Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-421/2025 15.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçıxan qızının cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması) hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçıxan qızının, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçıxan qızının cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(120)-473/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıxan qızı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2022-ci il tarixli ******* nömrəli qərarın ləğv edilməsini və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 mart 1961-ci ildə Sabirabad rayonunun Yolçubəyli kəndində doğulmuşdur. 10 oktyabr 1981-ci ildə X8 ilə aralarında rəsmi nikah bağlanmışdır. Nikaha girdiyi vaxtdan hazırda qeydiyyatda olduğu ünvanda yaşamışdır. Mənsubiyyətinin tanınması barədə aidiyyəti orqana müraciət etsə də, cavabdeh 01 aprel 2022-ci il tarixli ******* nömrəli qərarla bundan imtina edilmişdir. İmtinanı əsassız hesab edir. Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1976-cı ildə Sabirabad rayonunda anadan olsa da, sonradan Ukrayna Respublikasına gedərək həmin ölkənin vətəndaşlığını əldə etmiş, həmçinin MAPS-a göndərilən xx.xx.2022-ci il tarixli elektron sorğuya cavab olaraq iddiaçının Azərbaycan Respublikasında onun pasport qeydiyyatında olması barədə məlumatın olmaması bildirilmişdir. Qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (Qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o, yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). İşin hallarından da görünür ki, şəxs Ukrayna Respublikasına getmiş və hal-hazırda həmin ölkənin vətəndaşıdır (bununla bağlı İAMAS üzrə məlumatlar etiraza əlavə olunur - buna görə də şəxsə münasibətdə yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz). Şirvan İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(120)-473/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddaya etirazın əsasları ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Sabirabad Rayon Polis şöbəsinin xx.xx.2024-ci il tarixli, 3-13-103/2-24082/2024 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci tarixədək Sabirabad rayonu Yolçubəyli kəndində qeydiyyatda olmuş; 2004- 2022-ci illərdə Ukrayna Respublikasının vətəndaşlığını təsdiq sənədlər əsasında (BAĞİROVA FANARA kimi) ölkə ərazisinə giriş-çıxış etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, bildirdi ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilməsinə səbəb şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmaması olmuşdur. İnzibati orqan hesab edir ki, şəxs məhz Qanunun qəbul edilən tarixdə Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmalıdır. Sonda Ş.F.Zeynalov apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, təxminən 2003-cü ildə Ukrayna Respublikasına getmiş, ona Ukrayna Respublikasına aid pasport verilmişdir. Sonradan Ukrayna Respublikasının səlahiyyətli orqanı tərəfindən bildirilmişdir ki, sənədləri saxtadır. Sonda İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 52. Vətəndaşlıq hüququ Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 10. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Maddə 17. Azərbaycan Respublikasının vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra – Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir.
2. Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirildiyi hallar 2.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; ...
4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; ... 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; ... 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır.4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmuş, hal-hazırda vətəndaşsızlıq vəziyyətindədir. Bu zaman məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1 və 4.3-cü bəndlərinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, X3 xx.xx.1961-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində doğulmuşdur, atası X5, milliyətli azərbaycanlı; anası X6r, milliyəti azərbaycanlıdır. İddiaçı 1978-ci ildə Sabirabad rayonu Yolçubəyli kənd ümumitəhsil orta məktəbini bitirmiş, 1981-ci ildə X9 ilə aralarında nikah bağlanmış, Azərbaycan SSR-in vətəndaşlığında olmuş, ona Vİl-ЖГ seriyalı 742991 nömrəli Azərbaycan SSR-i pasportu verilmişdir. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Sabirabad Rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda isə qeyd edilmişdir ki, xx.xx.1961-ci ildə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuş X4 xx.xx.1978-ci il tarixdə Sabirabad RPŞ-sı tərəfindən Vİl-ЖГ seriyalı 742991 nömrəli SSR-i nümunəli pasport verilmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək isə F.Xəlilova Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmuşdur. Sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 2004-2022-ci illərdə Ukrayna Respublikasına aid pasportlar (EC48562, EX758696) ilə ölkə ərazisinə giriş-çıxış etmişdir. Ukrayna DMX Kiyev vilayəti və Kiyev şəhərində Dövlət Miqrasiya Xidmətinin Mərkəzi Regionlararası İdarəsi Qolosiyivsk şöbəsi tərəfindən X1 ünvanlanmış məktubda qeyd edilmişdir ki, itirilmiş pasportun əvəzinə Ukrayna vətəndaşının pasportunun verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli E-l87/6/8024-23 nömrəli müraciətinizə baxılmışdır. Ukrayna Nazirlər Kabinetinin 25 mart 2015-ci il tarixli 302 nömrəli qərarını rəhbər tutaraq, əlavə və dəyişikliklərlə “Blankın nümunəsini, texniki təsvirinin və təsdiq edilməsi və Ukrayna vətəndaşının pasportunun rəsmiləşdirilməsi, verilməsi, dəyişdirilməsi, göndərilməsi, geri götürülməsi, dövlətə qaytarılması, etibarsız hesab edilməsi və məhv edilməsi qaydası haqqında” bildiririk ki, 100-cü bəndin 1-ci yarımbəndinə əsasən, pasportun rəsmiləşdirilməsi və verilməsi üçün zəruri olan, ərizəçinin təqdim etdiyi məlumatlardan, kartotekalardan Reyestr məlumat bazasından alınan məlumatların təsdiq edilməməsi, xüsusən Ukrayna vətəndaşlığına məxsus olması barədə, şəxsin Ukrayna vətəndaşı olmaması ilə əlaqədar Sizə pasport verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 01 aprel 2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmiş, qərarın qəbul edilməsinə əsas kimi şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmaması göstərilmişdir. İddiaçı mübahisə ilə bağlı məhkəməyə müraciət etmiş, sonradan iddiasını geri götürmüş, yenidən cavabdehə müraciət etmiş, ona 21 iyul 2023-cü il tarixli məktubla cavab verilmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya aid Vİl-ЖГ seriyalı 742991 nömrəli Azərbaycan SSR-i pasportunun 16-17 səhifələrindəki qeydlərdən görünür ki, O, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Sabirabad rayonu, Yolçubəyli kəndində, 1978-1980-ci illərdə Bakı şəhəri, Xətai rayonunda (keçmiş Şaumyan), 9 dekabr 1981-ci ildən isə Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. İddia tələbi zahirən məcburetmə növündə iddiaya bənzəsə də, iddia tələbi faktiki olaraq vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlıdır. Şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi zamanı inzibati orqan inzibati akt qəbul edir. Lakin bu, müvafiq iddianın məcburetmə növündə iddia kimi qiymətləndirilməsi üçün yetərli deyildir. Belə ki, həmin qərarla iddiaçı üçün status müəyyən edilmir. Müvafiq qərarla şəxsin müvafiq hüququ tanınır və ya tanınmaqdan imtina edilir. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasında duran və ən yüksək hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qəbul etdiyi 01 aprel 2022-ci il tarixli ******* nömrəli qərar üzrə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasından imtinanın yeganə əsası onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məsələnin həlli baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (bundan sonra - “Qayda) 4.1.1-ci bəndində nəzərdə tutulmuş - bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda normasına aydınlıq gətirilməlidir. Cavabdehin mövqeyinə görə (məhkəmə iclasında izahat vermiş nümayəndə də həmin mövqeyə əsaslanmışdır.) şəxsin Qayadının 4.1.1-ci bəndinin tələbi baxımından Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün Qaydanın 2.2.1-ci bəndində nəzərdə tutulan tələb ilə yanaşı, 4.1.1-ci bəndində nəzərdə tutulmuş tələb çərçivəsində onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək), daha dəqiq qeyd olunan Qanun qüvvəyə mindiyi vaxt Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı olmalıdır. Məhkəmə kollegiyasının mövqeyinə görə qeyd edilən normanın tələbi baxımından şəxsin məhz Qanunun qüvvəyə mindiyi vaxt Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olması tələb edilmir. Norma şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmasını nəzərdə tutur. Bu halda ola bilər ki, şəxs həmin vaxt qeydiyyatda olsun və ya nə vaxtsa - xx.xx.1998-ci il tarixdən əvvəl qeydiyyatda olsun, sonradan həmin tarixədək qeydiyyatdan çıxsın. Əsas məsələ şəxsin Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) yaşayış yeri üzrə daimi qeydiyyatının olmasıdır. Əgər normanın tələbi, gözləntisi cavabdehin sərgilədiyi mövqe kimi olsaydı, onda qanunvericilik “Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək” ifadəsindən deyil, başqa ifadədən istifadə edərdi. Məsələn, “yaşayış yeri üzrə qeydiyyatda olan və s. Hansı ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin 2-ci bəndində belə mövqe sərgilənmişdir. Belə ki, həmin normaya görə 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər Azərbaycan Respublikasının vətəndaş sayılır. Cavabdeh orqanın mövqeyi ilə razılaşılsa, onda belə bir məntiq ortaya çıxar, şəxs Azərbaycan SSR vətəndaşlığa olar və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə mindiyi günədən (xx.xx.1998-ci il tarix) 1 gün əvvəki tarixədək, yəni xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatı olar, şəxs xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatdan çıxarsa onun Qaydanın 4.1.1-ci maddəyə münasibətdə mənsubiyyəti tanınmamalıdır. Başqa bir şəxsin isə Azərbaycan SSR vətəndaşlığı olar, başqa ölkəyə gedər, Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatı olmaz, illər sonra “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə mindiyi günədən (xx.xx.1998-ci il tarix) 1 gün əvvəl, yəni xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasına gələrək, yaşayış yeri üzrə daimi qeydiyyata düşər. Cavabdehin mövqeyinə görə şəxslərdən birincinin mənsubiyyəti tanınmamalı, ikincinin mənsubiyyəti isə tanınmalıdır. Buna səbəb isə ikinci şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə mindiyi gündən (xx.xx.1998-ci il tarix) 1 gün əvvəlki tarixdə, yəni xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyata düşməsidir. Bu isə ədalətli yanaşma deyil. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mənsubiyyətinin cavabdeh tərəfindən tanınmamasına əsas olmuş hal - onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmaması iş materialları ilə də təsdiqini tapmır. Belə ki, Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatın aşkar edilməməsi birmənalı şəkildə o demək deyil ki, şəxsin həqiqətən də Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatı olmamışdır. Əgər bu belə olsa idi, sonradan Sabirabad Rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda şəxsin xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olması məlum olmazdı. Bundan başqa, işdə olan iddiaçıya aid Vİl-ЖГ seriyalı 742991 nömrəli Azərbaycan SSR-i pasportunun 16-17 səhifələrindəki qeydlərdən görünür ki, O, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Sabirabad rayonu, Yolçubəyli kəndində, 1978-1980-ci illərdə Bakı şəhəri, Xətai rayonunda (keçmiş Şaumyan), 9 dekabr 1981-ci ildən isə Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlanan 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ....müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarında şəxsin 9 dekabr 1981-ci ildən Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyata düşdükdən sonra onun yaşayış yerini dəyişməsi əsası ilə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçməsi əsası ilə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ....müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə sübut yoxdur. Belə olan halda qanunvericilk baxımından demək olar ki, şəxs 9 dekabr 1981-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyata düşdükdən sonra müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmamışdır. Bu isə məntiqi baxımından o, deməkdir ki, şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin - iddiaçının 2004-2022-ci illərdə Ukrayna Respublikasının vətəndaşlığını təsdiq sənədlər əsasında (BAĞİROVA FANARA kimi) ölkə ərazisinə giriş-çıxış etməsinə münasibətdə bildirir ki, şəxsin 2004-2022-ci illərdə Ukrayna Respublikasına aid pasportlar (EC48562, EX758696) ilə ölkə ərazisinə giriş-çıxış etməsi hələ birmənalı şəkildə o demək deyil ki, şəxs Ukrayna Respublikasının vətəndaşıdır. Həmin pasportun necə əldə olunması, onun əsasında dövlət sərhədinin keçilməsi məsələnin bir başqa tərəfidir. Əksinə, iş materiallarında olan Ukrayna DMX Kiyev vilayəti və Kiyev şəhərində Dövlət Miqrasiya Xidmətinin Mərkəzi Regionlararası İdarəsi Qolosiyivsk şöbəsi tərəfindən X1 ünvanmış məktubda qeyd edilmişdir ki, itirilmiş pasportun əvəzinə Ukrayna vətəndaşının pasportunun verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli El87/6/8024-23 nömrəli müraciətinizə baxılmışdır. Ukrayna Nazirlər Kabinetinin 25 mart 2015-ci il tarixli 302 nömrəli qərarını rəhbər tutaraq, əlavə və dəyişikliklərlə “Blankın nümunəsini, texniki təsvirinin və təsdiq edilməsi və Ukrayna vətəndaşının pasportunun rəsmiləşdirilməsi, verilməsi, dəyişdirilməsi, göndərilməsi, geri götürülməsi, dövlətə qaytarılması, etibarsız hesab edilməsi və məhv edilməsi qaydası haqqında” bildiririk ki, 100-cü bəndin 1-ci yarımbəndinə əsasən, pasportun rəsmiləşdirilməsi və verilməsi üçün zəruri olan, ərizəçinin təqdim etdiyi məlumatlardan, kartotekalardan Reyestr məlumat bazasından alınan məlumatların təsdiq edilməməsi, xüsusən Ukrayna vətəndaşlığına məxsus olması barədə, şəxsin Ukrayna vətəndaşı olmaması ilə əlaqədar Sizə pasport verilməsindən imtina edilmişdir. Digər tərəfdən şəxsin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsas olduğu halda, digər əsasdan çıxış edərək mənsubiyyətin tanınmaması qanunaziddir. Qaydanın 4.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. İş üzrə belə bir hal müəyyən edilmir. “Qayda”nın 4.1.1-ci bəndinin tələbi cavabdehin mövqeyinə uyğun qəbul edilsə, şəxsə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.3-cü bəndinin tələbi yönümündə də dəyərləndirilmə aparılmalıdır. Həmin normaya görə bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Şəxsin başqa ölkəyə gedib-gəlməsi onun Azərbaycan Respublikasının ərazisini tərk etməsi kimi qiyəmətləndirilməməlidir. Şəxsə münasibətdə başqa ölkənin səlahiyyətli qrumu - Ukrayna DMX Kiyev vilayəti və Kiyev şəhərində Dövlət Miqrasiya Xidmətinin Mərkəzi Regionlararası İdarəsi Qolosiyivsk şöbəsi ona Ukrayna vətəndaşı olmaması ilə əlaqədar pasport verilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(120)-473/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.