Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-417/2025 25.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması, etimad hüququ, birgə məsuliyyət) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə, İddiaçının cavabdehə qarşı “4427.78 manat sosial müavinət məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli *-*(***)-***/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin ##.##.2005-ci il tarixli **** nömrəli qərarından görünür ki, Cavabdeh ##.##.2005-ci il tarixdən müddətsiz müavinət təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən verilmiş ## ##### 2008-ci il tarixli **/**** nömrəli arayışda qeyd edilmişdir ki, “...Verilir Cavabdeh ondan ötrü ki, həqiqətən o, DSMF Lənkəran şəhər şöbəsindən heç bir növ pensiya və müavinət almır. Arayış: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün verilir.” DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin ##.##.2008-ci il tarixli HD/**** nömrəli qərarından görünür ki, Cavabdeh ##.##.2006-ci il tarixdən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının ## #### 2024cü il tarixli 3-17-1/2 ******/**** nömrəli məktubundan görünür ki, Cavabdeh ##.##.2005-ci il tarixdən müddətsiz təyin edilmiş müavinətin ödənişi adıçəkilən şəxsə ##.##.2008-ci il tarixdə xidmət illərinə görə əmək pensiyası təyin edilən zaman dayandırılmamış və ##.##.2018-ci il tarixədək ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının Cavabdeh ünvanladığı ##.##.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh ##.##.2008-ci il tarixdən İdarə tərəfindən əmək pensiyası təyin edilərək # ###### 2006-cı il tarixdən hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının İdarədə apardığı son audit yoxlamasının nəticəsində ona eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən ümumilikdə 4708.50 manat məbləğində artıq artıq müavinət ödənilməsi aşkar edilmiş və həmin məbləğin geri alınması İdarəyə tapşırılmışdır. Artıq ödənilmiş vəsaitə görə əmək pensiyasından cari ilin mart ayında aparılmış tutulma aprel ayından etibarən dayandırılmışdır. Ona artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığına qısa müddət ərzində İdarəyə təqdim edilməsini, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbyl edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 4427.78 manat məbləğin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh ##.##.2006-cı il tarixindən İdarə (hazırda Mərkəzi Filial) tərəfindən əmək pensiyası təyin edilərək 0# ###### 2006-cı il tarixdən hesablanıb ödənilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının İdarədə (hazırda Mərkəzi Filial) apardığı son audit yoxlamasının nəticəsində vətəndaşa eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən ümumilikdə 4708.50 manat məbləğində artıq müavinət ödənilməsi aşkar edilmiş və həmin məbləğin geri alınması İdarəyə (Mərkəzi Filiala) tapşırılmışdır. Artıq ödənilmiş vəsaitin 280.72 manat hissəsi cavabdehin əmək pensiyasından tutulmuş, qalan 4427.78 hissəsinin isə tutulması mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müavinət pensiya hüququ almadıqda təyin edilir. Cavabdehə yaranmış 4427.78 manat borcun ödənilməsi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra isə ##.##.2019-cu il tarixdə məktub göndərilərək, xəbərdarlıq edilmiş, əks halda qanuna müvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması cavabdeh tərəfindən həyata keçirilməmiş və nəticədə 4427.78 manat ödənilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, ## ##### 2008-ci il tarixdən İdarə tərəfindən ona əmək pensiyası təyin edilərək ##.##.2006-cı il tarixindən ödənilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının İdarədə apardığı son audit yoxlamasının nəticəsinə əsasən ona eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən ümumilikdə 4708.50 manat məbləğində artıq müavinət ödənilməsi aşkar edilmiş və həmin məbləğin geri alınması İdarəyə (Mərkəzi Filiala) tapşırılmışdır. Artıq ödənilmiş vəsaitin 280.72 manat hissəsi onun əmək pensiyasından tutulmuş, qalan 4427.78 manat hissəsinin isə tutulması mümkün olmamışdır. İddianın verilməsi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi göstərilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, iddia əsassız olduğuna görə rədd olunmalı və iş üzrə icraata xitam verilməlidir. İddiaçı iddia ərizəsini düzgün tərtib etməyərək, hazırkı iddia ilə bağlı hüququnun olmadığı və iddianın ümumiyyətlə Mərkəzi Filiala heç bir aidiyyətinin olmadığı halda Məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əmək pensiyası təyin edən orqandır. Lakin mübahisənin predmeti isə sosial müavinətlə bağlıdır. Odur ki, iddiaçının sosial müavinətin mübahisələndirmə hüququ yoxdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı sosial müavinət təyin edən orqan deyil. Filial tərəfindən mübahisələndirilən sosial müavinətin aldığı əmək pensiyası ilə heç bir bağlılığı yoxdur və bunun bu formada mübahisələndirilməsi qanunun tələblərinə zidd olmaqla əsassızdır. Mərkəzi Filial tərəfindən heç bir əsas olmadan 2019-cu ilin fevral və mart ayında əmək pensiyasından əsassız tutulma aparılmış və yalnız ##.##.2019-cu il tarixli şikayət nəticəsində əsassız tutulma 2019-cu ilin aprel ayından etibarən dayandırılmışdır. İddiaçı iddiasını eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi ilə əsaslandıraraq əsassız varlanmaya da istinad edir. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdanən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçı iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası Hesablama X3 apardığı son audit yoxlamasının nəticəsinə əsasən artıq müavinət ödənilməsi aşkar olunmuş və həmin məbləğin geri alınması Mərkəzi Filiala tapşırılmışdır. Lakin iş materiallarına audit yoxlama aktının və yaxud qərarının surəti əlavə edilməmişdir. Bu hal da hazırkı iddianın əsassız olması anlamına gəlir. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli Sərəncamının 1.11-ci bəndinə əsasən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulmuş, Prezident təqaüdünün ödənilməsinə ##.##.2019cu il tarixdən başlanılmış və həmin tarixdən müharibə veteranlarına müavinətlərin ödənilməsi dayandırılmışdır. Başqa sözlə, ##.##.2019-cuil tarixdən müharibə veteranlarına ödənilən müavinət Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əvəz edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2013-cü il tarixli *** nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ##### 2019-cu il tarixli *** nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il tarixli *** nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Odur ki, iddia ərizəsində göstərilən və ödənilməsi tələb olunan sosial müavinət növü ləğv olunaraq Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əvəz olunmuşdur. Məhz bu səbəbdən də iddiada tələb olunan məbləğin geri qaytarılmasının heç bir hüquqi əsası yoxdur və onun hətta istənilən orqan tərəfindən tələb olunması əsassızdır. Mübahisələndirilən müavinətlə bağlı qeyd etmək istəyir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Tərəfindən bununla bağlı ## ##### 2008-ci il tarixində Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məlumat verilmişdir. Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən bildirilmişdir ki, müavinətin dayandırılması üçün Hərbi Qulluqçular Departamenti tərəfindən Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məktub göndərilməlidir. Bundan sonra müavinətin dayandırılmasına baxıla bilər. Əsassız ödənilmiş kimi qeyd edilən 4708.50 manat pul vəsaitinin ona ödənilməsi ilə bağlı işdə sübut yoxdur. DSMF-nin heç bir qurumu tərəfindən ona artıq müavinət ödənilməmişdir. Tərəfindən müavinət və pensiyanın eyni vaxtda ödənilməsinə nail olunmamışdır və bununla bağlı heç bir hüquqa zidd hərəkətlərə yol verilməmişdir. Şirvan İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər: Samir Həsənov /sədrlik edən və məruzəçi, Fikrət Hüseynov və Habil Bəhmənov) ## ###### 2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ## ###### 2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)***/**** saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh Cavabdeh qarşı “4427.78 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsi” tələbinə dair *-*(***)-***/**** nömrəli iş üzrə əsl olmayan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı əsl iddiaçı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmış ki, müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Birinci instansiya məhkəməsi cavabdehdən artıq ödənilmiş pul vəsaitinin tələb edilməsini qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi kimi qiymətləndirmiş və cavabdeh sözügedən vəsaitin onun hər hansı bir müdaxiləsi olmadan ödəndiyini əsas gətirərək iddia tələbini təmin etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsin Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin ** saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarının əsaslandırma hissəsində qeyd etdiyi “burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 94-cü maddəsi ilə dövlətin sosial sahə ilə bağlı vəzifələrinin əsaslarının, ümumi qaydaların müəyyən edilməsi qanunvericinin müstəsna səlahiyyətlərinə aid edilmişdir. Belə ümumi qaydalar isə müxtəlif xarakterli münasibətlərin onların spesifik xüsusiyyətlərindən asılı olaraq müvafiq sahəvi hüquq normaları ilə fərqli (özünə xas olan) məzmunda tənzimlənməsini istisna etmir” hüquqi ifadəsinin şərhindən istiqamətlənərək qanunvericinin sosial sahədə tətbiq edilən xüsusi hüquq münasibətləri zamanı sahəvi qanunların üstünlüyünü tanıması icraatınızda olan iş üzrə məhkəməyə yekun qərar qəbul edilməsi zamanı istiqamətləndirici ola bilər. Cavabdehə ödənilmiş artıq sosial müavinətin maddi hissəsi “Sosial müavinətlər” haqqında Qanuna görə birbaşa tənzimlənir və geri qaytarılması zərurətdir. Cavabdehə ## ##### 2008-ci il tarixdə əmək pensiyası təyin edilərkən onun müraciət ərizəsinə əlavə edilmiş Fondun Lənkəran şəhər şöbəsinin ##.##.2008-ci il tarixli **/**** nömrəli arayışında edilmiş Fondun Lənkəran şəhər şöbəsindən heç bir növ pensiya və müavinət almadığı qeyd edilmişdir. Qeyd edilən arayışın cavabdeh tərəfindən necə və hansı əsasla əldə edilməsi barədə əlavə məlumat yoxdur. Yəni, şəxs müavinət aldığı halda yalan məlumatları əks etdirən arayışı təqdim etməklə əmək pensiyası təyin edildikdən sonra da həmin arayışı almağa nail olmuşdur. Cavabdehin nümayəndəsi ##.##.2025-ci il tarixli məhkəmə iclasında qeyd edilən müavinətin təmsil etdiyi şəxsə ödənildiyini etiraf etmiş, bununla da qeyd etdiyi sübutetmə vəzifəsindən iddiaçı tərəfi azad etdiyini diqqətdən qaçırmışdır. Bununla yanaşı həmin dövrdə ödənişləri və məbləğləri təsdiq edən qərarlar məhkəməyə təqdim olunmuşdur. Hər növbəti ilə dair qərarın özü belə ondan əvvəlki illərdə cavabdehə ödənişin davam etdirildiyini sübut etmək üçün kifayətdir. Həmçinin, cavabdehin tutulmuş pulun bərpa olunmasına dair vəsatəti əsassız olmaqla prosessual olaraq icraata qəbul oluna bilməz. Belə ki, iddia tələbinin həcmi iddiaçı tərəfindən müəyyən olunur və yalnız onunla əlaqəli olduqda qarşı tərəf qarşılıqlı iddia ilə çıxış edə bilər. Belə bir qarşılıqlı iddia tələbi olmadığından və qeyd olunan pulun vəsatət verilmək yolu ilə bərpasına nail olmağa çalışılması yolverilməzdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ilkin iddiaçı tərəfindən tutulmuş 280.72 manat məbləği qəbul edirlər və bu səbəbdən 4427.78 manat pulun tutulmasını tələb edirlər. Sonda nümayəndə Şirvan İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi nümayəndə3 iddiaya və apellyasiya şikayətinə etirazlara uyğun izahat verərərk, Şirvan İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; Maddə 7.0 (##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət- onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; Maddə 9.1 (##.##.2018-ci il tarixədək qüvvədə olan redaksiyada). Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət– onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; Maddə 12.1 (##.##.2018-ci il tarixdə qüvvədə olan redaksiyada). Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Maddə 12.2 (##.##.2018-ci il tarixdə qüvvədə olan redaksiyada). Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Maddə 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. Maddə 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1 ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Maddə 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müavinətin təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması iddiaçı tərəfindən hazırkı iddianın verilməsinə və həmin iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. Etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsi istisna edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, iş üzrə gəldiyə nəticə ilə bağlı aşağıdakıları qeyd edir. İşin faktiki hallarından və iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin ##.##.2005-ci il tarixli **** nömrəli qərarı ilə ##.##.2005-ci il tarixdən müddətsiz müavinət təyin edilmiş, DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin ##.##.2008-ci il tarixli HD/**** nömrəli qərarı ilə isə ona ##.##.2006-ci il tarixdən xidmət illərinə görə əmək pensiyası təyin edilmiş, cavabdehə eyni vaxtda əmək pensiyası və müavinət ödənilmiş, Azərbaycan Respublikası Hesablama Palatasının apardığı son audit yoxlamasının nəticəsində cavabdehə eyni vaxtda həm əmək pensiyasının, həmdə müavinətin ödənilməsi, nəticədə əsassız olaraq 4708.50 manat müavinətin ödənildiyi müəyyən edilmiş, ödənilmiş vəsaitin 280.72 manat hissəsi cavabdehin əmək pensiyasından tutulmuş, qalan hissəsinin isə tutulmadığı müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən Cavabdeh ## ##### 2008-ci il tarixli **/**** nömrəli arayış verilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, “...Verilir Cavabdeh ondan ötrü ki, həqiqətən o, DSMF Lənkəran şəhər şöbəsindən heç bir növ pensiya və müavinət almır. Arayış: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün verilir.” Arayış cavabdeh tərəfindən DSMF-in müvafiq qurumuna təqdim edilmişdir. Kollegiya ilk növbədə iddia üzrə iddiaçının subyektiv hüququnun olmaması, ona iddiaçı tərəfindən müavinət verilməməsi ilə bağlı mövqeyə münasibətdə bildirilir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 3.1 və 3.1.3-cü bəndlərinə əsasən Filial bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsaslılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək vəzifəsini yerinə yetirir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qrumlarda aparılmış struktur islahatlar nəticəsində iddiaçı olan qrum yaradılmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial sosial ödənişlər ilə bağlı ona həvalə edilmiş vəzifələrin icrası nəticəsində əsassız olaraq verilmiş müavinətləri də tələb etmək hüququna malikdir. Bu səbəbdən hesab edilir ki, iddiaçı tələb üzrə subyektiv hüquqa malikdir. Cavabdehin tələb edilən sosial müavinətin ona ödənilməməsi, müavinətin ödənilməsini təsdiq edən sübutların olmaması ilə bağlı mövqeyinə münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Hesablama Palatasının apardığı son audit yoxlamasının nəticəsində cavabdehə eyni vaxtda həm əmək pensiyasının, həmdə müavinətin ödənilməsi, müavinətin təyin edilməsi və illər üzrə müavinət məbləğinin artırılması ilə bağlı qərarlar, cavabdehin ##.##.2026-cı il tarixdədək müavinətin ödənilməsini mübahiələndirməməsi, əksinə onun məhkəməyə ##.##.2022-ci il tarixdə daxil olmuş yazılı izahatında (1-cild, səh 20) müavinətin dayandırılması üçün ## ##### 2008-ci il tarixdə Lənkəran Rayon Əhalinin Sosial Müdafizəsi Mərkəzinə məlumat verməsi barədə qeydi, o cümlədən həm əmək pensiyasının, həmdə müavinətin eyni vaxtda ödənilməsi barədə nümayəndəsinin ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında vermiş olduğu etirafedici izahatı (bax. elektron çəkiliş) təsdiq edir. Əgər həqiqətən də cavadehə əmək pensiyası ilə eyni vaxtda müavinət ödənilməsə idi, o, ilk vaxtdan müavinətin ödənilməməsi barədə mövqe nümayiş etdirərdi. Yoxsa, məhkəmə sorğusuna iddiaçı tərəfindən ##.##.2026-cı il tarixli verilmiş cavabdan sonra pulun ödənilməməsi ilə bağlı fərqli mövqe nümayiş etdirməzdi. Məhkəmə tərəfindən iddiaçıya sorğu göndərilərək, 4708.50 manat pul vəsaitinin cavabdeh Cavabdeh ödənilməsini təsdiq edən sübutların təqdim edilməsi xahiş edilmiş, iddiaçı ##.##.2026-cı il tarixli məktub ilə 4708.50 manat pul vəsaitinin Cavabdeh ödənilməsi barədə Mərkəzi Filialda hər hansı məlumat və sənədin aşkar edilməməsini bildirmişdir. Məhz həmin məktubdan sonra cavabdeh həmin vaxtadək olan mövqeyindən tam fərqli mövqe sərgiləyərək, müavinətin ödənilməməsini bildirmişdir. Yuxarıda qeyd edildiyi sübutlar cavabdehə eyni vaxtda həm əmək pensiyasının, həmdə müavinətin ödənilməsini təsdiq edir. Ödənilmiş müavinətin hansı məbləğdə olması ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, ödənilmiş müavinət məbləği iddia ərizəsində göstərildiyi kimi 4708.50 manat deyil, 4705 manatdır (##.##.2005-##.##.2007 11 manatx18ay=198 manat, ##.##.2007- ##.##.2010 15manatx43ay=645 manat, ##.##.2010-##.##.2011 30manatx15ay=450, ##.##.2011-##.##.2013 33manatx21ay=693 manat, ##.##.2013-##.##.2014 37manatx7ay=259 manat, ##.##.2014-##.##.2016 45manatx22ay=990 manat, ##.##.2016- ##.##.2018 50 manatx25ay=1250 manat, ##.##.2018-##.##.2018 55 manatx4ay=220 manat; 198+645+450+693+259+990+1250+220=4705 manat). “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad edilən normalarına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə müavinət, onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda, hüququnun yarandığı tarixdən qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə, müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Bu barədə məlumatın verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Cavabdeh etirazında müavinətin dayandırılması ilə bağlı ##.##.2008-ci il tarixdə Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məlumat verdiyini, lakin həmin Mərkəzdən ona müavinətin dayandırılması üçün Hərbi Qulluqçular Departamenti tərəfindən Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müvafiq məktub göndərilməli olduğunun bildirdiyini qeyd etmişdir. Cavabdeh əmək pensiyası təyin edilərkən, onun sosial müavinət alması barədə iddiaçıya məlumat vermə öhdəliyinə əməl etməmiş, işin araşdırılması zamanı bunun əksini təsdiq edəcək hal müəyyən edilməmişdir. Əksinə, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsindən ## ##### 2008-ci il tarixli **/**** nömrəli arayış almış və həmin arayışı əmək pensiyası təyin edilərkən müraciət ərizəsinə əlavə etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən verilmiş ## ##### 2008-ci il tarixli **/**** nömrəli arayışda qeyd edilmişdir ki, “...Verilir Cavabdeh ondan ötrü ki, həqiqətən o, DSMF Lənkəran şəhər şöbəsindən heç bir növ pensiya və müavinət almır. Arayış: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün verilir.” Hər bir halda cavabdeh hansı qrumdan müavinət alıb-almamasından asılı olmayaraq, müavinət ödənişinin dayandırılmasına səbəb olan hal baş verdikdə, bu barədə məlumat verməyə borclu idi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6 və 67.6.3-cü maddələrinə əsasən maraqlı şəxs inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu görə bilmədiyini və ya bilməyəcəyini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə, işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Birinci instansiya məhkəməsi cavabdehə eyni zamanda həm əmək pensiyanın, həm də müavinətin ödənilməsinin sadəcə iddiaçının təqsirli davranışına bağlı olduğunu deyil, cavabdehin də təqsirli davranışına bağlı olduğunu, eyni vaxtda həm əmək pensiyasının, həm də müavinətin ödənilməsində tərəflərin həmməsuliyyətli (birgə məsuliyyət) olduqlarını nəzərə almamışdır. Nəzərə almaq lazımdır ki, hər bir inzibati orqan (inzibati orqanın adından qərar qəbul edən vəzifəli şəxs) xidməti vəzifəsini yerinə yetirmək üçün zəruri səviyyədə hüquqi və administrativ biliklərə malik olmalıdır. Zəruri hüquqi biliklərə vəzifəli şəxsin qanunlar və digər normativ hüquqi, eləcə də normativ xarakterli aktlar, habelə yuxarı instansiya məhkəmələrinin təcrübəsi (qərarları) barədə bilikləri daxildir. İnzibati biliklərə isə yalnız dar mənada idarəçilik bilikləri deyil, müasir idarəçilik sistemi üçün xarakterik olan müvafiq biliklər toplusu aiddir. Vəzifəli şəxs özü zəruri biliklərə sahib olmadığı və buna ehtiyacın yarandığı hallarda müvafiq mütəxəssislərdən rəy almağa borcludur. Bu mənada vəzifəli şəxs qəbul edəcəyi qərarla bağlı inzibati icraatı tam və hərtərəfli aparmalı, qərarın qəbuluna ciddi yanaşmalı və bilikləri yetərli olmadığı hallarda ən azından təmsil etdiyi qurumun müvafiq əməkdaşları və ya digər inzibati orqanların mütəxəssisləri ilə məsləhətləşməlidir. Hazırkı mübahisəyə münasibətdə inzibati orqan cavabdehin müavinət və əmək pensiyası alması ilə bağlı məsələni yoxlamaq məqsədi ilə müvafiq informasiyanı səlahiyyətli orqandan əldə etmək üçün kifayət qədər əsasa malik olmasına rəğmən, bununla bağlı tam və hərtərəfli araşdırma tələbini obyektiv olaraq yerinə yetirməmişdir. Halbuki, ciddi və ətraflı araşdırma yaranmış vəziyyətin baş verməməsinə səbəb ola bilərdi. Məhkəmə kollegiyası qeyd edir ki, hətta cavabdehin təqsirli davranışı belə iddiaçını xidməti vəzifəsinə görə qanunun tələblərinə uyğun davranmaq və obyektiv hüquqa uyğun qərar qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, publik hakimiyyət funksiyalarını həyata keçirən vəzifəli şəxslər qanunauyğun davranışla bağlı xidməti öhdəlik daşıyırlar. Onlar vəzifələrini yerinə yetirdikləri və səlahiyyətlərindən istifadə etdikləri hakimiyyət orqanını obyektiv hüquqa uyğun təmsil etməyə borcludurlar. Cavabdehin vurulmuş ziyanın qarşısını almaq və ya onu məhdudlaşdırmaq imkanına malik olduğu belə hallarda məsuliyyətin müəyyən olunması zamanı həmin fakt nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə də bu qayda tətbiq olunmalı, iddiaçının də məsuliyyət daşıdığı qəbul edilməli və bunun üzərindən həm iddiaçı, həm də cavabdeh həmməsuliyyətin subyekti kimi qiymətləndirilməlidir. Digər tərəfdən, cavabdehin da vurduğu ziyana görə həmməsuliyyətli oduğu nəzərə alınmalıdır. Lakin birinci instansiya məhkəməsi cavabdehə eyni vaxtda həm əmək pensiyasının, həmdə müavinətin ödənilməsində tərəflərin (həm vətəndaşın, həm də inzibati orqanın) təqsirli davranışını nəzərə almadan, yalnız etimad hüququnun qorunması (vicdanlı və dürüst davranış) prinsipinə əsaslanaraq artıq ödəməyə görə bütün təqsiri tərəflərdən birinin (inzibati orqanın) üzərinə qoymuşdur. Kollegiya cavabdehin iddiaya etirazında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsaslanaraq, əsassız varlanma ilə bağlı iki illik iddia müddətinə münasibətdə bildirilir ki, inzibati mübahisəyə münasibətdə Mülki Məcəllənin iddia müddəti ilə bağlı norması tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. İşin araşdırılması ilə bağlı müəyyən edilmişdir ki, tərəflər arasında hazırda tələb edilən pul vəsaitinə aid olmayan məsələ üzrə (kommunal, nəqliyyat və digər xidmətlərə görə ödənilmiş sosial müavinət) artıq ödəmə müəyyən edilmiş və həmin artıq ödəmə ilə bağlı əmək pensiyasından 75.73 manat tutulma olmuşdur. Qeyd edilənlərin mübahisəyə tətbiqi üzrə belə nəticəyə gəlinir ki, ödənilmiş 4705 manat müavinət məbləğində tərəflərin birgə məsuliyyəti olduğu, həmin məbləğin 280.72 manat hissəsi hazırki iddiaçı tərəfindən deyil, DSMF-in başqa biri qurumu tərəfindən tutulduğu, lakin iddiaçı həmin məbləğin bərpa edildiyini qəbul etdiyi, 280.72 manata münasibətdə də tərəflərin birgə məsuliyyəti olduğu üçün cavabdehdən 2352.50 manat pul tutulmalıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə qanuni qərar qəbul etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. 2352.50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-417/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-417/2025
25.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver