Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-424/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(120)-608/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçın cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120) -799/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadıı ilə təmin edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-608/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarın ləğv edilməsi və İddiaçın riskli vergi ödəyicisi siyahısından çıxarılması kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 18 mart 2025-ci il tarixli, 2- 1(120)-608/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "Kran- Servis” MMC-nin riskli vergi ödəyicisi hesab edilməsinə yeganə səbəb həmin vaxt cəmiyyətin rəhbəri olmuş X3 təsisçisi və rəhbəri olduğu, riskli vergi ödəyicisi olan digər müəssisənin, yəni "İSO GROUP” MMC-nin rəhbəri olması olmuşdur. "Təsis payının alqısatqısı müqaviləsinə” və 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, **********795200 nömrəli çıxarışa əsasən İddiaçı MMC-nin 10 manat məbləğində olan nizamnamə kapitalındakı 1 payı tam olaraq X2, xx.xx.2022-ci il tarixdə "Kran-Servis” MMC-nin ümumi yığıncağının qərarına əsasən X9 müəssisənin rəhbəri təyin edilmişdir. "Kran-Servis” MMC tərəfindən aparılmış əməliyyatlar zamanı vergidən yayınma hallarının və risklərinin müəyyən edilməməsini, iddiaçının fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2-ci və 3-cü bəndlərində təsbit olunmuş meyarların mövcud olmamasını, həmçinin "Kran-Servis” MMCnin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyiciləri siyahısma daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasın aradan qalxmasını, yəni hal-hazırda müəssisənin təsisçisinin və rəhbərinin X4 olduğunu, onun isə heç bir riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olmadığını nəzərə alaraq iddiaçının "Kran-Servis” MMC-nin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə tələbi məhkəmə tərəfindən əsaslı hesab edilir. Həmçinin malın satıcısının idxalında və eqaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Odur ki, vergi orqanı tərəfindən yekun qərar (yoxlama aktı) qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarına əsasən İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərardan məlum olur ki, İddiaçı MMC barəsində sözügedən qərarın qəbul edilməsinə səbəb cəmiyyətin rəhbəri X3 riskli vergi ödəyicisi olan "xxxx" MMC-nin rəhbəri olmasıdır. Sözügedən qərarın qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyindən qeyd olunan qərar ləğv edilməli, eləcə də, sözügedən qərarın qəbul edilməsini şərtləndirən hal aradan qalxdığından İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısmdan çıxarılması barədə qərar qəbul edilməlidir. İlk növbədə bildidir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə qərarın yerli vergi orqanı tərəfındən qəbul edilməsi və barəsində inzibati icraat aparılan şəxsə məlumat verilmədən, onun dinlənmə hüququ pozulmaqla inzibati aktın qəbul edilməsi qanunvericiliyin tələbinə ziddir. Eləcə də, xx.xx.2021-ci il tarixli "xxxx" əsasən İddiaçı MMC-nin 10 manat məbləğində olan nizamnamə kapitahndakı 1 payı tam olaraq X1. xx.xx.2022-ci il tarixdə isə İddiaçı MMC-nin ümumi yığıncağının qərarına əsasən X9 müəssisənin rəhbəri təyin edilmişdir. Bundan sonra müvafiq dəyişikliyin aparılması ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmuş və müəssisənin reyestr məlumatlarında müvafiq dəyişikliklər aparılmışdır. Beləliklə, İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyiciləri siyahısma daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.7-ci maddəsinə əsasən bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Halhazırda müəssisənin təsisçisi və rəhbəri X7r, o isə heç bir riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri və ya təsisçisi deyildir. Qeyd olunan səbəbdən İddiaçı MMCnin riskli vergi ödəyiciləri siyahısmdan çıxarılması barədə qərar qəbul edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən “Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi” ilə bağlı 28 mart 2016-cı il tarixli 089273 nömrəli lisenziya verilmişdir və bu lisenziyaya uyğun olaraq müəssisə tərəfindən bəzi dövlət layihələri çərçivəsində spesifık işlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsi ilə İddiaçı MMC arasında bağlanmış Xidmət müqaviləsinə əsasən müəssisə dövlət əhəmiyyətli layihələrdən olan ölkə ərazisində magistral qaz xətlərində və qaz paylayıcı stansiyalarında əsaslı yenidən qurma işləri cərcivəsində 5 rayonun magistiral Qaz xətləri üzərində yeni quraşdırılmış separatorların pasportlaşdırılması, texniki diaqnostikası, hidravlik sınagı, digər texniki yoxlamaların həyata kecirilməsi, Fövqaladə Hallar Nazirliyində qeydiyyatı və istismara yararlılıq haqqında rəylər ilə bağlı işlərin görülməsi öhdəliyini daşıyır. Müəssisə riskli vergi ödəyicisi siyahısında saxlanıldıgı üçün onlar SOCAR-ın Qaz İxrac İdarəsi qarşısında götürdükləri öhdəlikləri qaz paylayıcı avadanlıqların texniki yoxlamalarını həyata keçirə bilmirlər və nəticədə layihənin təhvil verilməsində ciddi vaxt itkilərinə səbəb olur. Əgər magistiral qaz xətlərində yuxarda sadalanan yoxlamalar vaxtında baş tutmayacagı təqdirdə bunun nəticəsi olaraq 5 Qaz paylayıcı stansiyanın qaz təchizatında təbii qaz kəsintilərinə səbəb ola bilərlər. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətləri Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq risk meyarları əsasında təhlil edilir. X3 rəhbəri və təsisçisi olduğu "İSO GROUP” MMC tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma halları və riskləri müəyyən edilmiş və yuxarıda qeyd olunan qərar ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1,3.1.1, 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli **********143900 nömrəli riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar çıxarılmışdır. Qeyd olunanlara əsasən X3 rəhbəri və təsisçisi olduğu digər müəssisə "xxxx" MMC barəsində də "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.7-ci yarımbəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərar çıxarılaraq elektron qutusuna göndərilmişdir. Eləcə də, araşdırma ilə əlaqədar cari ilin 14 mart və 20 aprel tarixlərində 6 saylı Ərazi Vergilər Baş İdarəsində keçirilmiş görüşlərdə cəmiyyətin səlahiyyətli nümayəndəsi kimi əvvəlki rəhbər X3 iştirak etməsi vergi ödəyicisinin rəsmi benefisiarının Salmanov Mübariz llham oğlunun olmadığı ehtimalını yaradır. Həmin görüşlərdə nümayəndə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş və qəbul zamanı ətraflı izahatlar verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilk təşkil edir. Prosessual məsələlər İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cababdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. İş materiallarında olan: -“Vergi ödəyicisiııin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********143900 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, "İSO GROUP” MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. -Vergi orqanında qeydiyyatla bağlı sənəddən görünür ki, "İSO GROUP” MMC-nin təsisçisi X5r. -Vergi orqanında qeydiyyatla bağlı digər sənəddən görünür ki, İddiaçı MMC-nin əvvəlki təsisçisi X8 olmuşdur. -xx.xx.2021-ci il tarixli "Təsis payının alqı- satqısı müqaviləsinə” və 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli, **********795200 nömrəli çıxarışa əsasən İddiaçı MMC-nin 10 manat məbləğində olan nizamnamə kapitalındakı 1 payı tam olaraq X2, xx.xx.2022-ci il tarixdə "Kran-Servis” MMC-nin ümumi yığıncağının qərarına əsasən X9 müəssisənin rəhbəri təyin edilmiş, bununla əlaqədar müvafiq dəyişikliyin aparılması ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmuş və müəssisənin reyestr məlumatlarında müvafiq dəyişikliklər aparılmışdır. -“Vergi ödəyicisiııin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********141500 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd olunan sənədlərin təhlili onu göstərir ki, X3 rəhbəri və təsisçisi olduğu "İSO GROUP” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın 2.1.1,3.1.1, 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq, vergi orqanının xx.xx.2022-ci il tarixli **********143900 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş, bununla əlaqədar "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.7-ci yarımbəndinə uyğun olaraq X3 rəhbəri və təsisçisi olduğu "Kran-Servis” MMC-nin də riskli vergi ödəyicisi hesab edilməsi barədə hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydınolmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan,başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). -13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2-ci bəndinə əsasən riskli vergi ödəyicisinin meyarları aşagıdakılardır: -2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; -2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; -2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); -2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; -2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; -2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; -2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; -2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2-ci və 3-cü bəndlərində təsbit olunmuş halların mövcud olmaması, həmçinin "Kran-Servis” MMC-nin təsisçisinin dəyişməsi ilə əlaqədar riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasın aradan qalxması mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhz "Kran-Servis” MMC-nin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi əsaslarının mövcudluğu məsələsi ilə bağlı vahid məhkəmə təcrübəsinə istinad etməsi ilə razılaşır. Lakin bununla yanaşı, "İSO GROUP” MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qüvvədə olması Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq edilmiş “Meyarları”ın 2.1.7-ci bəndinin dipozisiya şərtləri baxımından vergi orqanın "Kran-Servis” MMC-ə münasibətdə haqlı olması qənaətinə gəlməyə əsas verir. Başqa sözlə, "İSO GROUP” MMC riskli vergi ödəyicisi hesab edildiyi tarixdə həmin müəssisənin təsisçisinin eyni zamanda həm də "Kran-Servis” MMC-nin təsisçisi olması vergi orqanına həmin meyarların tələblərinə əsasən "Kran-Servis” MMC-nin də riskli vergi ödəyicisi olması barədə qərar qəbul etmək imkanı verir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən qərarın qəbulundan (xx.xx.2022-ci il) 16 gün sonra "Kran-Servis” MMC-nin təsisçisinin dəyişməsi (xx.xx.2021ci il) “Meyarları”ın 2.1.7-ci bəndinin dipozisiya şərtlərini aradan qaldırmır, eyni zamanda bu meyarlar əsasında vergi orqanını qərar qəbul etmək imkanından məhrum etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Beləliklə işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(120)-608/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçın cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarın ləğv edilməsi və İddiaçın riskli vergi ödəyicisi siyahısından çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-424/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-424/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver