Məhkəmə qərarları › İş №2-1(106)-426/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-426/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-426/2024 08.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçı X9, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(120)-1728/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu XüsusiŞərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək hərbi xidmətdə olmuş, ilk dəfə əmək fəaliyyətinə xx.xx.1983-cü ildə İmişli mexaniki tikinti idarəsində birinci dərəcəli fəhlə vəzifəsində başlamış, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək üçüncü sinif sürücüsü vəzifəsində çalışmışdır. "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsinin Xüsusi texnika və nəqliyyat sexinin Məmmədli sahəsində və X7 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək A-50 U və A-50 markalı avtomaşınlarda maşinist, X7 İdarəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək AZİNMAŞ-37 markalı avtomaşında motorçu sürücü, X3 İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1999cu il tarixədək A-50 markalı avtomaşında sürücü-maşinist, X4 Mədəninin Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək KRAZ- 256-B "SA-320" və KRAZ-250-B markalı sementləyici aqreqatda sürücü və xx.xx.2009-cuil tarixdən xx.xx.2009-cu il tarixədək VAZ-21213 markalı avtomaşında sürücü peşəsində işləmişdir. xx.xx.1990-cı ildən xx.xx.1994-cü il tarixədək "xxxx" Kooperativində sürücü, xx.xx.2009-cu il tarixdən AR Dövlət Neft Şirkəti "Azneft" X6 Nəqliyyat İdarəsində xx.xx.2016-cı il tarixədək avtomobil sürücüsü, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək X4 Mədənində avtomobil sürücüsü, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək X14 Companidə avtomobil sürücüsü, hal hazırda isə Qobustan Nəqliyyat İdarəsində avtomobil sürücüsü vəzifəsində işləyir. Əmək fəaliyyətini fasiləsiz olaraq davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olduqdan sonra SOCAR "Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2-1/2-8-245- 1/2023-215 nömrəli zərərli iş şəraiti haqqında arayışı əlavə etməklə mənə güzəştli yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialılının xx.xx.2023-cü il tarixli 3-17-112-8-130283/2023 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın xx.xx.2023-cü il tarixli arayışda xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində maşinist, xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində motorçu-sürücü, xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində sürücümaşinist, xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sürücü vəzifələrində işlədiyi qeyd olunub. İşlədiyi vəzifələr yuxarıda qeyd olunan qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələrinə uygun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsassız hesab edilməli və ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunmalıdır. Belə ki, SOCAR "Azneft" İstehsalat Birliyinin arayışından görünür ki, o, "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsinin Xüsusi texnika və nəqliyyat sexinin Məmmədli sahəsində və X7 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək A-50 U və A-50 markalı avtomaşınlarda maşinist, X7 İdarəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək AZİNMAŞ-37 markalı avtomaşında motorçu sürücü, X3 İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək A-50 markalı avtomaşında sürücü-maşinist, X4 Mədəninin Nəqliyyat sexində xx.xx.2004-cüil tarixdən xx.xx.2009-cu il tarixədək KRAZ-256-B "SA-320" və KRAZ-250-B markalı sementləyici aqreqatda sürücü və xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədəkVAZ-21213 markalı avtomaşında sürücü peşəsində işləmişdir. Onun "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsində, X7 İdarəsində və X3 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (13 il 09 ay 04gün) işlədiyi "maşinist", "motorçu sürüçü" və "sürücü maşinist" peşələri yerinə yetirilən işinxüsusiyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10-cu "Neftinqazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı" bölməsinin 10.2 "Neft,qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi" yarımbölməsindənəzərdə tutulann "qaldırıcıların maşinistləri" peşəsi ilə, X4 Mədəninin Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək (04 il 10 ay 30 gün) işlədiyi sementləyici aqreqatda "sürücü" peşəsi ilə yerinə yetirilən işin xüsusiyyətinə görə həmin yarımbölmədə qeyd edilmiş "sementləşdirici aqreqatların motorçuları" peşəsi ilə eynilik təşkil edir. Qeyd olunanlara əsasən hüququnun yarandığıtarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinincavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı A Əliyevxx.xx.2023-cu il tarixdə Fondun Xususi şərtlərlə təyinat üzrə malik malina muraciətedərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.X12 3-17-112-8- 130283/2023 nömrəli cavab məktubu ila iddiaçıyabidirmişdir ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verənistehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın neftin qazılması vəhasilatı neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin neft, qaz və qazkondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində qaldırıcılarınmaşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələri nəzərdə tutulmuşdur.Mərkəzı Filiala təqdim edilən SOCAR-ın 20 aprel 2023-cu il tarixli 14-2-1/2-9-245-1/2023-215 arayışında İddiaçı 22 10.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzindəmaşinist, 29.08. 1988xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində motorçu-sürucu,17 10.1994-26.07 1999-cu il tarixləri arasındakı dövr ərzində sürücü-maşinist, xx.xx.2004 xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sementləyici aqreqatda sürücü və xx.xx.2009-xx.xx.2009cu il tarixləri arasındakı dövr ərzində sürücü vəzifələrində işlədiyi qeyd olunub. Gorundüyü kimi, İddiaçı işlədiyi vəzifələr yuxarıda qeyd olunan qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq A Əliyevə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitali əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Həmin Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyasıtəyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır.Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır va sigortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilın 1 yanvar tarixinə qeydə alınır Hamin Qanunun 29.1-1-cı maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qararı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (102) bəndində qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələri nəzərdə tutulmuşdur Göründüyü kimi, iddiaçının müxtəlif vaxtlarda işlədiyi maşinist, motorçu sürücü və sürücü maşinist vəzifələri yuxarıda göstərilən qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifəsinə uyğun deyildir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı müvafiq dövrlərdə çalışdığı vəzifə siyahı ilə müəyyən edilmiş vəzifəylə uyğunluq təşkil etməmişdir. Bu səbəbdən də cavabdeh orqan tərəfindən verilmiş imtina qanunidir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Şirvan İnzibati Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(120)-1728/2023 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia ərizəsi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırmiş və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassız qərar qəbul etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək, mübahisənin cavabdeh orqan tərəfindən məhkəmədən kənar qaydada həll edildiyini əsas gətirərək, iş üzrə icraata xitam verilməsinə dair ərizəni məhkəməyə təqdim edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cavabdeh orqan tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə olmadığı üçün məhkəmə kollegiyasından inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-241631/2024 nömrəli iş üzrə icraata xitam verilməsi barədə ərizədən (vəsatət) görünür ki, iddiaçının tələbi təmin olunduğundan məhkəmə kollegiyasından inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 11238/2024 nömrəli qərarından görünür ki, İddiaçı hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmayaraq həllini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının tələbinin təmin olunması barədə cavabdehin məlumatını iş materialları ilə birgə tədqiq edərək yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar