Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-421/2023 13.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı1 vəkili Vəkil3 və üçüncü şəxs Hüseynov Nazim Sabir oğlunun vəkili Vəkil1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2-1(120)-194/2023 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 23 nömrəli qərarının Hüseynov Nazim Sabir oğluna aid hissədə ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 23 nömrəli qərarının Hüseynov Nazim Sabir oğluna aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 25 avqust 2023-cü il tarixli, 2- 1(120)-194/2023 nömrəli qərardadı ilə iddiaçıların iddiaları mümkün sayılmamışdır. Qərardaddan İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, hazırkı iş üzrə üçüncü şəxs Hüseynov Nazim Sabir oğlu onların qardaşıdır. Hazırkı mübahisəli torpaq sahəsi onların ata və anasına məxsus olmuşdur. Qardaşları Nazim Hüseynov qanunsuz olaraq həmin torpaq sahəsini öz adına sənədləşdirmişdir. Ataları 1975-ci ildə ölmüşdür. Ataları öldükdən sonra anaları Bakı şəhərində yaşamışdır. Qardaşları Nazim Hüseynov islahat vaxtı kənddə yaşamamışdır. Digər iddiaçılar islahat vaxtı Bakı şəhərində yaşasalar da, İddiaçı1 islahat vaxtı kənddə yaşamışdır. Mübahisəli 0,15 hektar torpaq sahəsinə bitişik 0,1 hektar həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı1 0,1 hektar həyətyanı torpaq sahəsində ayrıca evi və təsərrüfatı olsa da, mübahisəli 0,15 hektar torpaq sahəsini anası Bakı şəhərinə köçdükdən sonra o, istifadə etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı1 apellyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və baxılması üçün inzibati işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı1 vəkili Vəkil3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, hazırkı iş üzrə üçüncü şəxs Hüseynov Nazim Sabir oğlu iddiaçıların qardaşıdır. Hazırkı mübahisəli torpaq sahəsi onların ata və anasına məxsus olmuşdur. Qardaşları Nazim Hüseynov qanunsuz olaraq həmin torpaq sahəsini öz adına sənədləşdirmişdir. Ataları 1975-ci ildə ölmüşdür. Ataları öldükdən sonra anaları Bakı şəhərində yaşamışdır. Qardaşları Nazim Hüseynov islahat vaxtı kənddə yaşamamışdır. Digər iddiaçılar islahat vaxtı Bakı şəhərində yaşasalarda, İddiaçı1 islahat vaxtı kənddə yaşamışdır. Mübahisəli 0,15 hektar torpaq sahəsinə bitişik 0,1 hektar həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı1 0,1 hektar həyətyanı torpaq sahəsində ayrıca evi və təsərrüfatı olsada, mübahisəli 0,15 hektar torpaq sahəsini anası Bakı şəhərinə köçdükdən sonra o, istifadə etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin edilməsi üçün işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Üçüncü şəxs Hüseynov Nazim Sabir oğlunun vəkili Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, digər iddiaçılar islahat vaxtı Bakı şəhərində yaşamışdırlar, onlar islahatın subyektləri olmamışdırlar. İddiaçı1 və onun ailə üzvləri isə islahat zamanı ayrı təsərrüfat kimi qeydə alınaraq istifadələrində olan 0,1 hektar həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmçinin islahat zamanı İddiaçı1 və onun ailə üzvlərinə ayrıca təsərrüfat kimi pay torpaq sahəsidə verilmişdir. Mübahisəli 0,15 hektar torpaq sahəsinin iddiaçılara heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsində əvvəllər atalarına məxsus köhnə ev olmuş, o, yəni Nazim Hüseynov həmin köhnə evi sökərək yerində yeni ev tikmiş və mübahisəli torpaq sahəsini islahata qədər istifadə etmişdir. Onun anası Bakı şəhərində yaşamış və islahatın subyekti olmamışdır. Ona görədə mübahisəli 0,15 hektar torpaq sahəsinə münasibətdə iddiaçıların Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmələri üçün subyektiv hüquqları yoxdur. Həmçinin eyni Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə 0,1 hektar həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi verilmişdir. Onların Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli qərarından məlumatları olmuş, lakin vaxtında mübahisələndirməmişdirlər. Onlara aid torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mübahisələndirdikləri Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli qərarı ilə 0,1 hektar həyətyanı torpaq sahəsinin onların mülkiyyətinə verildiyi qeyd olunmuşdur. Əgər mübahisəli 0,15 hektar torpaq sahəsinin onlara məxsus olduğunu hesab edirdirlərsə onlar bu qərarı vaxtında mübahisələndirə bilərdilər. Onların anası isə Bakı şəhərində yaşamış, Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli qərarından narazı olmamış və onu heç vaxt mübahisələndirməmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçıların Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmələri üçün subyektiv hüquqları yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşdə olan Neftçala rayon Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli, 23 nömrəli iclas protokolunun surətindən görünür ki, Azərbaycan kolxozu Yerli Aqrar İslahat Komissiyasının 09 oktyabr 1997-ci il tarixli, 10 saylı torpağın püşk yolu ilə verilməsi haqqında qəbul etdiyi qərar təsdiq edilmiş və torpaq islahatı ilə əlaqədar torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilmişdir. İşdə olan Neftçala Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş 1 saylı əlavədən görünür ki, Neftçala rayonu, Aşağı Surra kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə Hüseynov Nazim Sabir oğlunun adı qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Neftçala rayonu, Aşağı Surra kəndində olan 0,15 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 62,2 kvadratmetr sahəsi olan fərdi yaşayış evinə Hüseynov Nazim Sabir oğlunun mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Cavabdeh başçısının Aşağı Surra kənd inzibati ərazi dairəsi nümayəndəliyinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 16 mart 2022-ci il tarixli, 08 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü Hüseynov Nazim Sabir oğlunun Neftçala RİHB-nin Aşağı Surra kənd inzibati ərazi dairəsi nümayəndəliyinə məxsus təsərrüfatbaşına kitabında 324 saylı şəxsi hesab üzrə 0,15 ha həyətyanı sahədə 1982-ci ildə inşa edilmiş ümümi sahəsi 62,2 kv.m, yaşayış sahəsi 45 kv.m. olan yaşayış evi barədə məlumatlar öz əksini tapmışdır. İşdə olan JN – 041A (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli, 23 nömrəli qərarı ilə 0,10 hektar torpaq sahəsi Neftçala rayonu, Aşağı Surra kənd sakini İddiaçı1 və onun ailə üzvləri Hüseynova Mərcan Ağalı qızının, Hüseynova Samirə Famil qızının və Hüseynov Aqil Famil oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan JN – 860 (kod:********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli, 23 nömrəli qərarı ilə Neftçala rayonu, Aşağı Surra kənd sakini İddiaçı1 və onun ailə üzvləri Hüseynova Mərcan Ağalı qızının, Hüseynova Samirə Famil qızının və Hüseynov Aqil Famil oğlunun mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,61 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən “yaşayış məntəqələri” təyinatlı 0,09995 hektar torpaq sahəsi üzərində İddiaçı1 və onun ailə üzvləri Hüseynova Mərcan Ağalı qızının, Hüseynova Samirə Famil qızının və Hüseynov Aqil Famil oğlunun ümumi birgə hüququ, həmçinin İddiaçı1 həmin torpaq sahəsi üzərində sahəsi 182,5 kv.m. olan fərdi yaşayış evinə mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən “yaşayış məntəqələri” təyinatlı 0,10 hektar torpaq sahəsi üzərində İddiaçı1 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddiaçılar qeyd edir ki, hazırkı iş üzrə üçüncü şəxs Hüseynov Nazim Sabir oğlu onların qardaşıdır. Hazırkı mübahisəli torpaq sahəsi onların ata və anasına məxsus olmuşdur. Qardaşları Nazim Hüseynov qanunsuz olaraq həmin torpaq sahəsini öz adına sənədləşdirmişdir. Ataları 1975-ci ildə ölmüşdür. Ataları öldükdən sonra anaları Bakı şəhərində yaşamışdır. Qardaşları Nazim Hüseynov islahat vaxtı kənddə yaşamamışdır. Digər iddiaçılar islahat vaxtı Bakı şəhərində yaşasalarda, İddiaçı1 islahat vaxtı kənddə yaşamışdır. Mübahisəli 0,15 hektar torpaq sahəsinə bitişik 0,1 hektar həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı1 0,1 hektar həyətyanı torpaq sahəsində ayrıca evi və təsərrüfatı olsada, mübahisəli 0,15 hektar torpaq sahəsini anası Bakı şəhərinə köçdükdən sonra o, istifadə etmişdir. Üçüncü şəxs Hüseynov Nazim Sabir oğlu qeyd edir ki, digər iddiaçılar islahat vaxtı Bakı şəhərində yaşamışdırlar, onlar islahatın subyektləri olmamışdırlar. İddiaçı1 və onun ailə üzvləri isə islahat zamanı ayrı təsərrüfat kimi qeydə alınaraq istifadələrində olan 0,1 hektar həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmçinin islahat zamanı İddiaçı1 və onun ailə üzvlərinə ayrıca təsərrüfat kimi pay torpaq sahəsidə verilmişdir. Mübahisəli 0,15 hektar torpaq sahəsinin iddiaçılara heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsində əvvəllər atasına məxsus köhnə ev olmuş, o, yəni Nazim Hüseynov həmin köhnə evi sökərək yerində yeni ev tikmiş və mübahisəli torpaq sahəsini islahata qədər istifadə etmişdir. Onların anası Bakı şəhərində yaşamış və islahatın subyekti olmamışdır. Ona görədə mübahisəli 0,15 hektar torpaq sahəsinə münasibətdə iddiaçıların Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmələri üçün subyektiv hüquqları yoxdur. Həmçinin eyni Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə 0,1 hektar həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi verilmişdir. Onların Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli qərarından məlumatları olmuş, lakin vaxtında mübahisələndirməmişdirlər. Onlara aid torpağin mülkiyyətə verilməsinə dair şəhadətnamədə mübahisələndirdikləri Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli qərarı ilə 0,1 hektar həyətyanı torpaq sahəsinin onların mülkiyyətinə verildiyi qeyd olunmuşdur. Əgər mübahisəli 0,15 hektar torpaq sahəsinin onlara məxsus olduğunu hesab edirdilərsə onlar bu qərarı vaxtında mübahisələndirə bilərdilər. Onların anası isə Bakı şəhərində yaşamış, Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli qərarından narazı olmamış və onu heç vaxt mübahisələndirməmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçıların Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmələri üçün subyektiv hüquqları yoxdur. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir (maddə 10). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərdilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul etməli idi. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilərdi. Birinci instansiya məhkəməsi iddiaçıların Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 23 nömrəli qərarının Hüseynov Nazim Sabir oğluna aid hissədə mübahisələndirmələri ilə bağlı subyektiv hüquqlarının olmadığı ücün, həmçinin həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürdükləri üçün iddialarını mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 islahat vaxtı Bakı şəhərində yaşamışdırlar, onlar islahatın subyektləri olmamışdırlar. İddiaçı1 və onun ailə üzvləri isə islahat zamanı ayrı təsərrüfat kimi qeydə alınaraq istifadələrində olan 0,1 hektar həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmçinin islahat zamanı İddiaçı1 və onun ailə üzvlərinə ayrıca təsərrüfat kimi pay torpaq sahəsidə verilmişdir. Eyni Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə 0,1 hektar həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi verilmişdir. Üçüncü şəxs Hüseynov Nazim Sabir oğlu qeyd edir ki, mübahisəli torpaq sahəsində əvvəllər atasına məxsus köhnə ev olmuş, o, yəni Nazim Hüseynov həmin köhnə evi sökərək yerində yeni ev tikmiş və mübahisəli torpaq sahəsini islahata qədər istifadə etmişdir. Onların anası Bakı şəhərində yaşamış və islahatın subyekti olmamışdır. Ona görədə mübahisəli 0,15 hektar torpaq sahəsinə münasibətdə iddiaçıların Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmələri üçün subyektiv hüquqları yoxdur. Onların anası isə Bakı şəhərində yaşamış, Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli qərarından narazı olmamış və onu heç vaxt mübahisələndirməmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçıların Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmələri üçün subyektiv hüquqları yoxdur. İddiaçılar Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 23 nömrəli qərarının Hüseynov Nazim Sabir oğluna aid hissəsi ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmirlər və həmin qərarın mübahisələndirilməsi üçün hansı subyektiv hüquqlarının olması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmirlər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2-1(120)-194/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-421/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-421/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver