Məhkəmə qərarları › İş №2-1(106)-42/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-42/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-42/2024 02.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X5, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında göstərilən ümumi və güzəştli iş stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2- 1(120)-946/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əmək kitabçasında göstərilən ümumi və güzəştli iş stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Verilən cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “əmək kitabçasında göstərilən ümumi və güzəştli iş stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulmuşdur. xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci idən əmək fəaliyətinə başlamış, xx.xx.2009-cu il tarixə qədər Horadiz neft bazasından müavinət almış, xx.xx.2009-cu ildən Daşburun neft bazasında qeydiyyatda olmuşdur. xx.xx.2009-cu il tarixində SOCAR Marketinq və iqtisadi Əməliyyatlar İdarəsinin X9 və X3 yanacaqdoldurma sexinə zərərli iş şəraitli 4-cü dərəcəli əmtəə operatoru peşəsinə işə qəbul olunmuşdur. Marketinq və iqtisadi əməliyyatlar idarəsinin 05/İƏŞ/522 saylı 22 aprel 2014-cü il tarixli məktubu ilə əlaqədar Güzdək və Bakı yanacaqdoldurma sexlərinin adında “sex” sözü “sahə” sözü ilə əvəz edilərək Güzdək və Bakı yanacaqdoldurma sahələri adlandırılıb. xx.xx.2014-cü ildə Güzdək yanacaqdoldurma sahəsinə 4-cü dərəcəli zərərli iş şəraitli əmtəə operatoru peşəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə Güzdək yanacaqdoldurma sahəsində 5ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru peşəsinə keçirilmişdir. Hal-hazırda həmin peşə üzrə əmək fəaliyyətini davam etdirir. 1987-ci ildən 1989-cü ilədək R.Axundov adına Cəlilabad sovxoz-texnikumunda təhsil almışdır. Ona məxsus olan HT-İ ******* nömrəli əmək kitabçasından, hərbi biletdən diplomdan görünür ki, onun tələb olunan 25 ildən çox ümumi iş stajı vardır. İşlədiyi peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilmişdir. Onun güzəştli pensiya almaq hüququ yaranmışdır. Bu səbəblə əmək pensiyasının təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etsə də, cavabdeh ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş və ona xx.xx.2022-ci il tarixli **********1 nömrəli imtina məktubu göndərmişdir. İmtina məktubunda göstərmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə AR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”nin X9 və X3 yanacaqdoldurma sahəsində xx.xx.2009-cu il tarixindən bugünədək əmtəə operatoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur, göründüyü kimi, işlədiyiniz sahə yuxarıda göstərilən neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. O, imtina ilə razı deyil. Əmək kitabçasında ümumi və güzəştli iş stajı nəzərə alınmaqla ona pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********1 nömrəli iddiaçıya ünvanlanmış məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir, imtinanın əsasları kimi, vətəndaşın təqdim etdiyi güzəştli arayışında qeyd olunan peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” da qeyd olunan peşə ilə uyğun olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı Ş.O.X6 Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş,hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyqun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya •.əyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, hazırkı iş üzrə iddiaçı iddia ərizəsinə xx.xx.2022-ci il tarixli, Ng1427/01/K-06-103 arayış əlavə etmişdir ki, bu arayış Ali Məhkəmənin təcrübəsinə əsasən iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq e: İmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı ömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatnın emalı (dəniz eftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi X9 və Göndərilməsi bazası tərəfindən sizə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, N9İ427/01/K-06-103 arayışında xx.xx.2009- .04.2021-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə 4-cü dərəcəli zərərli iş şəraitli əmtəə operatoru və xx.xx.2021-ci il tarixdən hazırki tarixədək isə 5-ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı mövcud deyildir. Şirvan İnzibati Məhkəməsinin 05 arel 2023-cü il tarixli, 2-1(120)-946/2023 saylı qərarı ilə (hakim Şahəli Musayev) iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası Məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı iddia ərizəsinə xx.xx.2022-ci il tarixli, №1427/01/K-06-103 arayış əlavə etmişdir ki, bu arayış Ali Məhkəmənin təcrübəsinə əsasən iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatın emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Ş.X2 təqdim etdiyi SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi X9 və Göndərilməsi bazası tərəfindən ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli, №1427/01/K-06-103 arayışda xx.xx.2009xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə 4-cü dərəcəli zərərli iş şəraitli əmtəə operatoru və xx.xx.2021-ci il tarixdən hazırki tarixədək isə 5-ci dərəcəii zərərli iş şəraitli əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İş materiallarından göründüyü kimi, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, təqdim etdiyi güzəştli arayışında çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”da məlumat qeyd edilmədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Yuxarıda qeyd olunan xüsusatlar onu deməyə imkan verir ki, birinci instansiya məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə qanuni olmayan yekun məhkəmə aktı qəbul etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 05 arel 2023-cü il tarixli, 2-1(120)-946/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 05 arel 2023-cü il tarixli, 2-1(120)-946/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 05 arel 2023-cü il tarixli, 2-1(120)-946/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 05 arel 2023-cü il tarixli, 2-1(120)-946/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyaya əsasən: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı: 1.2.1.1.4. “kompressor qurğularının maşinistləri” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilsin:

1. Əmtəə operatorları;

2. Nasos qurğularının maşinistləri;

3. Dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri;

4. Qazın yığılması üzrə operatorlar;

5. Qazpaylayıcı stansiyanın operatorları;

1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. -3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən;

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixindən (güzəştli iş stajının topladığı vaxtdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə əməl edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün qeyd etsə də, tətbiqində səhvə yol vermişdir. Belə ki, İddiaçı ona “əmək kitabçasında göstərilən ümumi və güzəştli iş stajı nəzərə alınmaqla hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan isə iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi müraciətindən imtina etmiş və imtina onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1960-cı ildir, xx.xx.1982-ci il tarixdən halhazıradək fasilələrlə əmək fəaliyyətində olmuş, həmçinin xx.xx.2009-cu il tarixdən halhazıradək əmtəə operatoru işləmişdir. İddiaçının xx.xx.2020-ci il tarixdə 60 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmasına baxmayaraq 12 il 6 ay güzəştli iş stajı toplanmamışdır. Onun xx.xx.2009-cu il tarixdən 12 il 6 ay güzəştli iş stajını topladığı vaxt, yəni xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bununla belə iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasıtəyin edilməsini xahiş etmiş, lakin onun xx.xx.2009-cu il tarixdən hal-hazıradək işlədiyi əmtəə operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasındagöstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı, həmçinin onun işlədiyi vəzifənin güzəştli iş stajı olmaması cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, onunəmək kitabçası mötəbər hesab olunur, həmçinin işlədiyi əmtəə operatoru müvafiq siyahıda 10-cu bölməsində 10.5.1-ci yarım bölmədə a) bəndində əmtəə operatorları adı altında güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti olan peşə kimi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinəəmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması, həmçinin işlədiyi vəzifəsinin güzəştli iş stajı olması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlilləri və mübahisənin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan iddiaçının NZ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İş materiallarında olan NT-İ № ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək işləyir. İş materiallarında olan Dövlət Neft Şirkətinin Marketing və İqtisadi Əməliyyatlar İdarəsi X9 və Göndərilməsi bazasının xx.xx.2022-ci il tarixli, 1427/01/K-06-161 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1985-ci il tarixdə Horadiz neft bazasınn Mahmudlu neft məhsulları anbarına yanğınsöndürən vəzifəsinə işə qəbul edilib. (Əmr № 177-k, xx.xx.1985) xx.xx.1985-ci ildə Mahmudlu neft məhsulları məntəqəsinə 4-cü dərəcəli operator vəzifəsinə keçirilib. (Əmr № 194-k, xx.xx.1985) Məcburi köçkün kimi 01 avqust 2009-cu il tarixinə qədər Horadiz neft bazasında, 10 sentyabr 2009-cu il tarixindən Daşburun neft bazasında qeydiyyatda olub. xx.xx.2009-cu il tarixində SOCAR Marketinqvə İqtisadi Əməliyyatlar İdarəsinin X9 və X3 yanacaqdoldurma sexinə zərərli iş şəraitli 4-cü dərəcəli əmtəə operatoru peşəsinə işə qəbul olunub. (Əmr № 115-k, xx.xx.2009) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin 05/İƏŞ/522 saylı 22 aprel 2014-cü il tarixli məktubu ilə əlaqədar Güzdək və Bakı yanacaqdoldurma sexlərinin adında “sex” sözü “sahə” sözü ilə əvəz edilərək Güzdək və Bakı yanacaqdoldurma sahələri adlandırılb. xx.xx.2014-cü ildə Güzdək yanacaqdoldurma sahəsinə 4-cü dərəcəli zərərli iş şəraitli əmtəə operatoru peşəsinə keçirilib. (Əmr 17,xx.xx.2014). xx.xx.2021-ci il tarixdə Güzdək yanacaqdoldurma sahəsində 5-ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru peşəsinə keçirilib. (Əmr 1427/01/k-14-26, xx.xx.2021). Hal-hazırda həmin peşə üzrə əmək fəaliyyətini davam etdirir. İş materiallarında olan Dövlət Neft Şirkətinin Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin SOCAR**********70020767A00242 nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu maddəsinin «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» 10.5.1-ci bəndinə əsasən İddiaçı SOCAR MİƏİ-nin X9 və X4 operatoru vəzifəsində işlədiyi müddət ərzində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 30 dekabr 2023-cü il tarixli, 14-2-6/2-864/2023 nömrəli məktubdan görünür ki, İddiaçı SOCAR MİƏİ-nin X9 və X4 operatoru vəzifəsinə xx.xx.2009-cu il tarixində qəbul edilmiş, ona görə də İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı şamil edilməli, həmin qərar ilə təsdiq edilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin, peşələrin və göstəricilərin” siyahısının 10-cu maddəsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” 10.5.1-ci bəndinin fəhlə kateqoriyasında qeyd olunanlara əsasən İddiaçı SOCAR MİƏİ-nin X9 və X4 operatoru vəzifəsində işlədiyi müddət ərzində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 04 mart 2024-cü il tarixli, 14-2-6/2-95/2024 nömrəli məktubdan görünür ki, İddiaçı SOCAR MİƏİ-nin X9 və X3 yanacaqdoldurma sexində əmtəə operatoru vəzifəsinə xx.xx.2009cu il tarixdə qəbul edilmiş, ona görə də İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı şamil edilməli, həmçinin İddiaçı SOCAR MİƏİ-nin X9 və X3 yanacaqdoldurma sexində 2009-cu ildə hazırki tarixədək çalışdığı əmtəə operatoru vəzifəsində gördüyü işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin, peşələrin və göstəricilərin” siyahısının 10.5.1-ci bəndinin “fəhlələr” kateqoriyası üzrə qeyd edilən “əmtəə operatorları” vəzifəsinə uyğundur. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X13 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən məhkəməyə ünvanlanmış 19 yanvar 2024-cü il tarixli, 3-17-1/2-12488/2024 nömrəli məktubdan görünür ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2020-ci il tarixinə ona münasibətdə 40800 (qırx min səkkiz yüz) manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 41553,11 (qırx bir min beş yüz əlli üç manat 11 qəpik) manat təşkil edir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona güzəştli iş stajının kifayət etməməsi əsas gətirilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını və cavabdeh tərəfindən iddiaçının işlədiyi sahənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına aid olmaması, o cümlədən apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, yuxarıda şərh olunan hüquq normalarının tələbinə görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün həmin tarixədək onun 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcud olmalı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği minimum pensiya təyin edilməsinə imkan verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 60 yaşınadək ümumi iş stajının olması əmək kitabçasında olan qeydlər və digər sənədlər (hərbi bilet və s.) əsasında müəyyən edilir. Həmin əmək kitabçasının təsdiq olunmuş surətindən və digər sənədlərdən müəyyən edilir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci il tarixdən müxtəlif vəzifələrdə çalışmışdır. Yəni iş materiallarından görünür ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta kimi ümumi iş stajı 25 ildən çox təşkil edir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının tələb olunan 25 il ümumi iş stajının və tələb oluna pensiya kapitalının olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mübahisələndirdiyi yeganə hal iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasında uyğunluğun müəyyən edilməməsidir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********1 saylı məktubuna əsasən iddiaçının 2009cu il tarixdən hazırki vaxta qədər “SOCAR MİƏİ-nin X9 və X3 yanacaqdoldurma sexində əmtəə operatoru vəzifəsində işlədiyi dövrlər onun ümumi stajına daxil edilmiş, lakin İddiaçı xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində SOCAR MİƏİ-nin X9 və Göndərilməsi Bazasında 4-cü dərəcəli zərərli iş şəraitli əmtəə operatoru və xx.xx.2021-ci il tarixdən hazırki tarixədək isə 5-ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru vəzifəsində işlədiyi sahənin güzəştli şərtlərlə pensiya hüququ verən sahəyə aid etməmişdir. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajının yetərli olmaması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti ödəmişdir. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə kollegiyası iş materiallarına əsasən iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun SOCAR MİƏİ-nin X9 və X3 yanacaqdoldurma sexində əmtəə operatoru vəzifəsində işlədiyi xx.xx.2009-cu il tarixdən hazırki vaxta qədər dövrünün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşəsinə uyğun olmadığını əsas gətirmişdir. Sorğu nəticəsində Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış 30 dekabr 2023-cü il tarixli, 14-2-6/2-864/2023 nömrəli məktubdan görünür ki, İddiaçı SOCAR MİƏİ-nin X9 və X4 operatoru vəzifəsinə xx.xx.2009-cu il tarixində qəbul edilmiş, ona görə də İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı şamil edilməli, həmin qərar ilə təsdiq edilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin, peşələrin və göstəricilərin” siyahısının 10-cu maddəsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” 10.5.1-ci bəndinin fəhlə kateqoriyasında qeyd olunanlara əsasən İddiaçı SOCAR MİƏİ-nin X9 və X4 operatoru vəzifəsində işlədiyi müddət ərzində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Eyni zamanda məhkəmənin sorğusu əsasında SOCAR MİƏİ-nin X9 və Göndərilməsi Bazasının 1427/01-06-220 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı SOCAR MİƏİ-nin X9 və X3 yanacaqdoldurma sexində (sahəsində) əmtəə operatoru vəzifəsində işlədiyi xx.xx.2009-cu il tarixdən hazırki vaxta qədər dərəcəsi zərərli 4-cü və 5-ci dərəcə omuşdur (bax iş vərəqi 96, 98). Həmçinin, “SOCAR Marketinqvə İqtisadi Əməliyyatlar İdarəsinin” xx.xx.2010-cu il tarixli 47 nömrəli əmrindən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidentinin 27 aprel 2010-cu il tarixdə təsdiq etdiyi “ARDNŞ-nin müəssisə və təşkilatlarında 2010-cu ilin birinci rübündə müəyyən edilmiş əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin siyahısı”ndan çıxarışdan görünür ki, “Əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin siyahısında” X9 və Göndərilməsi Bazasında işləyən əmtəə operatoruna əmək şəraitinə görə (benzin buxarı, karbohidrogen ilə təması olduğu üçün) vəzifə maaşına 1,08 artım əmsalı tətbiq olunmuşdur (bax iş vərəqi 99-102). Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, onun işlədiyi vəzifə xüsusi şərtlərlə pensiya hüququna malik olan vəzifələr siyahısına daxildir. Belə ki, o, Güzdəkdə yanacaq doldurma anbarında tankerlərin içinin təmizliyinə nəzarət etmiş, onun işi tankerlərin içinə girməklə oradakı təmizliyi və sazlığı yoxlamaq, əgər hər hansı bir problem varsa onu aradan qaldırmaq və bundan sonra tankerlərin doldurulmasına icazə verməkdir. Göründüyü kimi, iddiaçının əmtəə operatoru vəzifəsini icra etdiyi SOCAR MİƏİ-nin X9 və X3 yanacaqdoldurma sahəsi “Əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin” siyahısına daxil olmuş və işlədiyi müddət ərzində əmək şəraitinə görə iddiaçının vəzifə maaşına artım əmsalı tətbiq olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2009-cu il tarixdən hazırki vaxta qədər işlədiyi SOCAR MİƏİ-nin X9 və X3 yanacaqdoldurma sexində “əmtəə operatoru” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”ın 10-cu maddəsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” və 10.5.1-ci bəndinin fəhlə kateqoriyasında qeyd olunanlara əsasən iddiaçının güzəştli əmək stajı kimi nəzərə alınmalı və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməlidir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası onun 60 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixindən deyil, 12 il 6 ay güzəştli sığorta stajının tamam olduğu tarixdən təyin edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən tarixi xx.xx.2022-ci il müəyyən etmiş və həmin tarixdən pensiya təyin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası mövcud olan sənədləri və digər sübutları qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən tarixi xx.xx.2022-ci il müəyyən etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı SOCAR MİƏİ-nin X9 və X3 yanacaqdoldurma sexində (sahəsində) əmtəə operatoru vəzifəsinə xx.xx.2009-cu il tarixdə qəbul edilmişdir. Belə olan halda iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün kifayət edən sığorta stajı həmin tarixdən hesablanmalı və həmin tarixdən azı 12 il 6 ay stajı tamam olduqda onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının SOCAR MİƏİ-nin X9 və X3 yanacaqdoldurma sexində əmtəə operatoru vəzifəsinə xx.xx.2009-cu il tarixdə qəbul olunması əsas götürülməklə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2022ci il tarixdə yaranmış olur. Bu baxımdan iddiaçıya xx.xx.2022-ci il tarixindən (güzəştli iş stajının topladığı vaxtdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət görməmişdir. Bununla belə Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən məhkəməyə ünvanlanmış 19 yanvar 2024-cü il tarixli, 3-17-1/2-12488/2024 nömrəli məktubdan görünür ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2020-ci il tarixinə ona münasibətdə 40800 (qırx min səkkiz yüz) manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 41553,11 (qırx bir min beş yüz əlli üç manat 11 qəpik) manat təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli və İddiaçı xx.xx.2022-ci il tarixindən (güzəştli iş stajının topladığı vaxtdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(120)-946/2023 saylı qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixindən (güzəştli iş stajının topladığı vaxtdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar