Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-419/2023 05.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və XN ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 10 avqust N0N3-cü il tarixli, N- 1(1N0)-N494/N0N3 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılması barədə əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırki vəziyyətdə İddiaçı yuxarıda qeyd olunan əmrin ləğv edilməsini və yenidən xidmətə bərpa olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrin ləğv edilərək, onun yenidən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına işinə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddia tələbinin “Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanınının 13 aprel N0N0-ci il tarixli, 049əç nömrəli əmrinin ləğv edilməsi və onun yenidən xidmətə bərpa olunmağı” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, N nömrəli hərbi hissədə xidmətdən artıq maxe kimi qulluq etmişdir. Xidmət etdiyi zaman heç bir pozuntusu olmayıb, daim xidmətini qüsursuz yerinə yetirmişdir. Bundan sonra ona məlum olmayan səbəbdən N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmağı barədə məlumat almışdır. O, hesab edir ki, hərbi xidmətə yararlıdır, özündə hərbi xidmətə dair heç-bir uyğunsuzluq görmür. Xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Həmişə yaxşı xidmət etmişdir. Hər hansı cəzası olmamışdır. Qeyd edir ki, o, evin tək qazanc gətirənidir, valideyinlərinə o baxır, ondan başqa evə qazanc gətirən bir şəxs yoxdur. O, qulluq mövqeyində heç bir səhvə yol verməmişdir. Xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Bundan əlavə müddətdən artıq hərbi xidmət keçmək üçün onunla müqavilə bağlanmışdırvə həmin müqavilənin surəti ona verilməmişdir. Onun şəxsi vəsiqəsində əmr yazılmaqla ona verilmiş, lakin əmrin surətini bu günə kimi almamışdır. Dəfələrlə əmrin surətini istəməyinə baxmayaraq, yenə də əmrin surətini almağa müvəffəq ola bilməmişdir. Ona görədə 950 saylı Hərbi hissə komandirinin əmrinin surətini iddia ərizəsinə əlavə etmədənməhkəməyə müraciət edir. O, əmrin ləğv edilərək işə bərpa olmağı üçün cavabdehə müraciət etsə də ona bu günə kimi cavab verilməmişdir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 avqust N0N3-cü il tarixli, N-1(1N0)-N494/N0N3 saylı qərardadı ilə (hakim Fehruz Abbasov) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 10 avqust N0N3-cü il tarixli, N-1(1N0)-N494/N0N3 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlliləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmədiyindən və məhkəmə səhv nəticəyə gəldiyindən iş üzrə qəbul edilmiş qərardad qanuni hesab edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, o, N nömrəli hərbi hissədə xidmətdən artıq maxe kimi qulluq etmişdir. Xidmət etdiyi zaman heç bir pozuntusu olmayıb, daim xidmətini qüsursuz yerinə yetirmişdir. Bundan sonra ona məlum olmayan səbəbdən N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmağı barədə məlumat almışdır. O, hesab edir ki, hərbi xidmətə yararlıdır, özündə hərbi xidmətə dair heç-bir uyğunsuzluq görmür. Xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Həmişə yaxşı xidmət etmişdir. Hər hansı cəzası olmamışdır. Qeyd edir ki, o, evin tək qazanc gətirənidir, valideyinlərinə o baxır, ondan başqa evə qazanc gətirən bir şəxs yoxdur. O, qulluq mövqeyində heç bir səhvə yol verməmişdir. Xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Bundan əlavə müddətdən artıq hərbi xidmət keçmək üçün onunla müqavilə bağlanmışdırvə həmin müqavilənin surəti ona verilməmişdir. Onun şəxsi vəsiqəsində əmr yazılmaqla ona verilmiş, lakin əmrin surətini bu günə kimi almamışdır. Dəfələrlə əmrin surətini istəməyinə baxmayaraq, yenə də əmrin surətini almağa müvəffəq ola bilməmişdir. Ona görədə 950 saylı Hərbi hissə komandirinin əmrinin surətini iddia ərizəsinə əlavə etmədənməhkəməyə müraciət edir. O, əmrin ləğv edilərək işə bərpa olmağı üçün cavabdehə müraciət etsə də ona bu günə kimi cavab verilməmişdir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. O, N019-cu ildə N nömrəli hərbi hissədə xidmətdən artıq “MAXE” kimi xidmətə başlamış və xx.xx.N0N0-ci il tarixli, N nömrəli hərbi hissə komandirinin əmri ilə əsassız olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra əsassız işdən azad olunmağı barədə ardıcıl olaraq aidiyyatı hərbi qurumlara müraciətləri olmuş, “Covid-19” pandemiyası üzündən qəbullarda iştirak etmək imkanı olmamışdır. Həmçinin atasının xəstəliyə tutulması və onun müalicə olunmasının təşkili onun üzərində olmuşdur. Həmçinin hüquqi savadı olmadığından müddəti buraxmışdır. N0N3-cü ildə hüquqi məsləhət aldıqdan sonra məhkəməyə ərizə təqdim etmişdir. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq HXÇDX-nin Kürdəmir rayon şöbəsinə müraciət etmiş, onu növbəyə aldılar və çağırılan zaman gəlməyini bildirdilər. Lakin 44 günlük müharibə başa çatana kimi onu çağırmadılar. O, Şirvan İnzibati Məhkəməsinin 10 avqust N0N3-cü il tarixli, N-1(1N0)- N494/N0N3 saylı qərardadının ləğv edilərək, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(106)-419/N0N3 saylı, 16 oktyabr N0N3-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun eyni məzmunlu izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 10 avqust N0N3-cü il tarixli, N-1(1N0)- N494/N0N3 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə N.0.N. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 6N.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.N. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel N015-ci il tarixli, 5 nömrəli qərarının N.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə N3 iyul N015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ N0- N1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə N.N.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə N4.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə N4.N. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə N4.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 3N.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.N. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İPM-in N.N.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı xidmətdən azad edilməsi barədə əmrin ləğv edilməsi və yenidən xidmətə bərpa olunmağı barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərtləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan İddiaçı məxsus AO1N99907 nömrəli hərbi biletdən görünür ki, İddiaçı 10 oktyabr N011-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə başlamış və 01 aprel N013-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.N013-cü il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N dekabr N019-cu il tarixli, 438 nömrəli əmrinin çıxarışından görünür ki, Umudov X5 Nazirinin Hərbi Hava Qüvvələri komandanının N7 noyabr N019-cu il tarixli, 0117 nömrəli əmri əsasında xidmətdən artıq “MAXE” kimi xidmətə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanınının 13 aprel N0N0-ci il tarixli, 049əç nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanınının 13 aprel N0N0-ci il tarixli, 049əç nömrəli əmrinə əsasən 54-cü təlimdöyüş briqadasının (054 №-li hərbi hissə) radiolokasiya bölüyünün radiolokasiya stansiyasının (P-18MA) sürücü elektriki İddiaçı “Hərbi vəzifə və Hərbi Xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri tərəfindən təqdim olunmuş təyinat vərəqəsindən görünür ki, Müdafiə Nazirinin müavini-HHQ komandanının 13 aprel N0N0-ci il tarixli, 049əç nömrəli əmri əsasında İddiaçı NN may N0N0-ci il tarixdən Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsində hərbi uçota düşməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı məxsus AO1N99907 nömrəli hərbi biletdən görünür ki, o, N019-cu ildə N nömrəli hərbi hissədə xidmətdən artıq “MAXE” kimi xidmətə başlamış və “Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanınının 13 aprel N0N0-ci il tarixli, 049əç nömrəli əmrinə əsasən 54-cü təlim-döyüş briqadasının (054 №-li hərbi hissə) radiolokasiya bölüyünün radiolokasiya stansiyasının (P-18MA) sürücü elektriki İddiaçı “Hərbi vəzifə və Hərbi Xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və xx.xx.N0N0-ci il tarixdə SHÇDX-nin Kürdəmir rayon şöbəsində hərbi uçota götürülməsi barədə qeydlər aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin xx.xx.N0N3-cü il tarixli, 3-43- 33/N-1158/N0N3 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.N011-ci il tarixdən, xx.xx.N013-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli, xx.xx.N019-cu il tarixdən, xx.xx.N0N0-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və Müdafiə Nazirinin müavini-X11 komandanının xx.xx.N0N0-ci il tarixli əmri ilə “Hərbi vəzifə və Hərbi Xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) uyğun olaraq ehtiyata buraxılmış, xx.xx.N0N0-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Hərbi Hissə komandirinin şəxsi heyət üzrə müavini Azər Qayıbov tərəfindən N0N0-ci ilin aprel ayında ona xidmətə uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr elan edilmiş və növbəti iş günündən etibarən xidmətə gəlməməyi bildirilməklə o, məcburi məzuniyyətə göndərilmişdir. Eyni zamanda, məhkəmənin verdiyi suala cavab olaraq bildirmişdir ki, xidmətdən xaric olunduqdan sonra özünə məxsus hərbi biletini N0N0-ci ilin yay ayında SHÇDX-nin Kürdəmir rayon şöbəsindən götürmüşdür. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, İddiaçı 10 oktyabr N011-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə başlamış və 01 aprel N013-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.N013-cü il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış, N019-cu ildə N nömrəli hərbi hissədə xidmətdən artıq “MAXE” kimi xidmətə başlamış və “Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini- Hərbi Hava Qüvvələrinin Komandanınının 13 aprel N0N0-ci il tarixli, 049əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmin əmr hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini Azər Qayıbov tərəfindən N0N0-ci ilin aprel ayında ona elan edilmişdir. Həmçinin İddiaçı məxsus AO1N99907 nömrəli hərbi biletində iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanının 13 aprel N0N0-ci il tarixli, 049əç nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və N0N0-ci ilin may ayında SHÇDX-nin Kürdəmir rayon şöbəsində hərbi uçota götürülməsi barədə qeydlər aparıldığı müəyyən edilmişdir. Eyni zamanda iş materiallarında olan sənədlərdən, iddiaçının və cavabdehin nümayəndəsinin izahatından məlum olmuşdur ki, iddiaçı xidmətdən xaric olduqdan sonra xidmət yerinə getməmiş və işləmədiyi dövrlər üçün əmək haqqı almamışdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanının 13 aprel N0N0-ci il tarixli, 049əç nömrəli əmrindən, əmrin ona elan olunduğu N0N0-ci ilin aprel ayından, ən geci isə xx.xx.N0N0-ci il tarixdən (SHÇDX-nin Kürdəmir rayon şöbəsində hərbi uçota götürüldüyü vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin əmrdən məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (ona məlum olduğu gündən 30 gün müddətində) ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.N0N3-cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini- Hərbi Hava Qüvvələrinin Komandanının 13 aprel N0N0-ci il tarixli, 049əç nömrəli əmrindən məlumatlı olduğu vaxtdan N (iki) ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hüquqmüdafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrin istər rəsmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (xidmətdən faktiki olaraq ehtiyata buraxılması, iddiaçının xidməti yerinə gəlməməsi və bu dövrlər ərzində əmək haqqı almaması) iddiaçı bilavasitə məlumatlı olmuşdur. Hətta, iddiaçı məhkəmə araşdırması zamanı izahatında N0N0-ci ilin aprel ayında şifahi qaydada xidmətdən xaric edildiyini və hərbi biletini N0N0-ci ilin yay ayında SHÇDXnin Kürdəmir rayon şöbəsindən götürdüyünü bildirmişdir. Hansı ki, AO1N99907 nömrəli hərbi biletində xidmətdən xaric olmasına əsas olan Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanının 13 aprel N0N0-ci il tarixli, 049əç nömrəli əmri və məzmunu barədə məlumatlar qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı sözügedən əmrdən məlumatlı olduğu vaxtdan N (iki) ildən artıq müddət keçdikdən sonra cavabdeh inzibati orqana qarşı hazırki iddianı qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması hallarını bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçı buraxılan prosessual müddətin onun təqsiri olmadanburaxılmasını əsaslandırarkən, işdən azad olunmağı barədə ardıcıl olaraq aidiyyəti hərbiqurumlara müraciətləri olmuş, “COVİD-l9” pandemiyası üzündən qəbullarda iştirak etməkimkanı məhdudlaşdırılmış, həmçinin atasının xəstəliyə tutulması və onun müalicəolunmasının təşkili onun üzərində olmuş, digər tərəfdən işdən əsassız azad olunmağıbarədə səbəbləri ona bildirilmədiyindən, hüquqlarının hansı formada bərpası ona aydınolmamış, eləcə də bu sahədə hüquqi savadı və anlayışının olmaması üzündən məhkəməqarşısında işə bərpa olunmaq barədə ərizənin verilməli olan müddətini ötürdüyünü qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müddətin buraxmasının üzrlü səbəbi kimi göstərdiyi hallar qərar vermə və müvafiq iddianı hazırlamaq qabiliyyətinə təsir edəcək hallar deyildir. Belə ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.N0N0-ci il tarixli, 05 nömrəli qərarına əsasən təxirəsalınmaz qaydada baxılmalı olan, məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması istisna olunmaqla, məhkəmələrdə işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması ilk dəfə N0 mart N0N0-ci il tarixindən müəyyən edilmiş, eləcə də Azərbaycanda ümummilli karantin rejimi N0N0-ci ilin martın 31-də elan edilmişdir. Digər tərəfdən isə ölkə ərazisində poçt xidməti daima fəaliyyətdə olmuş, eləcə də SMS icazə sistemi ilə vətəndaşların hərəkətinə şərait yaradılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə N3 iyul N015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ N0-N1). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.N014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.N015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul N009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 avqust N0N3-cü il tarixli, N-1(1N0)-N494/N0N3 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-419/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-419/2023
05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver