Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-425/2025 15.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: yeni açılmış hallar üzrə ərizənin mümkün sayılmaması) hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə mübahisədə yeni açılmış hallarla bağlı ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin ərizəsinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 17 mart 2025-ci il tarixli 2-1(120)-45/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək İmişli şəhəri, T.İsmayılov küçəsinin Füzuli küçəsi ilə kəsişdiyi yerdə yerləşən 450 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(120)-45/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş və İmişli şəhəri, T.İsmayılov küçəsinin Füzuli küçəsi ilə kəsişdiyi yerdə yerləşən 450 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(120)-45/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(106)-380/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-45/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(106)-380/2021 nömrəli qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-102/2022 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)- 380/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(120)-45/2021 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə göndərilmişdir. Qərarın icrası üçün cavabdehə 15 gün müddət təyin olunmuşdur. X7 Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburi icraya yönəldilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli 2-1(120)-45/2021 nömrəli qərardad qəbul edilmiş, icra vərəqəsi verilmiş və icra olunması üçün İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İmişli Rayon İcra və Probasiya şöbəsi xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəsi xx.xx.2025-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə daxil olmuşdur. Ərizə ilə Şirvan İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(120)-45/2021 saylı qərarının ləğv edilərək yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(120)-45/2021 saylı qərarı ilə iddia təmin edilərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə İddiaçı İmişli şəhəri, T.İsmayılov küçəsinin Füzuli küçəsi ilə kəsişdiyi yerdə yerləşən 450 kv/metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulmuşdur. Məhkəmə qərarının icrası ilə əlaqədar olaraq İddiaçı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılaraq Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsində müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılarkən torpaq sahəsinə baxış keçirilən zaman iddiaçı torpaq sahəsinin sərhədləri düzgün göstərilə bilməmiş, əraziyə iki mülkiyyətçinin giriş qapıları açıldığı və ərazidə mübahisə olduğu qeyd edilmişdir. Həmçinin, araşdırmalar zamanı müraciətə əlavə edilən 0.045 ha torpaq sahəsinin yerquruluşu planında miqyas düzgün göstərilmədiyindən sözügedən torpaq sahəsinin yeni yerquruluşu planının əlavə edilməsi üçün İddiaçı məlumat verilmiş və məhkəmə qərarının icrası ilə əlaqədar olaraq İddiaçı İmişli şəhəri, T.İsmayılov küçəsinin Füzuli küçəsi ilə kəsişdiyi yerdə yerləşən 450 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün koordinatlar göstərilməklə yerquruluşu planının (sxeminin) hazırlanaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə təqdim edilməsi barədə İmişli Rayonu İmişli Bələdiyyəsinə məktub göndərilmişdir. Bələdiyyə tərəfindən 06 yanvar 2025-ci il tarixli 06 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, İddiaçı İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarına əsasən İmişli şəhərinin T.İsmayılov küçəsinin Füzuli küçəsi ilə kəsişdiyi yerdə İmişli Bələdiyyəsinə məxsus boş torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün alğı-satqı yolu ilə 450 kv.m həyətyanı torpaq sahəsinə aid alğı-satqı aktı, torpaq sahəsinin arayışı, rəyi, xəritə-planı, aktı, memarlıq-planlaşdırma sənədi İmişli Bələdiyyəsinin arxivində yoxdur. Həmçinin, bildirilmişdir ki, İddiaçı verilmiş 418 nömrəli qeydiyyata alınmış xx.xx.2024cü il tarixli arayış onun əlində olan sənədlərə əsasən verilmiş, sənədlərin həqiqiliyi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş baş idarəsinə müraciət edilmiş və qeydiyyat aşkarlanmamışdır. Odur ki, yerquruluşu planının hazırlanması mümkün olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(120)-45/2021 saylı qərarında iş materialında olan İmişli Rayonu İmişli Bələdiyyəsinin 28 fevral 2020-ci il tarixli məktubundan görünür ki, Əsədov X2 Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarına əsasən alğı-satqı yolu ilə İmişli şəhərinin T.İsmayılov küçəsinin Füzuli küçəsi ilə kəsişdiyi yerdə İmişli Bələdiyyəsinə məxsus boş torpaq sahəsindən fərdi yaşayış evi tikdirmək üçün 450 kv.m. həyətyanı torpaq sahəsi almışdır. Bu barədə alğı-satqı aktı, torpaq şöbəsinin arayışı, rəyi, xəritə-planı aktı, memarlıq-planlaşdırma sənədi verilmişdir. İddiaçı DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə xidmət haqqı köçürüb daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh təşkilat xx.xx.2019-cu il tarixli məktubu ilə cavab vermişdir ki, ərazi idarəsinin elektron məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin ictimai tikili üçün nəzərdə tutulmuş torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Cavabdeh təşkilat bunu əsas götürərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdeh şəxsin imtinası əsassızdır. Belə ki, həmin torpaqda heç bir ictimai tikili nəzərdə tutulmamışdır. Həm də həmin torpaq sahəsi rəsmi cavabda deyildiyi kimi heç bir dövlət müəssisə və obyektlərinin sahəsinə düşmür. Tərəflərindən baxış keçirilmiş və orada yerləşən yaşayış yerinin giriş-çıxışı təmin olunduğu görülmüşdür. İş materialında olan İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışa əsasən İmişli şəhər sakini ünvan 1 ünvanda yaşayan X1 fərdi yaşayış evi tikmək üçün şəhərin T.İsmayılov küçəsində sağ tərəfdə, Füzuli küçəsi ilə kəsişdiyi yerdə İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alğı-satqı yolu ilə 450 kv.m. həyətyanı torpaq sahəsi satılmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İmişli rayon şöbəsindən torpaq sahəsinin alğı-satqı yolu ilə verilməsi üçün lazımi sənədlərin tərtibatının təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi, İmişli Rayonu İmişli Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanan məktubula Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanlanan məktub arasında uyğunsuzluq mövcuddur. Belə ki, Şirvan İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(120)-45/2021 saylı qərarında iş materialında olan İmişli Rayonu İmişli Bələdiyyəsinin təqdim etdiyi sənədlərdə cavabdehin əsassız imtina etməsi və lazımi sənədlərin tərtibatının təmin edilməsi qərara alınaraq İddiaçı torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. Lakin, İmişli Rayonu İmişli Bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanlanan məktubda İddiaçı İmişli Bələdiyyəsi tərəfindən ayrılan torpaq sahəsinə dair sənədlərin arxivinin olmadığı və qeydiyyatın aşkarlanmadığı bildirilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən İmişli Bələdiyyəsi tərəfindən X1 torpaq sahəsinin ayrılması barədə sənədlərin arxivinin olmadığı və qeydiyyatın aşkarlanmadığı bildirildiyindən iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zəruri hesab edilir. Şirvan İnzibati Məhkəməsinin 17 mart 2025-ci il tarixli 2-1(120)-45/2021 saylı qərardadı (Pərvanə Qurbanova) ilə icraatın təzələnməsinə dair ərizə təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 17 mart 2025-ci il tarixli 2-1(120)-45/2021 saylı qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(120)-45/2021 nömrəli qərarının icrası zamanı müraciətə əlavə edilən 0.045 ha torpaq sahəsinin yerquruluşu planında miqyas düzgün göstərilmədiyindən sözügedən torpaq sahəsinin yeni yerquruluşu planının əlavə edilməsi üçün İddiaçı məlumat verilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün koordinatlar göstərilkməklə yerquruluşu planının (sxeminin) hazırlanaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə təqdim edilməsi barədə İmişli Rayonu İmişli Bələdiyyəsinə məktub göndərilmişdir. İmişli Rayonu İmişli Bələdiyyəsi tərəfindən 06 yanvar 2025-ci il tarixli 06 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, İddiaçı İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarına əsasən İmişli şəhərinin T.İsmayılov küçəsinin Füzuli küçəsi ilə kəsişdiyi yerdə İmişli Bələdiyyəsinə məxsus boş torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün alğı-satqı yolu ilə 450 kv.m həyətyanı torpaq sahəsinə aid alğı-satqı aktı, torpaq sahəsinin arayışı, rəyi, xəritə-planı, aktı, memarlıq-planlaşdırma sənədi İmişli Bələdiyyəsinin arxivində yoxdur. Həmçinin bildirilmişdir ki, İddiaçı verilmiş 418 nömrəli qeydiyyata alınmış xx.xx.2024cü il tarixli arayış onun əlində olan sənədlərə əsasən verilmiş, sənədlərin həqiqiliyi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş baş idarəsinə müraciət edilmiş və qeydiyyat aşkarlanmamışdır. Odur ki, yerquruluşu planının hazırlanması mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İmişli Rayonu İmişli Bələdiyyəsinin nümayəndəsi izahat verərək, İmişli şəhərinin baş planında sözügedən torpaq sahəsinin şəhər daxili mikroavtobusların sonuncu dayanacağı kimi nəzərdə tutulduğu, həmin mübahisəli torpaq sahəsinin altından yüksək atmosferli su borusunun keçdiyini və həmin torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçdiyini bildirərək, Şirvan İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(120)-45/2021 saylı qərarı ilə İddiaçı ərizəsinin təmin edilməməsini qeyd etmişdir. Qeyd edilənlərdən göründüyü kimi İmişli Rayonu İmişli Bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanlanan məktubda İddiaçı İmişli Bələdiyyəsi tərəfindən ayrılan torpaq sahəsinə dair sənədlərin arxivinin olmadığı, qeydiyyatın aşkarlanmadığı və yerquruluşu planının hazırlanmasının mümkün olmadığı bildirilmiş, həmçinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İmişli Rayonu İmişli Bələdiyyəsinin nümayəndəsinin verdiyi izahatdan da görünür ki, qərarın icrasına etiraz edilir və mümkün deyil. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər İmişli Rayonu İmişli Bələdiyyəsinin nümayəndəsi və X5 məhkəmə iclasında iştirak etməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə üçüncü şəxslərin (nümayəndəsinin) iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmənin iclasında iştirak edən ərizəçinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, Şirvan İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(120)- 45/2021 saylı qərarının icrası ilə bağlı problem yaranmışdır. Ərizədə göstərilən səbəblərdən qərarı icra etmək mükün olmamışdır. Sonda N.N.Mirzəyev apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, məhkəmə qərarının icrası ilə bağlı torpaq sahəsində ölçmə işləri aparılmamışdır. Məhkəmə qərarının icrasını tələb edir. Sonda İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu 104.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir: 104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; 104.1.2. icraatın təzələnməsi üçün əsaslar; 104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat; 104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat. 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə mümkün sayılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir. Cavabdeh yeni açılmış hallara dair ərizə verərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmişdir. Məhkəmə qeyd etmişdir ki, ərizəçi məhkəməyə istər mübahisənin olduğu dövrdə mövcud olmuş və ancaq obyektiv maneələr səbəbindən başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış, istərsə də hər hansı yeni sübut və hallar barədə sənədlər təqdim etməmişdir. Ərizəçinin ərizəsində göstərdiyi hallar həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində mövcud olmuş, məhkəmələr tərəfindən həmin məsələlərə məhkəmə prosesi zamanı tədqiq olunmuş sübut və sənədlər, həmçinin ekspert rəyi əsasında hüquqi qiymət verilmiş, qərar öz qanuni qüvvəsini alaraq icraya yönləndirilmişdir. Hazırkı halda isə yeni açılmış hallar üzrə icraatın təzələnməsi üçün yeni sübutlar və ya hallar aşkar edilməmiş və yeni açılmış hallar üzrə icraatın təzələnməsi üçün əsas olan hal müəyən olunmamışdır. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin izahatlarından müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı yaranmış problem səbəbindən baş verənlər ərizəçi tərəfindən yeni açılmış hallar kimi qiymətləndirilərək, ərizə ilə məhkəməyə müraciət edilmişdir. Halbuki, həmin hallar, yəni iddia iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mülkiyyət hüququnun tanınmasına əsas olmuş sənədlərin (iclas protokolundan çıxarış, alğı-satqı aktı, torpaq sahəsinin planı və s.) tədqiqi nəticəsində təmin edilmiş, onlara etimad göstərilərək, hüquqi qüvvəsi tanınmış, həmin sənədlərin hər hansı səbəbdən (işə baxılarkən və ya sonradan) inzibati orqanda olmaması vəziyyəti dəyişmir və bu yeni açılmış hal üzrə icraatın təzələnməsinə əsas olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası ərizəçinin - Bələdiyyə tərəfindən yerquruluşu planının hazırlanmasının mümkün olmaması və bunun yeni açılmış hal üzrə icraatın təzələnməsinə əsas kimi göstərilmiş apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mülkiyyət hüququnun tanınmasına əsas olmuş sənədlərin (iclas protokolundan çıxarış, alğı-satqı aktı, torpaq sahəsinin planı və s.) tədqiqi nəticəsində iddianı təmin etmişlər, təbii ki, həmin vaxt da cavabdehin hazırda yeni açılmış hal kimi göstərdiyi torpaq sahəsinə dair dəqiq yerquruluşu planı olmamış, yerləşmə planı olmuş, lakin bu hal ilə birgə işin digər xüsusatları qiymətləndirilmiş, iddia edilən torpaq sahəsi ekspertiza tədqiqatının predmeti olmuş, hətta ekspert rəyində iddia edilən torpaq sahəsinin 450 m2 olması, torpaq sahəsinin boş olması, orada heç bir tikilinin olmaması bildirilmişdir. Yəni, bir sözlə mahiyyəti üzrə işə baxılarkən inzibati icraatın iştirakçılarına (o cümlədən İmişli Bələdiyyəsi də həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir) məlum idi ki, iddiaçı hansı torpaq sahəsini iddia edir, bu torpaq sahəsi hardan başlayıb, harda qurtarır. Həmçinin, nəzərə alınmalıdır ki, torpaq sahəsinin yerquruluşu ilə bağlı məsələ işə mahiyyəti üzə baxılarkən cavabdehin apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən olmuşdur. Bundan başqa, İmişli Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 06 saylı məktubda göstərilmişdir ki, “...İmişli şəhər sakini İddiaçı İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarına əsasən İmişli şəhərinin T.İsmayılov küçəsinin Füzuli küçəsi ilə kəsişdiyi yerdə İmişli Bələdiyyəsinə məxsus boş torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün alğı-satqı yolu ilə 450 m2 həyətyanı torpaq sahəsinə aid alğı-satqı aktı torpaq sahəsinin arayışı, rəyi, xəritə-planı, aktı, memarlıq-planlaşdırma sənədi İmişli Bələdiyyəsinin arxivində yoxdur. Məlumat üçün bildiririk ki, vətəndaş İddiaçı verilmiş 418 nömrə ilə qeydiyyata alınmış xx.xx.2024-cü il tarixli arayış onun əlində olan sənədlərə əsasən verilmişdir. Sənədlərin həqiqiliyi barədə tərəfimizdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinə müraciət edilmiş və qeydiyyat aşkarlanmamışdır. Odur ki, yerquruluşu planının hazırlanması tərəfimizdən mümkün olmamışdır.” Kollegiya qeyd edir ki, İmişli Bələdiyyəsi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli 06 saylı məktubun tədqiqi bir daha təsdiq edir ki, yaranmış problem yeni açılmış hal ilə bağlı məsələ deyil. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qiymətləndirilmiş sübutların mötəbərliliyi önə çəkilir, hansı ki, həmin sübutlara işə baxılarkən məhkəmə tərəfindən qiymət verilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri kimi göstərilmiş digər məsələlər - İmişli Bələdiyyəsinin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahata əsasən torpaq sahəsinin İmişli şəhərinin baş planında sözügedən torpaq sahəsinin şəhər daxili mikroavtobusların sonuncu dayanacağı kimi nəzərdə tutulması, həmin mübahisəli torpaq sahəsinin altından yüksək atmosferli su borusunun keçməsi və həmin torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçməsi ilə bağlı bildirir ki, əgər həqiqətən də qeyd edilən hallar mövcud olmuş olsa belə, bu hallar yeni açılmış hal üzrə icraatın təzələnməsi üçün əsas ola bilməz. Belə ki, qeyd edilən hallar sonradan inzibati icraat iştirakçılarına məlum olmamış, həmin hallar həmin vaxt da tərəflərə məlum olmuş və ya məlum olmalı idi, onunla bağlı dəyişən hal olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunubolunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra ərizənin mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Kollegiya qeyd edir ki, yeni açılmış hallar üzrə icraat ilə bağlı ərizə verilərkən və həmin ərizəyə baxılarkən ərizənin məhkəmə aidiyyəti, qanunla tələb olunan müddətlər çərçivəsində verilib-verilməməsi kimi mümkünlük şərtləri ilə yanaşı, ümumiyyətlə təqdim edilmiş sübut adlandırılan sənəd, irəli sürülmüş hal üzrə ərizəyə mahiyyəti üzrə baxılaraq qiymət verilməli olub-olmaması nəzərə alınmalıdır. Bunun üçün ilk növbədə nəzərə alınmalıdır ki, ümumiyyətlə təqdim edilmiş sübut adlandırılan sənəd, irəli sürülmüş hal, yeni sübut və ya haldırmı, onlar yeni sübut və ya hal kimi qiymətləndirilərək ərizəyə mahiyyəti üzrə qiymət verilə bilərmi? Məntiqi baxımından bu mövqe ilə razılaşmamaq, o, anlama gəlir ki, yeni açılmış hallar üzrə icraat ilə bağlı ərizənin yalnız məhkəmə aidiyyəti və müddətlərə əməl edilməklə istənilən vaxt verildiyi halda həmin ərizəyə mahiyyəti üzrə baxılmalıdır. Yeni açılmış hallar üzrə icraat institutunda “yeni sübutlar və ya hallar” dedikdə, o anlam başa düşülür ki, həqiqətən də həmin sübut, irəli sürülmüş hal ilkin icraat zamanı məhkəmə tərəfindən araşdırma predmeti olardısa, iş üzrə fərqli qərarın qəbul edilmə ehtimalı ilk baxışdan açıq-aşkar məlum olsun. Yoxsa, yuxarıda qeyd edildiyi kimi yeni açılmış hallar üzrə icraat ilə bağlı ərizənin yalnız məhkəmə aidiyyəti və müddətlərə əməl edilməklə istənilən vaxt verildiyi halda həmin ərizəyə mahiyyəti üzrə baxılması qəbul edilən deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə mümkün sayılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 100, 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 17 mart 2025-ci il tarixli 2-1(120)-45/2021 saylı qərardadı ləğv edilsin. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ərizə mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-425/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-425/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver