Məhkəmə qərarları › İş №2-1(106)-418/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-418/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-418/2025 15.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi; Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması tələbinin şamil edilməməsi; məzmunun formadan üstün olması; mütənasiblik və ədalətlilik prinsipləri) Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), XN və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin N3 mart 2025-ci il tarixli, 2-N(N20)-N948/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.N3-cü ildə Beyləqan rayonu, Milabad qəsəbəsində doğulmuşdur. Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatdadır. НЗ seriyalı ******* №-li Hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki,xx.xx.N3-cü il təvəllüdlü İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi biletin 7-ci səhiffəsində N8-ci qeyddə xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N №-li hərbi hissədə xidmət etdiyi qeyd olunmuş və hərbi hissənin qərargah rəisi Osmanov tərəfindən imza ilə təsdiq olunaraq möhürlənmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 2N2 №-li, xx.xx.202N-ci il tarixli qərarında (notarial qaydada təsdiq olunmuş surətində) qeyd olunmuşdur ki, Beyləqan RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N993-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “Sol pəncənin dəlib keçən odlu güllə yaralanması nəticəsində daban sümüuünün yerdəyişmiş, bitişmiş sınığı, İİ daraq sümüyünün əsas falanqasının sınığı, sümük toxumasının 5 sm qədər defekti, hərəkətin mülayim dərəcədə çətinləşməsi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.202N-ci il tarixli N37 nömrəli göndərişi, xx.xx.202N-ci il tarixli 649 nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.N993-cü il tarixli 4N72 nömrəli arayış, müayinə vərəqsindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi...MN MHHK-nın 203 saylı xx.xx.202N-ci il tarixli protokolu. Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş 4/2-NN235 №-li, xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2 №-li əmrilə ( əsas: səh N0, 9, sıra 39) sıravi, atıcı İddiaçı şəxsi heyətin siyahısında daxil edilərək döyüş əməliyyatlarını yerinə yetirən fəaliyyətə başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.NN993-cü il tarixli 282 №li əmrində (əsas: səh 23, 2, sıra N85. Əmrdə hərbi rütbəsi, vəzifəsi və atasının adı yazılmamışdır) döyüş tapşırığını yerinə yetirən 3 (üç) qat əmək haqqı verilən şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissənin yaralıların, kontuziya alanların və xəstələrin qeydiyyatı kitabında (əsas: səh.N4, sıra 65. Məlumatda təvəllüdü N4-cü il yazılmış, hərbi rütbəsi, vəzifəsi və atasının adı yazılmamışdır) N4-cü il təvəllüdlü İddiaçı adı qeyd edilmişdir. Lakin məlumatda hansı tarixdə və hansı səbəbdən qeydiyyatın aparılması qeyd edilməmişdir. N nömrəli hərbi hissə komandirinin N993-cü il, N994-cü il avqust, N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissənin N993-cü il və N994-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Füzuli Hərbi Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 3- 3-N6/2-2N-N6994/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, onun barəsində cinayət işinin olub-olmaması barədə Füzuli hərbi prokurorluğuna ünvanladığı ərizəsi xx.xx.2023-cü il tarixdə prokurorluğa daxil olmuşdur. Ərizəyə baxılarkən arxiv sənədlərinə əsasən müəyyən edilmişdir ki, onun ərizəsində göstərdiyi dövrdə, eləcə də digər vaxtlarda barəsində Füzuli hərbi prokurorluğunda hər hansı cinayət işi istintaq edilməmiş və təqsirləndirici material araşdırılmamışdır İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 4/3-49N8 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-N235 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.N993-cü il tarixdən sonra və N nömrəli hərbi hissədə hərbi xidməti barədə əmrlərdə təsdiq olunmadığına görə ona “Müharibə Veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3-N3-N2/2- 28N904/24 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş tələbnamədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin 3-43-NN/2-N3557/24 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş НЗ № ******* nömrəli Uçot kartasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.N992-ci il tarixdə 724 №-li, xx.xx.N993-cü ildə N №-li, xx.xx.N993-cü il tarixdən xx.xx.N996-cı il tarixədək N №-li hərbi hissədə xidmətdə olmuşdur. Müdafiə Nazirliyinin 3465 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, N () №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 2 №-li əmrində (əsas 40, sıra N46, səh N6, əmrdə atasının adı yazılmamışıdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) N-ci taburun hərbi qulluqçusu İddiaçı may ayı (0N.05- 3N.05) üçün 2 (iki) qat əmək haqqının verilməsi barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 2N №-li əmrində ( Əsas § 2, səh-6, sıra 9, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) Təmir rotasının hərbi qulluqçusu İddiaçı avqust ayı (0N.08.-07.08) üçün 2(iki) qat əmək haqqının verilməsi barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin N №-li əmrində (əsas §NN, səh-46, sıra 9, əmrin verilmə tarixi göstərilməmişdir, onadn əvvəl xx.xx.N992-ci il tarixli 30 №-li əmr verilmişdir, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) Təmir rotasının hərbi qulluqçusu İddiaçı Xocavənd rayon zonasında doyüş tapşırığını yerinə yetirdiyinə görə, noyabr ayı (0N.NN.-30.NN) üçün 3 (üç) qat əmək haqqının verilməsi barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 84 №-li əmrində (əsas: səh-N, sıra-7, əmrdə atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) Təmir rotasının hərbi qulluqçusu İddiaçı T. oğluna Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirdiyinə görə, dekabr ayı (0N.N2-30.N2) üçün 3 (üç) qat əmək haqqının verilməsi barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2 №-li əmrilə (əsas § 9, səh-N0, sıra 39) sıravi İddiaçı xx.xx.N993-cü il tarixdən İİİ Taborun tərkibində təyin edilərək hərbi hissəni şəxsi heyətin siyahısına salınmış, N-ci atıcı bölmədə atıcı vəzifəsində döyüş əməliyyatlarını yerinə yetirmək üçün fəaliyyətə başlamışdır. N () №-li hərbi hissə komandirinin xx.xx.N993- cü il tarixli 283 №-li əmrində (əsas § 2, səh 23, sıra N85, əmrdə atasının adı, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) İddiaçı Xocavənd döyüş əməliyyatları zonasında döyüş tapşırığını yerinə yetirərək üç qat əmək haqqı alması barədə məlumat vardır. N () №-li hərbi hissənin “Yaralıların, kontuziya və xəsarət alanların qeydiyyatı” kitabında ( əsas səh-N4, sıra-65, məlumatda atasının adı, hərbi rütbəsi və vəzifəsi yaılmamışdır, təvəllüdü “N4-cü il göstərilmişdir) N №-li hərbi hissənin hərbi qulluqçusu, N4-cü il təvəllüdlü, Milabad qəsəbə sakini, İddiaçı adı yazılmış, lakin adının qarşısında hansı tarixdən və hansı səbəbdən qeydiyyata alınması (diaqnozu) qeyd olunmamışdır. N №-li hərbi hissə komandirinin noyabr-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N №-li hərbi hissə komandirinin noyabr-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il, avqust N996-cı il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabında İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödənişlərin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 3-N7-N/2- 38N3N/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş İddiaçı (Beyləqan, №920082) təqaüd ödənişinə dair sənədlərdən-TSEK-də müayinə aktından 20N3, 20N4, 20N5, 20N6-cı il tarixlərə dair çıxarışların kötüyündən müəyyən olunur ki, İddiaçı səbəbi Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin olunmuşdur. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2 №-li əmrilə o, şəxsi heyətin siyahısına daxil edilərək döyüş əməliyyatlarını yerinə yetirən fəaliyyətə başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 283 №-li əmrində döyüş tapşırığını yerinə yetirən 3 (üç) qat əmək haqqı verilən şəxsi heyətin siyahısında adı qeyd edilmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən ağır yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.202N-ci il tarixli, 2N2 №-li qərarına əsasən şəhadətləndirilmişdir. Əlil olmuş və əlilliyə görə müvafiq imtiyazlardan istifadə etmişdir. N5.08.N96-cı il tarixli, N4N nömrəli əmrinə əsasən qanuni əsaslarla ordudan təxris olunmuşdur. Hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etsə də, müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dək N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, doyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlara döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş zonasında döyüş əməliyyatları ilə əlaqədar xəsarət ( yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər ( hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma,travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması nəzərdə tutulur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, komandirin xx.xx.N993-cü il tarixli 283 nömrəli əmrində döyüş tapşırığını yerinə yetirən şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin N993-cü il, N994-cü il, avqust N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barəsində məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xx.xx.N993-cü il tarixindən sonra və N nömrəli hərbi hissədə xidməti əmrlərlə təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin N3 mart 2025-ci il tarixli 2-N(N20)-N948/2025 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, komandirin xx.xx.N993-cü il tarixli 283 nömrəli əmrində döyüş tapşırığını yerinə yetirən şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin N993, N994-cü il, avqust N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barəsində məlumat aşkar edilməmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xx.xx.N993-cü il tarixdən sonra və N nömrəli hərbi hissədə xidməti əmrlərlə təsdiqlənmədiyinə görə ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Fərmandan da görünür ki, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etməlidir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (iddiaçı X2) “cavabdeh Müdafiə Nazirliyinin şikayətinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dair” xx.xx.2024-cü il tarixli 2-N (N02)-N82/2024 nömrəli Qərarının 37 və 38-ci bəndlərində göstərilmişdir ki, sözügedən Əsasnamənin N-ci hissəsinə əsasən həmin Əsasnamənin N-ci hissəsi ilə müəyyən edilmiş qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət verini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçının həmin qeyddə nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid olmadığı, həmçinin iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin həmin dövrdə deyil, 20N6-202N-cü illərdə müəyyən edildiyi, həmin dövrdən sonra onun növbəti müddətə əlilliyinin müəyyən olunmadığı da nəzərə alınmamışdır. Halbuki, nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı (hazırkı halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi-sosial ekspert komissiyası) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən və həmin qərarda müəyyən edilmiş müddətə əlilliyi olan şəxs hesab edilir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N6.N-ci maddəsinə əsasən bu Məcəllənin N6.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024cü il 28 fevral tarixli, NN0 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N2. İşin hallarının araşdırılması prinsipi. Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə N4. Sübut etmə vəzifəsi N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 79-N. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, Beyləqan RHK-dan çağırılmış İddiaçı 849№-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli 2 №-li əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə İddiaçı şəxsi heyətin siyahısına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 283 №-li əmrində döyüş tapşırığını yerinə yetirən 3 (üç) qat əmək haqqı verilən şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edildiyi müəyyən olunur. MN MHHK-nın 2N2 reyestr nömrəli xx.xx.202N-ci il tarixli qərarının surətindən müəyyən olunur k, İddiaçı xx.xx.N993-cü ildə MN Mərəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən “Sol pəncənin dəlib keçən odlu güllə yaralanması nəticəsində daban sümüyünün yerdəyişmiş, bitişmiş sınığı, İİ daraq sümüyünün əsas falanqasının sınığı, sümük toxumasının 5 sm qədər defekti, hərəkətin mülayim dərəcədə çətinləşməsi” diaqnozu təyin olunmuşdur. Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”- səbəbi ilə qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 37 №-li Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktlarından 20N3, 20N4, 20N5, 20N6-cı il tarixlərə dair çıxarışların kötüyündən müəyyən olunur ki, İddiaçı səbəbi Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin İ hissəsinin “Qeyd N.” bəndinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin İ hissəsinin “Qeyd N.” bəndindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Cavabdehin apellyasiya şikayətində göstərdi - iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin həmin dövrdə deyil (yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 nömrəli Qərarı N995-ci il 22 sentyabr tarixdə təsdiq olunduğundan, qeyd edilən Qərarın müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edilməlidir.), 20N6-202N-cü illərdə müəyyən edildiyi, həmin dövrdən sonra onun növbəti müddətə əlilliyinin müəyyən olunmadığı, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-N(N02)- N82/2024 nömrəli Qərarının olması ilə bağlı mövqeyinə münasibətdə kollegiya bildirir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. Kollegiya hesab edir ki, iddiaçının Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında və əlilliyinin qiymətləndirilməsinə dair sənədlərdə onun Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə döyüş əməliyyatları zamanı N993-cü ildə aldığı travma nəticəsində əlil olmasına baxmayaraq, lakin ilk dəfə əlilliyin N995-ci ildən sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli qərarının müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edildiyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırki mübahisənin həllində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-N(N02)-2580/2024 nömrəli qərarında əks olunan hüquqi mövqeyi nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (★★★) qeyd edilən qərarında oxşar iş üzrə mövqe eyni olmuşdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin N3 mart 2025-ci il tarixli 2-N(N20)-N948/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən N ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ N025, Bakı şəhəri,Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar