00011030HVG, S00085362ESİ nömrəli elektron müraciət (forma 88) tərtib edilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1322/2024 nömrəli qərardadı ilə məhkəmə tibbi-ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, T 430/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1996-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-6. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına “Salyan rayonlararası Psixiatriya Xəstəxanası”nda tərtib edilmiş xx.xx.2021-ci il tarixli S00085362ESİ nömrəli Forma 88-də göndərişində qeyd edilmiş “a)Əsas diaqnoz: Posttravmatik stress pozuntusu. Diaqnoz: F43.1, F07.2, F62.0- uzun müddətli posttravmatik stress pozuntusu, postkommosion sindrom, fəlakətdən (xx.xx.2020 müharibədən) sonrakı davamlı şəxsiyyət dəyişikliyi; Ağırlaşma: F62.0-Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi; fəlakətdən (xx.xx.2020 müharibədən) sonrakı davamlı şəxsiyyət dəyişikliyi; Yanaşı xəstəliklər: G56.3-mil sinirinin zədələnməsi, G54.0- Bazu kələfinin zədələnməsi, S44.1-Bazu səviyyədə orta sinirin travması, G83.2-Yuxarı ətrafların monoplegiyası, sol axillaris və radialis sinirlərinin posttravmatik neyropatiyası, sol yuxarı ətrafın monoparezi ilə diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edildiyindən onu inkar etmək də olmaz. Belə ki, xx.xx.2024-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra şəxsiyyətin isterik tip dəyişikliyi, aqravasiya elementləri və kverulyant tendensiyaları” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasında psixiatr həkim tərəfindən müayinə olunmuş və ona “Fəlakət (2-ci Qarabağ müharibəsi) keçirdikdən sonrakı davamlı şəxsiyyət dəyişikliyi tez-tez baş verən dekompensiyalarla” diaqnozu təyin edilmişdir. 7-8. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə müalicəyə cəlb edilə bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1322/2024 nömrəli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3253 nömrəli rəyində qeyd edilmişdir ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda “FƏLAKƏT KEÇİRDİKDƏN SONRA ŞƏXSİYYƏT DƏYİŞİKLİYİ” (F 62.0) müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”ndə “Posttravmatik stress pozuntusu F43.1, Postkommosion sindrom F07.2” diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”də “Fəlakətdən sonrakı davamlı şəxsiyyət dəyişkənliyi” diaqnozu təyin edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və s.) sübut edir. Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: İddiaçı barəsində müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndərişdə (forma 88) qeyd edilən xəstəlik əyani müayinə zamanı öz təsdiqini tapırmı? Ekspert rəyi tərtib edilərkən aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə iddiaçının səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı və iddiaçıda göndərişdə qeyd olunmuş xəstəliklər və qüsurlar halhazırda müəyyən olunurmu? Onun orqanizminin funksiyalarının pozulmasının klinik funksional xüsusiyyətləri əsaslandırılsın. Cavab: Yoxlanılan şəxs İddiaçı “fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişikliyi” aşkar olunur. 2-ci sual: əyani müayinə zamanı müvafiq XBT-10 kodu göstərilməklə xəstəliyinin adı, əsas diaqnozu, ağırlaşmaları, yanaşı xəstəlikləri, xəstəliklərinin yaranma əsasları müəyyən edilsin (əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklər ətraflı göstərilməklə). Cavab: Yoxlanılan şəxs İddiaçı “fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişikliyi (F62.0)” müəyyən edilir. 3-cü sual: aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? Cavab: Yoxlanılan şəxs İddiaçı aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. 4-cü sual: aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 5-ci sual: Aparılmış müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış obyektiv müayinələrin nəticələrinə (yəni müayinə zamanı aşkar edilmiş xəstəliklərə və diaqnoza) uyğundurmu (eynilik təşkil edirmi) və ya aparılmış müayinələrin nəticələri İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edirmi? Cavab: Yoxlanılan şəxs İddiaçı “fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişikliyi” müəyyən edilir. İddiaçı təyin olunmuş diaqnoz aparılmış obyektiv müayinələrin nəticələrinə uyğundur. 6-cı sual: İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 7-ci sual: İddiaçı əlillik dərəcəsi təyin edilməsindən imtina olunan zaman onda olan xəstəliklər hazırda müşahidə olunurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişikliyi” aşkar olunur. 8-ci sual: İddiaçı üzərində aparılan canlı müayinələrin nəticələri əsasında (əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklər nəzərə alınmaqla) təyin olunmuş diaqnoza və müvafiq tibb göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə qeyd olunan diaqnoza əsasən İddiaçı əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin hansı bəndinə uyğundur və Əsasnamənin 2-ci hissəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü, düşürsə hansı xəstəlikdir? Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. İş materiallarında olan Azərbaycan Respublikası Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 136 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.1996-cı il təvəllüdlü Salyan rayon Çuxanlı kənd sakini İddiaçı Salyan RMX-nın xx.xx.2022-ci il tarixli №218 saylı göndərişinə əsasən xx.xx.2022-xx.xx.2022-ci il müddət arasında “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress, mülayim ifadəli postkommosion sindrom” diaqnozları ilə Salyan Rayon Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. Əlilliyin təyini ilə bağlı İddiaçı sənədləri (tibbi anket) sonuncu dəfə xx.xx.2023-cü ildə Salyan RMX HMK tərəfindən “Uzunmüddətli posttravmatik stress pozuntusu. Postkommosion sindrom. Fəlakətdən (xx.xx.2020 müharibədən) sonrakı davamlı şəxsiyyət dəyişikliyi” diaqnozları ilə protokollaşdırılaraq Salyan RPX HMK-na təqdim edilmişdir. Təqdim edilən tibbi sənədlərə əsaslanaraq həmin tarixdə № S00085362ESİ saylı elektron göndəriş (Forma-88) tərtib edilib TSEK-in elektron altsisteminə ötürülmüşdür. Qeyd edilən diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının” 7.7.1.1-ci bəndinə uyğun yazılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 6 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində “Posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli stress pozuntusu” diaqnozu qoyulmuş və əsas diaqnozun ağırlaşmaları dəqiqləşdirilmədiyi və diaqnostik müayinələrlə təsdiqlənmədiyindən əlilliyin müəyyən olunmasından imtina edilmişdir. Sonradan yəni, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində “Postkontuzion sindrom. Posttravmatik stress pozuntusu” diaqnozu qoyulmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi müəyyən edilmişdir. Növbəti qiymətləndirmə üçün iddiaçının müraciətinə əsasən Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən F07.2,F43.1,F62.0 "Postravmatik stress pozuntusu, postkornmosion sindrom, müharibə, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi" diaqnozları ilə sonuncu dəfə xx.xx.2023-cü il tarixində əlilliyin təyini ilə bağlı S00085362ESİ nömrəli göndəriş (forma 88) rəsmiləşdirilərək TSEKin elektron altsisteminə ötürülmüşdür. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx004 nömrəli Qərarı ilə Salyan Rayonlararası Psixatriya Xəstəxanasının S00085362ESİ nömrəli, xx.xx.2023-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1. spesifik şəxsiyyət pozuntuları F60 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0 psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.1 Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən 35-60 dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski). Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən F07.2,F43.1,F62.0 "Postravmatik stress pozuntusu, postkornmosion sindrom, müharibə, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi" diaqnozları ilə sonuncu dəfə xx.xx.2023-cü il tarixində əlilliyin təyini ilə bağlı S00085362ESİ nömrəli göndəriş (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. İddiaçıda həmin xəstəliklərin və diaqnozun həqiqətən də mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(120)-1322/2024 nömrəli qərardad ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3253 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “FƏLAKƏT KEÇİRDİKDƏN SONRA ŞƏXSİYYƏT DƏYİŞİKLİYİ” (F 62.0) müəyyən edilir. Yəni, iddiaçıda həmin xəstəliyin Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə yaranması iş materiallarında olan sənədlər ilə öz təsdiqini tapır. Eyni zamanda Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında ixtisaslaşmış tibb müəssisəsi - Azərbaycan Respublikası Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 136 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.1996-cı il təvəllüdlü Salyan rayon Çuxanlı kənd sakini İddiaçı Salyan RMX-nın xx.xx.2022-ci il tarixli №218 saylı göndərişinə əsasən xx.xx.2022-xx.xx.2022-ci il müddət arasında “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress, mülayim ifadəli postkommosion sindrom” diaqnozları ilə Salyan Rayon Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. Əlilliyin təyini ilə bağlı İddiaçı sənədləri (tibbi anket) sonuncu dəfə xx.xx.2023-cü ildə Salyan RMX HMK tərəfindən “Uzunmüddətli posttravmatik stress pozuntusu. Postkommosion sindrom. Fəlakətdən (xx.xx.2020 müharibədən) sonrakı davamlı şəxsiyyət dəyişikliyi” diaqnozları ilə protokollaşdırılaraq Salyan RPX HMK-na təqdim edilmişdir. Təqdim edilən tibbi sənədlərə əsaslanaraq həmin tarixdə № S00085362ESİ saylı elektron göndəriş (Forma-88) tərtib edilib TSEK-in elektron altsisteminə ötürülmüşdür. Qeyd edilən diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının” 7.7.1.1-ci bəndinə uyğun yazılmışdır. Beləliklə də müəyyən edilmişdir ki, İddiaçı xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndinə uyğundur və həmin bəndə əsasən (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən 35-60 dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski) onun əlilliyi müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası müddətlə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu qeyd edir ki, hazırda mübahisələdirilən cavabdehin xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. Həmin qərar barədə iddiaçı məhkəmə prosesi zamanı məlumatlı olmuşdur. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya inzibati icraat qaydasında həmin qərardan şikayət verilməsinin qaydası və müddəti də izah edilməmişdir. Həmçinin həmin qərarda hüquqi müdafiə vasitələri göstərilməmişdir. İşin hallarından görünür ki, iddiaçı ona əlilliyin təyin edilməsində israrlıdır və buna görə lazımi qaydada səlahiyyətli orqana müraciət etmişdir. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, prosessual müddətin bərpa edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(120)-488/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar