Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-423/2025 26.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyası yenidən hesablanaraq mərhum ailə başçısı vəfat etdiyi xx.xx.2023-cü il tarixə olan 1337 manat əmək pensiyasının 80 faizi həcmində hesablanmış məbləğ və hesab arasındakı fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2-1(120)-705/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyası yenidən hesablanaraq mərhum ailə başçısı vəfat etdiyi xx.xx.2023-cü il tarixə olan 1337 manat əmək pensiyasının 80 faizi həcmində hesablanmış məbləğ və hesab arasındakı fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X7 2008-ci ilin avqust ayından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən polis mayoru rütbəsində yaşa görə pensiyaya çıxmışdır. Onun əmək pensiyasının məbləği 2023-cü ilin yanvar ayından 1337 manat təşkil etmişdir. 12 avqust 2023-cü il tarixdə həyat yoldaşı vəfat etmişdir. 19 avqust 2023-cü il tarixdən ona ailə başçısını itirməyə görə 857 manat əmək pensiyası təyin edilmişdir. Halbuki 1337 manatın 80 faizi 1069 manat təşkil edir. Pensiya məbləğinin necə hesablanması ilə maraqlanarkən “Qaynar xətt” vasitəsi ilə ona bildirilmişdir ki, mərhum həyat yoldaşının əmək pensiyasına 2022-ci ilin yanvar ayından hesablanmış “maddi yardım” və 2023-cü ilin yanvar ayından hesablanmış “indeksləşdirmə faizi” əmək pensiyamın təyinində nəzərə alınmamışdır. Qanunvericiliyin tələblərinin nəzərə alınaraq, ailə başçısının vəfat etdiyi xx.xx.2023-cü il tarixə olan pensiya məbləğini (təminat xərcliyini) təşkil edən 1337 manatın 80 faizini (1069 manat) təyin etməklə əmək pensiyasını yenidən hesablanması xahişi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan müraciətinə xx.xx.2023-cü il tarixli 3-17- 1/2-H-249416/2023-cü il tarixli imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, ona 19 avqust 2023-cü il tarixdə əmək pensiyası təyin edildiyi üçün 1 yanvar 2022-ci il tarixədək əmək pensiyası təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına həmin tarixdən pensiya məbləğinin 10 faizi həcmində aylıq maddi yardımın verilməsini nəzərdə tutan “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2022-ci il tarixli sərəncamının tətbiq edilməsi mümkün deyildir. Həmçinin, cavabdeh eyni əsaslara görə 1 yanvar 2023-cü il tarixədək əmək pensiyası təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına həmin ta rixdən sözügedən maddi yardımın da daxil olduğu pensiya məbləğinin orta aylıq nominal əmək haqqınin 14.6 faiz indeksləşdirilməsini nəzərdə tutan “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-cü il tarixli 3749 nömrəli sərəncamının da ona şamil edilməsini qeyri-mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan ona təyin edilmiş əmək pensiyasının mərhum həyat yoldaşının vəfat etdiyi tarixə olan əmək pensiyasının deyil, xx.xx.2020-ci il tarixədək olan təminat xərcliyinin 80 faizi məbləğində hesablamasında hansı hüquq normasına əsaslandığını göstərməmiş, pensiyanın düzgün hesablanmamasnı sübut edən dəlillərin hamısını cavabsız buraxmışdır. Xüsusilə qeyd edilməlidir ki, cavabdehin bu yanaşması heç bir hüquqi əsasa söykənməməklə bərabər, həm də qeyri-humanist və ədalətsizdir. Belə ki, ailə başçısını itirmiş şəxsin pensiya hüququ onun özünün bilavasitə qazandığı deyil, varislik əsasında əldə etdiyi hüquqdür. Ona görə də bu hüququn qazanılması üçün 2 növ şərt tələb olunur: 1) ailə başçısını itirməyə görə ailə başçısının artıq qazandığı pensiya hüququnun əldə edilməsini əsaslandıran şərtlər, 2) bilavasitə ailə başçısının bu və ya digər pensiya hüququnun qanunla qazanmasını əsaslandıran şərtlər. Göründüyü kimi, təməl pensiya hüququnu ailə başçısını itirmiş şəxs deyil, ailə başçısı qazanmış olur. Ailə başçısını itirmiş şəxs isə hüquqi varislik prinsipi əsasında ailə başçısının qazandığı pensiya hüququnun müəyyən faizlə ifadə olunan hissəsini əldə edir. Başqa sözlə, bilavasitə pensiya hüququnun qazanılması ilə bağlı münasibətlərin subyektləri ailə başçısı və dövlət orqanları olduğu halda, ailə başçısnı itirmiş şəxs isə artıq qazanılmış pensiya hüququn müəyyən faizlə ifadə olunan hissəsinin əldə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin subyekti ola bilir. Bu baxımdan, ona təyin edilən pensiya məbləği ailə başçısının vəfat etdiyi tarixədək almış olduğu son pensiya məbləğinin 80 faizindən aşağı ola bilməz. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, mərhum ailə başçısının vəfat etdiyi xx.xx.2023-cü il tarixə olan 1337 manat əmək pensiyasının 80 faizi həcminə çatdırmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı 19 avqust 2023-cü il tarixdən mərhum X2 müvafiq təminat xərcliyinin (1071,55 manat) 80 faizi- 857,24 manat məbləğində hərbi qulluqçunun (xüsusi rütbəli şəxs) ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. Həmin qanunun həmin dövrdə qüvvədə olan 20.17-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə, ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla); hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilir. Göründüyü kimi, əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım yalnız 1 yanvar 2022-ci il tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə şamil edildiyindən iddiaçıya münasibətdə maddi yardım ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-cü il tarixli 3749 nömrəli sərəncamına əsasən orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indeksləşdirilməsi həyata keçirilir. Qeyd olunanlara əsasən, İddiaçı əmək pensiyası 19 avqust 2023-cü il tarixindən təyin edildiyindən əmək pensiyasının 1 yanvar 2023-cü il tarixindən indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edirlər. Şirvan İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2-1(120)-705/2025 saylı qərarı ilə (hakim Pərvanə Qurbanova) iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan təyin edilmiş əmək pensiyasını mərhum ailə başçısının vəfat etdiyi tarixə olan əmək pensiyasının deyil, 2020-ci ildən etibarən artımı olmamış təminat xərcliyinin 80 faizi həcmində hesablamışdır. Qanunvericiliyin tələblərinə əsasən isə əmək pensiyam mənim ailə başçımın vəfat etdiyi xx.xx.2023-cü il tarixə olan pensiya məbləğini təşkil edən 1337 manatın 80 faizi-yəni 1069 manat məbləğində təyin edilməli idi. “Əmək pensiyaları haqqında” Qanununun 1.0.4-cü maddəsinə görə Daxili İşlər Nazirliyinin polis əməkdaşları xüsusi rütbəli şəxslər hesab olunur. Sözügedən Qanunda bir sıra xüsusi rütbəli şəxslərlə bağlı ailə başçısını itirməyə görə pensiya təyini şərtləri müəyyən olunsa da, polis orqanları işçiləri ilə bağlı belə şərtlər müəyyən olunmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun 20.8-1 -ci maddəsi prokurorluq işçisinin, 20.20-ci maddəsi ədliyyə işçisinin, 20.27-ci maddəsi miqrasiya orqanları işçisinin vəfat etdiyi halda, müvafiq kateqoriyadan olan şəxslərin qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi həddində pensiya məbləğinin təyin edilməsini nəzərdə tutur. Bu səbəbdən də mərhum həyat yoldaşımın təminat xərcliyindən artıq bir dəfə-2008-ci ildə hesablanmış əmək pensiyasının oııun vəfatı ilə bağlı yenidən əvvəlki təminat xərcliyindən hesablanması qanunvericiliyin ümumi prinsiplərinə və tələblərinə tamamilə ziddir. Baxmayaraq ki, ailə başçımız 40 illik xidməti stajla təminat xərcliyinin 100 faizi həcmində əmək pensiyası hüququ qazanmışdır, Birinci instansiya məhkəməsi isə pensiya hüququ qazanmadan vəfat etmiş hərbi qulluqçu ailələrinin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulan “əmək pensiyasının vəfat etmiş hərbi qulluqçunun təminat xərcliyinin 80 faizi həcmində” müəyyən olunması barədə pozitiv normanın imkan verdiyi mülahizə sərbəstliyini mənim ziyanıma təfsir etməklə sosial təminatla konstitusion hüququmu pozmuşdur. Nəzərə alınmalıdır ki, qulluq stajına əlavələr alan şəxslərin pensiyasının artımı Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarına qədər yalnız təminat xərcliyinin artımından asılı olmuşdur. Həmin vaxtdan “Əmək pensiyaları haqqında” qanuna xx.xx.2022-ci il tarixli dəyişikliyədək müvafiq pensiyalar təminat xərcliyinin artımı ilə deyil, yalnız Prezidentin əmək pensiyalarının tərkibinə pensiya məbləğinin 10 faizi həcmində maddi yardımın daxil edilməşinə dair sərəncamı ilə, 2023-cü ilin yanvarından isə pensiya məbləğinin 14.6 faiz indeksləşdirilməsi ilə reallaşmışdır. Mərhum ailə başçımın əmək pensiyasının artımı da göstərilən qaydada həyata keçirilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 20.17.1 və 20.17.2-ci maddələri qəbul edilərkən əmək pensiyası ilə bağh “maddi yardım” və ya “indeksləşdirmə” anlayışları ilə bağlı tənzimləmələr mövcud deyildi. Bu baxımdan, kolliziya təşkil edən eyni qüvvəyə malik qanunlar üzrə sonuncu qəbul edilən qanun-yəni istinad etdiyim qanunvericilik üstünlük təşkil etməlidir. Birinci instansiya məhkəməsi həm də nəzərə almamıştır ki, mən daha əvvəl də əmək pensiyaçısı statusunda olmuşam, 2022-ci ilin yanvanndan əmək pensiyasının tərkibinə daxil edilən maddi yardımı və 2023-ci ilin yanvar ayından hesablanan 14,6 faiz pensiya artımı mənə şamil edilmişdir. Həm də nəzərə alınmamışdır ki, 10 faizlik maddi yardım və 14,6 faizlik indeksləşdirmə ilə bağlı pensiya artımı konkret təqvim ili üçün istehlak mallarının inflyasiya dərəcəsinin nəzərə alınması ilə bağlı təmin edilməklə əmək pensiyalarının ayrılmaz tərkib hissəsini təşkil edir və bunun nəzərə alınmamasının heç bir hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsi mənə pensiya təyinində “Əmək pensiyaları haqqında” Qanunun xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı normaları deyil, hərbi qulluqçuların pensiya münasibətlərini tənzimləyən 20.17.2-ci maddəsini tətbiq etməklə mənim Azərbaycan Respublikası Konstitusiyasının bərabərlik hüququnu nəzərdə tutan 25-ci maddəsi, sosial təminatla bağlı 38-ci maddəsi, Avropa Konvensiyanın 14-cü maddəsi və 1 saylı Protokolun 1-ci maddəsi, ‘İnzibati icraat haqqında ” Qanunun 12.2-ci maddəsi ilə təminat verilən hüquqlarımı pozmuşdur. Birinci instansiya məhkəməsi mənimlə bağlı pensiyanın pensiya məbləğindən hesablanmasını nəzərdə tutan xüsusi rütbəli şəxslərlə bağlı sözügedən normaları deyil, təminat xərcliyindən hesablanmasını təsbit edən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1 və 20.17.2-ci maddələrini tətbiq etmişdir. Bu tətbiq sui-istifadə halına yol açmaqla, daha üstün hüquqi qüvvəyə malak Konstitusiya və qanun normalarının pozulmasına səbəb olmuşdur. Odur ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1 və 13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığından oxşar vəziyyətdə olan xüsusi rütbəli şəxslər hesab edilən “Əmək pensiyaları haqqında” Qanununun 20.8-1-ci maddəsində nəzərdə tutulan prokurorluq işçisinin, 20.20-ci maddəsində nəzərdə tutulan ədliyyə işçisinin, 20.27-ci maddəsində nəzərdə tutulan miqrasiya işçisinin, habelə 20.29-cü maddəsində nəzərdə tutulan fövqəladə hallar orqanları işçisinin ailə başçısını itirməyə görə pensiya hüququ qazanmış ailə üzvünə tətbiq edilən “pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayma olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir” müddəası tətbiq edilib mərhumun vəfat etdiyi tarixədək almış olduğu pensiya məbləğinin 80 faizi həcmində təyin edilməklə əmək pensiyası yenidən hesablanmalıdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2-1(120)-705/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. Həmin qanunun həmin dövrdə qüvvədə olan 20.17-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.1 Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla); 20.17.2 hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilir. Göründüyü kimi, əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım yalnız 1 yanvar 2022-ci il tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə şamil edildiyindən iddiaçıya münasibətdə maddi yardım ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-cü il tarixli 3749 nömrəli sərəncamına əsasən orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indeksləşdiriiməsi həyata keçirilir. Qeyd olunanlara əsasən, İddiaçı əmək pensiyası 19 avqust 2023-cü il tarixindən təyin edildiyindən əmək pensiyanızın 1 yanvar 2023-cü il tarixindən indeksləşdiriiməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2-1(120)- 705/2025 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş edir. Cavabdehin nümayəndəsi Nigar Tağızadə apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2-1(120)- 705/2025 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: .....14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 17.2. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. 22 dekabr 2023-cü il tarixdə edilmiş dəyişikliyə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununa əsasən: 20.17. Bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.1. Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla); 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi “ailə başçısını itirməyə görə əmək pensiyası yenidən hesablanaraq mərhum ailə başçısı vəfat etdiyi xx.xx.2023-cü il tarixə olan 1337 manat əmək pensiyasının 80 faizi həcmində hesablanmış məbləğ və hesab arasındakı fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-cü il tarixli 3749 nömrəli sərəncamına əsasən orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indeksləşdirilməsi həyata keçirilir. İddiaçı əmək pensiyası 19 avqust 2023-cü il tarixindən təyin edildiyindən əmək pensiyasının 1 yanvar 2023-cü il tarixindən indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarından görünür ki, cavabdeh də iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edərkən vəfat etmiş F.Salayevin təminat xərcliyinin 80 faizi nəzərə alınmaqla hesablama aparmış, bu hesablama yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mərhum F.Salayevin vəfat etdiyi günə ödənilən 1337 manat məbləğində əmək pensiyasının 80 faizi məbləğində iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi barədə tələbin hüquqi əsası yoxdur, belə ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmişdir, buna görə də tələb təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 19 avqust 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum X2 müvafiq təminat xərcliyinin (1071,55 manat) 80 faizi-857,24 manat məbləğində hərbi qulluqçunun (xüsusi rütbəli şəxs) ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə müvafiq kart hesabınıza köçürülür. Eyni zamanda bildiririk ki, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə 2022ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmanla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilir. Göründüyü kimi, əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım yalnız 1 yanvar 2022-ci il tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə şamil edildiyindən sizə maddi yardım ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildiririk ki, “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-cü il tarixli 3749 nömrəli sərəncamına əsasən orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indeksləşdirilməsi həyata keçirilir. Qeyd olunanlara əsasən, sizə əmək pensiyası 19 avqust 2023-cü il tarixindən təyin edildiyindən əmək pensiyanızın 1 yanvar 2023-cü il tarixindən indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 19 avqust 2023cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum X2 müvafiq təminat xərcliyinin (1071,55 manat) 80 faizi-857,24 manat məbləğində hərbi qulluqçunun (xüsusi rütbəli şəxs) ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə onun müvafiq kart hesabına köçürülür. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr alanəmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə 2022ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilir. Göründüyü kimi, əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım yalnız 1 yanvar 2022-ci il tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə şamil edildiyindən sizə maddi yardım ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildiririk ki, “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-cü il tarixli 3749 nömrəli sərəncamına əsasən orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indeksləşdirilməsi həyata keçirilir. Qeyd olunanlara əsasən, adıçəkilən şəxsə əmək pensiyası 19 avqust 2023-cü il tarixindən təyin edildiyindən onun əmək pensiyasının 1 yanvar 2023-cü il tarixindən indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bildiririk ki, mərhum X5 təyin olunmuş əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq 1337,88 manat təşkil etmişdir. Əlavə olaraq, İddiaçı Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətlərini sizə təqdim edirik. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mərhum X5 xx.xx.2008cü il tarixdən Mərkəzi Filial tərəfindən 575,25 manat məbləğində hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilib. İşdə olan xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-85885/2024 nömrəli xidməti məktubda qeyd edilmişdir ki, İddiaçı 19 avqust 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum X2 müvafiq təminat xərcliyinin (1071,55 manat) 80 faizi-857,24 manat məbləğində hərbi qulluqçunun (xüsusi rütbəli şəxs) ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə onun müvafiq kart hesabına köçürülür.Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşmə ilə əlaqədar İddiaçı əmək pensiyası xx.xx.2024-cü il tarixindən 953,25 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli, AZ-İİ№ 368333 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşdə olan X6 pensiya işinə dair sənədlərin və ona ödənilmiş aylıq pensiya məbləğləri barədə “X12”ndən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2024-cü il tarixdən İddiaçı ailə başçısını itirməyə görə pensiya məbləği 953.25 manata çatdırılıb. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, İddiaçı mərhum əri X4 29 iyul 2008-ci il tarixindən 40 il 3 ay 7 gün (təqvimi xidmət illəri 35 il 2 ay 7 gün, güzəştli xidmət illəri 5 il 1 ay) xidmət müddəti üçün müvafiq təminat xərcliyinin (564,25 manat) 100 faizi miqdarında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, Qanunun 29-cu maddəsinə əsasən ümumi pensiya məbləğinin həmin tarixdən indeksləşdirilməsi nəticəsində mərhum F.Salayevin əmək pensiyası 1337,88 manat məbləğində müəyyən edilərək ona ödənilib. Salayev Fəxrəddin 2023-cü ilin avqust ayının 12-də insult səbəbiylə vəfat etmişdir və ona pensiya ödənişi 1 sentyabr 2023-cü il tarixindən dayandırılmışdır. İddiaçı ailə başçısının itirilməsinə görə xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2023-cü il tarixdən 857,24 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İşin hallarından görünür ki, 857,24 manat mərhumun təminat xərcliyinin (1071,55 manat) 80 faizi təşkil edir. İddiaçının mərhum həyat yoldaşının aylıq pensiya məbləği isə 1337,8766 manat olmuşdur. İddiaçının ona həmin pensiya məbləğinin 80 faizi, yəni 1069 manat məbləğində əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin müsbət cavab ala biməmişdir. Belə ki, inzibati orqan cavabında mərhumun pensiyasına sonradan əlavə olunan “maddi yardım” (2022-ci ildən) və “indeksləşdirmə artımı”nın (2023-cü ildən) iddiaçının pensiyası hesablanarkən nəzərə alına bilməyəciyini bildirmişdir. Hazırda iddiaçının tələbi xx.xx.2023-cü il tarixə olan 1337 manat əmək pensiyasının 80 faizi həcmində hesablanmış məbləğ və hesab arasındakı fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Məhkəmə kolegiyası yuxarıdakı işin hallarını aşağıda göstərilə qanunvericilik normaları çərçivəsində dəyərləndirməyi zəruri hesab edir: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası dedikdə bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi nəzərdə tutulur. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.14-cü maddəsinə görə hərbi qulluqçuların əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Həmin Qanunun 22 dekabr 2023-cü il tarixinə qədər qüvvədə olmuş 20.17-ci maddəsinə əsasən bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: .....20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Yuxarıda göstərilən qanunvericilik normalarının məzmunundan da göründüyü kimi ailə başçısının itirilməsinə hərbi qulluqçuların ailə üzvlərinə görə pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla pensiya təyin edilir. “Təminat xərcliyindəki sonrakı artımlar” dedikdə şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutulur. Hazırkı işin hallarına görə cavabdeh tərəfindən iddiaçıya mərhum ərinin “artımlarla aldığı” pensiya məbləği nəzərə alınmadan, “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən müvafiq təminat xərcliyinin (1071,55 manat) 80 faizi məbləğində əmək pensiyası təyin olunmuşdur. İş materiallarından da görünür ki, iddiaçının ərinə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 1337.8766 manat məbləğində (artımlarla birlikdə) pensiya ödənilmişdir. Digər tərəfdən cavabdeh orqan imtina və apellyasiya şikayətinə etiraz məktublarında göstərmişdir ki, Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilir. Göründüyü kimi, əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım yalnız 1 yanvar 2022-ci il tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə şamil edildiyindən iddiaçıya münasibətdə maddi yardım ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-cü il tarixli 3749 nömrəli sərəncamına əsasən orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indeksləşdirilməsi həyata keçirilir. Qeyd olunanlara əsasən, İddiaçı əmək pensiyası 19 avqust 2023-cü il tarixindən təyin edildiyindən əmək pensiyanızın 1 yanvar 2023-cü il tarixindən indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İmtina məktubu və apellyasiya şikayətinə etirazın yuxarıda göstərilən dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən qanunvericilik aktları iddiaçıya deyil, onun mərhum ərinə şamil olunur. Belə ki iddiaçının mərhum əri X4 xx.xx.2008-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir və cavabdehin istinad etdiyi hər iki qanunvericilik aktı da məhz onun əmək pensiyasına münasibətdə tətbiq olunur. İş materiallarından da görünür ki, Salayev Fəxrəddinin əmək pensiyası müvafiq artımlarla birlikdə 1337,88 manat olmuşdur. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə hesab edir ki, cavabdeh tərəfindən sözügedən qanunvericilik aktlarının şamil olunduğu subyekt tərkibinə münasibətdə yanlış hüquqi dəyərləndirmə aparılmışdır. İş üzrə iddiaçının hüquqi marağı odur ki, ərinin sonuncu pensiya məbləğinə uyğun olaraq ona ailə başçısının itirlməsinə görə əmək pensiyası təyin edilsin. Yuxarıda göstərilən qanunvericilik aktlarına və oxşar işlər üzrə formalaşmış Azərbaycan Respublikasının Ali Məhkəməsi təcrübəsinə (bax: 2-1(102)-813/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərar) əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mərhum əri F.Salayev vəfat edən vaxta qədər aldığı pensiya məbləğinə müvafiq olaraq ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları düzgün şəkildə əsaslandıra bilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməli, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası yenidən hesablanaraq mərhum ailə başçısı vəfat etdiyi xx.xx.2023-cü il tarixə olan 1337 manat əmək pensiyasının 80 faizi həcmində hesablanmış məbləğ və hesab arasındakı fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2-1(120)-705/2025 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2023-cü il tarixdən mərhum ailə başçısı vəfat etdiyi xx.xx.2023-cü il tarixə olan 1337 manat əmək pensiyasının 80 faizi həcmində yenidən hesablansın və hesablanmış məbləğlə, hesab arasındakı fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-423/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-423/2025
26.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver