Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-416/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının vəkili X6, üçüncü şəxs X11 iştirakı ilə, İddiaçı cavabdeh Neftçala rayonu X12rşı “Neftçala rayon X14 xx.xx.2017-ci il tarixli, 04 saylı qərarın etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)-356/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Neftçala rayonu X12rşı “Neftçala rayon X14 xx.xx.2017-ci il tarixli, 04 saylı qərarın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)-356/2024 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və Neftçala rayon X14 xx.xx.2017-ci il tarixli, 04 saylı qərarının etibarsız hesab edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də inzibati aktın etibarsızlığının tanınması ilə bağlı iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Ona görədə, mübahisə ilə bağlı məhkəmənin araşdırması yetərli hesab olunmamalıdır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etməmişdir, ona görə də məhkəmənin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşmırıq. İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun 13.1-ci maddəsinin tələbinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. X26 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlasdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Göstərilən normaların məzmunu onu deyir ki, inzibati orqan qərar qəbul edərkən səlahiyyətləri çərçivəsində hərəkət etməli və bu zaman qanunun tələblərini gözləməli, digər şəxslərin hüquqlarını pozmamalıdırlar. Belə olmadığı halda səlahiyyət həddini aşmış hesab olunurlar ki, buda onların səlahiyyətlərinin qanunsuz səkildə həyata keçirməsidir. Hesab edirik ki, cavabdeh torpaq sahəsinin digər şəxsə satıılması məsələsini həm torpaq və həmdə bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun torpağın satılması məsələsini tənzimləyən normalarını, həm də "İnzibati icraat haqqında" Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli olduğu halda, bunları etməmişdir. Bu baxımdan hesab edir ki, bu elə bələdiyyənin səlahiyyətinin olamaması anlamına gəlməlidir. Cavabdeh Aşağı Surra Bələdiyyəsi torpaq sahəsini 3-cü şəxsə satmaqla torpaq və digər qanunvericiliyin tələblərini və eyni zamanda iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. 04 saylı, xx.xx.2017-ci il tarixli qərar bələdiyyə tərəfindən inzibati icraat haqqında hüquq normalarının və digər maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş inzibati akt olduğundan ləğv edilməlidir. İddia ərizəsində qeyd etdiyim kimi Neftçala rayonunda 1997-ci il tarixdə aqrar islahat keçirilmiş, Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli 23 saylı qərarı ilə İddiaçı 0.15 ha torpaq sahəsi ayrılmışdır. Həmin komissiya torpaq sahəsi ayrılması qənaətinə gələrkən vətəndaşların həyətyanı torpaq sahələrinə aid cədvəl sənədinə və şəhadətnaməyə istinad etmişdir. Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı sıra saylı adlı siyahı üzrə 40 kimi qeyd edilmişdir. Həmin ayrılmış torpaq sahəsindən əlavə, iddiaçının həyətyanı sahəsinə bitişik 0.10 ha zəbt etdiyi torpaq sahəsi olmuşdur. Qeyd edilən torpaq sahəsi 20 ildir ki, zəbt edilmiş torpaq sahəsi kimi iddiaçının istifadəsində olmuşdur. Mübahisəli torpaq sahəsi 20 ildir ki, zəbt edilmiş torpaq sahəsi kimi iddiaçının istifadəsində olmuş, 20 il müddətində istifadə etdiyi torpaq sahəsini almaq məşədilə cavabdeh X18 müraciət etmiş və bələdiyyənin xx.xx.2020-ci il tarixli 160 saylı məktubundan ona məlum olmuşdur ki, onun hasarı daxilində olan 0.10 ha torpaq sahəsi ondan xəbərsiz X14 xx.xx.2017-ci il tarixli 04 saylı iclas qərarına əsasən qardaşı, iş üzrə 3-cü şəxs X2. Famil Hüseynova da 1997-ci ildə keçirilən Aqrar islahat Komissiyasının qərarına əsasən 0.10 ha torpaq sahəsi ayrılıb. İddiaçının zəbt etdiyi və istifadəsində olan torpaq sahəsi ilə bitişik sahədir. Cavabdeh özünün alqı-satqı saxtakarlığına dön geyindirmək üçün həmin alqı-satqını yenidən, Neftçala rayon Dövlət Notariat Ofisinin xx.xx.2017-ci il tarixli AN-İ, ******* nömrəli alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişdir. Bundan sonra F.Hüseynov həmin torpaq sahəsinə DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsindən müvafiq çıxarış almışdır. Belə ki, üçüncü şəxsə ayrılan həmin torpaq sahəsi iddiaçının sahibliyində və uzun müddət istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazi hüdudlarında və ona məxsus hasarın daxilində yerləşmişdir. Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli 23 saylı qərarına əsas olan həm İddiaçı və həmdə Famil Hüseynova aid ilkin torpaq sənədlərini məhkəmə obyektiv araşdırarsa və düzgün hüquqi qiymətləndirərsə, hazırda miibahisələndirilən X14 qərarı ilə Famil Hüseynova satılmış torpaq sahəsinin, İddiaçı istifadəsində və sahibliyində və ona aid olan hasarın daxilində olması müəyyən olunar. İddiaçı istifadəsində və sahibliyində olmuş torpaq sahəsi, əhatələndiyi köhnədən qalmış hasarla müəyyən olunur ki, hazırda Bələdiyyə tərəfindən Famil Hüseynova satılmış torpaq sahəsi, həqiqətən İddiaçı sahibliyində olmuş torpaq sahəsidir. Bunu yerində baxış keçirməklə və ekspertiza rəyi ilə də müəyyən etmək olar. Beləki, həmin köhnə hasar, İddiaçı istifadəsində olan torpaq sahəsinin köhnə, ilkin sərhədlərini müəyyən etməyə imkan verir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)-356/2024 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)-356/2024 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X20 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)-356/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması qaydasında əldə edirlər. 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. 86-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçının tələbi “Neftçala rayon X14 xx.xx.2017-ci il tarixli, 04 saylı qərarın etibarsız hesab edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı qeyd edir ki, onun həyətyanı sahəsinə bitişik 0.10 ha zəbt etdiyi torpaq sahəsi 20 ildir ki, zəbt edilmiş torpaq sahəsi kimi onun istifadəsində olmuşdur. 20 il müddətində istifadə etdiyi torpaq sahəsini almaq məqsədilə cavabdeh X18 müraciət etmişvə bələdiyyənin xx.xx.2020-ci il tarixli 160 saylı məktubunda onun hasarı daxilində olan 0.10ha torpaq sahəsi ondan xəbərsiz X14 xx.xx.2017-ci il tarixli 04 saylıiclas qərarına əsasən qardaşı X2. X13 ayrılan həmin torpaq sahəsi onun sahibliyində və uzun müddət istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazi hüdudlarında və ona məxsus hasarın daxilində yerləşmişdir. Cavabdeh Aşağı Sıırıa Bələdiyyəsi torpaq sahasini 3-cü şəxsə satmaqla torpaqvə digər qanunvericiliyin tələblərini va eyni zamanda onun mülkiyyət hüquqlarını pozmuşdur. Bələdiyyə tərəfindən Famil Hüseynova satılmış torpaq sahəsi, həqiqətən onun sahibliyində olmuş torpaq sahəsidir. Onun zəbt etdiyi torpaq sahəsini digər şəxsə satmaqla, bələdiyyə qanunsuzluğa yol vermişdir. Məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyətə verilir və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, o cümlədən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərindən biri kimi müəyyən edilmişdir. Neftçala rayon X14 17 fevral 2017-ci il tarixli, 04 nömrəli qərarı ilə X5 torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğundan məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-041A (kod ********) nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Neftçala rayon Aşağı Surra kənd sakini X13 və ailə üzvləri X9, X10 və X15 Neftçala rayon Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli, 23 saylı qərarı ilə 0,10 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Neftçala rayon Aşağı Surra kəndində yerləşən 0.10 hektar sahəsi Neftçala rayonu X14 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Neftçala rayonu X14 xx.xx.2017-ci il tarixli, 04 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, Aşağı Surra kənd sakini X11 Aşağı Surra kəndində 5 ildən artıq yaşamasını və pasport qeydiyyatında olmasını nəzərə alaraq ona X14 xx.xx.2005-ci il tarixli, JN-01-1 saylı (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda 1-11 nömrə ilə qeydə alınmış, bələdiyyənin alqı-satqı predmeti kəndin yaşayış sahəsi fonduna aid 0.10 ha torpaq sahəsi 149135 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə və Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evi tikintisi məqsədilə (hərracdan kənar) kənd sakini X11 xüsusi mülkiyyətinə satılmışdır. İş materiallarında olan Neftçala rayonu dövlət notariat kontorunun dövlət notariusu X16 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Neftçala rayonu Aşağı Surra bələdiyyəsi ilə X20 arasında Neftçala rayon Aşağı Surra kəndində yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyalı ümumi 1000 kv.m olan torpaq sahəsi 500 manata X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Neftçala rayon Aşağı Surra kəndində yerləşən 0.10 hektar sahəsi X11 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Neftçala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1- 1221/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdehlər X13, Neftçala rayonu X18, Neftçala rayon Dövlət Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-nin 13 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Neftçala Rayon Məhkəməsinin 2(053)-06/2022 nömrəli mülki iş üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı Neftçala Rayon Məhkəməsinin 2(053)- 06/2022 nömrəli mülki iş üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün 22 aprel 2022-ci il tarixində Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1289/2022 nömrəli mülki iş üzrə 22 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti Neftçala rayonu X14 xx.xx.2017-ci il tarixli, 04 saylı iclas qərarının etibarsız hesab edilməsinə dair hissədə qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 2(053)-06/2022 nömrəli mülki iş üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi qismən-“iddia tələbinin Neftçala rayonu X14 xx.xx.2017-ci il tarixli, 04 saylı iclas qərarının etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv edilmiş vəhəmin hissədə iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 1289/2022 nömrəli mülki iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 2(053)-06/2022 nömrəli mülki iş üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi qismən-“iddia tələbinin “xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı- satqı müqaviləsinin və onun hüquqi nəticələrinin, X11 adma həmin torpağa dair verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi “xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı- satqı müqaviləsinin və onun hüquqi nəticələrinin, X11 adma həmin torpağa dair verilmiş çıxarışın etibarsız hesab edilməsinə” dair hissələrdə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4836/2022 nömrəli mülki iş üzrə 06 sentyabr 2022ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1289/2022 nömrəli mülki iş üzrə 22 iyun 2022-ci il tarixli qərardadıdəyişdirilmədən saxlanılmışdır. 2(053)-06/2022 nömrəli mülki işin materiallarında saxlanılan Neftçala Rayon Məhkəməsinin 2(053)-06/2022 nömrəli mülki iş üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsinin, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1289/2022 nömrəli mülki iş üzrə 22 iyun 2022-ci il tarixli qərardadının və qətnaməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4836/2022 nömrəli mülki iş üzrə 06 sentyabr 2022-ci il tarixli qərarının surətləri göndərilmişdir. İş materiallarında olan Neftçala rayonu İcra Hakimiyyəti başçısının Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-67-5/2-185/2023 nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsi X14 təqdim etdiyi müvafiq sənədlərə əsasən hal-hazırda İddiaçı qonşuluğunda yaşayan və qardaşı X11 istifadəsindədir. İş materiallarında olan Neftçala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48- 35R.A/2-231/2023 nömrəli arxiv arayışından görünür ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon Aşağı Surra kənd X19 İcraiyyə komitəsinin 1983-1985-ci il Təsərrüfatbaşına kitabında X11 adına yaşayış evi tikmək üçün 0.10 hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə nəzər yetirilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını vəqanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan) inzibati akt isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Neftçala rayon X14 17 fevral 2017-ci il tarixli, 04 saylı iclas protokoluna əsasən Aşağı Surra kənd sakini X11 Aşağı Surra kəndində 5 ildən artıq yaşaması və pasport qeydiyyatında olması nəzərə alınaraq ona X14 alqı-satqı predmeti olan kəndin yaşayış sahəsi fonduna aid 0,10 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi məqsədi ilə (hərracdan kənar) kənd sakini X11 xüsusi mülkiyyətinə satılmış və xx.xx.2017-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və RX ******* nömrəli çıxarış ilə X3 torpaq sahəsi üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. İddiaçı qeyd edir ki, onun həyətyanı sahəsinə bitişik 0.10 ha zəbt etdiyi torpaq sahəsi 20 ildir ki, zəbt edilmiş torpaq sahəsi kimi onun istifadəsində olmuşdur. 20 il müddətində istifadə etdiyi torpaq sahəsini almaq məqsədilə cavabdeh X18 müraciət etmişvə bələdiyyənin xx.xx.2020-ci il tarixli 160 saylı məktubunda onun hasarı daxilində olan 0.10ha torpaq sahəsi ondan xəbərsiz X14 xx.xx.2017-ci il tarixli 04 saylıiclas qərarına əsasən qardaşı X2. X13 ayrılan həmin torpaq sahəsi onun sahibliyində və uzun müddət istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazi hüdudlarında və ona məxsus hasarın daxilində yerləşmişdir. Cavabdeh Aşağı Surra Bələdiyyəsi torpaq sahəsini 3-cü şəxsə satmaqla torpaqvə digər qanunvericiliyin tələblərini va eyni zamanda onun mülkiyyət hüquqlarını pozmuşdur. Bələdiyyə tərəfindən Famil Hüseynova satılmış torpaq sahəsi, həqiqətən onun sahibliyində olmuş torpaq sahəsidir. Onun zəbt etdiyi torpaq sahəsini digər şəxsə satmaqla, bələdiyyə qanunsuzluğa yol vermişdir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı da X14 xx.xx.2017-ci il tarixli 04 saylı qərarının etibarsızlığının tanınmasına yönəlmişdir. Yuxarıda göstərmiş “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində etibarsız inzibati aktların dairəsi konkret olaraq müəyyən edilmişdir. Başqa sözlə, qanunverici tərəfindən inzibati aktın qəbul edildiyi andan etibarsız sayılmasını şərtləndirən hallar və bunun üzərindən qəbul edildiyi andan etibarsız sayılan inzibati aktlar əvvəlcədən həmin normada təsbit edilmişdir. İstinad olunan həmin normaya görə, hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati aktlar, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən, faktiki səbəblər üzündən icrası mümkün olmayan, kimə ünvanlandığı aydın olmayan inzibati aktlar etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. İnzibati orqan bundan imtina etdiyi hallarda, şəxs Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən həmin aktın etibarsızlığının tanınmasına dair müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla bağlı qeyd olunmalıdır ki, belə iddianın qaldırılmasında şəxsin xüsusi hüquqi marağı qısa müddətdə etibarsızlığın müəyyən olunmasına və etibarsızlıq faktının konstatasiyasına yönəlmiş olur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, etibarsızlığın tanınması haqqında iddialar üzrə məhkəmə araşdırmasının predmeti “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması ilə məhdudlaşır və həmin halların müəyyən edilmədiyi təqdirdə, tanınma haqqında iddianın təmin olunmasından imtina olunur. Başqa sözlə, həmin iddia yalnız “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğu hallarda əsaslı sayıla bilər. Lakin hazırkı iş üzrə X14 xx.xx.2017-ci il tarixli 04 saylı qərarının etibarsız sayılmasının əsasları müəyyən olunmur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin (vərəq 192) “cavabdehin mübahisəli torpaq sahəsinə qərar vermək səlahiyyətinin olmaması ilə bağlı” dəlillərinə münasibət onu qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyətə verilir və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, o cümlədən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərindən biri kimi müəyyən edilmişdir. Belə olan halda, cavabdeh qeyd edilən torpaq sahəsini üçüncü şəxsə verilməsinə dair qərar qəbul etmək hüququna malik olmuşdur. Odur ki, Neftçala rayon X14 17 fevral 2017-ci il tarixli, 04 nömrəli qərarı ilə X5 torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlı deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, , inzibati orqanın qərarının qəbulunun qanunvericiliyin müəyyən tələblərinin pozulması ilə müşayiət olunması, həmin qərarın qəbulunun onun səlahiyyəti ilə ehtiva olunduğu hallarda həmin qərarın etibarsızlığına deyil, qanunsuzluğuna səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, sərəncamında olan torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin səlahiyyəti ümumi xarakterli səlahiyyətdir və hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahələrinə belə şamil olunur. Belə ki, həmin torpaq sahələrinin ayrılması da bələdiyyənin torpaqayırma səlahiyyəti ilə ehtiva olunur və burada söhbət bələdiyyənin səlahiyyətsizliyindən deyil, müvafiq səlahiyyətin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasından gedir. İstinad olunan norma məhz bu mənada təfsir və tətbiq olunmalıdır. Qanunsuz inzibati aktlar isə yalnız qanunla müəyyən olunmuş qaydada və şərtlər daxilində buna subyektiv hüququ olan şəxslər tərəfindən mübahisələndirilə bilər və ya buna səlahiyyəti olan orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müvafiq prinsipləri və normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin ayrılmasının onların səlahiyyətinə aid olduğu mübahisə predmeti deyil və təkzib olunmur. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə Neftçala rayon X14 17 fevral 2017-ci il tarixli, 04 nömrəli qərarı etibarsız sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(120)-356/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-416/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-416/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver