Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-418/2024 14.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(120)-1002/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 21 yanvar 1960-сı ildə Astara şəhərində anadan olmuşdur. Mərhum həyat yoldaşı X10 ilə Astara rayonunda nikahlarını rəsmiləşdirmişlər. Uzun müddət mərhum həyat yoldaşı iləailə münasibətində yaşamışlar. Daha sonra mərhum həyat yoldaşı Akir Fəttayevxəstəlikdən dünyasını dəyişmişdir. Dünyasını dəyişənə qədər həyat yoldaşı müxtəlif işyerlərində əmək fəaliyyəti məşğul olmuşdur. Ailə başçısını itirməyə görə əmək pensiyasının ona təyin olunmasına görə qanunvericilikdə nəzərdə tutulan yaş həddinəçatanda ona bildirblər ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Həyat yoldaşının əmək kitabçası itirildiyindən onun çalışdığı idarələrə müraciət edərəkyoldaşının əmək fəaliyyətini və müddətini təsdiq edən arayışlar əldə etmiş. Mərhum həyat yoldaşının əldə etdiyi əmək stajlarının cəmi qanunvericilikdə tələb olunan əmək stajını üstələdiyindən ailə başçısını itirməyə görə əmək pensiyası hüququnu həyata keçirməkdən ötrü aidiyyatı orqana müraciət etmişdir. Cavab olaraq ona 10 may 2023-cü il tarixli məkub ünvanlanaraq, mərhum həyat yoldaşının 1983-1997-ci illərdə işə daxil olma və işdən çıxma əmrləri aşkar edilmədiyi üçün sözügeden dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən ona ailə başçısınıitirməyə görə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Bununla bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)- 647/2022 saylı qərarının əsaslandırıcı hissəsini aşağıdakı redaksiyada olduğu kimi iddia ərizəsinə əlavə edir. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldırvə hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdəpensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğuişlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edirki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır." Avropa Məhkəməsi Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərə dair bir çox işlərdə "lazımiidarəetmə" prinsipininəhəmiyyətini qeyd etmişdir. Bu prinsip, xüsusilə əhəmiyyətli məsələlərdə, o cümlədənmülkiyyət hüququ da daxil olmaqla əsas insan hüquqları ilə bağlı olan hallarda dövlət orqanlarının operativ qaydada və ən başlıcası ardıcıl olaraq davranmasını tələb edir (Beyeler İtaliyaya qarşıiş üzrə 2008-ci il 28 may, §120; Megadat kompaniyası Moldovaya qarşıiş üzrə 2008-ci il 8 aprel, §72; Moskal Polşaya qarşıiş üzrə 2019-cu il 15 sentyabr, §72 tarixli Qərarlar). "Lazımiidarəetmə" prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə "səhv"in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabınadüzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlətorqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyatakeçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təminetməkdən ibarətdir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hərkəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da nəzərdə tutur. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusiya hüququ olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) president hüququna müvafiq olaraq pensiya hüququ konvensiyasının1 saylı protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Məhkəmənin qərarlarında qeyd olunur ki,hətta sığorta haqqının ödənişi nəzərdə tutulmayan sosial təminat sistemində də sosial pensiya və müavinatlar 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün mülkiyyət təşkil edə bilər (Buxen Çex Respublikasına qarşı iş üzrə 26 noyabr 2002-ci il tarixli Qərar, § 46). Yaşa görə pensiya ödənişini nəzərdə tutan qanunvericilik, bu pensiyanın sosial sığorta haqlarının ödənilməsi ilə şərtlənibşərtlənməməsindən asılı olmayaraq, onun şərtlərinə cavab verən şəxslər üçün 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən mülkiyyət marağı yaradır (Karson və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 16 mart 2010-cu il tarixli Qərar, § 64). Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə iddia tələbinə qarşı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-103071/2023 nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçının mərhum əri X8 məxsus arxiv arayışlarının və hərbi xidmət haqqında arayışın surətlərinə əsasən sığorta stajı, o cümlədən, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 1 il 11 ay 23 gün təşkil edir. Buna görə də iddiaçının mərhum ərinin qanunla tələb edilən (8 il) sosial sığorta stajı çatmadığı üçün iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı mərhum həyat yoldaşı X6 1983-cü il tarixdən 1984-cü il tarixədək "Lənkəran" matbəəsində və 1983-cü il tarixdən 1997-ci il tarixədək "Astara" qəzeti mətbəəsində çapçı kimi işlədiyını və əməkhaqqı aldığını işlədiyini və əməkhaqqı aldığını iddia edir İmtina məktubundan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona ailə başçını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbı aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 14.1.2-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ar, arvadı bu Qanunun 7ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının qeyd etdiyi illərəmək kitabçasında qeyd olunmamışdır. İddiaçının mərhum əri X8 məxsus arxiv arayışlarının və hərbi xidmət haqqında arayışın surətlərinə əsasən, sığorta stajı, o cümlədən, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 1 il 11 ay 23 gün təşkil edir. A.Fəttayevin əmək fəaliyyəti dövrlərinə aid arxiv arayışlarının surətinə əsasən 1983- cü il tarixdən 1997-ci il tarixədəkişə daxil olma və işdən çıxma əmrləri aşkar edilmədiyi üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə iddiaçının məthum ərinin işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və məthum ərinin 1983-cü il tarixindən 1997-ci il tarixinədək işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Astara rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş məktubda Astara qəzeti mətbəəsinin hər hansı sənədi Astara rayon Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının mərhum həyat yoldaşı A. Fəttayevin 1983-1997-ci illərdə Astara qəzeti mətbəəsində işləməsi barədə məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Lənkəran filialı tərəfindən təqdim edilmiş məktubda Lənkəran mətbəəsinin sənədləri arxivə təhvil verilmədiyi üçün iddiaçının mərhum həyat yoldaşının həmin mətbəədə işləməsi faktı iləbağlı məlumat vermək mümkün olmamışdır. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(120)-1002/2024 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Astara rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş məktubda Astara qəzeti mətbəəsinin hər hansı sənədi Astara rayon Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının mərhum həyat yoldaşı A.Fəttayevin 1983-1997-ci illərdə Astara qəzeti mətbəəsində işləməsi barədə məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Lənkəran filialı tərəfindən təqdim edilmiş məktubda Lənkəran mətbəəsinin sənədləri arxivə təhvil verilmədiyi üçün iddiaçının mərhum həyat yoldaşının həmin mətbəədə işləməsi faktı ilə bağlı məlumat vermək mümkün olmamışdır. Həmçinin Ali Məhkəmənin № 2-1(102)-2699/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının 29-cu bəndində məhkəmə baxılan məsələyə münasibətdə qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsini bir daha xatırladaraq əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər (arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqaviləsi və.s) nəzərə alına biləcəyini müəyyən edir. İddiaçının mərhum əri A.Fəttayevin işləməsinə dair işə daxil olma və çıxması haqqında məlumatlar, əmək haqqı verilməsi üçün şəxsi hesabatlar, əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. İddiaçının mərhum əri X8 məxsus arxiv arayışlarının və hərbi xidmət haqqında arayışın surətlərinə əsasən, sığorta stajı, o cümlədən, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 1 il 11 ay 23 gün təşkil edir. A.Fəttayevin əmək fəaliyyəti dövrlərinə aid arxiv arayışlarının surətinə əsasən 1983- cü il tarixdən 1997-ci il tarixədək işə daxil olma və işdən çıxma əmrləri aşkar edilmədiyi üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(120)-1002/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi “hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Neftçala Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli arxiv arayışından müəyyən olunur ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon “Dirçəliş“ adına sovxozun əmr kitablarına əsasən X13 1978-ci ildən “Dirçəliş” sovxozunun direktoru kimi işləməsi və Neftçala rayon Arxivində mühafizə olunan 1978 və 1980-cı illərin “Dirçəliş” üzümçülük sovxozunun sənədlərində P.X.Əbilovun sovxoz drektoru kimi imzası möhürlə təsdiq olunmuş əmrlər mövcuddur. Məktuba əlavə olunmuş 11 iyun 1978-ci il, 2 nömrəli, 15 iyul 1987-ci il, 16 nömrəli və 16 yanvar 1980-ci il tarixli 13 nömrəli əmrlərdən müəyyən olunur ki, P.Xəbilov həqiqətən də sovxozda direktor kimi fəaliyyət göstərmiş və həmin əmrləri imza etmişdir.Cavabdeh orqan tərəfindən həmin əmrlər əsassız olaraq nəzərə alınmamışdır. hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, iddiaçının mərhum ərinin Neftçala rayon “Dirçəliş” üzümçülük sovxozunda 1978, 1979 və 1980-cı illərdə işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən sovxozda işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları və əmrlər təşkil edir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003- cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Məhkəmə kollegiyası, yuxarıda şərh olunan qanunvericiliyin normalarını rəhbər tutaraq qeyd edir ki, ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; Qanunun 12.1-ci maddəsinə əsasən, qeyd olunan sığorta stajına malik olmasıdır. Ailə başçısını itirməyə görə görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının XX.XX.1938-ci il tarixdə doğulması və pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş şərtini ödəmişdir. Həmçinin iddiaçıya xx.xx.1995-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 220 manat olmaqla ödəmə davam etdirilmişdir. Cavabdehin ilkin imtinasından və yazılı etirazın surətindən görünür ki, iddiaçıya pensiya təyin edilməsindən imtina edilmişdir ona görə ki, onun mərhum əri A.Fəttayevin “Astara” qəzeti redaksiyasında 1983-cü il tarixdən 1997-ci il tarixədək işləməsini təsdiq edən işə daxil olma və işdən çıxma əmrləri aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, iddiaçının mərhum ərinin “Astara” qəzeti redaksiyasında çapçı kimi 1983-cü ildən 1997-ci ilədək işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən müəssisədə işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arayışlar, əmrlər və şahid ifadələri təşkil edir. Cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 1 il 11 ay 23 gün təşkil edir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının mərhum ərinin əmək fəaliyyətinin mübahisələndirilən dövrləri və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X16 Xidmətinin Astara Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 29 nömrəli arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X10 xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan “Astara” qəzeti redaksiyasıının xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, X10 1983-cü ildən 1997-ci ilin dakabr ayınadək “Astara” qəzeti mətbəsində çapçı kimi fəaliyyət göstərmişdir. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 189- 05/70 nömrəli arayışından görünür ki, X9 xx.xx.1959-cu ildə Astara rayonu Giləkəran kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X9 ilə İddiaçı xx.xx.1982-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 187-05/70 nömrəli arayışından görünür ki, X9 xx.xx.1991-ci ildə ölmüşdür. İş materiallarında Astara rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 39 nömrəli məktubundan görünür ki, X3 Astara Qazeti redaksiyasında 1986- 1990-cı illərdə işləməsi barədə əmr və əmək haqqı cədvəlləri Astara rayon Dövlət Arxivinə verilmədiyindən arxiv arayışının verilməsinin imkan xaricində olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1Q-101026/2023 nömrəli qərarından görünür ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina haqqında xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ar, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Təqdim etdiyiniz mərhum əriniz X8 məxsus arxiv arayışlarının və hərbi xidmət haqqında arayışın surətlərinə əsasən sığorta stajı, o cümlədən, xx.xx.1979cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 1 il 11 ay 23 gün təşkil edir. Təqdim etdiyiniz A.Fəttayevin əmək fəaliyyəti dövrlərinə aid arxiv arayışlarının surətinə əsasən 1983-cü il tarixindən 1997-ci il tarixinədək işə daxil olma və işdən çıxma əmrləri aşkar edilmədiyi üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, mərhum A. Fəttayevin qanunla tələb olunan sığorta stajı (8 il) olmadığı üçün sizə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2023- cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş üzrə şahid qismində dindirilmiş Astara qəzeti redaksiyasında redaktor vəzifəsində işləmiş X7, bildirmişdir ki, 1982-1993-cü il tarixlərində qəzetin redaktoru işlədiyi illərdə X10 həmin redaksiyada çapçı vəzifəsində işləyib, hər gün işdə olub və bunu redaksiyada işləmiş hər bir işçi təsdiq edə bilər. İş üzrə şahid qismində dindirilmiş Astara qəzeti redaksiyasında işləmiş X4 bildirmişdir ki, 1984-cü ildə redaksiyada Akirlə birlikdə işləmiş, Akirlə birlikdə lenatub maşınında işləmişlər. İş materiallarında olan Mətbəə MMC tərəfindən məhkəməyə daxil olan xx.xx.2023cü il tarixli məktubda qeyd edilmişdir ki, X10 haqqında məlumatlar araşdırılmış, onun işə daxil olma və çıxması haqqında məlumatlar tapılmasa da, həmin illərdə X8 mükafat və dərəcələr verilməsi barədə əmrlər vardır. Həmin əmrlərin surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Astara” qəzeti redaksiyası üzrə əmr kitabından çıxarışdan görünür ki, X10 xx.xx.1997-ci il tarixdən 1997-ci ilin hesabına 21 təqvim gününə, 15 ildən yuxarı iş stajı olduğuna görə 9 gün əlavə məzuniyyət hesablanaraq 30 təqvim gününə növbəti məzuniyyətə buraxılmışdır. İş materiallarında olan direktor Mamadov S.M tərəfindən verilən 1985-ci il tarixli əmrdə qeyd edilmişdir ki, X10 01 noyabr 1985-ci il tarixdən 3-cü kateqoriyalı çapçı vəzifəsindən azad olunaraq 4-cü kateqoriyaya keçirilsin. İş materiallarında olan ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara regional fililaı tərəfindən məhkəməyə daxil olan 04 oktyabr 2023-cü il tarixli Aktın surətindən müəyyən olunur ki, X10 xx.xx.1997-ci il tarixdən 1997-ci ilin hesabına 21 təqvim gününə, 15 ildən yuxarı iş stajı olduğuna görə 9 gün əlavə məzuniyyət hesablanaraq 30 təqvim gününə növbəti məzuniyyətə buraxılmışdır, X3 Astara Qazeti mətbəəsinin əmrlər kitabında 1997-ci il tarixədək əmr kitabları saxlanılmadığından işə daxil olma əmrini yoxlamaq mümkün olmadı, məzuniyyət əmrində ata adı yazılmamışdır, X10 barədə əmr və əmək haqqı cədvəlləri saxlanılmadığından yoxlamaq mümkün olmadı, X9 barədə işdən azad olunması barədə əmr aşkar olunmadı.. İş materiallarında olan ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara regional filialı tərəfindən məhkəməyə daxil olan 05 oktyabr 2023-cü il tarixli Aktın surətindən müəyyən olunur ki, X9 xx.xx.1985-ci il tarixdə 30 nömrəli əmrlə Lənkəran mətbəəsinin Astara filialına 2-ci dərəcəli çapçı vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixdə 48 nömrəli əmrlə 3-cü dərəcəli çapçı vəzifəsinə keçirilmiş, həmin əmrdə mükafat verilməsi də qeyd edilmiş, bununla yanaşı xx.xx.1985-ci il tarixli, 64 nömrəli əmr və xx.xx.1985-ci il tarixli, 78 nömrəli əmrlə ona mükafatlar verilmiş, xx.xx.1985-ci il tarixdə 80 nömrəli əmrlə 4-cü dərəcəli çapçı vəzifəsinə keçirilmişdir. Digər illərə aid əmr kitabları və müəssisənin əmək haqqı kitabları saxlanılmadığından X3 işdən azad olma əmrini və əmək haqlarını yoxlamaq mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçının mərhum əri xx.xx.1959-cu ildə doğulmuş, xx.xx.1991-ci ildə ölmüşdür. İddiaçıya hüququnun yarandığı tarixə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün mərhum əri A.Fəttayevə münasibətdə 8 il sosial sığorta stajı tələb olunur. İddiaçının mərhum ərinin cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 1 il 11 ay 23 gün olmuşdur. İnzibati orqan tərəfindən A.Fəttayevin “Astara” qəzeti redaksiyasında 1983-cü il tarixdən 1997-ci il tarixədək işləməsini təsdiq edən işə daxil olma və işdən çıxma əmrləri aşkar edilmədiyindən imtina verilmişdir. Lakin, məhkəmə araşdırması zamanı əldə edilərək, iş materiallarına əlavə olunmuş “Astara” qəzeti redaksiyasının xx.xx.2023-cü il tarixli arayışından və “Astara” qəzeti redaksiyası üzrə əmr kitabından çıxarışdan müəyyən olunur ki, X10 1983-cü ildən “Astara” qəzeti redaksiyasında çapçı kimi fəaliyyət göstərmişdir. Bundan başqa “Astara” qəzeti redaksiyası üzrə əmr kitabından çıxarışdan görünür ki, X10 xx.xx.1997-ci il tarixdən 1997ci ilin hesabına 21 təqvim gününə, 15 ildən yuxarı iş stajı olduğuna görə 9 gün əlavə məzuniyyət hesablanaraq 30 təqvim gününə növbəti məzuniyyətə buraxılmışdır. Direktor Mamadov S.M tərəfindən verilən 1985-ci il tarixli əmrdən də görünür ki, X10 01 noyabr 1985-ci il tarixdən 3-cü kateqoriyalı çapçı vəzifəsindən azad olunaraq 4-cü kateqoriyaya keçirilmişdir. Mətbəə MMC tərəfindən məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, X10 haqqında məlumatlar araşdırılmış, onun işə daxil olma və çıxması haqqında məlumatlar tapılmasa da, həmin illərdə X8 mükafat və dərəcələr verilməsi barədə əmrlər vardır. Eyni zamanda iş materiallarında olan ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara regional filialı tərəfindən məhkəməyə daxil olan 04 oktyabr 2023-cü il tarixli və 05 oktyabr 2023-cü il tarixli Aktların surətindən müəyyən olunur ki, X10 xx.xx.1985-ci il tarixdə 30 nömrəli əmrlə Lənkəran mətbəəsinin Astara filialına 2-ci dərəcəli çapçı vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixdə 48 nömrəli əmrlə 3-cü dərəcəli çapçı vəzifəsinə keçirilmiş və xx.xx.1997-ci il tarixdən 1997-ci ilin hesabına 21 təqvim gününə, 15 ildən yuxarı iş stajı olduğuna görə 9 gün əlavə məzuniyyət hesablanaraq 30 təqvim gününə növbəti məzuniyyətə buraxılmışdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq və işin faktiki hallarına hüquqi qiymət vermək üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə müəyyən edilir:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajını, digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və arxiv arayışı və sənədləri ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, cavabdeh iddiaçının əri X6 “Astara” qəzeti redaksiyasında işləməsi barədə 1983-1997-ci illərdə əmrlərin aşkar olmadığını qeyd edərək onun qeyd edilən qəzetdə işlədiyi illəri əmək stajı kimi nəzərə almamışdır. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış “Astara” qəzeti redaksiyası üzrə əmr kitabından çıxarışdan görünür ki, X9 “Astara” qəzeti redaksiyasında 15 ildən artıq çapçı vəzifəsində işləmişdir. Cavabdeh sözügedən sənədlərin mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, arayışındakı müvafiq qeydlərin həqiqiliyinin ciddi şübhə doğurduğuna dair cavabdeh tərəfindən bildirilənlər anlaşılmaz olmaqla əsaslı görünmür. Nəzərə alınmalıdır ki, məhkəmənin yalnız cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Müvafiq olaraq cavabdeh istinad etdiyi şübhənin əsaslılığına dair sübutlar təqdim etməlidir. Lakin hazırkı işdə bu baş verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mərhumun sosial sığorta stajına daxil edilməli olan mübahisəli iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il tarixədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin və “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsində müəyyən olunan mötəbərlik prezumpsiyası normaları nəzərə alınmalı və müvafiq əmrlərdə göstərilən illər sığorta stajı kimi qəbul edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının mərhum ərinin işlədiyi illərlə bağlı mübahisəli dövrə dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə kollegiyası bildirir ki, adıçəkilən müəssisə ilə bağlı əmr kitablarının tam olmaması və ya arxivə təhvil verilməməsi iddiaçının və ya iddiaçının mərhum ərinin təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab oluna bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, arxiv arayışında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Göründüyü kimi, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının ilkin müraciətindən imtina edilməsi ilə bağlı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş olsa da, formalaşmış məhkəmə təcrübəsinə görə bu qəbildən olan işlərə öhdəliyin icrası haqqında iddia növündə baxılır. Yəni, pensiyanın təyin edilməsi və ya hesablanması haqqında iddialara baxılarkən mübahisənin predmeti inzibati orqanın imtina qərarı deyil, faktiki xarakterli hərəkətləri olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(120)-1002/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.