Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-42/2023 10.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Salyan rayon Polis Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: mənzilə yaşayış yeri üzrə qeydiyyata alınma) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X5 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və üçüncü şəxs X1 iştirakları ilə. İddiaçı Cavabdehnə qarşı «mənzilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2022ci il tarixli, 2-1(120)1291/2022 nömrəli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı həyat yoldaşı X2 işlədiyi Salyan rayonu 138 №-li TCMD İdarəsi tərəfindən xx.xx.1989-cu il tarixli, 14 №-li qərara əsasən Salyan rayonu, İnşaatçılar küçəsində (indiki Nazim Babayev küçəsi) 2 otaqlı ev verilmişdir. A.M.Abdullayev özü həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınsa da, iddiaçı həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınmamış və o, əvvəlki yaşadığı ünvanda ünvan 1 qalmışdır. Yaşayış yeri üzrə qeydiyyata düşmək üçün 05 fevral 2022-ci il tarixdə rəsmi sürətdə dövlət orqanlarına-Asan Xidmətə, Cavabdehnə, Qeydiyyat və X9 müraciət etmiş, lakin Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 182-4313A-3222 saylı məktubla imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən order, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestirindən çıxarış, qeydiyyat vəsiqəsi, icazə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalıdır. Digər hallarda, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qanuna ziddir. Odur ki, Şirvan şəhər Regional Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və ya məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur”. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, 1989-cu ildən bu günkü günə qədər ünvan 3 ünvanında əri X3 ilə VVAQ orqanında rəsmi nikah bağlamaqla birlikdə yaşayır. Belə ki, 08 iyun 1988-ci il tarixdə X3 ilə ailə qurmaqla nikahlarını rəsmi olaraq Neftçala rayon VVAQ Şöbəsində qeyd etdirmişlər. Ailə qurduqdan sonra əri X3 iş yerindən 2 otaqlı ev növbəsinə durmuş, onun işlədiyi Salyan rayon 138-№-li TCMD İdarəsi tərəfındən xx.xx.1989-cu il tarixli, 14 №-li qərara əsasən Salyan rayon İnşaatçılar küçəsində (indiki Nazim Babayev küçəsi) onlara 2 otaqlı ev verilmişdir və o cehizlərini də həmin vaxtdan ora yığaraq bu günədək 33 ildir ki, orada əri X3 ilə birlikdə yaşayır. Evin orderində onun və ərinin adı qeyd edilmiş və bu səbəbdən, 2 nəfər olduqlarına görə onlara yuxarıda göstərilən ünvanda 2 otaqlı ev verilmişdir. Əri A.M.Abdullayev özü evin pasport qeydiyyatına düşsə də, onun evin qeydiyyatına alınmağını məsləhət görməmişdir. Bu səbəbdən də o, əvvəlki yaşadığı ünvanda - ünvan 4. Hal-hazırda pasport qeydiyyatında olduğu ünvan 5 ünvandakı evdən çıxıb aldıqları və hal-hazırda yaşadığı evə pasport qeydiyyatına düşmək istəyir, lakin əri onun bu istəyinə, qanuni tələbinə etiraz edir və onun ünvan 3 ünvandakı mənzilə qeydiyyata düşməyinə razılıq vermir. Bu səbəbdən də 05 fevral 2022-ci il tarixdə rəsmi surətdə dövlət orqanlarına - Asan Xidmətə və Cavabdeh Qeydiyyat və X9 müraciət edərək ünvan 6 ünvanına qeydiyyata alınmağını xahiş etmişdir. Cavabdeh ***-**** A-3222 saylı, 21 fevral 2022-ci il tarixli cavab məktubunda bildirilir ki, ‘'Qeydiyyatda olduğunuz Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 31, mənzil 31-dən qeydiyyatdan çıxaraq yaşadığınız ünvan 8 ünvanına qeydiyyata düşməniz ilə əlaqədar Cavabdehnə ünvanladığınız ərizənizə Qeydiyyat və X8 baxılmışdır. Bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən order, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, qeydiyyat vəsiqəsi, icazə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalıdır. Digər hallarda, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qanuna ziddir. Odur ki, Şirvan şəhər Regional Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və ya məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur”. Onun 1989-cu ildən bugünkü günə qədər ünvan 6 ünvanında əri ilə birgə yaşamağını, həmin binada və ətrafda yaşayan bütün qonşuları təsdiq edirlər və lazım gələrsə, məhkəməyə də gəlib bunu təsdiq edə bilərlər. Bundan əlavə yaşayış yerindən, Salyan rayon İcra Hakimiyyətinin "xxxx" MMC-nin 238 saylı, 18 fevral 2022-ci il tarixli arayışı və həmin idarə tərəfındən yaşayış yeri üzrə qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt da təsdiq edir ki, o, 1989-cu ildən hal-hazıra kimi əri ilə birlikdə ünvan 10-də yaşayır. Bütün bunlar təsdiq edir ki, o, ünvan 10 ünvanında yaşayış hüququnu əldə etmiş, lakin qeydiyyata alınmamışdır. Göstərilən səbəblərə görə o, məhkəməyə müraciət etməli olmuş və ünvan 6 ünvanında qeydiyyata alınmağını və bu barədə qanunvericiliyə uyğun olaraq qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərini və etirazlarınm əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 5-ci maddəsində “Ailə qanunvericiliyinin və mülki qanunverciliyin ailə münasibətlərinə analogiya üzrə tətbiqi”ndən bəhs edilir və göstərilir ki, “Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin İİİ bölməsində “Vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi. Yaşayış sahəsindən istifadə”dən bəhs edilir. Həmin məcəllənin İ fəslində "Dövlət və İctimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi” qaydalarından bəhs edlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsində “Vətəndaşların yaşayış sahəsi almaq hüququ”ndan bəhs edilir və göstərilir ki, “ Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində “Mənzil sahəsi norması”ndan bəhs edilir və göstərilir ki, Azərbaycan Respublikası SSR-də mənzil sahəsi norması adambaşına on iki kvadrat metr müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45-ci maddəsində “idarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası”ndan bəhs edilir və göstərilir ki, “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkərlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfındən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin, nəzərdə tutulduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında müvafıq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsində “İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri”ndən bəhs edilir və göstərilir ki, “İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (ərı), onların uşaqları və valideyinləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsində “İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ”ndan bəhs edilir və göstərilir ki, “İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bununla əlaqədar bildirir ki, əri iş yerində - Salyan rayon 138 №-li TCMD İdarəsində 1 otaqlı mənzil növbəsinə durmuş, 08 iyun 1988-ci ildə onunla ailə quraraq rəsmi nikah kəsdirdikdən sonra o da nəzərə alınmaqla 2 nəfər üçün ona sahəsi 32 kv.m olan 2 otaqlı ev verilməsi müəyyən edilmiş və onun iş yerindən xx.xx.1989-cu il tarixli, 14 J№-li qərara əsasən Salyan rayon İnşaatçılar küçəsində (indiki Nazim Babayev küçəsi) onlara sahəsi 32 kv.m olan 2 otaqlı ev verilmişdir və onlar ikisi də həmin evə köçərək bu günə qədər birlikdə həmin evdə yaşayırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində “Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri”ndən bəhs edilir və göstərilir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətiçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfındən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla əlaqədar bildirir ki, hal-hazırda əri X3 ilə birlikdə yaşadığı evə ünvan 3 ünvanına 1989-cu ildə köçməklə həmin evin yaşayış sahəsindən birlikdə, bərabər istifadə etmək ixtiyarınahüququna hər ikisi malikdir. Bununla əlaqədar bildirir ki, o, evin pasport qeydiyyatına düşməsə də, 1989-cu ildən bu günə qədər həmin yaşayış sahəsində evdən istifadə etmək hüququ yaranmışdır. Lakin o, Cavabdehnə qeydiyyata alınmağı ilə əlaqədar müraciət etsə də, Cavabdeh, Qeydiyyat və X7 haqsız olaraq həmin evin qeydiyyatına götürməyərək məhkəməyə müraciət etməyini məsləhət görmüşdür. Qanunun - yəni Mənzil Məcəlləsinin 54-cü maddəsinin İ hissəsinin “qeyri - müəyyən qaydada” müddəasının blanket xarakterli olması onun məhkəmələr tərəfındən tətbiqi zamanı anlaşılmazlıqlara səbəb olduğuna görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Respublika məhkəmələri tərəfındən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 16 oktyabr 1992-ci il tarixli qərarının 7-ci bəndində izah olunmuşdur ki, “müəyyən edilmiş qaydada köçürmə” dedikdə, bir qayda olaraq yaşayış sahəsinə pasport qaydalarına əməl olunmaqla köçürmə başa düşülür. Lakin pasport qeydiyyatına alınmaqdan əsassız olaraq imtina edildikdə, məhkəmə mənzilə köçürülən şəxsin yaşayış sahəsinə hüququnu tanıya bilər. Bu izahdan göründüyü kimi, “müəyyən edilmiş qaydada köçürmə” anlayışı pasport qeydiyyatına alınma ilə əlaqələndirilir. Bununla belə nəzərə alınmalıdır ki, Plenumun adı çəkilən qərarı 1992-ci ildə qəbul edilmişdir. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında mənzil və azadlıq hüquqlarına dair bir sıra mühüm müddəalar öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasınm 43-cü maddəsində nəzərdə tutulmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Belə müddəalar “İnsan hüquqları haqqqında Ümumi Bəyannamə”nin 13-cü maddəsində, “İnsan hüquqları və Əsas Azadlıqların müdafıəsi haqqında” Avropa Konvensiyasına əlavə 4 nömrəli protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasınm 28-ci maddəsinin İİİ hissəsinin, 43-cü maddəsinin və 71-ci maddəsinin İİ hissəsinin tələblərini nəzərə almaqla qanunverici 1996cı ildə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununu qəbul edərək pasport qeydiyyatından (icazə sistemindən) imtina etmişdir. Azərbaycan Respublikasınm Konstitusiya Məhkəməsi xüsusilə qeyd edir ki, icarədarın özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə hər hansı şəxsləri mənzilə köçürmək hüququnu məhdudlaşdırılması yol verilməzdir. Köçürmədən sonra yaranan hiiquqi münasibətlər (qeydiyyat, vergi, sosial və s.) Azərbaycan Respublikasınm qüvvədə olan müvafıq qanunları və digər normativ-hüquqi aktlarla tənzimlənir. Beləliklə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin İ hissəsindəki “müəyyən edilmiş qaydada” müddəası Azərbaycan Respublikası Konstitusiyasınm 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Bu səbəblərə görə də, sonda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərara almışdır: 1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin İ hissəsinin “müəyyən edilmiş qaydada” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43 -cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin. 2. Köçürmədən sonra yaranan hüquqi münasibətlər Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulan qaydada tənzimlənir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında aşağıdakılar göstərilir: 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək lıüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanm formasını və reallaşmasnın şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirak məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43cü maddəsinə əsasən isə heç kəs yaşadığı məzildən qanunsuz məhrum edilə bilməz. Bu hal Azərbaycan Respublikasınm Mülki məcəlləsinin 7.1-ci maddəsində öz əksini tapmışdır. “Azərbaycan Respublikası Konstitusiyasmın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir”. Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bu səbəblərə görə də, sonda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərara almışdır ki; 2001-ci il sentyabnn 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Yuxarıda göstərilən əsaslara və istinad edilən qanunvericiliyin tələblərinə, eləcə də 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun olaraq, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun olaraq o, 1989-cu ildən əri X3 ilə ailə qurduqdan sonra köçdüyü və hal-hazırda yaşadığı ünvan 6 ünvanında yaşayış hüququ və mənzildən istifadə hüququ əldə etmişdir. Lakin Cavabdeh Pasport Qeydiyyat Şöbəsi müraciəti əsasında həmin evdə qeydiyyata almadığına görə məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1291/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunaraq, İddiaçı ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X3 birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 19.2.3-cü maddəsinə əsasən o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşin faktiki hallarında bildirdi ki, o, birinci instansiya məhkəməsinə sübutları təqdim etmiş, lakin işə baxan hakim sübutları qəbul etməməklə, onu o hüquqdan məhrum etmişdir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Amma belə görünür ki, həmin şiə baxarkən məhkəmə qabaqcadan iddianı təmin etməmək mövqeyində olmuşdur. Azərbaycan Respublikası MM-nin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülkiqanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərdən əmələ gəlir. Azərbaycan Respublikası MPMnin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətbiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquq münasibətdə olmalarını,həmin iş üzrə hansı qanun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İşə baxan hakim iksə qeyd etdiyi normaları araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Həmin Məcəllənin 357 və 382-ci maddələrinə əsasən o, iddia tələbi ilə bağlı olaraq birinci instansiya məhkəməsinə sübutlar təqdim etmişdir. Digər tərəf sübutlarına qarşı etiraz vermədən, sübutlar təqdim etmədən məhkəmə də birtərəfli qaydada sübutlara bərabər qaydada qiymət vermədən əsassız olaraq onun ziyanına qətnamə qəbul etdi. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1291/2022 nömrəli qərarını ləğv etməklə, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində üçüncü şəxs X3 apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2022cı il tarixli, 2-1(120)-1291/2022 nömrəli qərarının ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin, nikah bağlanması haqqında şəhadətnamənin, orderin təsdiq edilmiş surəti və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun: 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 4-cü maddəsinə əsasən sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd. Bu maddədə nəzərdə tutulan sənədlərin X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsasızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan 08 iyul 1988-ci il tarixli, İV-ЖГ seriyalı, 341696 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 ilə X10 arasında 08 iyun 1988-ci ildə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 148 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər Abdullayev, arvada isə Abdullayeva soyadı verilmişdir. İş materiallarında olan 41 nömrəli orderdən müəyyən olunur ki, Salyan şəhəri, İnşaatçı küçəsində (yeni qaydalarla Nazim Babayev küçəsi) yerləşən, sahəsi 32 kv.m olan 2 otaqlı mənzil Salyan rayon 138-№-li TCMD İdarəsi tərəfındən xx.xx.1989-cu il tarixli, 14 №-li qərara əsasən X3 verilmiş və ailə tərkibi sırasında onun özündən başqa, arvadı 1966-cı il təvəllüdlü İddiaçı da qeyd edilmişdir. İş materiallarında olan Salyan Rayonu İcra Hakimiyyəti "xxxx" MMC-dən 18 fevral 2022-ci il tarixdə verilmiş 238 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 12 ünvanında pasport qeydiyyatında olmadan ərinə məxsus olan evdə 1989-cu ildən hazıra kimi yaşayır. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC-nin 17 mart 2023-cü il tarixli, 383 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan şəhəri, N.Babayev küçəsi 4 saylı evin 1 saylı mənzilində İddiaçı həmən mənzildə qeydiyyatdadır və yaşayır. Göstərilən ünvanda İddiaçı keşmiş əri X3 ilə birlikdə 18 iyul 1989-cu il tarixli, 138 saylı TSMD-nin verdiyi 41 saylı order əsasında yaşayırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. Sonda Konstitusiya Məhkəməsi qərara almışdır ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayıç evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir. Qanunvericiliyin məzmunundan göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından həmin maddədə göstərilən hallar mövcud olduqda imtina edir. Hazırki işdə isə iddiaçıların sözügedən mənzilə qeydiyyata alınmalarını istisna edən, yəni bu hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, 41 nömrəli order iddiaçının mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İPM-nin 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2022-cı il tarixli, 2-1(120)- 1291/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-42/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-42/2023
10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver